Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə88/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   85   86   87   88   89   90   91   92   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
263 
Müfəzzəl  ibn Ömər  imam Sadiqə  (ə)  istinadən  bildirir ki, Qaimin  (ə) 
ətrafındakılar arasında on üç nəfər qadın var.
1
 
 
Sual: 462. Həzrətin qadın tərəfdarları  313 nəfərdəndirmi? 
Cavab: Bəzi rəvayətlərdə bildirilir ki, həzrətin əlli qadın tərəfdarı 
həmin 313 nəfərdəndir. Cabir ibn Yəzid Cofi nəql edir ki, imam Baqir 
(ə) buyurmuşdur: “And olsun Allaha! Üç yüz ondan çox şəxs gələr və 
onların əlli nəfəri qadındır. Onlar Məkkədə bir yerə toplanar...”
2
 
 
Sual:  463.  Әgər  imamın  səhabələrinin  adı  öncədən  bilinirsə,  biz 
hansı əsasla səhabə olacağımıza ümid edə bilərik? 
Cavab:  İmamın  səhabələrinin  sayını  və  adlarını  göstərən 
rəvayətlər  sənəd  baxımından  zəifdir.  İbn-Tavusun  rəvayətində  313 
nəfərin  yox, 240 nəfərin adı göstərilir. Ehtimal var ki, insan qalan 73 
nəfərdən biri olsun.  
 
Sual: 464. İmam Mehdiyə (ə) istəmədən beyət edənlər varmı? 
Cavab:  Qutabə  nəql  edir  ki,  Peyğəmbər  (s)  buyurmuşdur: 
“Mehdi  (ə)  Mədinədən  Məkkəyə  doğru  xüruc  edər,  ondan  xalqın 
arasından  xüruc  etməsi  istənilər.  O,  rükn  və  məqam  arasında  ikrahla 
beyət аlar...”  
Zürarə nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “Qaimin adı ilə 
nida  edilər.  Gəlib  məqamın  arxasında  dayanar.  Ona  deyilər  ki, 
həqiqətən, sənin adınla nida çəkilib, nə gözləyirsən? Onun əlini tutub 
beyət edərlər. Zürarə deyir ki, həmd olsun Allaha ki, Qaimin kərahətlə 
beyət  aldığını  eşitdik.  Onun  ikrahında  heç  bir  günah  olmadığını 
bildik.”
3
 
 
Sual: 465. Həzrət Mehdiyə (ə) kimlər beyət edəcək? 
Cavab:  Cəbrail,  həzrətin  yaxın  səhabələri,  həzrətin  ümumi 
səhabələri, Məkkədə olub onun dəvətini qəbul edənlər.  
 
Sual:  466.  İmam  Mehdi  öz  səhabələri  ilə  hansı  əsasda  peyman 
bağlayar? 
                                                 
1
 “Dəlailul-imamət”, s. 259; “İsbatul-hudat”, c. 3, s. 75. 
2
 “Məcməul-zəvaid”, c. 7, s. 315. 
3
 “Nemani, “Әl-ğeybət”, s. 340. 


 
264 
Cavab:  Öz  ətrafındakılardan  əhd  almaq  imam  Mehdinin  (ə) 
proqramlarından  və  üsullarındandır.  İlkin  İslam  hökuməti  qurulduğu 
vaxtdan  əhd  və  beyət  almaq  qayda  olmuşdur.  İlk  dəfə  İslam 
peyğəmbəri (s) belə bir üsulu tətbiq etmişdir.  
Həzrət Әli (ə) buyurur: “Həqiqətən, Qaim öz yaxınları ilə peyman 
bağlayar, onlardan beyət alar...”
1
 
 
Sual: 467. İmam Mehdinin (ə) səhabələri şücaətlidirmi? 
Cavab:  Hakim  Nişapuri  Məhəmməd  ibn  Hənəfiyyənin  dilindən 
nəql  edir:  Biz  Әlinin  (ə)  yanında  idik.  Ondan  həzrət  Mehdi  (ə) 
haqqında  soruşuldu.  Həzrət  buyurdu:  “O  dünyanın  sonunda  zühur 
edəcək. Həmin vaxt bir şəxs “öldürülsün” deyə elan edər. Allah onun 
ətrafında  parçalanmış  bulud  kimi  dəstələr  toplayar  və  qəlblərini 
həmahəng edər. Onlardan heç birində qorxu görünməz...”
2
 
 
Sual: 468. Həzrətin səhabələri xüsusi bir məntəqədəndirmi? 
Cavab:  Bəzi  rəvayətlərə  əsasən  həzrətin  səhabələri  dünyanın 
müxtəlif  nöqtələrindəndir.  Allah-təala  qısa  bir  zamanda  onları  Kəbə 
ətrafında toplayar.  
Seyyid ibn Tavus nəql edir ki, imam Әli (ə) həzrət Mehdinin (ə) 
səhabələri haqqında buyurmuşdur: “Onlar Bədr səhabələri sayda, 313 
nəfərdir. Allah onları dünyanın şərqindən və qərbindən Kəbə ətrafına 
toplayacaq...”
3
 
Sual: 469. Həzrət Mehdinin (ə) səhabələrində hansı xüsusiyyətlər 
var? 
Cavab:  Rəvayətlərdə  bildirilir  ki,  həzrət  Mehdinin  (ə) 
səhabələrinin  özünəməxsus  sifətləri  var:  İxlas,  yəqin  və  istiqamət, 
həqiqi  allahşünaslıq,  gündüzlər  şirlik,  gecələr  zahidlik,  ilahi 
yardımdan faydalanma.  
 
Sual: 470. 313 nəfər səhabə dünyanı necə ram edəcək? 
Cavab:  Әvvəla,  həzrətin  313  nəfər  səhаbəsi  və  on  minədək 
ümumi yardımçısı var.  
İkincisi, həzrətin qələbəsi ilahi yardımlarla müşayiət olunur.  
Üçüncüsü, həzrətin qələbə çalması Allahın qəti iradəsidir.  
                                                 
1
 “Muntəxəbul-əsər”, s. 469. 
2
 “Mustədrəke-hakim”, c. 4, s. 554. 
3
 “Әl-təşrifi bil-mənən”, s. 288-294. 


 
265 
Dördüncüsü,  əgər  yalnız  təbii  amilləri  nəzərə  alsaq,  yenə  də  bu 
qələbə  mümkün  sayılmalıdır.  Çünki  həzrət  xüsusi  bir  şəraitdə  zühur 
edəcək, həmin vaxt bəşəriyyət belə bir şəxsin intizarında olacaq.  
 
Sual: 471. Həzrət Mehdinin (ə) nazirləri hansı zümrədəndir? 
Cavab:  Bəzi  rəvayətlərə  əsasən,  həzrət  Mehdi  (ə)  dövlətində 
nazirlər  gənclərdən  təşkil  olunacaq.  Onların  kiçik  bir  hissəsi  yaşlılar 
olacaq.  Həzrət  Әli  (ə)  buyurmuşdur:  “Həqiqətən,  Qaimin  səhabələri 
gənclərdir...”
1
 
 
Sual:  472.  Әgər  həzrətin  yardımçıları  əsasən  şərqdəndirsə,  geri 
qalmış şərq inkişaf etmiş qərbə necə qalib gələcək? 
Cavab:  Әvvəla,  həzrətin  yardımçıları  müsəlmandır  və  əksər 
müsəlman məntəqələri şərqdə yerləşir.  
İkincisi,  həzrət  Mehdi  (ə)  bütün  mütərəqqi  üsullardan  və 
texnologiyalardan faydalanacaq.  
Üçüncüsü,  qərbi  yalnız  texnologiya  baxımından  şərqdən  üstün 
sayırsınızsa,  bilməlisiniz  ki,  həzrətin  məqsədi  təkcə  maddi  inkişaf 
deyil.  Kim  iddia  edə  bilər  ki,  qərb  əxlaq  və  mədəniyyət  baxımından 
şərqdən üstündür?! 
 
Sual: 473. Həzrətin dövlət xadimləri kimlərdir? 
Cavab:  Rəhbəri  həzrət  Mehdi  (ə)  olan  hökumətin  xadimləri 
ümmətin böyükləri və salehləridir.  
Rəvayətlərdə  bildirilir  ki,  həzrət  İsa  həzrət  Mehdiyə  (ə)  deyər: 
“Həqiqətən, mən əmir yox, vəzir olaraq göndərilmişəm.”
2
 
Başqa  bir  rəvayətdə  bildirilir  ki,  həzrət  İsa  endiyi  vaxt  Kəhf 
səhabələri  də  onun  yanında  olacaq.”
3
 Həzrət  Әli  (ə)  Həmdan 
qəbiləsinin bu dövlətdə xidmətini qeyd edir.
4
 
 
Sual:  474.  Bir  bu  qədər  müsəlman  arasında  yalnız  313  nəfərmi 
həzrətə yoldaş olacaq? 
Cavab:  Әvvəla,  rəvayətlərdə  həzrətin  yaxın  səhabələrinin 
sifətləri zikr olunur. Yalnız bu sifətlərə malik olanlar həzrətə yaxın ola 
bilər.  
                                                 
1
 Tusi, “Әl-ğeybət”, s. 284. 
2
 “Məlaim”, s. 83. 
3
 Həmin mənbə. 
4
 “Әqdud-durər”, s. 97. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə