Birinci söz: İslam inqilabının şəfəq ongünlüyü tədbirində iştirak edən xarici qonaqlarla görüşdə çıxışı: 6 fevral 1991


Yeddinci söz: Həzrət Əli ibn Musa Rzanın (ə) şəhadətinin ildönümündə Tehranın cümə namazı: 4 fevral 2011



Yüklə 0,66 Mb.
səhifə7/12
tarix01.11.2017
ölçüsü0,66 Mb.
#8041
1   2   3   4   5   6   7   8   9   ...   12

Yeddinci söz: Həzrət Əli ibn Musa Rzanın (ə) şəhadətinin ildönümündə Tehranın cümə namazı: 4 fevral 2011



Birinci xütbə: Bütün bağlı qapıları açan təqva

Cümə namazında iştirak edən siz əziz qardaş və bacıların hamısını ilahi təqvaya çağırıram. Bu gün Əli ibn Musa Rzanın (ə) şəhadət günüdür. Qabaqkı günlərdə bizim xalqımız əziz və əzəmətli İslam Peyğəmbəri (s) həzrət Məhəmməd ibn Abdullahın (s) vəfatını və "böyük oğul" olan həzrət Müctəbanın (ə) şəhadətini qeyd etdi. Bu böyük müsibətlər, tarixin bu acı və dərdli hadisələri münasibəti ilə namazda iştirak edən siz möminlərə, bütün İran xalqına, bütün şiələrə və bütün dünya müsəlmanlarına başsağlığı verirəm. Allah-Taala Öz Peyğəmbərinə (s) buyurur: "Ey Peyğəmbər! Allahdan çəkin və təqvalı ol". Təqva və onun zəruriliyi hətta müqəddəs peyğəmbərə də xatırladılır. Allahı yaddan çıxarmayaq, öz əməllərimizdən, rəftarımızdan, sözümüzdən, hətta düşüncə və təsəvvürlərimizdən ehtiyatlı olaq. Təqvanın mənası budur. Əgər bu baş versə, bütün bağlı yollar açılacaq və Allah-Taala bütün mərhələlərdə təqvalı xalqa yardım edəcək.


Ərəb ölkələrinin İslam oyanışı İran xalqının səsinin əks-sədasıdır!

Builki Şəfəq ongünlüyünün və 22 bəhmənin xüsusi gözəlliyi var. Çünki xalqımız illərlə mübarizədən sonra öz səsinin, məzlum və qüdrətli fəryadının güclü əks-sədasını bu gün İslam dünyasının digər bölgələrində eşidir.

Şimali Afrikanın, Misirin, Tunisin və digər ölkələrin bugünkü hadisələri biz İran xalqı üçün xüsusi məna daşıyır. Bu, İran xalqının Böyük İslam İnqilabının qələbəsinə görə həmişə gözlənilən İslam oyanışıdır və bu gün özünü göstərir. Odur ki, bu onillik mühüm dövrdür.
İslam inqilabının hegemonların planlarını pozması

Mən bu gün birinci xütbədə bir qədər inqilabımız barədə danışacaq, ikinci xütbədə Misir və Tunis məsələlərinə toxunacaq və sonra siz möhtərəm dinləyicilərin icazəsi ilə regionun ərəbdilli müsəlmanlarına müraciətlə ərəb dilində söhbət edəcəyəm, inşallah.

Mənim inqilabımız barədə, İran xalqının bizim üçün öyrədici və ibrətli olan bu əzəmətli hadisəsi haqda demək istədiyim əvvəla dünya hadisələrinin təsvirinə aiddir. Görək hegemonlar, müstəmləkəçi və hakim qüvvələr nə istəyirdilər və nə oldu; hansı məqsədi güdürdülər və nəticədə nə baş verdi. Bundan sonra inqilabın bizim dövrümüzə aid olan iki xüsusiyyətini qeyd edəcəyəm.

Mövcud vəziyyətə, onun dünyanın hegemon və quldurlarının istədiyi ilə müqayisəsinə aid olan birinci hissədə deyirəm: Birinci və İkinci dünya müharibələrinin əsasən bir neçə Avropa ölkəsindən və ABŞ-dan ibarət qalibləri mühüm region olan Orta Şərq üçün bir siyasət planladılar. Çünki bu region həm strateji mövqe baxımından əhəmiyyətli olub Asiya, Avropa və Afrikanın kəsişdiyi yer idi, həm dünyanın ən böyük neft anbarlarından və neft dünyaya hakim olan bütün burjua gücləri üçün həyati əhəmiyyətə malik idi, həm də burada qədim, köklü və tarixi keçmişi olan xalqlar yaşayırdılar. Odur ki, bu region üçün bir siyasət planladılar. O siyasət bu regionda yerləşən ölkələrin və siyasi vahidlərin aşağıdakı xüsusiyyətlərə malik olmasından ibarət idi:

Əvvəla, zəif olsunlar; ikincisi, bir-birinə düşmən və müxalif olsunlar, razılaşa və birlik yarada bilməsinlər; - gördünüz ki, uzun illər ərəb, türk və iranlı nasionalizmi deyilən faktorlar gücləndirildi - üçüncüsü, hökumət başçıları muzdur, müti və Qərb dövlətlərinin boyunduruğu altında olsunlar, sözə qulaq assınlar; dördüncüsü, iqtisadi baxımdan istehlakçı olsunlar, yəni təxminən müftə qiymətə satdıqları neftin pulunu yenidən idxalata və istehlaka xərcləsinlər və Qərb zavodları rövnəqlənsin; beşincisi, elmi baxımdan geridə qalsınlar, elmdə inkişaf etmələrinə imkan verilməsin. Mən başlıqları qeyd etdim. Bunların hər birinin həqiqətən bir kitab izahı var. Onlar bizim İranımızda və digər ölkələrdə elmin inkişafının qarşısını aldılar. Məqsəd bu idi ki, region xalqları mədəni baxımdan avropalıların sırf təqlidçisi, hərbi baxımdan xar və zəif, əxlaqi baxımdan fəsadlı və müxtəlif əxlaq problemləri içərisində, dini baxımdan tamamilə dayaz, fərdi dindarlığa qane olan və bəzən formal məzhəbçi olsunlar. Onlar bu region haqda özlərinə belə bir plan cızdılar, siyasət təyin etdilər. Bəlkə də qərbli strateqlər minlərlə saat oturub bu məsələlər üzərində araşdırma apardılar, fikirləşdilər, proqram hazırladılar, bu region ölkələrindəki adamlarını müəyyən etdilər və onların vasitəsi ilə işlər gördülər. Bu təhlillə Rza xanın rəftarını düzgün anlamaq olar, Məhəmmədrzanın işlərini, Türkiyədə Mustafa Kamalın və digərlərinin işlərini anlamaq olar. Onların planı bu idi.

Onlar yuxarıda sadalanan məqsədlərini uğurla həyata keçirdilər. Bəzi qısa dönəmlərdə bunların bəzisini çıxmaq şərtilə İslam inqilabının qələbəsinə qədər işləri həmişə uğurlu oldu. Yalnız bəzi qısa dönəmlərdə, məsələn Misirdə bir neçə il sürən bir milli hökumət quruldu. İranda və digər yerlərdə də buna bənzər işlər baş verdi, lakin ümumi götürsək, inqilabdan öncəyə qədər onlar bütün bu sahələrdə məqsədlərinə nail oldular. Amma birdən-birə böyük bir hadisə və əzəmətli partlayış baş verdi, bütün planlar pozuldu, İranda İmam Xomeyni adlı dəyərli alim, filosof, fəqih, mücahid, riskdən qorxmayan, nüfuzlu və şücaətli bir insan meydana çıxdı. Bu kişinin meydana çıxması, bu böyük insanın yetişməsi həqiqətən Allahın işi, ilahi lütf idi. İran xalqı da hazırlıqlı idi, onu yaxşı qarşıladı, qəbul etdi, təhlükələrdən çəkinmədi, meydana atıldı, canını, malını verdi, imtahandan keçdi və İslam inqilabı qələbə çaldı. İnqilabın qələbəsindən sonra bütün bu planlar pozuldu, proqnozlar səhv çıxdı və sarsıldı. İranda İslam inqilabı qüdrətlə meydana çıxdı və qüdrətlə davam etdi. Yəni belə deyildi ki, birinci, ikinci və üçüncü illərdə coşqu yaransın və sonra hər şey bitsin. Xeyr! Bu inqilab davam etdi. Mən sonra onun davam etməsi haqda bir qədər danışacağam.


İslam inqilabını məğlub etmək üçün hegemonizmin planları:

1- İnqilabın süqutuna çalışmaq

İmam və onun arxasındakı xalq möhkəm dağ kimi dayandılar. Düşmən bir deyildi, bütöv bir cəbhə idi. Bu cəbhə bacardığı qədər çalışdı, əllərindən gələn hər bir işi gördülər, küçə döyüşlərindən milli davalara, hərbi çevrilişə, səkkizillik müharibəyə, iqtisadi embarqolara və bu 32 il ərzində güclü psixoloji müharibəyə qədər hər şeyi etdilər. 32 ildir İran xalqının, inqilabın və imamın əleyhinə psixoloji müharibə aparılır: yalan danışırlar, böhtan atırlar, şayiə yayırlar, ixtilaf yaratmağa, daxili qüvvələri parçalamağa çalışırlar.

Onların qarşılarına qoyduqları məqsəd birinci növbədə inqilabın və İslam Respublikası quruluşunun süqutu və onu devirmək idi.
2- İnqilabı dəyişdirmək

Sonrakı plan bu idi ki, əgər İslam Respublikası quruluşunu devirmək mümkün olmasa, onu dəyişdirsinlər. Yəni inqilabın forması qalsın, məzmunu isə əsl həqiqətini və ruhunu itirsin. Bu sahədə çox çalışdılar. Onların tamaşaya qoyduqları son pyesləri 2009-cu il fitnəsi idi. Bu əslində bir cəhd idi. Daxildə bəziləri xudbinlik, vəzifə həvəsi və bu qəbildən olan digər təhlükəli mənəvi xəstəliklər səbəbindən bu təxribata qoşuldular. Mən dəfələrlə demişəm: səhnənin müəllifi, plan cızanı və idarə edəni bu sərhədlərdən kənardadır, daxildəkilərin bəziləri bilərəkdən, bəziləri də bilmədən onlarla əməkdaşlıq etdilər. Bu da ikinci məqsəd idi.


3- Quruluşun zəif kadrlarını ələ almaq

Üçüncü məqsəd budur ki, İslam quruluşu yaşayacağı təqdirdə ələ alınması mümkün olan zəif kadrlardan istifadə edib onları öz əsas tərəfdaşlarına çevirsinlər. Hər halda, elə bir quruluş yaransın və davam etsin ki, yetərli qüvvəsi olmasın, mütləq asılı, zəif və müti olsun, Amerikaya qarşı çıxmasın, onun önündə baş qaldırmasın. Məqsəd bunlardır.


Aparıcı adamların və xalqın ayıqlığı - təxribatları iflasa uğradan amil

Bu işlər və müxtəlif məqsədlər bu günə qədər iflasa uğramışdır, bu günə qədər bacarmamışlar. Düzdür, çox cəhd etmiş və müxtəlif işlər görmüşlər. Mən söhbət əsnasında bu işlərin bəzisinə toxunacağam. Onlar kifayət qədər səy göstərmiş, lakin bacara bilməmişlər. Çünki xalq ayıq olmuşdur. Bizim cəmiyyətimizdə yaxşı aparıcı adamlar var, yaxşı xalqımız, yaxşı məmurlarımız var. Allaha şükür olsun ki, bu günə qədər düşmən öz məqsədlərinə çata bilməmiş, inqilab öz yolunu davam etdirmiş və irəliləmişdir.


İnqilabdan irəli gələn əsas dəyişikliklər

Bəs inqilabda nə baş verdi? Baxın, bunlar mühüm məsələlərdir. İranda baş verən bu inqilab çox mühüm və əsaslı dəyişikliklər yaratdı. Bu dəyişikliklərə əsaslanaraq cəmiyyəti inkişaf etdirmək və böyük yeniliklər yaratmaq olar. Əsas bünövrə möhkəm qoyulmuşdur.

Mən baş verən bu dəyişikliklərin bir neçəsini deyəcəyəm. Təbii ki, hamınız və hamımız bunları bilirik, bunlar bizim gözlərimiz önündə baş vermişdir. Lakin Allah-Taala da Quranda bizim diqqətimizi Günəşə yönəldir: "And olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxta)!". Günəş bizim gözümüzün önündədir, amma ona and içir ki, biz onun nə qədər əzəmətli olduğuna diqqət yetirək. Biz də öz ətrafımızdakı bu əzəmətli fenomenlərə diqqət yetirməliyik. Bunları demək bu baxımdan vacibdir.
1- İslamofob bir rejimin İslam quruluşu ilə əvəzlənməsi

Əvvəla, inqilabdan öncə ölkəyə hakim rejim çox islamofob bir rejim idi. Onlar zahiri işlərlə çox da maraqlanmırdılar, amma xalqın İslam inancının köklərini həqiqətən kəsmək istəyirdilər. Bu barədə mənim yaddaşımda çoxlu misallar, faktlar və xatirələr var, amma indi deməyə vaxt yoxdur. İnqilab həmin vəziyyətin düz 180 dərəcə əksinə olaraq, İslamı ölkə idarəçiliyində əsas elementə çevirdi, İslamın hökm və qanunları ölkə qanunlarında, eləcə də icra orqanının rəftarında meyar seçildi.


2- Ölkənin asılı bir vəziyyətdən müstəqil ölkəyə çevrilməsi

İnqilabdan öncə ölkə siyasi baxımdan asılı idi, yəni hökumət - istər Məhəmmədrzanın özü, istər müxtəlif orqanlar ABŞ-a tabe idilər, onun icazəsini gözləyirdilər. Buna dair çoxlu faktlar var. Doktor Əmini İranda Baş nazir olmaqdan ötrü qalxıb ABŞ-a getdi, amerikalıları razı saldı və gələndən sonra Baş nazir oldu. Şah onunla müxalif idi, bir-iki ildən sonra o da qalxıb ABŞ-a getdi, onu vəzifəsindən kənarlaşdırmaq üçün amerikalılardan icazə aldı və gəlib işdən çıxartdı. Bizim məmləkətimizin bu vəziyyətdə idi. Baş nazir seçmək üçün məmələkətin şahı, ölkənin başçısı ABŞ-ın razılığını almalı idi. Bir çox məsələlərdə şah ABŞ və İngiltərənin səfirlərini sarayına dəvət edir və görmək istədiyi işi onlarla müzakirə edirdi. Əgər onlar müxalif olsaydılar, həmin işi görməzdi. Siyasi asılılıq budur. Onlar ABŞ-a, ondan öncə isə İngiltərəyə müti idilər. Rza xanı ingilislər özləri iş başına gətirdilər, sonra işlərinə yaramadığını görüb özləri də hakimiyyətdən kənarlaşdırdılar, ölkədən çıxardılar, oğlunu gətirdilər. İnqilabdan qabaq belə idi.

İnqilab gəlib ölkəyə tam siyasi müstəqillik verdi. Bu gün bu böyük dünyada, bu böyük güclər arasında elə bir güc yoxdur ki, öz istək və iradəsinin İran məmurlarının, yaxud xalqının iradəsinə azca təsir etdiyini iddia edə bilsin. Bu məsələ - yəni müqavimət, müstəqillik və siyasi izzət xalqlar tərəfindən xüsusi şəkildə sevilir. Digər xalqların böyük İran xalqına hörmətinin əsas səbəbi onun siyasi müstəqilliyidir.
3- Şah üsul-idarəsini demokratik quruluşla əvəzləmək

İnqilabdan öncə şah üsul-idarəsi hakim idi. Bunun əksi demokratiyadır. Şah üsul-idarəsində xalqın heç bir siyasi rolu olmur, demokratiyada isə söz sahibi xalqdır. İnqilabdan öncə hakimiyyət sülalə hakimiyyəti idi; biri öləndə öz yerinə o birini təyin edirdi, yəni xalqın heç bir rolu yox idi. İstəsəydilər də, istəməsəydilər də, qəbul etməyə məcbur idilər. İslam Respublikasında isə inqilabın sayəsində hökumət seçki yolu ilə seçilir. Xalq seçir, onun iradə və istəyi təyinedicidir. İnqilabdan öncə ölkədə sərt və qaranlıq diktatura hakim idi. Mənim yadımdadır, bizim dostlarımızdan biri Pakistandan qaçaq yolla Məşhədə mənim yanıma gəlmişdi. O danışanda dedi ki, biz filan elanı parkda dostlarımızla oxuyurduq. Mən təəccüb etdim ki, məgər parkda elan oxumaq mümkündür? Biz əsla təsəvvür etmirdik ki, kiminsə cibində hakimiyyəti bir qədər tənqid edən bir elan olsun və küçədə yol yeriyə bilsin. Ozamankı təhlükəsizlik qurumlarının diktaturası bu vəziyyətdə idi. İnqilab gəlib azad şərait, tənqid, islahat, müzakirə və hətta müxalifət və etiraz şəraiti yaratdı. Bu 32 il ərzində, hətta inqilabın ilk illərində də belə olmuşdur.


4- Ölkənin elmi, hərbi və sənaye asılılığından çıxıb özünü təmin edən bir ölkəyə çevrilməsi

İnqilabdan öncə ölkənin elm və texnologiyası tamamilə Qərbə söykənirdi. Dəfələrlə demişəm: bizim hərbi təyyarəmizin bir hissəsi xarab olanda, yeyiləndə, təmirə ehtiyacı olanda Hərbi Hava Qüvvələrinin yerli mühəndislərinin nəinki onu düzəltmələrinə, heç açıb baxmalarına belə icazə vermirdilər. Həmin hissəni təyyarəyə qoyub Amerikaya aparır və əvəzinə bir başqasını gətrirdilər. Əgər təmir lazım olsaydı da, orada təmir edirdilər. Mövcud sənaye tamamilə montaj sənaye idi, heç bir yaradıcılıq yox idi. İnqilabdan sonra isə elmi və milli özünəinam yarandı, müxtəlif fənlərdə bu qədər dəyərli və böyük alimlər meydana çıxdı. Bu gün ölkə daxilində elə alimlərimiz var ki, bütün dünyada onların misli azdır. Bizim alimlərimiz inkişaf etmişlər və əksəri də gənclərdən ibarətdir.


5- Ölkənin təsirsiz qüvvədən beynəlxalq məsələlərdə nüfuzlu ölkəyə çevrilməsi

İnqilabdan öncə İranın dünya və hətta region məsələlərinə heç bir təsiri yox idi, təhqir olunmuş bir ölkə idi, hadisələrə heç bir təsir göstərə bilmirdi. İnqilabdan sonra bu xalqın dünyadakı hörmət və əzəməti, regionda baş verən hadisələrə təsiri düşmənləri heyrətə saldı, onlar etiraf etməyə məcbur oldular. Siz bu gün baxın, xarici xəbərlərin verildiyi saytlarda həmişə İranın nüfuzundan, təsirindən və region hadisələrindəki rolundan danışır, qərəzli formada olsa da, bunu etiraf edirlər.


6- Ölkənin mədəni sahədə sırf təqlidçilikdən çıxması

İnqilabdan öncə mədəni sahələrdə sırf təqlidçi idik, amma inqilabdan sonra mədəni hücum bir təhlükə kimi tanındı. Bu qəbildən olan başlıqlar çoxdur, bunlar əsaslarıdır.


İnqilabın səmərələri - möhtəşəm sivilizasiyanın təməlləri

Bir ölkədə bu təməllər qoyulduqda xalq həmin təməllər üzərində yeni və möhtəşəm bir sivilizasiya qurmağa ümid bəsləyə bilər. Bu xüsusiyyətlərin hər biri bir formada xalqların diqqətini cəlb edir. Digər xalqlar baxır, görür, sevir və alqışlayırlar. Əlbəttə, hamısından əhəmiyyətlisi düşmənlərin, hegemonizmin qarşısında siyasi müstəqillik və duruş gətirmək məsələsidir.


İslam Respublikasının konstitusiyası və nailiyyətləri - Qərbin tabularını məhv edən amil

Mən qərbli bir rəsmidən bir cümlə demək istəyirəm. Mən adətən bu qərbli siyasətçilərdən və məşhurlardan sitat gətirmirəm, amma bu, maraqlı cümlədir. O deyir ki, əgər iki şey müsəlmanlar arasında yaxşı tanınsa, müsəlman xalqlar bu iki şeydən xəbərdar olsalar, Qərbin bütün tabuları - yəni qəti prinsipləri dağılıb məhv olacaq. Bu iki şey nədir? Bu qərbli mütəfəkkir deyir ki, biri İslam Respublikasının konstitusiyasıdır. Bu konstitusiya dünya müsəlmanlarına mütərəqqi və eyni zamanda dini bir xalq hakimiyyətinin mümkünlüyünü isbat edir. Bu konstitusiya göstərir ki, həm modern və mütərəqqi, həm də tam dini bir hökumət qurmaq olar. Konstitusiya bunu təsvir edir, bunun mümkünlüyünü göstərir. Biri budur. İkincisi isə İslam Respublikasının elmi, iqtisadi, siyasi və hərbi nailiyyətləridir. Əgər müsəlmanlar bunu bilsələr, görərlər ki, həmin mümkün iş həyata keçmiş və baş vermişdir. O deyir ki, əgər müsəlman xalqlar bu gün müsəlman İranda nisbətən həyata keçmiş bu mümkün məsələdən, onun nisbi reallaşmasından xəbrədar olsalar, belə quruluş yaratmağa can atacaqlar və daha inqilabların önünü kəsmək mümkün olmayacaq.


Qərbin siyasi səhvinin İslam Respublikasının daha çox sevilməsinə bais olması

Bu gün bu baş vermişdir. Əlbəttə, bu hadisə bu gün baş verməmişdir, 30 ildir xalqların beyninə yavaş-yavaş və tədricən hopur, inkişaf edir, püxtələşir. Bu gün isə Şimali Afrikada və digər yerlərdə bəlli formada təzahür etməkdədir.

Qərblilərin özlərinin də siyasi səhvləri olmuşdur. Bu siyasi səhvlər İslam Respublikasına kömək etmişdir. Baxın, bu nüvə məsələsində qərblilər səhv etdilər. İranın nüvə işinə qarşı çıxmaq üçün onu böyütdülər, ajiotaj yaratdılar, İslam Respublikasını geri oturtmaq üçün təzyiq göstərdilər. Onlar yeddi ildir çalışırlar. Bu yeddi il ərzində dünya xalqına iki şey aydın oldu: biri budur ki, İran nüvə sahəsində gözlənilməz inkişaflara nail ola bilmişdir; ikincisi budur ki, İran bütün təzyiqlərə baxmayaraq duruş gətirir və geri çəkilmir. Bunlar İran xalqının xeyrinədir. İndi bütün dünya bilir ki, Amerika, Avropa, onların müttəfiqləri və əlaltıları göstərdikləri bütün təzyiqlərə rəğmən, İslam Respublikasına üstün gəlib onu geri çəkilməyə vadar edə bilməmişlər. Bu, İran xalqının düşmənlərinin vasitəsi ilə məlum oldu və onlar İran xalqının tanınmasına kömək etdilər.

Digər hadisələrdə də belədir. Səs-küy saldılar ki, benzinə embarqo qoyacağıq və benzin idxal olunmayacaq. Bəli, biz benzin idxal edirdik və edirik. Dedilər ki, benzinin idxalının qarşısını almaq istəyirik. Ajiotaj və qalmaqal yaratdılar, analitikləri proqnoz verib dedilər ki, ölkə qarışacaq, xalq filan edəcək. Bu, ölkə məmurlarının daha çox benzin istehsalı haqda düşünməsinə səbəb oldu. Bu gün məndə olan məlumata əsasən, ölkə Allahın köməyi ilə bəhmənin 22-ə qədər benzin idxalına tamamən son qoyacaq. Mənə verilən məlumata görə hətta ondan sonra benzinin ixracına başlanılacaq. Deməli, onların bu ajiotajı İran xalqının xeyrinə bitdi. Beynəlxalq müşahidəçilər də bunu gördülər. Bütün məsələlərdə belədir. Müharibə zamanı silah embarqosunda belə oldu, paralel və ifratçı İslam cərəyanı yaratmaqda da belə oldu. İslam Respublikasının kökünə balta vurmaq üçün gəlib bizim qonşuluğumuzda bir ifratçı İslam cərəyanı yaratdılar. İndi isə öz canlarının bəlasına çevrilib, qarşısını ala bilmir və çıxış yolu tapmırlar. Məzhəb ixtilafları yaratmaqda da belə oldu, 2009-cu il fitnəsində də belə oldu. Ajiotaj yaratdılar, səs-küy saldılar, dedilər ki, İslam Respublikası bitdi və sair. Sonra baxıb gördülər ki, İran xalqı qələbə çaldı. Ötən ilin 9 deyi (30 dekabrı) və bu ilin 22 bəhməni (11 fevralı) sözün həqiqi mənasında Allah günlərindən idi. Ürəklər Allahın əlindədir, Allah-Taala onları meydana çıxardı və İran xalqı öz əzəmətini göstərdi. Nə edirlərsə, ziyanlarına bitir. Bundan sonra da belə olacaq. Bu, dünyanın bugünkü reallığıdır. Nə istəyirdilər, amma nə oldu.


İnqilabın möhkəmliyi və duruş gətirməsi onun örnəyə çevrilməsinin ən mühüm amilidir!

İndi isə qeyd etdiyim ikinci hissəyə keçirəm. Hər bir məsələnin əhəmiyyət və uğurunu təyin etmək üçün onun nə qədər örnək və nümunə olduğuna, nə qədər duruş gətirdiyinə, nə qədər möhkəm dayandığına və öz sözünün üstündə durduğuna baxmalıyıq. İnqilablar da belədir. Əgər bir inqilab digərlərinin beyninə və əməlinə təsir göstərmək, onlara örnək olmaq istəsə, bəzi xüsusiyyətlərə malik olmalıdır. Bu xüsusiyyətlərin ən mühümü sözügedən möhkəmlik, müqavimət və duruş gətirməkdir. Əgər bunlar olsa, inqilab digərlərinə örnək olacaq, əks təqdirdə, çox da örnək ola və digərlərini öz ardıcıllığına həvəsləndirə bilməyəcək. Bizim inqilabımız belə olmuşdur.


İnqilabın duruş gətirməsinə nümunələr

Bizim inqilabımız ilham mənbəyi və örnək ola bilmişdir. Bu, inqilabın möhkəmliyinə, müqavimətinə, imam tərəfindən elan olunan əsas prinsip və təməlləri üzərində duruş gətirməsinə görədir.

Bu inqilab duruş gətirdi. Mən bu barədə də bir neçə nümunə göstərəcəyəm.
1- Quruluşun İslamiyyət üzərində möhkəm dayanması

Bir nümunə İslam quruluşunun yaranmasıdır. İmam əvvəldən bizim inqilabımızın İslam inqilabı olmasını və İslama əsaslanmasını deyəndə dünyada hay-küy qopdu, dedilər ki, İslam demokratiya ilə uyğun gəlmir, quruluşun İslam quruluşu olması mürtəcelikdir, gerilikdir, İslam hökmləri icra olunası deyil və sair və ilaxir. Bəziləri də ölkə daxilində onların sözünü təkrarladılar, İslam Respublikasını İslama sadiqlikdən çəkindirmək üçün kitab yazdılar, məqalə yazdılar, şayiə yaydılar. İslam Respublikası möhkəm dayandı və onların istəyinə təslim olmadı. Bəli, biz islamçıyıq, bununla fəxr edir və bəşərin xilasının bu yolda olmasını sübut edirik. İslam Respublikası bunu uca səslə bütün dünyaya elan etdi.

Bu gün 32 il ötəndən sonra bizim cəmiyyətimizə baxın, rəftarlar ilk gündən daha islamlaşmasa da, ən azı inqilabın qələbəsinin ilk günü kimidir. İmamı görməyən, müharibəni görməyən, inqilabı xatırlamayan gənclərin İslam əsaslarına sadiqliyi bizim kimi bəzi qocalardan da yaxşıdır, güclüdür. Ölkənin məmurları islamçı olmaları ilə fəxr edirlər. Əlbəttə, bu 32 il boyu çox cəhd edildi, hətta icra aparatı daxilində bəzi şəxslər yolları ziqzaq formasına salıb tədricən uzaqlaşdırmağa, yayındırmağa çalışdılar, amma bacarmadılar və İslam Respublikası özünün İslam əsaslarına sadiq qaldı. Bu bir nümunə.
2- Quruluşun respublika kimi qalması

Başqa bir nümunə demokratiya məsələsidir. İmam əvvəldən dedi ki, istər İslam Respublikasını seçməkdə, istər konstitusiyada, istər Dini Ekspertlər Məclisində qəbul olunan qanunun qəbulunda, istər prezident seçkilərində, istərsə də parlament seçkilərində xalq öz fikrini bildirməlidir. İmam möhkəm dayandı. Baxın, inqilabdan 32 il ötür, referendumları da hesablasaq, biz xalq olaraq 32 dəfə səhnəyə çıxmışıq. Yəni xalq orta hesabla ildə bir dəfə seçki məntəqələrinə gedib səs verib. Xalqın seçkilərdə iştirakı çox mühüm məsələdir. Müharibə dövründə Tehran bombalar altında idi, amma seçkilər tətil olmadı. Müharibə zamanı Səddam rejiminin raket zərbələrinə məruz qalan şəhərlərdə seçkilər tətil edilmədi. Bir dəfə parlament siyasi dəlilə əsaslanıb təzyiq göstərdi ki, seçkiləri təxirə salsın, amma bacarmadı. Bu günə qədər İslam Respublikasının seçkiləri bir gün də təxirə düşməmişdir. Bu demokratiyadır. Birinci gün imam dedi və İslam Respublikası bu demokratiyanın üstündə durdu, ondan əl çəkmədi. Bu gün rəhbəri təyin edən və çıxaran Dini Ekspertlər Məclisindən tutmuş prezidentə, parlamentə, bələdiyyələrə qədər bütün məmurlar xalq tərəfindən seçilirlər. Bu müddətdə müxtəlif cinahlar iş başına gəlmişlər. Belə deyil ki, həmişə bir cinah seçilsin. Xeyr! Əvvəldən bu günə qədər bir neçə prezident seçilib, onların hər biri bir formada, bir istiqamətdə və bir siyasi kursa malik olmuşdur, lakin hamısı xalqın səsi ilə seçilmişlər.


3- İctimai ədalətin bərqərar edilməsi üzərində prinsipiallıq

Sonrakı nümunə ictimai ədalət nümunəsidir. İmam bunu əvvəldən elan etdi. İctimai ədalət bu işlərin hamısından çətindir. Bunu mən sizə deyirəm. İctimai ədalət İslam Respublikasında görülən digər işlərdən və demokratiyanı qorumaqdan daha çətin və çox ağır işdir. Mən demirəm ki, biz bu günə qədər ictimai ədaləti tam bərqərar edə bilmişik. Xeyr! Hələ görülməli işlər çoxdur. İslamın bizdən istədiyi ədalət bu gün bizim cəmiyyətimizdə olanla çox fərqlidir. Amma məsələ burasındadır ki, ictimai ədalətə doğru hərəkət dayanmamış, davam etmiş və günbəgün güclənmişdir. Bu gün ictimai ədalətə doğru hərəkət ötən illərdən də artıqdır, qabaqkı dövrlərdən də.


Ölkə imkanlarının düzgün bölgüsü ictimai ədalətin mühüm nümunələrindəndir!

İctimai ədalətin mühüm nümunələrindən biri ölkə imkanlarının düzgün bölgüsüdür. İctimai ədalətdən uzaq quruluşlarda xüsusi bir təbəqəyə, ölkənin xüsusi bölgələrinə diqqət yetirilir, amma İslam Respublikasında irəliyə gəldikcə, 32 il ötən bu günə qədər düzgün bölgünün gücləndiyini görürük. Kəndlər diqqət mərkəzindədir, ucqar şəhərlər diqqət mərkəzindədir, kəndlərdə bu qədər evlər tikilir, ölkənin uzaq şəhərlərinə və kəndlərə yollar çəkilir; müxtəlif rabitə vasitələri, elektrik enerjisi, içməli su, telefon, məişət imkanları - bunlar bütün ölkəyə bölünmüşdür.

İndi ölkənin məmurları müxtəlif vilayətlərə, şəhərlərə səfərlər edirlər. Bəzi ucqar şəhərlərin əhalisi heç zaman təsəvvür etməzdilər ki, ikinci dərəcəli bir məmuru görə bilsinlər. İndi isə ölkənin yüksək çinli məmurları onların yanına gedirlər. Bunlar çox əhəmiyyətli və dəyərlidir. İnsan gedib problemləri görəndə onları aradan qaldırmağa həvəs yaranır və bu, ictimai ədalətin yaranmasına bais olur. Biz ictimai ədalətə doğru gedirik.
Quruluşun yüksək məmurlarının sadə həyat tərzi

İnsan dünyada dövlət məmurlarının zadəgan həyat tərzi keçirdiyini müşahidə edir. Hakimiyyətə yiyələnib prezident olan, yaxud başqa yüksək vəzifəyə yiyələnən şəxsin həyatı sanki birdən-birə dəyişir. Bizim ölkəmizdə isə belə deyil. Əlbəttə, mənim kimilər məişət səviyyələrini cəmiyyətin ən zəif təbəqələri ilə uyğunlaşdırmalıdırlar. Biz bunu bacarmadıq, bu səadət bizə nəsib olmadı, amma cəmiyyətin məmurlarının, dövlət məmurlarının həyatı Allaha şükür olsun ki, xalqın orta səviyyəsi, bəzən isə ortadan da aşağı səviyyələri kimidir. Bunlar çox dəyərlidir.


İctimai ədaləti bərqərar edən bəzi amillər

Ədalət səhmləri məsələsi, kəndlərdə evlərin tikilməsi, subsidiyaların məqsədyönlü paylanması böyük işlərdir. Əgər ölkə məmurları bunu yaxşı icra edə bilsələr, çox mühüm nailiyyət olacaq. Dövlət elektrik enerjisinə görə bütün xalqa subsidiya verirdi. Evində çilçıraq yandıran və daha çox elektrik enerjisi sərf edən hara, yalnız bir-iki lampa yandıran hara! Daha varlı olan bu subsidiyadan daha çox istifadə edirdi. Bu zülmün qarşısını almaq istəyirlər. Çörək məsələsində, benzin məsələsində və digər məsələlərdə də belədir. Biz möhkəm dayandıq. Quruluş ictimai ədalət şüarı üzərində möhkəm dayandı.


4- Hegemonizmlə mübarizədə duruş gətirmək

Sonrakı məsələ hegemonizmlə mübarizə və təzyiqlərə təslim olmamaqdır. Bu sahədə də möhkəm dayandıq. Bu iş çətin idi, amma İslam Respublikası bu çətin işi uğurla görə bildi. İnqilabın əvvəllərində çoxları deyirdilər ki, inqilab qələbə çaldı, daha bəsdir, gedək amerikalılarla problemlərimizi həll edək. Bu isə inqilabın zülmlə mübarizə şüarının sıradan çıxması demək idi. Buna həvəsləndirirdilər, zaman-zaman bunu istəyən şəxslər tapılırdı. Belələri deyirdilər ki, gedək Amerika ilə yoldaş olaq, bizim əsas düşmənimizin qanadı altına girək, ona sığınaq. Bu sözün mənası Fələstini satmaq, Amerikanın İraqda, Əfqanıstanda və digər yerlərdə törətdiyi cinayətlərə, dünya xalqlarına rəva gördüyü bütün bu zülmlərə göz yummaqdır. Bu sözün mənası odur ki, bu məsələlərə etirazımızı bildirməyək. Münasibətləri düzəltməyin mənası budur ki, İran xalqı və məmurları daha açıq şəkildə etiraz edib sözlərini deyə bilməsinlər, müəyyən vaxtdan sonra isə tədricən onların sözünü qəbul etməyə məcbur olsunlar.


Müqavimətin faydası: ilahi rəhmət və dünyəvi qüdrət

Bəli, bu duruş və müqavimət çətin, amma faydalı idi. İlahi rəhməti də cəbl etdi, xalqların diqqətini də. Bu 32 ildə siz İran xalqının inqilabın əsas şüarları üzərində dayanması bu gün İslam dünyasının sizə əzəmətlə baxması kimi böyük faydanı ərməğan etmişdir. Sizin ölkənizin məmurları müxtəlif ölkələrə səfər edəndə izdihamla qarşılanırlar. Siyasi şəxsiyyətlərin nə qədər sevilməsini hesablayanda sizin ölkənizin məmurları birinci sırada dururlar. İran xalqı digər xalqlara örnək olmuşdur. Bu gün onun əlamətlərini müşahidə edirsiniz. Bu böyük fayda və xüsusiyyət zaman ötmədən bəlli olmur.


İran xalqının səsinin Misirdə eşidilən əks-sədası

Bu gün Misirdə sizin fəryadınızın əks-sədası eşidilir. Bizim inqilabımızın baş verdiyi zaman Amerikada prezident olan şəxs bir neçə gün öncə müsahibədə deyib ki, Misirdə eşidilən bu səslər mənə tanışdır. Yəni bu gün Qahirədə eşidilən səslər onun prezidentlik dövründə Tehranda eşidilirdi. Dünya bunları görür, mühakimə yürüdür. Odur ki, bu il bizim Şəfəq ongünlüyümüz mühüm, həssas və həyəcanlı olacaq. İnşallah sizin vasitənizlə 22 bəhmən yürüşü də bütün bu nailiyyətlərə əlavə olunacaq.


İkinci xütbə

Təqvaya tövsiyə

Yenə də siz əziz qardaş və bacıların hamısına və özümə təqvalı olmağı tövsiyə edirəm.


Misir və Tunis hadisələrinin əsl zəlzələ olması

Misir və Tunisdə baş verən bu hadisələr haqda bir neçə dəqiqə danışmaq istəyirəm. Bu hadisələr çox əhəmiyyətlidir, əsl zəlzələdir. Əgər Misir xalqı Allahın yardımı ilə bu işi davam etdirə bilsə, regionda ABŞ siyasətləri üçün qəti məğlubiyyət yaranacaq. Bu gün bu hadisələrdən bəlkə də Tunisin və Misirin fərari məmurlarından çox israillilər təşvişə düşmüşlər.


İsrailin Misir və Tunisdə baş verən İslam oyanışından nigaran olmasının səbəbi

İsraillilər və sionist düşmənlər hamıdan çox nigarandırlar. Onlar bilirlər ki, Misir onlarla müttəfiqliyinə son qoysa və həqiqi mövqeyinə qayıtsa, bu regionda hansı böyük hadisə baş verər. O zaman bizim böyük imamımızın proqnozları həyata keçər. Odur ki, bu hadisələr olduqca mühümdür. Beynəlxalq təhlillərdə bu qiyamların əsas amilini görməzliyə vurmağa çalışırlar. Onlar iqtisadi və qeyri-iqtisadi məsələlərə toxunurlar. Bunlar əlbəttə ki, təsirlidir, amma əvvəlcə Tunisdə yaranan və sonra Misirdə zirvə nöqtəsinə çatan bu əzəmətli hərəkətin əsas amili xalqın öz başçıları tərəfindən təhqir edilməsidir. Xalq təhqir olunduğunu, aşağılandığını hiss etdi. Misirin mübarək olmayan bu hökumət başçısı Misir xalqını xar elədi.


Tunis xalqının qiyamının səbəbi: Bin Əlinin islamofobiyası və ABŞ-dan asılılığı

Öncə Tunisə aid bir cümlə deyim. Tunisin fərari prezidenti olan bu Bin Əli tamamilə Amerikaya bağlı idi. Hətta bizdə məlumatlar var ki, ABŞ-ın casus şəbəkəsi olan CİA ilə rabitəsi vardı. Görün bir xalq üçün nə qədər ağırdır ki, onun prezidenti, özü də belə qürurlu və lovğa prezidenti - o çox təkəbbürlü adam idi - ABŞ şəbəkələrinin rəsmi nökəri olsun. O, ölkəni illərlə ağır təzyiq altında saxladı, xalqın və dinin əleyhinə işlər gördü. Böyük İslam keçmişinə malik olan və İslam mədəniyyətinə böyük töhfələr vermiş Tunis kimi bir müsəlman ölkəsində Bin Əlinin dövründə məscidə getmək istəyənlərin xüsusi kartları olmalı idi. Məscidə getmək azad deyildi. Camaat namazı qılmaq heç, hətta məscidlərdə tək namaz qılmaq da qadağan olunmuşdu, hökumət istədiyi adamlara giriş kartı verirdi. Bayırda ümumi yerlərdə namaz qılmaq qadağan idi, hicab rəsmən qadağan idi. Bu xalqın mühüm istəklərindən biri İslamdır. Gördünüz ki, bu xain ölkədən qaçan kimi, vəziyyət dəyişən kimi tələbə qızlar hicabla universitetə getdilər. Bu, dərin İslam inancının göstəricisidir. Qərbin analitikləri bunu gizlətməyə çalışırlar. Sonrakı məsələ də çox mühüm olan Amerikaya bağlılıq məsələsidir. Amerikalılar istəmirlər ki, Tunisdə başlayan və Misirdə zirvəyə yüksələn xalq qiyamının səbəbinin asılılıqdan ibarət olduğu deyilsin. Həqiqət isə budur. Əlbəttə, Tunisdə yüngül bir dəyişiklik baş verdi, Bin Əli qaçdı, amma onun kabineti hələ iş başındadır. Allah eləsin Tunis xalqı öz mövqeyini düzgün dərk etsin və düşmən onu aldada bilməsin.


Misir xalqının xüsusiyyətləri və fəxrləri

Misirə gəlincə isə, bura çox mühüm ölkədir. Mən bir neçə qısa məqama toxunacağam. Misir Qərb mədəniyyəti ilə tanış olan ilk İslam ölkəsidir. On səkkizinci əsrin sonlarında Misirin Qərb mədəniyyəti ilə tanışlığı başlandı. Misir İslam ölkələri arasında Avropa mədəniyyəti ilə tanış olan, həmin Avropa və Qərb mədəniyyətinin eyiblərini görən və ona qarşı çıxan ilk ölkə idi. Şücaətli, mübariz və böyük islamçı olan Seyid Cəmaləddinin öz mübarizəsi üçün seçdiyi ən əlverişli yer Misir idi. Sonra da onun şagirdləri Məhəmməd Əbdüh və digərləri Misirdə fəaliyyət göstərdilər. Misirdə islamçılığın belə bir keçmişi, misirlilərin belə böyük şəxsiyyətləri var. Onların hamısı siyasi və mədəni baxımdan azadlıqsevərdirlər. Misir ərəb dünyasının düşüncə və siyasət baxımından rəhbəri oldu. Ərəb ölkələri uzun müddət Misirə baxırdılar. Misir ərəb dünyasının rəhbəri idi, orada istiqlaliyyət və azadlıqsevərlik ruhu coşub-daşırdı. Əlbəttə, qısa dönəmlərdən başqa bu xalq üçün münasib fürsət yaranmadı. Misir Suriya ilə birlikdə Fələstindən ötrü müharibəyə qoşulan ilk, yaxud ən böyük ölkə idi. Digər müsəlman ölkələrinin heç biri İsraillə bir neçə müharibədə vuruşmadılar. Misir isə öz əsgərlərini, ordusunu, xalqını və digər imkanlarını səfərbər etdi, lakin qələbə çala bilmədi. Bu müharibələrin biri 1967-ci ildə, biri də 1973-ci ildə baş verdi. Misir belə bir ölkədir. Buna görə Misir fələstinlilərin sığınacağı sayılırdı. Hətta digər ölkələrin çoxlu inqilabçılarının sığınacağı da Misir idi.


Mübarəkin Misirdə xəyanətləri

Belə bir ölkə otuz ildir nəinki azadlıqsevər olmayan, hətta azadlığın düşməni olan, nəinki antisionist olmayan, hətta sionistlərin yoldaşı, əməkdaşı, dostu və bir mənada nökəri olan bir şəxsin əlinə düşmüşdü. Bir zamanlar ucaltdığı antisionist mübarizələri bayrağının bütün ərəb dünyasına ilham verdiyi bu ölkənin vəziyyəti elə bir həddə çatdı ki, israillilər və sionist düşmənlər fələstinlilərin əleyhinə görmək istədikləri bütün fəaliyyətlərində mübarək olmayan bu insanın köməyinə arxalanırdılar; bu adam onlara kömək edirdi. Əgər Qəzzə məsələsində Hüsni Mübarək israillilərə kömək etməsəydi, onu mühasirəyə sala bilməzdilər. Fələstinlilər Qəzzədə mühasirədə idilər, dörd ildir ki, mühasirədədirlər. 22 günlük müharibədə bu xalqın kişisi, qadını, uşağı israillilərin alovunda yandı, məhv oldu, evləri dağıldı, amma yardım karvanlarının bu xalqa kömək etməsinə qoymadılar. Nəinki Misirin özündən, hətta Misirdən keçib onlara yardım etmək istəyən digər ölkələrə, o cümlədən bizim xalqımıza da icazə verilmədi. Misirdə vəziyyət belə idi.


Misir xalqının qiyamının əsas amili

Bu, xalqı təngə gətirdi. Misir xalqı indiki rejimin İsraili müdafiə etdiyinə və ABŞ-a mütləq itaət göstərdiyinə görə xar və təhqir olunduğunu hiss edir. Əsas amil budur. Bunlar müsəlmandırlar, hərəkət cümə namazından, məscidlərdən başlayır, şüarlar "Allahu-Əkbər"dir, insanlar dini şüarlar verirlər və orada ən güclü mübariz cinah İslam cinahıdır. Misir xalqı bu rəzillikdən qurtulmaq istəyir. Əsas məsələ budur. Qərblilər bu təhlilin digər xalqlara, dünyanın ictimai rəyinə çatdırılmasına qoymur və ancaq iqtisadi məsələlərdən danışırlar. Bəli, bu da bir həqiqətdir ki, Hüsni Mubarək kimi bir şəxsin ABŞ-a kölə olması Misiri çiçəklənməyə doğru bir addım da aparmadı. Misirin yetmiş milyondan artıq əhalisinin qırx faizi yoxsulluq həddindən aşağıdadırlar. Məndə olan dəqiq məlumatlara görə, Qahirə şəhərində bir neçə yüz min yoxsul - əlbəttə, mən iki-üç milyona qədər də eşitmişəm, amma dəqiq olan bir neçə yüz min nəfərdir - həmin şəhərin qəbiristanlarında yaşayırlar, didərgin və sərgərdan halda qəbiristanlara sığınırlar. Xalq məişət baxımından ağır vəziyyətdə yaşayır. Yəni amerikalılar bu köləliyə görə mükafat da verməyiblər.


ABŞ-ın yanmış fiqurları ilə rəftarı

Bu gün də ona mükafat vermirlər. Bu gün də o, Misirdən qaça bilsə, əmin olun ki, üzünə bağlanacaq ilk qapı ABŞ qapısı olacaq. Oraya buraxmazlar; necə ki, Bin Əlini buraxmadılar, Məhəmmədrzanı buraxmadılar. Bunlar belədirlər. Ürəkləri ABŞ-la dostluq və itaətkarlıq eşqi ilə döyünənlər bunu görsünlər. Bunlar şeytan kimidirlər. Səhifeyi-Səccadiyyədə deyilir ki, şeytan məni günaha salandan sonra o tərəfə-bu tərəfə baxır; yəni mənə gülür, arxa çevirir və etina etmir. Bunlar belədirlər. Amerikalılar belə rəzil və zəif insanlar vasitəsi ilə öz maraqlarını təmin edirlər.

Əlbəttə, bu gün amerikalılar çox əl-ayağa düşmüşlər. İsraillilər isə onlardan da çox özlərini itirib, Misir hadisəsinə əlac qılmaq istəyirlər, amma bacarmırlar; aldatmağa çalışırlar, xalqı müdafiədən dəm vururlar. İndi amerikalılar da ona deyirlər ki, tez kənara çəkilməli, getməlisən. Bu, Misir xalqının necə rəftar etməsindən və hansı qərar verməsindən asılı olacaq.

İndi isə mən ərəb qardaşlara müraciətlə yazdığım bəzi mətləbləri oxumaq istəyirəm.


Ərəbcə oxunan xütbə

İslam oyanışı - xalqların İslama və izzətə doğru qayıtmasına şərait yaradan amil

Harada olmasından asılı olmayaraq, bütün İslam ümmətinə salam olsun! İndi İslam dünyasında böyük, əzəmətli və taleyüklü hadisə baş verməkdədir. Bu hadisə regionda hegemonizmin bütün planlarını İslamın və xalqların xeyrinə dəyişdirə bilər. Bu hadisə ərəb xalqlarına və İslam ümmətinə izzət və hörməti qaytara, bu qədim və köklü xalqlara ABŞ və Qərb tərəfindən on illərlə edilən zülmkar rəftara, təhqir və xarlığa son qoya bilər.


Misir və Tunis qiyamları iki yol ayrıcında

Bu möcüzəvi hadisə Tunis xalqı vasitəsi ilə başlandı, böyük və rəşadətli Misir xalqı tərəfindən zirvəyə çatdı. Ayrı-ayrı səbəblərdən Qərb və İslam dünyasının nəfəsləri həbs olunub. Böyük Misirin, son əsrin dahilərinin - Məhəmməd Əbdühün və Seyid Camalın Misirinin, Səd Zəğlulun və Əhməd Şövqinin Misirinin, Camal Əbdünnasirin və Şeyx Həsən əl-Bənnanın Misirinin, 1967 və 1973-cü illər Misirinin indi nə edəcəyini gözləyir. Görəsən bu xalq öz iradə bayrağını haraya qədər ucalda biləcək! Əgər Allah eləməmiş, bu bayraq süqut etsə, ardınca qaranlıq dövr gələcək və əgər zirvəyə sancılsa, Misir göylərə ucalacaq.


Xain hakimlərin bütün yaxınlarının uzaqlaşmasına qədər inqilabları davam etdirməyin zəruriliyi

Tunis xalqı ABŞ-ın muzduru və dinin düşməni olan xain hakimi qova bildi, amma bunun ideal nəticə olduğunu düşünmək yanlışdır. Asılı bir quruluş aşkardakı fiqurların çıxması ilə devrilmir. Əgər o fiqurların yerinə onların digər yoldaşları gəlsə, bir şey əvəz olunmayacaq və xalq hiylənin qurbanı olacaq. İran İslam İnqilabında bizim xalqımızı dəfələrlə bu tələyə salmaq istədilər, amma xalqın, əzəmətli və ilahi rəhbərin sayıqlığı düşmənin hiyləsini anlayıb zərərsizlişdirdi və yolu sona qədər davam etdirdi.


Misirin fəxrləri

Misir məsələsi misilsiz bir nümunədir. Çünki Misir ərəb dünyasında misilsiz bir ölkədir. Misir Avropa mədəniyyəti ilə tanış olan, bu mədəniyyətin hücumundan təhlükə duyan və ona qarşı çıxan ilk müsəlman ölkədir. Misir İkinci Dünya Müharibəsindən sonra müstəqil bir dövlət təşkil edən, Süveyş kanalını milliləşdirməklə öz milli maraqlarını müdafiə edən birinci ərəb ölkəsidir; var gücü ilə Fələstinə yardım edən və İslam dünyasında fələstinlilərin dayağı sayılan birinci ölkədir. Seyid Cəmaləddin misirli deyildi, amma müsəlman ölkələr arasında Misirdən başqa bir yerə ümid bəsləmədi. Misir xalqı dini və siyasi mübarizələrdə öz ləyaqətini sübuta yetirdi və tarixə yazdı. Məhəmməd Əbdüh və onun şagirdləri, Səd Zəğlul və onun tərəfdarları mürtəce və dünyadan xəbərsiz insanlar deyildilər. Onlar elə böyük, şücaətli və sayıq dahilər idilər ki, hər bir xalq onlardan birini yetişdirməsi ilə öyünə bilər. Misir bu mədəni, dini və siyasi zənginliyinə görə haqlı olaraq ərəb dünyasının rəhbərliyi kürsüsündə oturdu.


Mübarək rejiminin Misirdə ən böyük cinayəti

Misirin indiki rejiminin ən böyük cinayəti odur ki, bu ölkəni həmin uca kürsüdən regionun siyasi oyunlarında iradəsiz bir fiqur səviyyəsinə endirdi. Böyük Misir xalqının bugünkü qəzəbi asılı diktatorun öz xalqına qarşı etdiyi bu böyük xəyanətə cavabdır.


Misir xalqının qiyamının əsas səbəbi

Bu gün bütün dünyada Misir xalqının qiyamı haqda müxtəlif təhlillər gedir, hər kəs bir söz deyir, amma kim Misiri tanıyırsa, onun öz hörmət və izzətini müdafiə etməkdə olduğunu tam aydınlığı ilə başa düşür. Misir xalqı onun hörmətini aşağılayan, izzətin zirvəsində duran bir xalqı düşmənlərinin qürur və təkəbbürünə tapdadan xəyanətkarların yaxasını tutmuşdur. Bariz bir nümunə Misirin Fələstin məsələsindəki mövqeyidir.


Region ölkələrinin taleyinin Fələstinlə əlaqəsi

Fələstin on illərdir bu regionun ən əsas məsələsidir. Bu regionun məsələləri bir-birinə elə düyünlənmişdir ki, heç bir ölkə və heç bir xalq öz taleyini Fələstin məsələsindən ayrı təsəvvür edə bilməz. İkidən artıq cəbhə yoxdur: ya Fələstini və onun ədalətli mübarizələrini müdafiə, ya da qarşı cəbhədə durmaq.


Mübarəkin xəyanəti: Misirin Fələstinin himayədarından İsrailin himayədarına çevrilməsi

Region xalqları əvvəldən öz mövqelərini aydın göstərmişlər. Odur ki, bir hökumət Fələstini müdafiə etdikdə öz xalqının, ərəb və müsəlman xalqların dəstəyini qazanır. Bunu Misir 60-70-ci illərdə sınaqdan keçirmışdır. Misir hökuməti özünü digər cəbhəyə qoşduqda xalq ondan üz çevirir. Misirdə rüsvayçı Kemp Deyvid müqaviləsindən sonra Misir hökuməti ilə xalqı arasında bu ayrılıq yarandı. 67 və 73-cü illərdə öz canı və malı ilə Fələstinin köməyinə getmiş Misir xalqı tədricən gördü ki, hakimlər Amerikaya itaətdə çox ifrata varıblar və Misir sionist və işğalçı düşmənin vəfalı müttəfiqinə çevrilmişdir. Amerikanın Misirin hökumət başçılarına hakim olması onların Fələstini müdafiədə çəkdikləri keçmiş zəhmətlərinin hamısını bada verdi və Misir Fələstinin ən böyük düşməninə, sionistlərin isə ən böyük himayədarına çevrildi.

Halbuki 1967 və 1973-cü illərin müharibələrində Misirlə əl-ələ verən Suriya ABŞ-ın güclü təzyiqlərinə rəğmən, öz müstəqil mövqeyini qoruya bildi. Misirin vassal quruluşunun vəziyyəti elə bir həddə çatdı ki, Misir xalqı tarixdə ilk dəfə Qəzzədəki qardaşlarına qarşı müharibədə hökumətlərinin İsrail cəbhəsində dayandığını gördülər. Gördülər ki, o nəinki kömək etmir, hətta düşmən cəbhəsində çox fəaldır. Tarix heç zaman unutmayacaq ki, Hüsni Mübarək Qəzzə xalqının çox ağır blokadasında, Qəzzənin qadın, kişi və uşaqlarının iyirmi iki günlük qırğınında İsrail və ABŞ-ın müttəfiqi, şəriki və etimadlı tərəfdaşı oldu. Misir xalqı o günlərdə nə çəkdi! Televiziya Misir xalqının güclü hisslərini əks etdirən bəzi epizodları göstərdi. Onlar öz vəziyyətlərinə ağlayır, fələstinli qardaşlarına kömək etməyə imkanlarının olmamasından danışırdılar. Müsəlman Misir xalqı daha nə qədər dözə bilərdi?! Bu gün Qahirədə və Misirin digər şəhərlərində müşahidə olunanlar qeyri-müsəlman, xain və asılı rejimin uzun illər öz əməlləri ilə Misirin azad kişi və qadınlarının qəlbində qalaqladığı nifrətin fəvvarəsi və müqəddəs qəzəbin partlayışıdır.
Müsəlman Misir xalqının qiyamı - İslam və azadlıq hərəkatı

Müsəlman Misir xalqının qiyamı İslam və azadlıq hərəkatıdır. Mən İranın inqilabçı xalqı və hökuməti adından siz Misir və Tunis xalqlarını salamlayır, Əziz Allahdan sizin tam qələbənizi arzulayır, sizinlə və qiyamınızla fəxr edirəm.



İran xalqının qiyamının digər qiyamlar üçün faydalı təcrübələri

Şübhə yoxdur ki, xalq qiyamları coğrafi, tarixi, siyasi və mədəni tələblərə görə hər bir ölkədə özünəməxsus xüsusiyyətlərə malik olur və otuz il öncə İranda baş verən Böyük İslam İnqilabının hər bir xüsusiyyətini Misirdə, Tunisdə, yaxud hər hansı bir müsəlman ölkəsində baş verən inqilablardan gözləmək olmaz. Lakin onlarda bəzi müştərək cəhətlər də var və hər bir xalqın uyğun təcrübələri digər xalqlara yardımçı ola bilər. Bu gün belə təcrübələr aşağıdakılardan ibarətdir:




  1. İradələrin mübarizəsi

Hər bir xalq qiyamında iradələr arasında həqiqi müharibə gedir. Hansı tərəf daha iradəli olsa, çətinliklərə dözsə, mütləq qalib gələcək. Quran bizə belə öyrədir: "Şübhəsiz, “Rəbbimiz Allahdır!” – deyən, sonra da möhkəm dayanan (sözündə düz olan) kəslərə mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan cənnətlə sevinin!" Peyğəmbərinə (s) isə buyurur: "Buna görə də sən (xalqı tövhid dininə) dəvət et və sənə əmr edildiyi kimi (bu yolda) möhkəm ol, onların (müşriklərin) nəfslərindən gələn istəklərə uyma!" Düşmən zor və hiylə ilə sizin iradənizi zəiflətmyə çalışır - ehtiyatlı olun ki, bu zəifləməsin.


  1. Düşmənin xalqı məyus etməyə çalışması

Düşməniniz sizi öz məqsədlərinizə çatmağa məyus etmək istəyir. Halbuki ilahi vədlər deyir: "Bis isə istəyirik ki, (o) yerdə zəif düşüb əzilənlərə (İsrail oğullarına) mərhəmət göstərək, onları öndə gedənlər və (Fironun mülkünə) varislər edək". Allahın təkidli və qəti vədinə güvənin. O buyurur: "Allah Ona (Öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən Allah yenilməz qüvvət, qüdrət sahibidir!"


  1. Düşmənin xalqda qorxu yaratmağa çalışması

Düşməniniz xaos və hərc-mərclik yaradıb xalqı bezdirmək üçün öz casus muzdurlarını sizinlə mübarizəyə göndərir. Onlardan qorxmayın, siz muzdurlardan güclüsünüz. Siz indi elə bir mərhələdəsiniz ki, Allah o mərhələdə Peyğəmbərə (s) və səhabələrinə buyurdu: "Ey Peyğəmbər! Möminləri döyüşə həvəsləndir. İçərinizdə iyirmi dözümlü kişi olsa, iki yüz kafirə, yüz dözümlü kişi olsa, min kafirə qalib gələr. Çünki onlar (həqiqətən, Allahın möminlərə olan köməyini) anlamayan bir tayfadır!" Siz Allaha arxalanmaqla, öz fəal gənclərinizə güvənməklə hər bir xaosa və hərc-mərcliyə üstün gələ bilərsiniz.


  1. Xalqın düşmənə qarşı silahı: Birlik

Böyük güclərlə və muzdur hakimlərlə qarşıdurmada xalqların mühüm silahı onların birliyindən ibarətdir. Sizin düşməniniz müxtəlif hiylələrlə birliyinizi pozmağa çalışır. Fərqli cəhətləri qabartmaq, sapqın şüarlar ucaltmaq, xain prezidentin canişini kimi keçmişi ləkəli olan etimadsız simaları irəliyə vermək xalqı təfriqəyə sövq edən amillərdəndir. Dini və ölkəni düşmən muzdurlarından xilas etmək ideyası ətrafında birliyinizi qoruyun: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (bir-birinizdən) ayrılmayın!"
5- Qərbin öz fiqurlarını irəliyə vermək cəhdləri qarşısında sayıqlıq

Amerikanın və Qərbin siyasi və hiyləgər cəhdlərinə güvənməyin. Onlar bir neçə gün öncəyə qədər fəsadlı rejimi himayə edirdilər. İndi ümidləri üzüldüyünə görə xalqların hüququndan dəm vururlar. Onlar bu pərdə altında fiqur yerdəyişməsi aparmağa və şəxsiyyət formalaşdırmaqla öz əlaltılarını yenidən hakim etməyə çalışırlar. Bu, xalqların şüuruna təhqirdir. Buna dözməyin, tam müstəqil və İslama inanan bir xalq quruluşundan başqa bir şeylə razılaşmayın.




  1. Din alimlərinin inqilabla fəal işbirliyinin zəruriliyi

Din alimləri və parlaq keçmişi dillər əzbəri olan şanlı əl-Əzhər öz rolunu tam şəkildə göstərməlidir. Qiyamını məscidlərdən, cümə namazlarından başlayan və "Allahu-Əkbər" şüarı verən bir xalqın din alimlərindən çoxlu gözləntisi var və bunlar yerli gözləntilərdir.


  1. Ordunun xalqa qoşulmasının zəruriliyi

Ən azı iki müharibədə sionist düşmənlə vuruşmaq şərəfinə malik olan Misir ordusu bu gün böyük və tarixi bir sınaq qarşısındadır. Düşmən ondan xalqı əzmək üçün istifadə etmək istəyir. Əgər Allah eləməmiş, bu baş versə, orduya yönələcək ziyanları aradan qaldırmaq mümkün olmayacaq. Misir ordusundan sionistlər qorxmalıdır, Misir xalqı yox. Əlbəttə, özü xalqdan və onun övladları olan ordu qüvvələri nəhayət xalqa qoşulacaqlar və bu xoş təcrübə Misirdə bir də təkrar olunacaq.


  1. Amerikaya bədgüman olmağın zəruriliyi

Misir xalqının əleyhinə işləyən muzdur hakimləri otuz il dəstəkləyən Amerika indi elə bir mövqedə deyil ki, Misir məsələsində vasitəçi kimi çıxış edə bilsin. Amerikalıların bu sahədəki hər bir tövsiyə və addımına bədgümanlıqla yanaşın və ona güvənməyin.
Xalqları İran İslam İnqilabının təcrübələrindən məhrum etmək üçün düşmənlərin təxribat aparması

Əziz qardaş və bacılar! Bunlar bizim təcrübələrimizdir. Mən müsəlman qardaşınız kimi və dini məsuliyyət hiss edərək bunu sizə dedim. Düşmənin təbliğat şəbəkələri həmişəki kimi fəryad qoparacaq ki, İran müdaxilə etmək, Misiri şiə etmək, Fəqih hakimiyyəti üsulunu Misirə ixrac etmək istəyir və sair və ilaxir. Xalqlarımızı bir-birindən ayırmaq və bir-birinin köməyindən məhrum etmək üçün bu yalanları otuz ildir deyir və muzdurları da təkrarlayırlar: "Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!" Biz bu hiylələrə görə İslamın vacib etdiyi vəzifələri heç zaman tərk etməyəcəyik.

Allahdan özümə və sizə əfv diləyirəm!


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə