Beyn əlxalq Çay Hövzələrinin Ətraf Mühitinin Qorunması (BÇHƏMQ) Müqavil ə №2011/279-666



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə30/40
tarix01.02.2018
ölçüsü1,19 Mb.
#23139
1   ...   26   27   28   29   30   31   32   33   ...   40

 

66 


 

Şəkil 3.2. Mövcud  ÇSTQ görünüşü 

 

    



Əvvəllər yeganə  nasos  stansiyası  şəhərin  Ağstafaçay  çayının  sol  sahilində  yerləşən hissəsindən 

çirkab suyu ÇSTQ-ya vururdu. Hal-

hazırda,  bu  stansiya  işləmir və  onun yerləşdiyi  bina  istismar 

üçün  artıq  yararlı  deyildir.  2,800  m

3

/gün gücün



ə  malik ÇSTQ 1970-73-cü illərdə  tikilmişdir.  O, 

tamamil


ə  bərbad vəziyyətdədir və  mövcud strukturlar  artıq  istifadə  üçün  yararlı  deyildir. 

T

əmizlənməmiş çirkab su Ağstafaçaya axıdılır.  



    Qazaxda 1.754 ev birl

əşmələri, 9 kommersiya və  sənaye birləşmələri və  38 büdcə  təşkilatı 

birl

əşmələri mövcuddur. Birləşmə  səviyyəsi təqribən 30%-dir.  Qalan  şəxslər fərdi septik çənlərə 



malikdir. Bu ç

ənlər müraciət əsasında və ödənişli yolla Azərsu tərəfindən boşaldılır. 



    

Samux  şəhərində  çirkab suların  toplanılması  və  təmizləmə  sistemi  mövcud  deyildir.  Məişət 

çirkab  suları  septik  quyular  vasitəsilə  birbaşa  torpağa  axıdılır.  Bu  yeraltı  suları  çirkləndirməklə 

yanaşı insanların sağlamlığı üçün də ciddi təhlükə yaradır. 

    

Şəmkir  rayonunda  mövcud  olan  çirkab  su  toplama  sistemi  bəsit  xarakter  daşıyır.  Bu  sistem 

aşağıdakı xüsusiyyətlərə malik üç kollektorlardan ibarətdir. 

Mövcud  kollektorlar  fəaliyyət  göstərmir.  Qeyd  edək  ki,  bu  kollektorlar  hətta  Sukanal  İdarəsinin 

balansında qeydiyyatda deyillər. Məişət çirkab suları septik çənlər vasitəsilə birbaşa torpağa axıdılır. 

Bu hal yeraltı suların ciddi səviyyədə çirklənməsinə səbəb olub, həmçinin əhalinin sağlamlığı üçün 

də mühüm risk təşkil edir.    




 

67 


    

Göygöl şəhərinin kanalizasiya suları şəhərdən şərqdə yerləşən və 2008-ci ildə Mollacəlilli kəndi 

yaxınlığında tikilmiş təmizləyici qurğuya yönəldirilir. Çirkab sular təmizləndikdən sonra suvarmada 

istifadə  olunur.  Kənd  təsərrüfatı  mövsümü  başa  çatdıqdan  sonra,  təmizlənmiş  çirkab  suları 

rezervuarlarda saxlanılır və buxarlandırılır.  



     

Gəncə  şəhərinin  əksər  hissəsi  kanalizasiya  sisteminə  qoşulmuşdur  (bəzi  yeni  istehsal  sahələri 

istisna  olmaqla)  və  Gəncə  şəhərinin  əsas  kollektoru,  şəhərdən  şimalda  yerləşən  Ziyadlı  kəndinin 

yaxınlığındakı  əraziyə  yönəldilib.  Bu  ÇSTQ  1970-ci  ildə  tikilmişdir  və  hazırda  işləmir.  ÇSTQ 

Gəncəçay hövzəsinin bilavasitə yaxınlığındadır.  

    Ç

irkab suları Gəncə şəhərindən Gəncəçay hövzəsinin kənara, Kürəkçay hövzəsinə nəql olunur. 



Tovuz şəhərinin çirkab suları birbaşa Tovuzçaya axıdılır. Odur ki, çirkab sular Tovuzçay üçün ciddi 

təzyiq mənbədir ki, çirkab sular Tovuzçay üçün ciddi təzyiq mənbəyi hesab oluna bilər. 

    

Hər bir çay üzərində yalnız bir müşahidə məntəqəsi olduğu üçün çay boyu insan fəaliyyətinin su 



obyektlərinin təsirini qiymətləndirmək çətindir (Cədvəllər 3.12-3.14). Pilot çaylar da daxil olmaqla 

çayların yaxınlığında yaşayan əhali məişət tullantılarını bilavasitə çaya atırlar. Bu səbəbdən də çay 

yaxınlığında  yerləşən  yaşayış  məntəqələrindən  atılan  çirkab sular  pilot  çayların  suyunun 

keyfiyyətinə ciddi təsir edir. 

    

Tovuz  şəhərinin  çirkab  suları  Tovuzçaya  və  Qazax  şəhərinin  çirkab  suları  Ağstafaçaya 



axıdıldığından bu iki çayda çirklənmə digər çaylarla müqayisədə daha yüksəkdir.  Və bu iki şəhərin 

çirkab suları ciddi nöqtəvi çirklənmə mənbəyi hesab edilməklə, digər çirklənmə mənbələri ilə birgə  

Tovuzçay və Ağstafaçaya ciddi təsir edirlər  

 

3.2.2

 

Sənaye və filizçıxarmadan atılan sular  

  

  



Dövlət  Statistika  Komitəsinin  saytında  pilot  ərazidə  sənaye  və  filizçıxarma  sahələrindən  atılan 

suların  miqdarı  haqqında  məlumat  yoxdur.  Lakin  fəsil  2-də  qeyd  olunduğu  kimi,  pilot  ərazidə 

sənaye müəssisələri və filiz mədənləri fəaliyyət göstərir.  

    


Gəncəçay  çayına  əsas  təsir  edən  sənaye  sahəsi  Daşkəsən  metallurgiya  sənayesi,  Çovdar  qızıl 

mədənləri və mərmər yatağı ( kiçik parçalar suya qarışaraq onun rəngini dəyişir) 

    

Tovuz  və  Qazax  şəhərlərində  yerləşən  sənaye  müəssisələri  (əsasən  kiçik  ərzaq  sənayesi)  öz 



tullantı  sularını  məişət  tullantı  sularına  atmaqla  Tovuzçay  və  Ağstafaçay  çaylaınrda  suyun 

keyfiyyətinə təsir edir. Bunu Şəmkirçay hövzəsində yerləşən  yüngül sənaye müəssisələri üçün də 

demək olar. 

    Yekunda

, qeyd etmək olar ki, 4 pilot çay hövzəsində yerləşən sənaye müəssisələri həmin çayların 

suyunun  keyfiyyətinə ciddi təsir edir.  

  

 

 




 

68 


 

Şəkil 3.4.  Daşkəsən mərmər yatağının Qoşqarçayın sularının keyfiyyətinə təsiri 

 

3.3



 

Diffuzion çirklənmə mənbələri  

3.3.1

 

Bitkiçilik və gübrələrdən istifadə  

    


Yem  bitgiləri,  kartof,  meyvə  və  giləmeyvə  bağları  və  tərəvəzlər  kənd  təsərrüfatı  sahələrində 

yetişdirilən  əsas  məhsullardır.  Son  illərdə  üzüm plantasiyalarının  sahəsi  genişlənsə  də  onlar  digər 

kənd təsərrüfatı bitgiləri ilə müqayisədə o qədər çox deyil.  

    


Qeyd etmək lazımdır ki, Göygöl və Gəncə şəhərləri arasında pestisid və gübrə (azot və fosfor) 

anbarı  yerləşir. Hazırda  ölkədə  gübrə istehsal olunmur və idxal edilir. 2012-ci ildə Azərbaycanda 

böyük gücə malik mineral gübrə zavodunun inşasına başlanılmışdır.  

    


Həm  üzüm  plantasiyalarında,  həm  də  tərəvəzçilikdə  kübrə  və  kimyəvi  maddələrdən  istifadə 

olduğundan onlar pilot çaylar ücün ciddi təsir mənbəyi hesab edilə bilərlər. Bu nəticəni pilot çaylar 

üzrə olan suyun keyfiyyətinə dair məlumatda təsdiq edir (Cədvəllər 3.12-3.14). 

 

 



3.3.2

 

Heyvandarlıq və həddən artıq otarılma 

    


Tədqiqat ərazisində, xüsusilə onun dağlıq və qismən düzənlik hissəsində heyvandarlıq da inkişaf 

etdirilir. 

 

    


Bu region həm də respublikanın əsas heyvandarlıq rayonlarından biridir. Burada Azərbaycanda 


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə