Birinci söz: İslam inqilabının şəfəq ongünlüyü tədbirində iştirak edən xarici qonaqlarla görüşdə çıxışı: 6 fevral 1991


Altıncı söz: Məbəs bayramında İslam Respublikası quruluşunun vəzifəli şəxsləri və dövlət məmurları ilə görüşdə çıxışı: 10 iyul 2010



Yüklə 0,66 Mb.
səhifə6/12
tarix01.11.2017
ölçüsü0,66 Mb.
#8041
1   2   3   4   5   6   7   8   9   ...   12

Altıncı söz: Məbəs bayramında İslam Respublikası quruluşunun vəzifəli şəxsləri və dövlət məmurları ilə görüşdə çıxışı: 10 iyul 2010

Bu böyük bayram münasibəti ilə siz əziz qardaş və bacıların hamısını, ölkə məmurlarını, əziz qonaqları, digər İslam ölkələrindən gəlmiş əziz qonaqları, İslam ölkələrinin səfirlərini, həmçinin böyük, mömin və ixlaslı İran xalqını, bütün dünya müsəlmanlarını və dünyanın bütün azadlıqsevər insanlarını təbrik edirik.


Məbəs bayramı - fitri və tarixi istəklərə qovuşmağın yolu

Məbəs bayramı bəşər tarixində olduqca həssas bir dönüş yaratdığına görə ən böyük və həmişəyaşar tarixi hadisə sayılır. Məbəs bəşəriyyətə elə bir yol təklif etdi ki, bu yolla hərəkət edəcəyi təqdirdə onun bütün fitri və təbii istəkləri, bütün tarixi və təbii arzuları həyata keçəcək.


Ədalət - bəşəriyyətin böyük arzusu

Bəşəriyyət tarix boyu ədalətsizlikdən nalə çəkmişdir. Ədalət tarix boyu insanların böyük arzusu olmuşdur. Əgər bu gün kimsə ədalət məsələsini qaldırsa, əslində insanın böyük tarixi, təbii və fitri istəyini ortaya qoymuşdur. İslam dini, İslam hərəkəti, bütün peyğəmbərlərin və əziz Peyğəmbərinin (s) peyğəmbərliyi ilk mərhələdə və ilk məqsədləri kimi ədalət uğrunda çalışır.


Sülh və sabitlik - bəşərin əsas istəyi

Bəşərin başqa bir mühüm, böyük və əsas istəyi sülh, əmin-amanlıq və sabitlikdir. İnsanların həyat, düşüncə tərbiyəsi, əməl inkişafı və psixoloji rahatlıq üçün sabitliyə, təhlükəsiz və sakit mühitə ehtiyacları var; istər öz daxillərində, istər ailədə, istər cəmiyyətdə, istərsə də beynəlxalq miqyasda. Sabitlik, təhlükəsizlik, sülh və dinclik bəşərin əsas istəklərindən biridir. Bunlar həm də İslamın sözləridir.


İslam - fitrət dini

Bizim Qurana əsaslanıb İslamı fitrət dini adlandırmağımızın mənası budur. İslamın bəşəriyyətə göstərdiyi yol fitrət yolu, onun fitri ehtiyaclarını təmin edən yoldur. Əziz Peyğəmbər (s) bu ehtiyaclar kompleksinə diqqət və əhəmiyyət əsasında Allah tərəfindən peyğəmbər seçildi, bəşəriyyətin qurtuluşu ona vəd və müjdə verildi: "Müjdə verən və qorxudan". Müjdə birinci növbədə sözügedən dinc, ədalətli və bəşərin xilqətinə uyğun olan həyatla müjdədir. Bunun ardınca insanın daimi həyatına aid olan ilahi savab müjdəsi gəlir. Bu baxımdan həzrət Məhəmmədin (s) peyğəmbərliyi əslində rəhmət peyğəmbərliyidir. Bu peyğəmbərlik Allahın bəndələrinə ilahi rəhməti nəsib edir. İnsanların önündə bu yol açıldı, ədalət, təhlükəsizlik və sabitlik məsələləri irəli sürüldü: "Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir kitab (Quran) gəldi. Allah Öz razılığını istəyənləri onunla əmin-amanlıq (sülh) yollarına yönəldər, onları zülmətdən nura çıxarar". Bu göstərişlərlə, bu təlimlərlə əziz Peyğəmbər (s) insanlara sabitlik və təhlükəsizlik yollarını göstərdi. Bu dinclik, sabitlik və təhlükəsizlik yolları insan üçün əhəmiyyətli olan hər yerə aiddir; insanın daxili aləmindən tutmuş cəmiyyətə, ailəyə, iş yerinə, ümumi məsələlərə və beynəlxalq miqyasa qədər. İslam bütün bunlarla məşğul olur.


İslam düşmənlərinin sülh və ədalətə qarşı çıxması

İslamda düşmən məqsədi kimi göstərilənlər dəqiqliklə bəşər həyatının bu əsas xətləri ilə kəsişən nöqtələrdən ibarətdir. Ədalətlə müxalif olanlar, sülh, təhlükəsizlik və sabitliklə müxalif olanlar, mənəvi saflıq, pak və uca insani ruhla müxalif olanlar Peyğəmbərin (s) dəvətinə qarşı çıxanlardır. Allah-Taala cihadı ədalətdən ötrü müsəlmanlara vacib etmişdir. Cihad yalnız İslama məxsus deyil, bütün ilahi dinlərdə olmuşdur. Xalqın dincliyinə, sabitliyinə, təhlükəsizliyinə və cəmiyyətin yüksəlişinə qarşı çıxanlar, insanların mənafeyinə düşmən kəsilənlər dəvətin önündə dayanan şəxslərdir. İslam bu nöqtəni hədəf seçir. Əziz İslam Peyğəmbəri (s) peyğəmbərliyinin əvvəlindən vəhy olunan ayələrlə aydın nöqtələr müəyyən etmişdir.

Birinci ayələri güman ki, Peyğəmbərə (s) nazil olan ilk ayələr olan mübarək İqrə surəsində - sonrakı ayələr fasilələrlə nazil olmuşdur, amma onlar da peyğəmbərliyin əvvəllərinə aiddir – buyurur: "Yox, yox! (Əbu Cəhl bu yaramaz əməllərinə son qoysun) Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (cəhənnəmə) sürükləyəcəyik - özü də yalançı, günahkar kəkilindən! Qoy o özünün bütün tərəfdarlarını (köməyə) çağırsın! Biz də zəbaniləri (cəhənnəmdəki əzab mələklərini) çağıracağıq! Yox, yox! Sən (ey Peyğəmbər,) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və yaxınlaş!" Rəhmət, izzət, dinclik və təhlükəsizlik dəvətinin qarşısında dayanan şəxslər Quranın ilk surəsində hədələnirlər.

Yaxud Peyğəmbərə (s) nazil olmuş ilk surələrdən olan mübarək Müddəssir surəsində xalqın həyatına müxalif ünsür üzərində dayanır: "Məni Öz yaratdığım kimsə ilə tək burax! (Vəlid ibn Müğirə kimi kafirin cəzasını yalnız Mənə tapşır!) Mən ona bollu mal-dövlət əta etdim, yanında hazır duran oğullar (verdim), ona (hər şeyi) artıqlaması ilə müyəssər etdim. (Bütün bunlardan) sonra yenə də (var-dövlətini) artırmağımı istəyir. Xeyr (bu ola bilməz). Çünki o, ayələrimizə qarşı inadkar oldu. Mən onu məşəqqətli bir əzaba düçar edəcəyəm!" Bu ayələrdə böyük hərəkətin peyğəmbərlərlə, cəmiyyətin mənafeyi və haqq yolu ilə mübarizə aparan şəxsin qarşısında müqavimət göstərməsinə işarə vurulur. Odur ki, İslamda mübarizə var, cihad var, lakin bu cihad bəşər həyatının dincliyini pozanlara, ədalətə və bəşər səadətinə qarşı çıxanlara qarşı vuruşdur. Buna görə Qurani-kərimə və Peyğəmbərin (s) davranışına baxdığınızda İslam hökumətinin təşkil olunduğu gündən müsəlman olmayan şəxslərin Peyğəmbərin (s) hakimiyyəti altında təhlükəsiz yaşadıqlarını görürsünüz. Mədinədə yəhudilər vardı, Peyğəmbər (s) bunlarla müqavilə bağladı ki, dinc şəkildə birgə yaşasınlar, lakin sonra təxribat apardılar, ona qarşı çıxdılar, xəyanət etdilər, arxadan xəncər vurdular. Məhz bundan sonra Peyğəmbər (s) onlara qarşı tədbir gördü. Əgər Mədinə yəhudiləri düşmənlik və xəyanət etməsəydilər, bəlkə də Peyğəmbər (s) heç zaman onlara toxunmayacaqdı.


İslamın mənəvi dəvəti

Buna əsasən, İslamın dəvəti mənəvi, məntiqli, insana gözəl və xoşbəxt həyat təklif edən dəvətdir.

Buna qarşı çıxanlar tapılanda İslam durub gözləmir, onları yolundan götürür. Əgər insanın xoşbəxtliyinə, haqqın dəvətinə qarşı çıxan olsa, İslam onunla vuruşur və mübarizə aparır. Siz bunu dünyanın təcavüzkar güclərinin tarix boyu və indi etdikləri ilə müqayisə edin. Onlar hökmranlıqlarını və ədalətsizliyi genişləndirmək üçün vuruşurlar.
Bugünkü dünyanın müasir cahiliyyət problemi

Siz bu gün dünyaya baxın. Dünyanın hakim və hegemon gücləri ədaləti bərqərar etmək üçün yox, bəşəriyyəti hədələmək üçün, insana əmin-amanlıq bəxş etmək üçün yox, ədalətsizliyə rəvac vermək və hətta onlara təslim olmayanların təhlükəsizliyini pozmaq üçün silah istehsal edirlər. Bu gün dünyanın problemi budur. Biz buna görə dünyanın bugünkü cahilliyini müasir cahiliyyət adlandırırıq. Cahiliyyət dövrü bitməmişdir. Cahiliyyət - haqqa, tövhidə, insan haqlarına və Allahın insanları çağırdığı səadət yoluna qarşı çıxmaqdır. Bu gün müasir formaya düşmüş bu cahiliyyət elmdən, mütərəqqi texnologiyalardan, nüvə silahından və bəşər həyatını dağıdıb viran qoyan sənaye sahiblərinin cibini doldurmaq üçün müxtəlif silahlardan istifadə edir.

Bu gün silah məsələsi və hərbi xərclər bəşəriyyətin kədərli məsələlərindəndir. Bu gün dünyanın silahqayırma zavodları müxtəlif silahlar istehsal edib satırlar. Onlar öz xain fikirlərini və xəbis tamahlarını təmin edib doyurmaqdan ötrü dünyada müharibə yaradır, insanları bir-birinin canına salır, dövlətləri bir-biri ilə vuruşdurur və hədələyirlər.
Müharibənin böyük güclərə xeyri

Nə qədər ki, böyük güclər dünyanı idarə edirlər, dünyada müharibə bitməyəcək. Müharibənin onlara maddi xeyri var. Bu müharibə ədalət uğrunda müharibə deyil. Amerikalılar və digərləri yalandan deyirlər ki, biz təhlükəsizlik yaratmaq üçün vuruşuruq. Xeyr! Əslində bunun əksinədir. Harada hərbi işlər görürlərsə, sabitsizliyə, ədalətsizliyə və insanların bədbəxtliyinə bais olur. Müasir texnikaların ərsəyə gəldiyi zamandan insanlar təzyiq altındadırlar. Beynəlxalq rəsmi sənədlərdə göstərilir ki, İkinci Dünya Müharibəsindən 1990-cı ilə qədər ötən 45 illik soyuq müharibə dövründə dünyada yalnız üç həftə müharibə olmamışdır. Bu 45 il boyu dünyanın hansısa bir yerində müharibə olmuşdur. Bu müharibələri kim yaradır? Silah istehsal edənlər. Böyük güclərin hərbi büdcələri bu gün ən nəhəng büdcələrdən biridir. Öz məlumatlarına əsasən, ötən il ABŞ-ın hərbi büdcəsi 600 milyard dollardan çox olmuşdur. Bu hərbi büdcələrin təsirini biz bu gün öz qonşuluğumuzda müşahidə etməkdəyik. Bu büdcələr Əfqanıstanın müsəlman xalqını əzmək üçün istifadə olunur, İraq xalqını istismar etmək üçün İraqda xərclənir, Orta Şərqi gərgin durumda saxlamaqdan ötrü xəbis sionizm rejiminə xərclənir. Bu gün zalım güclərin tutduğu istiqamət budur. İslam bunlarla mübarizə aparır, bunlara qarşı çıxır.

Xeyir və məsləhətlərini müsəlman xalqların və hökumətlərin bir-biri ilə vuruşmasında, bir-birinə nifrət bəsləməsində, bir-birindən qorxmasında və bir-birini özlərinə təhdid saymasında görənlərin hegemonluq və müstəmləkələrinin davam etməsi üçün dünyada müharibə olmalıdır. Müharibə onlar üçün talançılıq vasitəsidir. Bu qədər insan məhv olur, xalqların bu qədər əmlakı, sərvəti silah almağa sərf olunur, qiymətli silahların istehsalına xərclənir. Nə üçün? Böyük kompaniya sahiblərinin daha çox pul qazanması və həyatdan daha çox ləzzət alması üçün. Bu, bəşəriyyətin sözügedən cahil və təhlükəli tağut quruluşudur və təəssüf ki, tövhiddən uzaq olan insanların həyatına hakimdir.
Xalqların oyanması və müasir cahiliyyətin sonu

Şübhəsiz, bu üsul davam etməyəcək. Çünki bu, haqqın ziddinədir, batildir və məhv olasıdır: "Haqq gəldi, batil yox oldu. Batil (öz-özlüyündə) həqiqətən yoxluğa məhkumdur!" Batil ilahi xilqət qanununun ziddinə olandır. Bu məhv olasıdır, bitəsidir, qalası deyil. Bu süqutun əlamətləri bu gün görünür. Beynəlxalq duruma baxanda bu süqutun əlamətlərini görmək olar.

Dünyanın vəziyyəti dəyişmiş, xalqlar oyanmışdır. Xoşbəxtlikdən bu oyanış müsəlman xalqlarda daha çoxdur. Müsəlman xalq və hökumətlər İslamın əhəmiyyətini, bu etimadlı dayağın əzəmətini dərk etməkdədirlər. Bu gün İslam dünyasında baş verən İslam oyanışı hakimlərin keçmiş güclərini itirmələrinə bais olmuşdur. Bu gün ABŞ-ın vəziyyəti keçmişlə fərqlənmişdir. Amerikadan sonrakı güclərin vəziyyəti də məlumdur. Müsəlman xalqlar tövhid yolunu böyük fürsət bilməli və ilahi vədə inanmalıdırlar. Bu gün müsəlmanların xoşbəxtliyi İslam ətrafında birləşməkdədir.
Bəşəriyyət düşmənlərinin İslam oyanışına düşmən olması

Əlbəttə, düşmən var və olacaq. Harada oyanış çox olsa, bəşəriyyətin düşmənləri daha çox təhlükə duyacaqlar. Buna görə daha çox düşmənlik edirlər. Mən bu gün İslam Respublikasına qarşı ədavətlərin mənasını yaxşı bilir və səbəblərini anlayıram. Səbəb budur ki, İslam Respublikası müsəlman xalqların oyanış bayrağını ucaltmışdır, xalqları və hökumətləri birliyə və izzətə çağırır. İslam Respublikası deyir ki, xalqlar və hökumətlər İslamın bəxş etdiyi izzətin qədrini bilsinlər. Düşmənlik buna görədir. Biz bunu bilirik. Biz bilirik ki, bu niyyətlər nakam qalacaq; necə ki, bu günə qədər nakam qalmışdır. Otuz bir ildir İslam Respublikası əleyhinə işləyirlər və otuz bir ildir İslam Respublikası Allahın köməyi ilə günbəgün daha güclənmiş və daha möhkəm olmuşdur. Bu proses davam edəcək. Düşmənlik nə qədər davam etsə də, bizim xalqımız və müsəlman xalqlar özlərini daha çox tanıyacaq, qədirlərini daha yaxşı biləcəklər.


Batil güclərin zəifliyi

Ümidvarıq Allah-Taala bütün İslam hökumətlərinə və bütün müsəlman xalqlara kömək etsin, onlar özlərinə arxalansınlar, özlərinə güvənsinlər, hegemon güclərdən qorxmasınlar, bu güclərin sonunun yaxınlaşdığını, onların qondarma və batil olduqlarını və batilin qalası olmadığını bilsinlər; bilsinlər ki, qalası olan bəşəriyyətin və insanların xeyrinə olandır: "İnsanlara fayda verən bir şey yer üzündə qalar".

Ümidvarıq Allah-Taala son peyğəmbərlik sayəsində bizim hamımızı İslama və İslam yollarına daha artıq yaxınlaşdırsın! Bizim qəlblərimizi ilahi hökm və təlimlərlə daha çox tanış etsin! Müsəlman xalqları bir-birinə mehriban etsin! Müsəlman hökumətlərin əllərini bir-birinə düyünləsin və İslam ümməti öz qüdrətini, izzətini və itirdiyi hörmətini yenidən bərpa etsin!

Allahın salamı, rəhməti və bərəkəti olsun sizə!




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə