Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə93/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   85   86   87   88   89   90   91   92   93

 
278 
Әvvəla,  həzrətin  şəhadəti  onun  zühur  dövründə  islahatçılığı  ilə 
bir araya sığmır.  
İkincisi, rəvayətlərdə bildirilir ki, Әhli-beyt (ə) qeyri-təbii ölümlə 
dünyadan köçəcək.  
Üçüncüsü,  həzrətin  şəhadətini  xəbər  verən  rəvayətin  sənədi 
mötəbər deyil.  
Dördüncüsü, bəzi rəvayətlərdə bildirilir ki, həzrət Mehdi (ə) təbii 
ölümlə köçər.  
 
Sual:  Həzrət  Mehdinin  (ə)  hökumətində  bütün  insanlar  islah 
olacaqmı? 
 Cavab:  Bəzi  rəvayətlərə  əsasən,  həzrət  Mehdinin  (ə)  islahatı 
bütün  yer  üzünü  bürüyəcək.  İmam  Həsən  Müctəba  (ə)  buyurur: 
“Allah-təala  dünyanın  sonunda  bütün  azğınları  və  günahları  islah 
edəcək bir şəxs göndərər.”
1
 
 
Sual:  Zühurdan  sonra  həzrət  Mehdinin  (ə)  dəstəsi  harada 
mərkəzləşəcək? 
Cavab:  Bəzi  rəvayətlərə  əsasən,  bu  hökumətin  paytaxtı  Kufə 
olacaq.  İmam  Sadiqdən  (ə)  nəql  olunmuş  bir  rəvayətdə  isə  imamın 
Səhlə məscidində məskunlaşacağı bildirilir.
2
 
 
Sual:  Әgər  zühur  dövründə  ağıllar  kamilləşəcəksə,  imama  nə 
ehtiyac var? 
Cavab:  Bilməliyik  ki,  zühur  dövründə  ağıllar  təbii  yolla 
kamilləşəcək. Bu işdə əsas təbii amil imam Mehdinin vücududur.  
 
Sual: Həzrətin zühurunun hansı təsirləri və bərəkətləri var? 
Cavab:  1.  Bu  imtiyazlardan  biri  insanın  imamla  bir  əsrdə 
yaşamasıdır.  Həmin  vaxtda  hazırda  əldə  olmayan  bərəkətlər  insana 
nəsib olar.  
2.  Həzrət  Mehdinin  (ə)  zühuru  dövründə  insanlar  üçün  yer 
üzündə behişt yaranar. Belə bir əsr hətta peyğəmbərin (s) dövründə də 
olmamışdır. Zühur dövründə ideal həyat üçün tam şərait yaranar.  
 
                                                 
1
 “İsbatul-hüdat”, c. 3, s. 524. 
2
 “Kafi”, c. 3, s. 495. 


 
279 
Sual: İmam zühur etdikdən sonra bugünkü texnologiyanı inkişaf 
etdirəcəkmi? 
Cavab:  İmam həm dövrün texnoloji tərəqqisindən bəhrələnəcək, 
həm də onu inkişaf etdirəcək. Amma bu tərəqqidə əsas məqsəd insanı 
yaranış məqsədinə çatdırmaqdır.  
 
Sual:  Həzrətin  zühur  dövründə  hansı  əlamətlər  müşahidə 
olunacaq? 
Cavab:  İslam  alimləri  zühur  əlamətlərini  iki  qismə  bölürlər:  bu 
əlamətlərdən  bir  hissəsi  zühurdan  öncə  gerçəkləşəcək.  Zühur  vaxtı 
gerçəkləşəcək  əlamətlər  sırasında  bir  dəstənin  Beyda  çölündə  yerə 
batmasını, səmadan gələn səsi, nəfsi-zəkiyyənin qətlini göstərmək olar.  
 
Sual: Belə əzəmətli bir hadisəni bir nəfər öz öhdəsinə necə götürə 
bilər? 
Cavab:  Bilməliyik  ki,  insan  həmişə  tarixi  şəraitdə  formalaşmır. 
İnsanın  qeyb  aləmi  ilə  sıx  rabitəsini  nəzərə  alsaq,  bu  dərin  rabitə 
insanı  xoş  gələcəyə  istiqamətləndirə  bilər.  Yeni  mədəniyyətin 
başlanğıcını  qoymuş  İslam  peyğəmbəri  keçmiş  mədəniyyətin  övladı 
deyildi. Həzrət Mehdinin təcrübəsi İslam peyğəmbərinin təcrübəsidir. 
İlahi bir şəxsiyyət tarixi gedişatı dəyişməyə qadirdir.  
 
Sual:  Әgər  imama  imam  qüsl  verməlidirsə,  həzrətə  kim  qüsl 
verəcək? 
Cavab: Rəvayətlərdə bildirilir ki, rəcətdən sonra imam Hüseyn (ə) 
bu işi görəsidir. İmam Sadiq (ə) buyurur: “Höccətin ölümü çatar, onun 
qüsl, kəfənləmə, hənut, dəfnini imam Hüseyn (ə) öhdəsinə götürər...”
1
 
Ümumdünya ədalət hökumətinin davam müddəti 
Sual:  İmam  Mehdinin  (ə)  tövhid  hökumətinin  müddəti  ilə 
rabitədə ümumi qayda nə tələb edir? 
Cavab: Ümumi qaydaya əsasən, imam Mehdinin (ə) ümumdünya 
ədalət hökuməti üçün geniş vaxta ehtiyac var. Bəşəriyyətin yaranışının 
ali  məqsədini  gerçəkləşdirmək  üçün  geniş  vaxta  ehtiyac  duyulur.  Bu 
mövzunu kiçik bir müqəddimə ilə aydınlaşdıraq: 
                                                 
1
 “Bihar”, c. 51, s. 56. 


 
280 
a)  Yaranışın  məqsədi  bütün  yer  üzündə  xalis  bəndəliyin 
gerçəkləşməsidir. Allah-təala buyurur: “Mən cin və insi (insanı) yalnız 
ibadət üçün xəlq etdim.”
1
  
b)  Həzrət  Mehdi  (ə)  ümumdünyəvi  hökuməti  bərpa  etməklə  bu 
məqsədin həyata keçməsində böyük rol oynayır.  
v)  Belə  bir  böyük  məqsədin  həyata  keçməsi  üçün  geniş  vaxta 
ehtiyac  var.  Çünki  bu  məqsədin  möcüzə  yolu  ilə  həyata  keçməsi 
nəzərdə tutulmamışdır.  
 
Sual: Həzrət Mehdinin (ə) hökumət müddəti haqqında rəvayətlər 
nə deyir? 
Cavab: Bu məsələ ilə bağlı iki qrup rəvayət var: 
a)  Rəvayətlərin  bir  qismində  həzrətin  hökumətinin  on  il  və  ya 
daha  az  ömür  sürəcəyi  bildirilir.  Belə  bir  məlumata  daha  çox  sünni 
mənbələrində rast gəlmək olur.  
b)  Digər  bir  qrup  rəvayətdə  həzrətin  hökumətinin  on  ildən  çox 
ömür sürəcəyi xəbər verilir.  
Birinci  qrup  rəvayətlər  “Sünəne  Әbu-Davud”,  “Səhihi-Termizi” 
mənbələrində  nəql  olunmuşdur.  İkinci  qrup  rəvayətlərə  “Yənabiul-
məvəddə”,  “Әl-haviyul  lil-fətavi”,  “Әl-ğeybət”  mənbələrində  təsadüf 
etmək olar.  
 
Sual:  Həzrət  Mehdinin  (ə)  hökumət  müddəti  ilə  bağlı  fərqli 
rəvayətlər necə izah olunur? 
Cavab: Bu mövzu ilə bağlı üç mövqe var: 
1. Bu hökumətin yeddi il davam edəcəyini bildirən rəvayətlər: Bu 
məlumatın  mötəbər  sənədləri  var,  hətta  mütəvatir  həddə  olduğu 
bildirilir.  
2.  Həzrətin  həyatı  və  hökuməti  haqqında  məlumat  verən 
rəvayətlər:  İmam  Mehdinin  (ə)  zühurundan  sonrakı  həyatı  on  ildən 
azdır. Ümumdünya ədalət hökumətinin ömrü on ildən az çəkəcək.  
3.  Şiddətli  və  zəif  mərhələlər:  Səfarini  deyir:  Bütün  rəvayətləri 
düzgün  saysaq,  onları  belə  izah  etmək  olar  ki,  həzrətin  hökuməti  üç 
mərhələyə bölünür: Zühur mərhələsi, sabitlik mərhələsi, son mərhələ.  
 
Sual: Həzrətin hakimiyyəti haranı əhatə edir? 
                                                 
1
 “Zariyat”, 56. 


 
281 
Cavab:  Rəvayətlərə  və  dəlillərə  əsasən,  həzrət  Mehdinin  (ə) 
hökuməti bütün yer üzünü əhatə edəcək: 
1. Yaranışda məqsəd bütün bəşəriyyətin kamala çatmasıdır; 
2. Bəzi rəvayətlərdə həzrətin hökumətinin bütün yer üzünü əhatə 
edəcəyi bildirilir; 
3.  Mütəvatir  həddə  çatmış  rəvayətlərə  əsasən  həzrət  Mehdi  (ə) 
bütün yer üzünü ədalətə bürüyəcək; 
4.  Bəzi  rəvayətlərə  əsasən,  həzrət  Mehdinin  (ə)  hökuməti  əhatə 
baxımından Zülqərneynin hökuməti kimidir; 
5. Bildirilir ki, həzrət yer üzündəki bütün məntəqələri fəth edəcək.  
 
Sual: Ümumi qaydaya əsasən zühurdan sonra bəşəriyyət nə qədər 
yaşamalıdır? 
Cavab:  Әgər  məqsəd  təbii  yolla  kamilliyə  çatmaqdırsa,  bu,  qısa 
bir  müddətdə  başa  gələn  iş  deyil.  Məqsəd  təkcə  hökumətin  təşkili 
deyil.  Әn  mühüm  hədəf  xalis  bəndəliyin  gerçəkləşməsidir.  Necə  ola 
bilər  ki,  qısa  bir  müddət  həyata  görə  bəşəriyyət  bir  bu  qədər  uzun 
intizar çəkib, fədakarlıq göstərsin?! 
Rəcət 
Sual: Rəcət nə deməkdir? 
Cavab:  İmamiyyə  şiələri  bu  əqidədədir  ki,  həzrətin  zühurundan 
və  ədalət  hökumətinin  təşkilindən  sonra  Allahın  övliyalarından  və 
Әhli-beyt  dostlarından,  eləcə  də,  vəhy  düşmənlərindən  bir  hissəsi 
dünyaya  qayıdacaq.  Övliyalar  və  salehlər  ədalət  hökumətini  görüb 
sevinəcək,  düşmənlər  isə  öz  ləyaqətsiz  əməllərinin  cəzasını  dünyada 
çəkəcək.  
 
Sual: Rəcət etiqadı nə vaxtdan mövcuddur? 
Cavab:  Rəcət  Әhli-beyt  (ə)  məktəbinin  köklü  etiqadlarındandır. 
Bu  əqidə  Qurandan  qaynaqlanmış,  peyğəmbər  hədislərində  ona  işarə 
olunmuşdur.  Sünni  kitablarına  müraciət  etdikdə  görürük  ki,  bu  əqidə 
imamiyyə şiələrinə aid olunur. İmamların səhabələri də öz müxalifləri 
ilə bu mövzuda mübahisə aparmışlar.  
Şeyx  Səduq  buyurur:  “Keçmiş  ümmətlər  arasında  rəcət  əqidəsi 
olmuşdur.  Peyğəmbər  (s)  buyurur  ki,  keçmiş  ümmətlər  arasında  baş 


 
282 
verən bu ümmət arasında da baş verəcək. Vacibdir ki, bu ümmət üçün 
də rəcət olsun.”
1
  
Şeyx  Müfid  buyurur:  “Allah-təala  qiyamətdən  öncə  bir  qrup 
Məhəmməd  (s)  ümmətini  dirildər.  Bu  əqidə  Ali-Məhəmmədə  (s) 
aiddir və Quran da onu təsdiqləyir.”
2
 
Seyyid  Mürtəza  buyurur:  “İmam  Mehdinin  (ə)  zühuru  zamanı 
şiələrdən  bir  qrupunun  dünyaya  qaytarılması,  mükafat  və  cəzaya 
çatdırılması şiə etiqadlarındandır...” 
 
Sual: Rəcət şiəliyin zərurətlərindəndirmi? 
Cavab: 
Bəzi 
şiə  alimlərinin  nəzərincə,  rəcət  məzhəb 
zəruriyyətlərindəndir.  Şeyx  Hürr  Amili  bildirir  ki,  bu  əqidə  bütün 
tanınmış  şiə  alimləri  tərəfindən  zərurət  sayılmışdır.  Mərhum  Məclisi, 
Әllamə Təbatəbai də rəcətin zəruriliyini təsdiqləyir.
3
 
 
Sual:  Nə  üçün  mütəkəllimlər  (kəlam  alimləri)  rəcət  mövzusunu 
kəlam elmində açıqlayırlar? 
Cavab: Bunun bir sıra səbəbləri var:  
1.  Rəcət  bir  çox  rəvayətlərdə  işarə  olunmuş  etiqadi 
həqiqətlərdəndir.  
2. Rəcətin imamət məsələsi ilə rabitəsi var. 
3.  Rəcət  qiyamət  əlamətlərindən  olduğu  üçün  əqidə  mövzusu 
sayılır. 
4. Rəcət məada etiqada zəmin yaradır.  
5. Rəcətin mükafat və cəza məsələləri ilə də əlaqəsi var.  
 
Sual: Rəcətlə bağlı hansı baxışlar var? 
Cavab:  1.  Rəcət  dedikdə  dünyadan  getmiş  Әhli-beyt  və  mömin 
ruhlarının  yenidən  zühuru  nəzərdə  tutulur.  Belə  bir  təfsir 
mənbələrdəki məlumatlara uyğun gəlmir.  
2. Rəcət dedikdə imam Mehdinin (ə) zühuru və xalqa üz tutması 
nəzərdə  tutulur.  Bu  hadisə  həqiqət  olsa  da,  onu  rəcət  adlandırmaq 
düzgün deyil. 
                                                 
1
 “Etiqadats-Səduq”, s. 41, 42. 
2
 “Bihar”, c. 53, s. 136. 
3
 “Әl-Mizan”, c. 2, s. 107. 


 
283 
3.  Rəcət  dedikdə  dünyadan  gedənlərin  bir  qrupunun  dünyaya 
qayıtması  nəzərdə  tutulur.  Bu  baxış  ən  məşhur  və  həqiqətə  uyğun 
baxışdır.  
 
Sual: Rəcətin zəruriliyinə əqli dəlil varmı? 
Cavab:  Bir  sıra  din  alimləri  rəcətin  zərurət  olmasını  sübuta 
yetirmək üçün əqli dəlillər göstərmişlər: 
1.  “Qəsri-daim  və  əksəri”  mahaldır:  yəni  hər  bir  həqiqət  öz 
xasiyyətlərindən  daimilik  və  ya  əksər  vaxt  məhrum  ola  bilməz. 
Peyğəmbərlər  və  imamlar  həyatları  dövründə  öz  təlim-tərbiyələrini 
başa vurmadıqlarından onların qayıdışı zəruridir.  
2.  İslah  yolunun  davamının  zəruriliyi:  Hər  bir  inqilabi  şəxsin 
inqilab 
hədəflərini 
həyata 
keçirəcək 
qüvvəyə 
ehtiyac 
var. 
Peyğəmbərdən (s) sonra bu işi on iki imam görmüşdür. Demək, zühur 
dövründə Әhli-beytin rəcəti zəruridir.  
3.  Rəcət  fitri  bir  həqiqətdir:  Әdalət  hökumətinin  ömrü  uzun 
çəkəcək, həzrətin ömründə isə məhdudluq var. Demək, kimlərsə onun 
yolunu davam etdirməlidir.  
 
Sual: Quranda kimlərinsə rəcətinə işarə olunubmu? 
Cavab: Quranda rəcət nümunələri mövcuddur: 
1.  Allah-təala  buyurur:  “Allah  onlara  “ölün”  dedi  və  sonra 
yenidən diriltdi.”
1
  
2.  Quranda  buyurulur:  “Kəsilmiş  inəyin  bir  parçasın  ölüyə 
toxundurun” dedik. Allah bütün ölüləri bu qaydada dirildər...”
2
 
3.  Allah-təala  buyurur:  “Şükr  edəsiniz  deyə,  sizi  sonra  yenidən 
diriltdik.”
3
  
4.  Başqa  bir  ayədə  oxuyuruq:  “Allah  onu  yüz  il  ölü  halında 
saxladı, sonra dirildərək “Nə qədər yatmısan” deyə soruşdu”.
4
 
 
Sual: Rəcətə etiqadın hansı əsərləri var? 
Cavab: Rəcətə etiqadın bir sıra faydaları var:  
1. Zühur dövrü yer üzü üçün behiştdir.  
2.  İnsan  zühurdan  öncə  Mehdinin  (ə)  zühuru  üçün  zəmin 
hazırlamalı olduğundan rəcətin böyük tərbiyəvi və əməli təsirləri var.  
                                                 
1
 “Bəqərə”, 243. 
2
 “Bəqərə”, 73. 
3
 “Bəqərə”, 55, 56. 
4
 “Bəqərə”, 259. 


 
284 
 
Sual: Rəcət əqli və fəlsəfi baxımdan mümkün sayıla bilərmi? 
Cavab:  Bəziləri  elə  hesab  edirlər  ki,  rəcət  əqli  və  fəlsəfi 
baxımdan əsassızdır.  
1.  Әqli  baxımdan  irad:  Vəliyullah  Dehləvi  deyir:  “Günahkarlar 
axirətdə  cəzalanasıdır  və  onların  dünyada  cəzalanması  zülm  sayılır. 
Onlar  öz  müasirlərinin  qarşısında  cəzalandırılsaydılar,  ibrətamiz 
olardı...” 
İradları belə cavablandıra bilərik ki, günahkarların rəcət dövründə 
alacaqları 
cəza 
onların 
ümumi 
cəzalarının 
bir 
hissəsidir... 
Günahkarların  müasirləri  yox,  başqa  dövrün  insanları  qarşısında 
cəzalandırılması ibrətamizdir.  
2.  Fəlsəfi  baxımdan  irad:  Ölümdən  sonra  dünyaya  qayıdış 
fəaliyyətdən  sonra  qüvvəyə  qayıdışdır.  Fəlsəfədə  belə  bir  hal  batil 
sayılır.  
Uyğun irada belə cavab verə bilərik ki, bu irad təbii ölümə aiddir. 
Qətl  və  xəstəlik  səbəbindən  ölənlər  öz  fəaliyyətlərini  tam  başa 
vurmamışlar.  
 
Sual: Rəcət etiqadı yəhudilərə aid deyilmi? 
Cavab: Әhməd Әmin Misri deyir: “Yəhudilər öz rəcət etiqadları 
ilə şiələrə təsir göstərmişdir.”
1
  
Әvvəla, İslamın vəzifəsi yəhudiliyi hər bir işə münasibətdə inkar 
etmək deyil. Həzrət Peyğəmbər (s) onlara xitabən buyurur: “Bu Quran 
sizdə olanı təsdiq edəndir.”
2
  
Әhli-beytin  rəcət  mövzusunda  nəql  etdiyi  rəvayətlər  mütəvatir 
həddindədir.  
 
Sual: Rəcət hədisləri yalnız şiələr tərəfindən nəql olunmuşdurmu? 
Cavab: Bəzi sünnilər irad tuturlar ki, rəcət hədisləri yalnız şiələr 
tərəfindən nəql olunmuşdur. 
Әvvəla şiələr bu rəvayətləri peyğəmbər Әhli-beytindən nəql edir. 
Bu  xəbər  Quran  və  hədislərdə  təsdiqlənmişdir.  Belə  bir  etiqad  sünnə 
əhlinə də vacibdir.  
                                                 
1
 “Fəcrul-İslam”, s. 33. 
2
 “Bəqərə”, 41. 


 
285 
İkincisi, rəcət hədislərinə sünni mənbələrində yer verilməməsinin 
səbəbi  həmin  dövrdə  şiə  imamlarının  zühuru  məsələsi  ola  bilər. 
İmamlar məhz haqları tapdandığından rəcət dövründə geri dönəsidir.  
 
Sual:  Rəcət  tənasüx  (ruhların  bədənə  qayıtması)  kimi  batil 
əqidəyə uyğun deyilmi? 
Cavab:  Tənasüx  dedikdə  ruhun  bir  bədəndən  digərinə  keçməsi 
başa  düşülür.  Rəcət  isə  bəzi  ruhların  müəyyən  bir  müddətə  əvvəlki 
bədənə qayıtmasıdır.  
 
Sual: Quran rəcət məsələsini inkar edirmi? 
Cavab: Dehləvi deyir: “Bəzi Quran ayələrinə əsasən, insanın bu 
dünyaya  rəcəti  mümkünsüzdür.”  O  “Muminun”  surəsinin  99-100-cü 
ayələrini  dəlil  göstərir.  Bu  ayələrdə  saleh  əməl  üçün  dünyaya 
qayıtmaq istəyənlərə rədd cavabı verilir.  
Әvvəla, ayə xüsusi halı  nəzərdə tutmamışdır. Rəcət məsələsində 
yalnız bir qrup mömin və günahkardan söhbət gedir.  
İkincisi,  ayədə  ölümdən  öncə  ölüm  mələyi  ilə  görüş  məqamı 
nəzərdə tutulur. Rəcət isə ölümdən sonranı nəzərdə tutur.  
Üçüncüsü, ayə kafirlərin tələbi ilə qayıdışı mümkünsüz sayır.  
Dördüncüsü, rəcəti təsdiq edən ayələr yetərincədir.  
Beşincisi, rəcət kafirlərin tələbi yox, Allahın iradəsidir.  
 
Sual: Rəcət hamıya aiddirmi? 
Cavab:  
Әvvəla, rəcət məad kimi ümumi deyil. Bu hadisə xalis möminlərə 
və xalis kafirlərə aiddir.  
İmam  Sadiq  (ə)  buyurur:  “Rəcət  ümumi  deyil...  Yalnız  xalis 
imanı olanlar və xalis müşriklər geri qaytarılar.”
1
 
İkincisi, rəvayətlərdə xüsusi şəkildə fərdlərin dönüşü qeyd olunur. 
İmam  Sadiq  (ə)  buyurur:  “Yer  üzünə  qayıdacaq  ilk  şəxs  Hüseyn  ibn 
Әli (ə) оlаcаq.
2
  
Həzrət başqa bir məqamda buyurur: “Dünyaya rəcət edən ilk şəxs 
Hüseyn ibn Әlidir (ə)...”
3
 
 
                                                 
1
 “Bihar”, c. 53, s. 33. 
2
 “İlzamul-nasib”, c. 2, s. 360. 
3
 “Bihar”, c. 53, s. 460. 


 
286 
Sual: Zühur dövründə qadınlar rəcət edəcəkmi? 
Cavab:  Zühur  dövründə  həzrətin  yardımçılarından  bir  qismi 
qadınlardır.  Allah  imamın  zühuru  bərəkəti  ilə  onları  dirildəcək  və 
onlar  növbəti  dəfə  dünyaya  rəcət  edəcək...  Bəzilərinin  adı  və 
əlamətləri də göstərilir.  
Mötəbər  mənbələrdə  on  üç  qadının  adı  çəkilir.  Onlar  həzrət 
Mehdinin  (ə)  zühuru  zamanı  diriləsidir.  Bu  qadınlar  həzrətin 
qoşununda yaralılara tibbi xidmət göstərəcək.
1
  
                                                 
1
 “Dəlailul-imamət”, Təbəri, s. 314. 


 
287 
 
Mündəricаt 
Məhdəviyyət mövzusunun təsirləri .............................................. 7 
Ümumdünya ədalət hökumətinin fəlsəfəsi ................................... 8 
Ümumdünyəvi olmaq ................................................................. 17 
Tətbiqi xilaskarlıq ....................................................................... 22 
Fərəc (həzrət Mehdinin (ə) zühuru ilə qurtuluş) intizarı ............ 38 
Başqa dinlərin xilaskarın zühuruna baxışı .................................. 48 
Məhdəviyyətin müdafiəsi ........................................................... 60 
Məhdəviyyətlə bağlı yekdil fikirlər ............................................ 77 
İmam Mehdinin (ə) mövludu ..................................................... 81 
Uşaq yaşlarında imamət ........................................................... 110 
İmam Mehdinin (ə) vilayəti ...................................................... 121 
Ağıl baxımından imam Mehdinin (ə) varlığı ........................... 126 
Quran baxımından həzrət Mehdinin (ə) varlığı ........................ 135 
İmam Mehdi (ə) haqqında şiə rəvayətləri ................................. 142 
Firqələrin nəql etdiyi rəvayətlərdə imam Mehdi (ə) ................ 143 
“12-ci xəlifə” hədislərində imam Mehdi .................................. 146 
Kiçik qeyb (Qеybəti suğrа) ...................................................... 151 
Səfirlər ...................................................................................... 159 
Tоqiat ........................................................................................ 169 
(qeydlər, məktublar, fərmanlar) ................................................ 169 
Böyük qeyb (Qеybəti kübrа) .................................................... 171 
Müqəddəs sərdabə .................................................................... 199 
Qeyb dövrünün vəzifələri ......................................................... 202 
İmam Mehdinin (ə) əsil-nəsli ................................................... 203 
Böyük qeyb dövründə imam Mehdi (ə) ilə görüş ..................... 209 
Müqəddəs Cəmkəran məscidi .................................................. 215 
 

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə