“BƏYƏNİLMİŞDİR” “TƏSDİq ediRƏM”



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix18.05.2018
ölçüsü0,65 Mb.
#44903
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

 

GİRİŞ 

 

 

Toksikoloji  kimya  əczaçılıq  fakültəsinin  ixtisas  fənnlərindən  biri  olmaqla 



zəhərli  və  şiddətli  təsirə  malik  maddələrin  xassəsini  öyrənmək,  onların  orqanizm 

daxilində  və  meyitdə  taleyini  izləmək,  müxtəlif  bioloji  materiallardan  həmin 

maddələrin və onların parçalanma məhsullarının (metabolitlərinin) təcridi, vəsfi və 

miqdari  təyini  üsullarını  işləyib  hazırlamaq  kimi  vacib  məsələlərlə  məşğul  olur. 

Toksikoloji  kimya  fənninin  nəzəri  və  əməli  sahələrini  mənimsəmək  ali  təhsilli 

əczaçı-bakalavrlar  üçün  ona  görə  vacibdir  ki,  onlar  gələcəkdə  məhkəmə-kimyaçı 

ekspert vəzifəsinin öhdəsindən bacarıqla və daha səriştəli şəkildə gələ bilsinlər.  

 

Müasir şəraitdə insanlar öz həyat-fəaliyyətləri nəticəsində on minlərlə toksik 



maddələrlə rastlaşır ki, bu da xroniki və kəskin zəhərlənmələrə gətirib çıxara bilir 

və  hətta  ölümlə  nəticələnir.  Ona  görə  də  bu  növ  patologiyanın  vaxtında  aşkar 

edilməsi  və  qarşısının  alınması  tibb  və  əczaçılıq  sahəsində  fəaliyyət  göstərən 

mütəxəssislər  üçün  çox  vacibdir.  Odur  ki,  toksikoloji  kimya  əczaçılıq  ixtisas 

fənnləri sırasında xüsusi əhəmiyyət kəsb edir. 

 

Əsas  diqqəti  bioloji  materiallarda  toksik  maddələr  və  onların 



metabolitlərinin  aşkar  və  təyin  edilmə  üsullarının  işləyib  hazırlanmasına 

yönəltməklə,  toksikoloji  kimya  yalnız  məhkəmə-kimyəvi  ekspertiza  və  kliniki 

toksikologiya sahəsində xüsusi məsələlərin müsbət həlli ilə deyil, həmçinin dopinq 

nəzarət,  sanitar-kimyəvi  analiz,  bioəczaçılıq,  farmako-  və  toksikokinetika,  kliniki 

farmakologiya  və  digər  sahələrdə  ixtisaslaşacaq  əczaçıların  hazırlanmasının 

metodiki əsasını yaradır. 

 

Nəhayət,  toksikoloji  kimyanın  əczaçılıq  fakültəsində  öyrənilməsinin  son 



nəticəsi tələbələrdə aşağıda göstərilən bacarığı və qabiliyyəti aşılamaqdır: 

1.

 



Heyvan  və  insanların  bioloji  maye,  tullantı  və  toxumalarında  zəhərli 

maddələr və onların metabolitlərini müəyyən etmək.  

2.

 

Maddi  sübutların  (xüsusilə  bioloji  mənşəli)  ümumi  və  məqsədyönlü 



məhkəmə-kimyəvi tədqiqatını aparmaq. 


 

3.



 

Kəskin  zəhərlənmənin  dərəcə  və  səbəbini  müəyyən  etmək  məqsədilə 

laborator ekspress-analiz aparmaq. 

Fənnin məqsədi: Əczaçılıq təhsili sistemində ixtisas fənnlərdən biri kimi 

tələbələrdə kimyəvi-toksikoloji analizin nəzəri əsasları haqqında bilik və təcrübi 

vərdişlər aşılamaqdır. Eyni zamanda xidmət sahəsinin mütəxəssisi olan kimyaçı-

ekspertlərin daha səriştəli və bacarıqlı hazırlanmasını təmin etməkdir.  

Tələbə nəyi bilməlidir:   Zəhərli maddəlrin kimyəvi-toksikoloji analiz üsullarını 

tam mənimsəməli, yeri gəldikdə təcrübədə tətbiq etməyi.  

Tələbə nəyə yiyələnməlidir: Kimyaçı-ekspertin gündəlik fəaliyyətində lazım 

gələn əməli işləri yerinə yetirməyi.   

 

Tədris  planına  müvafiq  olaraq  toksikoloji  kimya  fənninin  tədrisi  üçün 



aşağıda göstərilən miqdarda saat ayrılır: 

Semestr 


Mühazirə 

Məşğələ 


Cəmi 

Attestasiya 

VI 



39 



45 

imtahan  

VII 



39 



45 

imtahan 


Yekun 

12 


78 

90 


 

 

 



Tədris planında mühazirə saatlarının miqdarı az olduğu üçün VII semestrdə 

oxunan  mühazirələr  tam  kursu  əhatə  etməyərək  problem  xarakterli  məsələləri 

araşdırmağa yönəlir.  

Təcrübi  məşğələ  dərslərində  tədqiqat  obyekti  kimi  heyvan  və  bitki  mənşəli 

bioloji  material  nəzərdə  tutulur.  Məşğələ  dərslərində  tələbələr  əsas  qrup  zəhərli 

maddələrin  bioloji  materialdan  çıxarılması,  aşkar  edilməsi  və  təyini  üsullarını 

öyrənirlər.  Təcrübi  məşğələ  dərslərində  kursun  əsas  bölmələrinin  öyrənilməsi, 

yoxlama işlərinin yerinə yetirilməsi, sorğu və tədqiqatın nəticələrinə verilən qiymət 

ilə  yekunlaşdırılır.  Məşğələ  dərslərinin  bəzilərinin  müvafiq  bazalarda  (tibbi-

ekspertiza bürosu, toksikoloji mərkəz) aparılması məqsədə uyğun hesab edilir. Bu 

gənc  mütəxəssislərin  öz  gələcək  ixtisaslarının  əməli  sahələri  ilə  daha  yaxından 

tanış olmağa və mənimsəməyə imkan verir. 

 



 

 



 

P R O Q R A M 

 

Toksikoloji kimya fənni, məqsədi, vəzifələri, məzmunu. Kimyəvi-toksikoloji 



analiz və növləri. 

 

Toksikoloji kimyanın digər fənnlərlə (kimya, əczaçılıq, tibb, biologiya və s.) 



əlaqəsi. Qısa inkişaf tarixi. 

 

Məhkəmə  kimyası  toksikoloji  kimyanın  əsas  bölməsi  kimi.  Məhkəmə-



kimyəvi  və  məhkəmə-tibbi  ekspertiza,  onların  təşkil  edilməsi.  Məhkəmə-kimyəvi 

şöbə.  Kimyaçı-ekspert,  hüquq  və  vəzifələri.  Kimyəvi-toksikoloji  ekspertiza 

sənədləri. 

ÜMUMİ HİSSƏ 

 

Kimyəvi-toksikoloji  analiz  obyektləri,  onların  növləri.  Maddi  sübutlar. 



Maddi  sübutların  kimyəvi-toksikoloji  analizə  göndərilmə  qaydası  və  qəbul 

edilməsi.  Kimyəvi-toksikoloji  analizin  xüsusiyyətləri.  Kimyəvi-toksikoloji 

analizdə istifadə edilən reaktivlər, onlara tələbat. 

 

Zəhər və zəhərlənmə. Zəhərlənmə növləri. Zəhərin orqanizmdə taleyi. Təsir 



edən  amillər.  Toksikokinetika.  Metabolizm.  I,  II  fazalar.  Metabolizm  reaksiyaları 

(oksidləşmə, reduksiya, hidroliz, biosintez və s.). 

 

Kimyəvi-toksikoloji analizdən əvvəl ilkin tədqiqatlar. 



 

Kimyəvi-toksikoloji analiz üsulları.  

 

Zəhərli və  şiddətli təsir  göstərən  maddələrin  müxtəlif  bioloji materiallardan 



təcrid edilmə üsulları. 

 

 Bioloji materialdan təcrid edilmiş zəhərli və şiddətli təsirə malik maddələrin 



təmizlənmə üsulları.  

 

Kimyəvi-toksikoloji  analizdə  zəhərli  və  şiddətli  təsirə  malik  maddələrin 



aşkar edilmə üsulları. 

 

Miqdari  analiz  üsulları.  Tədqiqatın  nəticəsinin  obyektivliyi  üçün  onun 



əhəmiyyəti. 

XÜSUSİ HİSSƏ 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə