Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə92/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   85   86   87   88   89   90   91   92   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
275 
 
Sual: 497. Həzrət Mehdi (ə) yeni bir din gətirəcəkmi? 
Cavab: Bəziləri elə düşünür ki, həzrət Mehdi (ə) zühur dövründə 
yeni  bir  din  gətirəcək.  Hansı  ki,  Quran  buyuruqlarına  əsasən,  İslam 
peyğəmbəri  (s)  son  peyğəmbərdir,  onun  dini  son  dindir.  Hədis 
mənbələrinə  müraciət  etdikdə  görürük  ki,  həzrətin  yeni  din  gətirməsi 
ilə bağlı heç bir məlumat verilmir. Həzrətin zühur dövründə məsələləri 
yenidən araşdırması yeni şəriət kimi başa düşülməməlidir. Həzrət yeni 
üsullardan  istifadə  etsə  də,  onun  məqsədi  cəddinin  şəriətini 
dirçəltməkdir.  
 
Sual: 498. Həzrət Mehdinin (ə) “yeni sultan” olması nə deməkdir? 
Cavab:  Bir  rəvayətdə  nəql  olunur  ki,  imam  Baqir  (ə) 
buyurmuşdur:  “And  olsun  Allaha!  Sanki  xalqın  rükn  və  məqam 
arasında  Mehdiyə  səmadan  enmiş  yeni  sultan  kimi  beyət  etdiyini 
görürəm.”
1
 Bu sualla bağlı bəzi ehtimallar var:  
1.  Yeni  sultan  dedikdə  yeni  üsul,  yeni  yanaşma  nəzərdə  tutulur. 
Elə  bir  üsul  ki,  bəşəriyyət  heç  bir  dövlətin  tarixində  bu  üsulla 
rastlaşmamışdır.  
2. Elə bir səltənət ki, bütün səltənət və hökumətlərə münasibətdə 
yenidir.  
 
Sual: 499. İmam Mehdinin (ə) yeni bir əmrlə qiyamı nə deməkdir? 
Cavab:  İmam  Baqir  (ə)  bir  rəvayətdə  buyurur:  “Mehdi  xüruc 
etdiyi  vaxt  yeni  əmrlə  qiyam  edəcək.”
2
 “Yeni  əmr”  ifadəsi  ilə  bağlı 
müəyyən ehtimallar var:  
1. “Yeni əmr” dedikdə yeni tələb nəzərdə tutulur.  
2.  “Yeni  əmr”  dedikdə  yeni  üsul,  düşüncə  və  əqidə  proqramı 
nəzərdə tutulur.  
3.  “Yeni  əmr”  dedikdə  xilafət  və  imamət  nəzərdə  tutulur. 
Həzrətin xilafəti başqa xilafətlərdən fərqləndiyi üçün yeni sayılır.  
 
Sual: 500. “Yeni mühakimə” nədir? 
Cavab: İmam Baqir (ə) buyurur: “Ali-Məhəmmədin Qaimi xüruc 
edəndə yeni sünnə, yeni mühakimə ilə qiyam edəcək.” (həmin mənbə, 
s. 348)  
                                                 
1
 “Bihar”, c. 52, s. 230. 
2
 Həmin mənbə. 


 
276 
Sualla bağlı iki ehtimal var:  
1. Zühur əsrinə uyğun çeşidli və mütərəqqi proqramlar; 
2. Mühakimədə yeni üslub.  
 
Sual: “Yeni sünnə” nə deməkdir? 
Cavab:  İmam  Baqir  (ə)  buyurur:  “Mehdi  (ə)  xüruc  edəndə  yeni 
əmr,  yeni  kitab,  yeni  sünnə  ilə  qiyam  edəcək.”
1
 Hansı  ki,  həzrət 
Peyğəmbər  (s)  buyurmuşdur:  “Mehdinin  (ə)  sünnəsi  mənim  sünnəm 
kimidir.”
2
 
Zühur  dövründə  düşüncələr  kamilləşdiyindən  və  həzrətin 
hakimiyyəti  bütün  yer  üzünü  əhatə  etdiyindən  bu  hakimiyyət  başqa 
hakimiyyətlərdən fərqlənir.  
 
Sual: “Yeni kitab” nə deməkdir? 
Cavab:  Әbu-Bəsir  nəql  edir  ki,  imam  Sadiq  (ə)  buyurmuşdur: 
“And  olsun  Allaha!  Sanki  Mehdinin  (ə)  rükn  və  məqam  arasında 
xalqdan  yeni  kitabla  beyət  aldığını  görürəm...”
3
 Bu  təbirlə  bağlı 
müxtəlif ehtimallar var:  
1. Yeni bir Quranın gətirilməsi ehtimalı. Belə bir ehtimal batildir.  
2. Həzrətin Quranı peyğəmbər dövründə olduğu şəkildə gətirməsi. 
Bugünkü  Quran  peyğəmbər  tərəfindən  tərtib  olunduğu  üçün  bu 
ehtimal da qəbuledilməzdir.  
3.  Nəzərdə  Әli  ibn  Әbi-Talib  tərəfindən  yazılmış  Quran  tutula 
bilər. Bu ehtimal həqiqətə daha çox yaxındır.  
4.  Yeni  kitab  dedikdə  daha  uca  maarif  və  mahiyyət  başa  düşülə 
bilər.  İmam  ayələrin  bu  vaxtadək  xalqa  məlum  olmayan  yeni 
mənalarını açıqlaya bilər.  
 
Sual:  Həzrət  Məsihin  ümumdünya  ədaləti  hökumətində 
iştirakının hikməti nədir? 
Cavab: 1. Həzrətin iştirakı çoxsaylı məsihi dünyasının hidayətinə 
səbəb ola bilər.  
2.  Həzrət  Məsihin  iştirakı  həzrət  Mehdinin  (ə)  qələbəsi  üçün 
zəmin yarada bilər.  
                                                 
1
 Həmin mənbə, c. 52, s. 230. 
2
 Həmin mənbə, c.51, s. 73. 
3
 “Bihar”, c. 52, s. 294. 


 
277 
3.  Həzrət  Məsih  həzrət  Mehdinin  (ə)  ümumdünya  ədalət 
hökumətində hansısa məsuliyyəti öhdəsinə götürə bilər.  
 
Sual:  Әgər  həzrət  İsa  peyğəmbərdirsə,  nə  üçün  ümumdünya 
hökumətinin rəyasəti həzrət Mehdiyə (ə) məxsusdur? 
Cavab: Yuxarıdakı suala bir neçə baxımdan cavab vermək olar: 
1.  Həzrət  Mehdi  (ə)  İslam  peyğəmbərinin  (s)  son  canişini,  şəri 
varisdir.  
2.  Həzrət  Məsih  müsəlman  olmayan  ümmətlərin  peyğəmbəridir. 
Onun dini gücdən düşmüş, ardıcıllarına İslam dinini qəbul etmək əmr 
edilmişdir.  
 
Sual: Həzrət Mehdi (ə) yəhudi və məsihilərlə necə rəftar edəcək? 
Cavab: Bəzi rəvayətlərə əsasən, həzrət Mehdi (ə) Tövrat əhli ilə 
Tövratla,  İncil  əhli  ilə  İncillə,  Zəbur  əhli  ilə  Zəburla,  Quran  əhli  ilə 
Quranla  mühakimə  aparacaq.  Әlbəttə  ki,  söhbət  inadkarlıq 
göstərməyən, həzrətə qarşı çıxmayan kitab əhlindən gedir.  
 
Sual: İmamın zühuru ilə qiyamı arasında fasilə çoxdurmu? 
Cavab:  Şeyx  Müfid  deyir:  “Qaim  hakimiyyətə  çatdıqdan  sonra 
kimsə  üçün  hakimiyyət  olmayacaq.  Rəvayətlərdə  işarə  olunub  ki, 
yalnız həzrətin  övladı  ona  canişin  olar. Amma  bu  məsələyə  qəti dəlil 
yoxdur.  Әksər  rəvayətlərdə  bildirilir  ki,  ümmətin  Mehdisi  (ə) 
qiyamətdən qırx gün öncə dünyadan köçər və həmin qırx gündə hərc-
mərclik  düşər.  Bu  isə  ölülərin  dirilmə,  hesab  saatının  başlama 
əlamətidir.”
1
 
 
Sual: Әgər həzrətin hökuməti ümumdünya ədalət hökumətidirsə, 
nə üçün o, şəhadətə çatır? 
Cavab:  Həzrətin  şəhadəti ilə  bağlı  mütəvatir  dəlil  yoxdur. Onun 
şəhadətə  çatacağına  inananlar  iki  dəlilə  əsaslanır:  a)  Rəvayətlərdə 
ümumi  şəkildə  göstərilmişdir  ki,  bütün  imamlar  qeyri-təbii  ölümlə 
dünyadan  gedər;  b)  Rəvayətlərdən  birində  məlumat  verilir  ki,  bəni-
təmim tayfasından olan Səidə adlı bir qadın həzrəti şəhadətə yetirər. O 
həzrət yoldan keçdiyi vaxt böyük bir daşı onun üstünə salar.  
Bəs həqiqət necədir? 
                                                 
1
 “İrşadi-Mufid”, c. 2, s. 387. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə