Bitki ekologiyasının əsas elementləri. Bitki inkişafına təsir edən əsas ekoloji amillər. Bitkilərin introduksiyası


Fiziki- coğrafi vilayətlər və rayonlar



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə10/11
tarix04.05.2023
ölçüsü1,38 Mb.
#108434
1   2   3   4   5   6   7   8   9   10   11
b4

Fiziki-
coğrafi vilayətlər və rayonlar.
 
I. Böyük Qafqaz fiziki-coğrafi vilayəti.
1. Samur-
Dəvəçi rayonu,
2. Qonaqkənd rayonu,
3. Zaqatala-
Lahıc rayonıı,
4. Dağlıq Şirvan (Şamaxı) rayonu,
5. Qobustan-
Abşeron rayonu 
II. Kür çökəkliyi fiziki-coğrafi vilayəti.
1. Acınohur-Ceyrançöl rayonu,
2. Alazan-
Əyriçay rayonu,
3. Qazax-
Qarabağ rayonu,
4. Küdrü-Şirvan rayonu,
5. Arazboyu maili düzənliklər rayonu,
6. Mərkəzi Aran rayonu 
III. Kiçik Qafqaz fiziki-coğrafi vilayəti.
1. Gəncə dağları rayonu,
2. Qarabağ dağları rayonu,
3. Qarabağ vulkanik yaylası rayonu,
4. Həkəri rayonu 
IV. Lənkəran fiziki-coğrafi vilayəti.
1. Lənkəran rayonu,
2. Talış dağları rayonu 
V. Orta Araz (Naxçıvan) fiziki-coğrafı vilayəti.
1. Şərur-Ordubad rayonu,
2. Naxçıvan dağları (Günnüt-Qapıcıq) rayonu 


Azərbaycanın florası
Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Nisbətən böyük olmayan 
ərazidə dünyada rast gəlinən bütün bitki tiplərinin demək olar ki, hamısı respublikamızda 
yayılmışdır. Azərbaycanda bitən təxminən 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 fəsiləyə 
920 cinsdə birləşir. Növlərin ümumi sayına görə Azərbaycanın florası Qafqazın başqa 
respublikalarına nisbətən xeyli zəngindir. Bu bitkilərdən 200-ə yaxın növ ofisinal dərman
bitkiləridir. 
Respublikada rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini 
təşkil edir. Qafqaz və başqa regionlarda geniş yayılmış bitki növləri ilə yanaşı Azərbaycanın 
florasında kifayət sayda yalnız Azərbaycan və onun nisbətən kiçik rayonları üçün xarakterik olan 
172 endemik bitki növləri də vardır. Bitki örtüyünün yayılmasını regionun fiziki-coğrafi cəhətdən 
formalaşması, müasir torpaq iqlim şəraiti, şaquli zonalıq və bir sıra digər amillər də şərtləndirir. 
Belə ki, respublikanın ovalıq hissəsində 200 metrlik yüksəkliklərə kimi səhra və yarımsəhra bitki 
tipləri və su bataqlıq bitkiləri inkişaf etmişdir. Səhra tipli bitki qruplaşmalarına əsas etibarilə 
Xəzər sahilində, cənub-şərqi Şirvanda, Mil, Muğan və Şirvan düzlərində rast gəlinir. Torpağın 
duzluluğundan asılı olaraq burada qarasoran, şahsevdi, ətli, şoran, qışotu bitkiləri yayılmışdır. 
Yarımsəhra bitki örtüyü Şirvan, Səlyan, Muğan, Mil və Qarabağ çöllərində və eləcə də Ceyrançöl, 
Qobustan və Arazboyu düzənliklərdə geniş sahə tutur. Kür-Araz, Qobustan və Ceyrançöldə zonal 
formasiya olaraq yovşan yarımsəhrası sahə etibarilə üstünlük təşkil edir. Başqa formasiyalardan 
qarağan (Kür-Araz) və dəngiz (Qobustan, Naxçıvan) formasiyaları daha səciyyəvidir 
Yarımsəhralarda çox sayılan digər bitkilər: soğanaqlı qırtıcı, yapon tonqalotu, bərk quramat, şərq 
bozağı, çilingburnu, taxıl otları və bir sıra şoranlıq (çərən, şahsevdi, sarıbaş, qışotu və s.) otlarıdır. 
Bu sahələr üçün unikal olan tuqay meşələridir. Əsasən, Kür, Araz və Qabırrı çayları vadilərində 
yayılan meşələrin əsas ağacları palıd, ağcaqayın, göyrüş, söyüd və s. ibarətdir. Böyük Qafqaz və 
Kiçik Qafqaz dağətəyi düzənliklərində 200 m-dən 600-700 m, bəzən 1200 metrədək olan 
hündürlükdə əsasən bir və çoxillik kserofit bitkilər və kollar yayılmışdır. Daha yüksəkdə yuxarı 
sərhədi 1800-2200 metrlə məhdudlaşan sahələr meşələrdən ibarətdir. Azərbaycan Respublikası 
ərazisinin ümumi sahəsi 86,6 milyon hektardır. Azərbaycan meşələrinin ümumi 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə