“BƏYƏNİLMİŞDİR” “TƏSDİq ediRƏM”



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə12/25
tarix18.05.2018
ölçüsü0,65 Mb.
#44903
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

 

GİRİŞ 



 

      Azərbaycan Tibb Universitetində fəaliyyət göstərən əczaçılıq fakultəsinin əsas 

tədris fənlərindən birini qeyri-üzvi kimya təşkil edir. Bu fakultənin I kurs tələbələri 

tədris  ilinin  II  semestri  müddətində  mövcud  tədris  planı  üzrə  14  saat  mühazirə 

materialı dinləyir və 46 saat laboratoriya məşğələ dərsləri keçirlər. 

      Qeyri-üzvi kimya kursunun başlıca vəzifəsi gələcək gənc mütəxəssislərə tibbdə 

geniş  istifadə  olunan  qeyri-üzvi  maddələrin  çevrilmə  və  qarşılıqlı  təsir 

məhsullarının  elmi  əsaslarla  proqnozlaşdırılması  üzrə  ən  mühüm  vərdişlərin 

yaradılması və möhkəmləşdirilməsindən ibarətdir. Həmçinin nəzərə alınmalıdır ki, 

bu  fakultədə  məntiqi  ardıcıllıqla  sonradan  tədris  olunacaq  analitik  kimya,  üzvi 

kimya və fiziki kimya fənlərinin də nəzəri təməli qeyri-üzvi kimya fənninin tədrisi 

prosesində  qoyulur  və  o,  bu  fənlərin  tələbələr  tərəfindən  mənimsənilməsində 

müəyyən həlledici əhəmiyyət kəsb edir. 

      Qeyri-üzvi  kimyanın  tədrisində  əsas  məqsəd  tələbələrə  bütün  maddi  aləmin 

ilkin  əsasını  təşkil  edən  element  atomları,  onların  əsasında  əmələ  gələn  kimyəvi 

birləşmələr, molekulların quruluşu, kimyəvi rabitələrin təbiəti, və bunların təzahür 

formaları  kimi  meydana  çıxan  fiziki-kimyəvi  xassələri  haqqında  sistematik 

biliklərin aşılanmasıdır. 

      Proqram əsasən elementlərin kimyasına həsr olunmuşdur. Elementlərin alınma 

üsulları və onların kimyəvi xassələri, tibbdə və əczaçılıqda tətbiqi haqqında geniş 

məlumatlar verilmişdir. 

Fənnin  məqsədi:  qeyri-üzvi  maddələr  və  onların  çevrilmə  məhsullarının  xassələri 

haqqında tələbələrdə dərin nəzəri biliklər və əməli vərdişlər aşılamaqdır. 

Tələbə nəyi öyrənməlidir:  

1. Kimyəvi elementlərin dövrü sistemdə mövqeyini, alınmasını və fiziki-kimyəvi  

    xassələrini. 

2. Əczaçılıq fəaliyyətində qeyri-üzvi kimyanın əhəmiyyətini. 

3. Çox işlənən bəzi kationların xassələrini. 

4. Əczaçılıq əhəmiyyətli maddələrin fiziki-kimyəvi xassələrini. 



 

 Tələbə nəyə yiyələnməlidir:  



 1. Əczaçılıq əhəmiyyətli qeyri-üzvi maddələrin kimyəvi reaksiyalarını yerinə   

      yetirməyə.  

 2. Çox işlənən turşu, qələvi və duzları kimyəvi cəhətdən fərqləndirməyə. 

 3. Vacib ionları əməli cəhətdən aşkar etməyə.  

 4. Əczaçılıq əhəmiyyətli ionları fiziki-kimyəvi xassələrinə görə identifikasiya  

     etməyə. 

       Mövcud  tədris  planı  üzrə  əczaçılıq  fakültəsində  qeyri-üzvi  kimya  kursunun 

öyrənilməsinə aşağıdakı həcmdə tədris saatları ayrılır. 



 

     Tədris          Mühazirə       Laboratoriya          Cəmi            Yekun 

     semestri                               məşğələləri                    

 

          II                       14                      46                   60           imtahan 

 

                                              



P R O Q R A M 

 

      Kimya fənni və onun vəzifələri. Kimya təbiət elmlərindən biri kimi. Kimyanın 

inkişaf  mərhələləri  və  onun  digər  təbiət  elmləri  ilə  əlaqəsi.  Kimyanın  tibbdə  və 

əczaçılıqda rolu. 



ELEMENTLƏR KİMYASI. 

Kimyəvi elementlərin müasir təsnifatı: 

S



, P



, d

-  

, f – elementlər 

1. S – elementlər 

      S  –  elementlərin  ümumi  xarakteristikası,  dövri  sistemdə  mövqeyi.  Alınması, 

əsas kimyəvi birləşmələri və onların müqayisəli xarakteristikası. 

     Hidrogen, natrium, kalium, maqnezium və kalsium. Onların bioloji rolu. 

      Kalsium  birləşmələri  sümük  toxumalarında.  Kalsium  və  stronsium  ionlarının 

oxşarlığı, onların izomorf əvəzolunması. 




 

  S



2   

- elementlər və suyun codluğu, onun canlı orqanizmlərə və sulu mühitdə baş 

verən kimyəvi reaksiyalara təsiri. 

    Litium, natrium, kalium, maqnezium, kalsium və barium birləşmələrinin tibbdə 

və əczaçılıqda tətbiqi.                                                     

2. P – elementlər 

    P – elementlərin ümumi xarakteristikası, onların xarakter xüsusiyyətləri. 

    P



– elementləri, onların alınması, atomlarda elektron defisitliyi, elementlərin və 



birləşmələrinin  xassələrinə  onun  təsiri.  P

1   


-  elementlərin  xassələrinin  müqayisəli 

xarakteristikası və onların əsas birləşmələri. 

    Borun bioloji rolu. Ortoborat turşusunun buranın (boraksın) antiseptik xassələri. 

    Alüminium  və  onun  birləşmələrinin  amfoterliyi.  Alüminium  birləşmələrinin 

tibbdə və əczaçılıqda tətbiqinin fiziki-kimyəvi əsasları. 

    P


-elementlər, onların alınması, müqayisəli xarakteristikası və əsas birləşmələri. 

    Karbon  atomunda  valent  orbitallarının  hibridləşməsi;  karbonun  modifikasiyası 

və  karbon  atomu  əsasında  əmələ  gələn  molekulların  quruluşu.  Aktivləşdirilmiş 

kömür  absorbent  kimi.  Karbon  oksidlərinin  bioloji  fəallığının  və  qeyri-üzvi 

mənşəli birləşmələrinin tibbdə tətbiqinin kimyəvi əsasları. 

     Silisium, onun əsas birləşmələri. Silisium birləşmələrinin tibbdə tətbiqi. 

     Germanium yarimqrupu elementləri. Qurğuşun birləşmələrinin canlı orqanizmə 

toksiki təsirinin kimyəvi mexanizmi. 

     Qalay  və  qurğuşun  birləşmələrinin  tibbdə  və  əczaçılıqda  tətbiqinin  kimyəvi 

əsasları.  

     P


3

-elementlər, onların alınması, müqayisəli xarakteristikası və əsas birləşmələri. 

    Azot və fosforun birləşmələrinin xassələri. 

    Arsenli birləşmələrin canlı orqanizmə toksiki təsiri. 

    Ammonyakın,  azot  (I)  oksidin,  natrium-nitratin,  arsen,  stibium  və  bismut 

oksidləri və duzlarının tibbdə və əczaçılıqda tətbiqinin kimyəvi əsasları.  

    P



– elementləri birləşmələrinin əczaçılıqda tətbiqi. 



    P

–  elementlər,  onların  alınması,  müqayisəli  xarakteristikası  və  əsas 



birləşmələri. 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə