Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə87/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   83   84   85   86   87   88   89   90   ...   93

 
260 
Cavab:  Müfəzzəl  ibn  Ömər  deyir:  İmam  Sadiq  (ə)  buyurdu: 
“Qaim qiyam etdiyi vaxt şiə yalançılardan başlayacaq və onları qətlə 
yetirəcək.”  
Әvvəla, şiə dedikdə İmamiyyə, İsmailiyyə, Zeydiyyə və digər şiə 
firqələri  nəzərdə  tutulur.  Bir  çoxları  Әhli-beytin  xəttindən  çıxdığı 
halda şiə sayılmışdır.  
Әbül-Xəttab,  Mücirə  ibn  Səid,  Әhməd  ibn  Hilal  İbrətani,  İbn 
Әbül-Әzaqir  və  başqaları  bu  qəbildəndir.  Yuxarıdakı  hədisi 
Xəttabiyyə  firqəsini  yaratmış  Әbül-Xəttab  nəql  etmişdir.  Hədislərdə 
imamın  bu  şəxsi  lənətləməsi  bildirilir.  İmam  Allahdan  diləmişdir  ki, 
bu şəxsə qılıncın istiliyini daddırsın. 
 
Sual:  452.  Səmadan  endikdən  sonra  həzrət  İsanın  vəzifəsi  nə 
olacaq? 
Cavab:  Әbu-Hüreyrə  nəql  edir  ki,  həzrət  Peyğəmbər  (s) 
buyurmuşdur:  “O,  səmadan  enər...  İslama  dəvət  baxımından  xalqla 
savaşar.  Xaçı  sındırıb,  donuzu  öldürər,  cizyə  qoyar.  Onun  əsrində 
Allah-təala İslamdan savay bütün millətləri məhv edər. Məsih Dəccalı 
da  öldürər.  Yer  üzündə  qırx  il  qalar,  vəfatından  sonra  müsəlmanlar 
ona namaz qılarlar.”
1
  
Donuzun  öldürülməsi  onun  ətindən  istifadənin  qadağası  kimi 
başa  düşülə  bilər.  Cizyə  qoyulması  bütün  dinlərin  aradan 
götürüləcəyinə işarə ola bilər.
2
  
 
Sual:  453.  Həzrət  İsa  nazil  olduqdan  sonra  hansı  şəriətə  əməl 
edər? 
Cavab:  Səmərə  nəql  edir  ki,  həzrət  peyğəmbər  buyurmuşdur: 
“İsa  ibn  Məryəm  Məhəmməd  və  onun  ümmətini  təsdiq  edən  halda 
nazil olar. Həmin vaxt Dəccalı qətlə yetirər...”
3
  
İbn-Həbban 
Әbu-Hüreyrədən 
belə 
nəql 
edir: 
Həzrət 
Peyğəmbərdən  (s)  belə  eşitdim:  “Məsih  rükudan  qalxdığı  vaxt 
“Səmiəllahu limən-həmidəh” deyər...”
4
  
 
Sual: 454. Ümumdünya tövhid hökumətinin rəhbəri kimdir? 
                                                 
1
 “Sünəne-Әbu-Davud”, c. 2, s. 319; “Kənzul-ummal”, c. 14, s. 333. 
2
 “Әl-Məsihul-muntəzər və nəhayətul-aləm”, s. 240/ 
3
 “Müsnəde-Әhməd”, c. 5, s. 13. 
4
 “Səhihe-ibn Həbban”, c. 5, s. 223. 


 
261 
Cavab: Bu hökumətin rəhbəri ilə bağlı üç ehtimal var: rəhbər İsa 
ibn  Məryəmdir;  rəhbər  İslamdan  olan  Məsihdir;  rəhbər  imam 
Әsgərinin (ə) övladı həzrət Mehdidir (ə).  
Birinci  ehtimalı  irəli  sürənlər  kitablardakı  “Məsih”  sözünün 
həzrət  İsaya  aid  olduğunu  bildirirlər.  Hansı  ki,  Məsih  ümumişlək  bir 
ləqəbdir  və  onun  məhz  İsaya  aid  olmasını  sübuta  yetirən  yetərli 
dəlillər yoxdur.  
Ümumdünya tövhid hökumətinin İslamdan olan Məsih tərəfindən 
idarə olunacağı barədə də mötəbər məlumat yoxdur.  
Üçüncü ehtimalla bağlı bir neçə dəlil göstərmək olar:  
1.  İmam  Mehdi  (ə)  İslam  Peyğəmbəri  (s)  tərəfindən  belə  bir 
hökumətə varis seçilmişdir; 
2. Rəvayətlərdə bildirilir ki, həzrət İsa müsəlmanlara imamlıqdan 
imtina edər və imam Mehdini (ə) imam kimi tanıtdırar; 
3. Ümumdünya tövhid hökumətinin rəhbərinin İslam ümmətindən 
olması hikmətə əsaslanır; 
4.  İncildə  göstərilir  ki,  həzrət  İsa  “insan  övladı”  adlı  bir  şəxsin 
köməyi ilə səmadan enib, onun yardımı ilə bu hökuməti quracaq.  
 
Sual: 455. Həzrət İsa nazil olduqdan sonra nə qədər yaşayacaq? 
Cavab:  Әbu-Hüreyrə  nəql  edir  ki,  həzrət  Peyğəmbər  (s) 
buyurmuşdur:  “Məsih  yer  üzündə  qırx  il  qalacaq,  vəfatından  sonra 
müsəlmanlar onun üçün namaz qılacaq.”
1
 
2. Abdullah ibn Ömər nəql edir ki, peyğəmbər buyurmuşdur: “İsa 
ibn Məryəm yerə enər, izdivac edər və övlad sahibi olar.”
2
 
İmam Mehdinin (ə) səhabələri 
Sual: 456. İmam Mehdinin (ə) zühurdan sonra neçə səhabəsi olar? 
Cavab: Yetərli həddə çatmış rəvayətlərə əsasən, imam Mehdinin 
(ə) Bədr savaşındakı səhabələr qədər, yəni 313 nəfər səhabəsi olar.
3
 
 
Sual: 457. İmam Mehdinin 313 nəfərdən əlavə səhabəsi varmı? 
Cavab:  Rəvayətlərdə  bildirilir  ki,  imam  Mehdinin  (ə)  zühurdan 
sonra on minədək səhabəsi olar.  
                                                 
1
 “Müsnəde-Әhməd”, c. 2, s. 406. 
2
 “Әl-Muntəzəm”, c. 2, s. 39. 
3
 “Yənabiul-Məvəddəd”, s. 509; “Elamul-vəri”, s. 433. 


 
262 
Məhəmməd  ibn  Müslim  nəql  edir  ki,  imam  Baqir  (ə) 
buyurmuşdur:  “Həzrət  Mehdinin  (ə)  ətrafında  on  min  nəfər 
toplandıqdan sonra yer üzündə Allahdan savay məbud qalmaz...”
1
 
 
Sual:  458.  Həzrət  Mehdinin  (ə)  səhabələri  Məkkəyə  necə  daxil 
olar? 
Cavab: Yuxarıdakı sualla bağlı bir neçə ehtimal var: 
1. İnsanlar möcüzə ilə, sürətli şəkildə Məkkəyə daxil olar.  
2. Digər bir ehtimala görə xalq bir neçə dəstəyə bölünər: bəziləri 
təbii  yolla  imamın  xidmətinə  yetişər,  bəziləri  yatdığı  yerdə  oyanıb 
özünü  Məkkədə  görər,  bəziləri  isə  buludlar  üzərində  həzrətin 
xidmətinə gələr.  
3.  Hamı  sadəcə  səfərə  çıxıb  həzrətin  xidmətinə  çatar.  Üçüncü 
ehtimal həqiqətə daha çox uyğundur.  
 
Sual: 459. İmam Mehdinin (ə) səhabələri hansı ölkələrdəndir? 
Cavab:  Şeyx  Tusi  nəql  edir  ki,  imam  Baqir  (ə)  buyurmuşdur: 
“Rükn və məqam arasında Bədr əhli sayda insan həzrətə beyət edəcək. 
Onların arasında Misirdən, Şamdan, İraqdan gələnlər var...”
2
 
İbn  Tavus  “Әl-Məlahim  vəl-fətn”  kitabında  bir  çox  səhabələrin 
və onların şəhərlərinin adını nəql edir.  
 
Sual: 460. İmamın səhabələri arasında ərəblər varmı? 
Cavab:  Mərhum  Məclisi  nəql  edir  ki,  imam  Sadiq  (ə) 
buyurmuşdur:  Әrəblərdən  uzaq  ol,  çünki  onlar  üçün  bu  xəbər  acıdır. 
Bil ki, Qaimlə ərəbdən bir nəfər olsun ortaya çıxmayacaq.”
3
 
Amma  bu  hədisin  sənədləri  mötəbər  deyil.  Şeyx  Tusinin  nəql 
etdiyi  hədisdə  bildirildi  ki,  imama  beyət  edənlər  arasında  Misirdən, 
Şamdan, İraqdan gələnlər var.  
 
Sual:  461.  İmam  Mehdinin  (ə)  səhabələri  arasında  qadınlar 
vardırmı? 
Cavab: Nemani nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: “And 
olsun  Allaha!  Üç  yüz  neçə  nəfərin  arasında  əlli  nəfər  qadın  var.”
4
 
                                                 
1
 Həmin mənbə. 
2
 Tusi, “Әl-ğeybət”, s. 284. 
3
 “Bihar”, c. 52, s. 333. 
4
 “Nemani, “Әl-ğeybət”, s. 279. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə