Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə90/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   85   86   87   88   89   90   91   92   93
    Bu səhifədəki naviqasiya:
  • Cavab

 
269 
Cavab:  Qəti  şəkildə  iddia  etmək  olar  ki,  həzrət  Mehdinin  (ə) 
hökuməti dünyanın heç bir mövcud hökumətinə oxşamır: 
Әvvəla, həzrət Mehdi (ə) öz zühur dövründə İslamı tam mənada 
ədalət  hökuməti  proqramı  olaraq  bərpa  etməlidir.  Bildiyimiz  kimi, 
İslam proqramları dünyanın heç bir mövcud hökumətinin proqramı ilə 
oxşar deyil.  
İkincisi,  dünyanın  mövcud  hökumətləri  zülm-sitəm  üzərində 
qurulmuşdur. 
Demokratik 
hakimiyyətlərdə 
haqq-ədalətə 
yox, 
çoxluğun  rəyinə  əsaslanır.  Bu  quruluşlarda  azlıqların  haqqı  pozulur. 
Әdalətsizliyin  aradan  qaldırılması  Mehdi  (ə)  hökumətinin  əsas 
məqsədlərindəndir.  
Üçüncüsü,  dünyanın  bütün  mövcud  quruluşları  maddiyyat 
üzərində  qurulmuşdur  və  bu  quruluşlarda  ilahi  dəyərlər  əsas 
götürülməmişdir.  Həzrət  Mehdinin  (ə)  hakimiyyəti  isə  mənəviyyat, 
insanın  Allahla  rabitəsi,  cisim  və  ruhun  tərbiyəsi  üzərində 
qurulmuşdur.  Bu  səbəbdən  də  həzrətin  hökumətinin  bütün  qanunları 
ilahi qanunlar olacaq.  
Dördüncüsü, İmam Mehdinin (ə) hökumətində bəşəriyyətin bütün 
maddi  və  mənəvi  ehtiyacları nəzərə  alınır. Bu  səbəbdən  də  rəvayətdə 
bildirilir ki, bu dövlət son dövlətdir.
1
 
 
Sual:  482.  İmam  Mehdi  (ə)  zalımlarla  və  ilahi  hədlərin  icrası 
üçün necə rəftar edəcək? 
Cavab:  İmam  Mehdinin  (ə)  hökumətində  sazişçilik  yoxdur.  Bu 
hökumətdə ilahi hökmlər qəti şəkildə icra olunar. Kimlərinsə qınağı və 
zoru nəzərə alınmaz və günahkarlar ciddi şəkildə cəzalandırılar.  
İmam  Baqir  (ə)  buyurur:  “Qaim  qiyam  ...  Әrəblərlə  ciddi  rəftar 
olunar,  sözü  qılınc  deyər,  ilahi  qanunların  icrasında  kimsənin  qınağı 
maneçilik törətməz.”
2
 
İmam  Kazim  (ə)  buyurur:  “Allah-təala  bizim  ailədən  olan  on 
ikinci  imam  üçün  bütün  çətinlikləri  asanlaşdırar.  Onun  əli  ilə  hər  bir 
zalım məhv edilər, hər bir azğın şeytan aradan götürülər.”
3
 
 
Sual: 483. Zühur dövründə insanların həyatı sahmana düşərmi? 
                                                 
1
 “Elamul-vəri”, s. 432. 
2
 “Nemani, “Әl-ğeybət”, s. 233. 
3
 “Kəmalud-din”, c. 2, s.369. 


 
270 
Cavab: Həzrət Mehdi (ə) və zühur dövrü ilə bağlı nəql olunmuş  
ziyarətnamələrdə  və  rəvayətlərdə  bildirilir  ki,  əsl  və  düzgün  həyat 
imam  Mehdinin  (ə)  əbədi  təlimləri  sayəsində  təmin  olunar.  Həzrət 
Mehdi  (ə)  haqqında  ziyarətnamədə  oxuyuruq:  “Salam  olsun  həyat 
baharına və dövrün təravətinə...”
1
 
İmam  Hüseyn  (ə)  buyurur:  “Bizim  ailədə  on  iki  Mehdi  var... 
Onların  sonuncusu  mənim  doqquzuncu  övladımdır.  O  haqq  olaraq 
qiyam qaldırar, Allah onun əli ilə ölü yeri dirildər...”
2
 
İmam  Sadiq  (ə)  buyurur:  “Yer  üzü  zalım  hakimlərin  sitəmi  ilə 
öldükdən sonra Allah onu Qaimin ədaləti ilə dirildər...”
3
 
 
Sual: 484. İmam Mehdinin (ə) proqramlarının sərlövhəsi nədir? 
Cavab:  Bütün  yer  üzündə  ədalətin  bərpası  imam  Mehdinin  (ə) 
inqilabi  amallarının  birincisidir.  Bu  sərlövhə  bütün  peyğəmbərlərin 
proqramlarında  öndə  gəlir.  Peyğəmbərlər,  adətən,  ədalətin  bərpası 
üçün savaşa qalxmış, mübarizə aparmışlar... 
İmam Hüseyn (ə) buyurur: “Dünyanın ömründən bir gün qalmış 
olsa  belə,  Allah  həmin  günü  uzadar  ki,  mənim  övladlarımdan  olan 
şəxs  qiyam  etsin  və  yer  üzünü  zülm-sitəm  bürüdükdən  sonra  onda 
ədaləti yaysın.”
4
 
 
Sual:  485.  Həzrət  Mehdinin  (ə)  ədalətin  yayılmasında  əldə 
edəcəyi müvəffəqiyyətə hansı amillər təsir göstərir? 
Cavab: Bu quruluşda həm ədalətə əsaslanan qanunlar, həm də bu 
qanunları  icra  edən  şəxsin  kimliyi  mühüm  rol  oynayır.  İmamət 
quruluşunda haqq-ədaləti bərpa etməli olan imam kamil bir nümunədir.  
Həzrət Mehdinin (ə) müvəffəqiyyətini təmin edən amillərdən biri 
zühur  dövründə  ağılların  kamilləşməsidir.  Hədislərə  əsasən,  ədalət 
ağıl, zülm isə cəhalətin ünsürüdür.
5
 
 
Sual:  486.  Zühurdan  sonra  həzrət  Mehdinin  (ə)  şəxsi 
keyfiyyətləri necə olacaq? 
                                                 
1
 “Məfatihul-Cinan”, s. 531. 
2
 “Kəmalud-din”, c. 1, s.317. 
3
 “Nemani, “Әl-ğeybət”, s. 25. 
4
 “Kəmalud-din”, c. 1, s.318. 
5
 “Kafi”, c. 1. 


 
271 
Cavab:  İmam  Mehdi  (ə)  bütün  peyğəmbərlər  və  ilahi  övliyalar 
kimi  sadə  həyat  tərzi  keçirər,  ucuz  libaslar  geyər,  sadə  xörəklərlə 
qidalanar.
1
 
 
Sual: 487. Zühur dövründə ictimai asayiş necə olacaq? 
Cavab:  İmam  Mehdi  (ə)  bəşəriyyətin  tarix  boyu  görmədiyi 
ictimai  asayiş  yaradacaq.  İmam  Sadiq  (ə)  “Nur”  surəsinin  55-ci 
ayəsinin həzrət Mehdiyə aid olduğunu bildirir. 
 
Sual:  488.  Zühur  dövründə  insanların  əqli  inkişafı  və  elmi 
tərəqqisi hansı səviyyədə olacaq? 
Cavab:  Peyğəmbərlərin  dəvəti  əsasən  elm  və  biliyin,  təcrübənin 
genişlənməsində  rol  oynayır.  İman  bilik  və  mərifətin  budaqlarından 
sayılır.  Peyğəmbərlər  insanlara  yaşayış  qanunlarını,  onun  məqsəd  və 
nəticələrini öyrədirdilər.  
İnsanın yaranışında məqsəd onun təkamülü olduğundan bu hədəf 
nə  vaxtsa  gerçəkləşməlidir.  Bütün  məqsədlərin  gerçəkləşdiyi  zühur 
dövründə insanın mərifəti, biliyi təkamül həddinə çatır.  
Bu yolla iki əsas mehvər gerçəkləşir:  
1. Elm artdıqca, kainatın sirləri açıldıqca allahşünaslığın sütunları 
möhkəmlənir ; 
2.  Elm  və  biliyin  genişlənməsi  bəşər  cəmiyyətinin  təşkilində  və 
rifah əldə olunmasında zəmin olur.  
Həzrət  Peyğəmbər  (s)  buyurur:  “Onların  doqquzuncusu  Qaimdir 
(ə),  Allah  onun  əli  ilə  yer  üzünü  qaranlıqdan  işığa  çıxarar,  ədalətlə 
doldurar...”
2
 
İmam  Baqir  (ə)  buyurur:  “Bizim  Qaim  (ə)  zühur  edəcəyi  vaxt 
firqələrin  ağıl  gücünü  mərkəzləşdirər,  düşüncələri  kamal  həddinə 
çatdırar.”
3
 
 
Sual:  489.  Həzrət  Mehdinin  (ə)  zühur  dövrü  tərbiyəvi  inkişaf 
baxımından necədir? 
 Cavab:  Tərbiyəvi  təkamül  Mehdi  (ə)  qiyamının  mühüm 
proqramlarındandır.  Həzrət  digər  proqramlarını  icraya  qoymaq  üçün 
məhz bu nöqtədən başlayır.  
                                                 
1
 “Nemani, “Әl-ğeybət”, s. 233. 
2
 “Kəmalud-din”, c. 1, s.260. 
3
 “Bihar”, c. 52, s. 336. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə