Bitki ekologiyasının əsas elementləri. Bitki inkişafına təsir edən əsas ekoloji amillər. Bitkilərin introduksiyası



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə3/11
tarix04.05.2023
ölçüsü1,38 Mb.
#108434
1   2   3   4   5   6   7   8   9   10   11
b4

H
ava və külək amilləri 

Hava mürəkkəb tərkibə malikdir. Havadakı qazlardan ekoloji 
cəhətdən əhəmiyyətlisi CO2 və O2-dir. CO2 fotosintez, O2 isə, 
tənəffüs üçün vacibdir. 

Hava şəraitinin bitkilərin inkişafına təsiri böyükdür. Havada olan 
sirkə turşusu, etilen, aseton və s. qazlar, ümumiyyətlə, atmosferin 
çirklənməsi bitkilərə mənfi təsir göstərir, bəzən onların məhvinə 
səbəb olur. 

Küləyin də bitkilərə, xüsusilə, transpirasiyaya təsiri böyükdür. 
Quru və isti küləkdə bitkilərin toxumaları susuzlaşır, su balansı 
pozulur və nəticədə tumurcuqlar məhv olurlar. Nəmli isti külək 
bitkilərin yaxşı inkişafına şərait yaradır. 

Bitkilərin küləyə daim məruz qalan tərəfində gövdələrdə budaq 
əmələ gəlmir və belə bitkilərin yerüstü hissəsi “bayrağa” bənzər olur. 

Külək bitkilərin toxum, meyvə və sporlarının təbiətdə 
yayılmasında iştirak edir. 


Edafit və ya torpaq amilləri 

Torpaq amillərinin bitkilərin yaşayışına olduqca böyük təsiri vardır. Bitkilər 
orqanizmləri üçün lazım olan suyu və mineral maddələri torpaqdan alırlar. Ona görə 
də torpağın tərkibinin, strukturunun, fiziki halının, temperaturunun, afasiyanın, 
rütubətinin bitkilərin həyatında mühüm əhəmiyyəti vardır. Bitkilərin kök sisteminin 
quruluşu və inkişafı torpağın strukturu ilə bağlıdır, torpağın quruluşu, fiziki-kimyəvi 
xassələri isə bitkilərdən asılıdır. 

Bitkilərdə gedən biokimyəvi, fizioloji və mikrobioloji proseslər, həmçinin köklərin 
böyüməsi torpağın PH-dan asılıdır. Bəzi bitkilər turşuluğu çox olan torpaqlara
digərləri neytral torpağa, bəziləri isə qələvili torpağa uyğunlaşmışlar. 

Bitkilərin mineral qidalanması torpaqdakı duzlar hesabına baş verir. Ca, Mg, K, 
Fe elementlərinin müəyyən kombinasiyası çox vacibdir. Kalsiumun torpağın fiziki-
kimyəvi xassələrinə təsiri böyükdür. Onun çatışmazlığı torpağın turşuluğunu artırır, 
bitkilərdə isə, Ca sitoplazmanın kolloid vəziyyətinə təsir göstərir. Kalsiumu sevən 
bitkilər 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə