Bəxtiyar tuncay



Yüklə 0,83 Mb.
səhifə3/14
tarix14.12.2017
ölçüsü0,83 Mb.
#15624
1   2   3   4   5   6   7   8   9   ...   14

Polşa
Polşada qorunmaqda olan albandilli əlyazmalar Varşavadakı Qədim Sənədlər Baş Arxivində, Varşavadakı Polşa Elmlər Akademiyasının Tarix İnstitutunda, Vrotslavda yerləşən Ossolinskilər adına Milli İnstitutun kitabxanasında, Milli Muzeyin kitabxanasının Krakovdakı Çartorı şöbəsində, Krakovda yerləşən Yaqello Universitetinin kitabxanası və Krakovda, Z.Abrahamoviçin şəxsi kolleksiyasında saxlanılır.

Bunlardan birincisində qorunan material əsasən mühacir albanların XVI əsrə aid nigah sənədlərindən ibarətdir.


***

Polşa Elmlər Akademiyasının Tarix İnstitutunda qorunan 6 №-li əlyazma 1657–ci ilə aiddir. Yazıldığı yer və mirzənin adı məlum deyil. 101 vərəqdən ibarət olan bu əlyazmada vardaped Antonun 26 moizəsi yer almaqdadır. Əlyazma və onun məzmunu barədə ətraflı məlumatı Tryjarskinin aşağıdakı kitablarından almaq mümkündür:

Tryjarski E. A Fragment of an Unknown Armeno-Kipchak Text from Polish Collections // Rocznik Orientalistyczny.– 1976a.– T. 38.– 291-302 pp.

Tryjarski E. An Armeno-Kipchak Sermon by Anton Vartabed from the 17th Century // Tractata Altaica. Wiesbaden, 1976b. 647- 674 pp.

Tryjarski E. The Confession of Anton Vartabed // Studia Orientalia. 1977. V. 47. 271-279 pp.
***

Vrotslavda yerləşən Ossolinskilər adına Milli İnstitutun kitabxanasında qorunan 1916/ll №-li əlyazma 1523 - 1572–ci illər arasında Polşada tərtib edilmişdir. Əlyazmada Mxitar Qoşun “Törə bitiki” və ona XVI əsrdə edilmiş əlavələr, o cünlədən 124 maddəlik erməni “Qanunnamə”sinin alban dilinə tərcüməsi yer alır. 343 vərəqdən ibarətdir. Ətraflı məlumat üçün bax:

Гаркавец А.Н., Сапаргалиев Г. Кыпчакско-польская версия Армянского Судебника и Армяно-кыпчакский Процессуальный кодекс. Алматы: Дешт-и-Кыпчак, 2002 (в печ.).
***

Vrotslavda yerləşən Ossolinskilər adına Milli İnstitutun kitabxanasında qorunan 1359/ll №-li əlyazmada erməni – alban məhkəməsinin sənədləri toplanıb.

Tarix: 1681 – 1689–cu illər. 476 vərəq.
***

Milli Muzeyin kitabxanasının Krakovdakı (Çartorı) şöbəsində qorunan 1412 №-li əlyazma 1575–ci ilə aid edilir. Lvovda daha qədim əlyazmalar əsasında tərtib edilib. 426 səhifədən ibarətdir. Erməni və alban dillərində yazılmış müxtəlif dua mətnləri toplanıb. Əlyazmann ilk və son səhifələri yoxdur. Alban mətnləri aşağıdakı səhifələri əhatə edir: 1-104; 105-107; 111-117; 119-127; 129-149; 165-287; 344-426.

Bu əlyazma bir çox məşhur albanın əsərinin bulunması baxımında qiymətlidir.
***

Milli Muzeyin kitabxanasının Krakovdakı (Çartorı) şöbəsində qorunan 2546/lll №-li əlyazma 1575–ci ilə aid edilir. Lvovda tərtib edildiyi bildirilir. Mirzənin adı məlum deyil. Sifarişçinin Stepan Lazar oğlu olduğu məlumdur. 260 vərəqdən ibarət bu əlyazmada “Zəbur”un erməni və alban variantları verilib.


***

Yaqellon Universitetinin Kitabxanasında (Krakov) qorunmaqda olan 3342 №-li əlyazmanın 1592–ci ildə daha qədim əlyazmalar əsasında tərtib edildiyi bildirilir. 173 vərəqdən ibarətdir. 500 ili əhatə edən təqvimdən söhbət açılır. Mətn erməni və alban dillərindədir. Ehtimal ki, burada söhbət böyük alban alimi Gəncəli vardapet Yəhya (Yovhannes) Sarğavağın tərtib etdiyi təqvimdən gedir. Ətraflı məlumat üçün bax:

Tryjarski E. Zodyak bölge burclarіnіn bir ermenikipçak listesi // XI. Türk Dil Kurultayіnda Okunan Bilimsel Bildirilerden Ayrі Basіmі.– Ankara, 1968. 127-152 ss.
***

Z.Abrahamoviçin şəxsi kolleksiyasında saxlanılan, 1625–1630–cu illərdə Lvovda tərtib edilən 480 vərəqlik əlyazmada erməni – alban məhkəməsinin sənədləri əks olunub. Burada alban dilində tərtib edilmiş 140 sənəd əks olunub.


Rumıniya
Rumıniyada sadəcə bir əlyazma olub və o da Gerladakı yerli Tarix Muzeyində qorunmaqda idi. Bu ölkənin 2001–ci ildə Qazaxıstandakı səfiri olmuş cənab Martin Steneskunun bildirdiyinə görə, həmin əlyazma müəmmalı şəkildə yoxa çıxmışdır. Sözügedən əlyazmanın 1638–ci ildə keşiş Krikor Avakereçin oğlu Aksent tərəfindən daha qədim əlyazmalar əsasında tərtib edildiyi məlumdur. Həcmi bilinmir. Əlyazmada böyük alban alimi Gəncəli vardapet Yəhya (Yovhannes) Sarğavağın bəstələdiyi alban kilsə nəğmələri, eləcə də eyni müəllifin tərtib etdiyi 500 illik astronomik təqvim yer almaqda idi. Söhbət alban təqvimindən gedir. İndi sadəcə bir vaxt bu əlyazmanın üzünü köçürmüş keşiş Krikor Avakereçin olu Aksentin alban dilində yazdığı aşağıdakı qeydlərin məzmunu məlumdur:

Bu barzadumar asrı matovlu, kerəklidir da körklü, da hər yılda bolğannı ne ki bar kendində tapılıyır, da barça neməni açı körgüzüyür. Evtnerreağdan baslanïr, frank aylar bilə işlənir Cnunt Parğentakına dirə, yıl tügənlənir, yənə baştan başlanır. İmasdunklar yasap tüzüptürlər, inci kibik, buzuvsuz, ça Biy Tenqrininq kelgəninə dirə menqi menqilik.



Kim ki ullanğay da işlətkəy bunu yazğannı da yazdırğannı anqmağa arzani etkəy bir «Hajr mer yergins» bilə. A Biy Tenqri də anı kendi yarlığamaxı bilə anqğay, amen. Yazıxlı yazğan bu bitikni Aksent der Krikor Avakereç oğlu. Yazldı tvağannınq 1087-sinə”.
Ukrayna
Hazırda Ukraynanın Kiyev və Lvovdakı dövlət tarix arxivlərində erməni – alban məhkəmələrinin alban dilində yazılmış çox sayda sənədi saxlanılır. Bunlar XVI əsrə aid sənədlərdir ki, Ukrayna və Polşada yaşayan mühacir albanlar tərəfindən qələmə alınmışlar:

Kiyev şəhəri:

ф. 39, оп. I, ед. хр. 8 (4390);

ф. 39, оп. І, ед. хр. 11 (4392);

ф. 39, оп. I, ед. хр. 12 (4393);

ф. 39, оп. I, ед. хр. 14 (4394);

ф. 39, оп. I, ед. хр. 15 (4397);

ф. 39, оп. I, ед. хр. 17 (4402);

ф. 39, оп. I, ед. хр. 19a (4405);

ф. 39, оп. I, ед. хр. 20 (4406);

ф. 39, оп. I, ед. хр. 22 (4407);

ф. 39, оп. I, ед. хр. 24 (4409);

ф. 39, оп. I, ед. хр. 25 (4410);

ф. 39, оп. I, ед. хр. 26 (4412);

ф. 39, оп. I, ед. хр. 27 (4413);

39, оп. I, ед. хр. 28 (4414);

ф. 39, оп. I, ед. хр. 29 (4415);

ф. 39, оп. I, ед. хр. 30 (4416);

ф. 39, оп. I, ед. хр. 31 (4417);

39, оп. I, ед. хр. 32 (4418);

ф. 39, оп. I, ед. хр. 33 (4419);

ф. 39, оп. I, ед. хр. 34 (4432);

ф. 39, оп. I, ед. хр. 157 (4383);

ф. 39, оп. I, ед. хр. 35 (4320);

ф. 39, оп. I, ед. хр. 36 (4321);

ф. 39, оп. I, ед. хр. 37 (4322);

ф. 39, оп. I, ед. хр. 40 (4326);

ф. 39, оп. I, ед. хр. 158 (4327);

ф. 39, оп. I, ед. хр. 41 (4328);

ф. 39, оп. I, ед. хр. 42 (4428);

ф. 250, оп. 3, ед. хр. 32 (əvəllər – ф. 228, оп. 1, ед. хр. 89).



Lvov şəhəri:

ф. 9, оп. I, ед. хр. 381, səh. 1901-1906;

ф. 52, оп. I, ед. хр. 136, vərəq 421-423;

ф. 52, оп. I, ед. хр. 136, л. 426;

ф. 52, оп. I, ед. хр. 863, л. 2;

ф. 52, оп. I, ед. хр. 863, л. 3;

ф. 52, оп. I, ед. хр. 863, л. 4;

ф. 52, оп. I, ед. хр. 863, л. 5-6;

ф. 52, оп. I, ед. хр. 863, л. 7;

ф. 52, оп. I, ед. хр. 863, л. 8-9;

ф. 52, оп. I, ед. хр. 863, л.10;

ф. 52, оп. I, ед. хр. 863, л.11 52, оп. I, ед. хр. 889, л.15:

ф. 52, оп. I, ед. хр. 889, л.22;

ф. 52, оп. 2, ед. хр. 177, səh. 229;

ф. 52, оп. 2, ед. хр. 177, səh. 1196-1198;

ф. 52, оп. 2, ед. хр. 545, səh. 357-360;

ф. 52, оп. 2, ед. хр. 545, səh. 357-360;

ф. 52, оп. 2, ед. хр. 546, səh. 374-375;

ф. 52, оп. 2, ед. хр. 546, səh. 1099-1102;

ф. 52, оп. 2, ед. хр. 546, səh. 1186-1187;

ф. 52, оп. 2, ед. хр. 546, səh. 1194-1197;

ф. 52, оп. 2, ед. хр. 548, səh. 101-104.



Ukrayna MEA – nın Lvovdakı Elmi Kitabxanası, Bavorov Fondu:

əlyazma. 1660 III, л. 6-9;

əlyazma. 1658 II, лл. 11-12;

Lvov Dövlət Universiteti, Elmi Kitabxana, Əlyazmalar Fondu:

əlyazma. вірм. 51 I.

Lvov Dövlət Tarix Muzeyi:

ед. хр. Д 435/1.


İtaliya
İtaliyada qorunan bütün albandilli əlyazmalar Venesiyanın Müqəddəs Lazar adasında yerləşən Erməni Mxitaristləri Təşkilatında saxlanılır. Onların yalnız çox cüzi bir hissəsi elm adamlarının üzünə açıqdır.

11 №-li əlyazma. 1629 – 1632–ci illərdə müqəddəs ata Zəkəriyyənin oğlu Murad tərəfindən daha qədim “Zəbur” əlyazmalarının üzü köçürülərək bir qədər redaktə edilmiş variantıdır. Ehtimal ki, Lusiqin əlyazmaspından köçürülüb. Əlyazmaya sonradan erməni dilində edilmiş kiçik bir qeyddə bildirilir ki, guya bu əlyazma “Zəbur”un erməni dilindən tatar dilinə tərcüməsidir.

Əlyazma 316 vərəqdən ibarətdir. Sonda bir neçə vərəq çatmır.


***

446 №-li əlyazma. 1562–ci ildə keşiş Mikayıl Kosta oğlu tərəfindən daha qədim alban əlyazmasından köçürülmüşdür. Burada Əhdi – Cədidə daxil olan həvvari Pavelin məktublarının tam külliyatı yer alır. Mirzə əsasən daha qədim mətnə müdaxilə etməsə də anlaşılmayan və pozulmuş yerləri bərpa etmişdir.

172 vərəqdən ibarət olan əlyazmaya 1788–ci ildə erməni dilində edilmiş bir qeyddə bildirilir ki, bu mətn erməni dilindən tatarcaya tərcümədir. Ətraflı məlumat üçün bax:

Tryjarski E. Der zweite Brief des Paulus an die Korinther in armeno-kiptschakischer Version und seine Sprache // Altaica Collecta. Wiesbaden, 1976c. 267-344 pp.
***

1126 №-li əlyazma. Əlyazmanın yazıldığı yer və zaman, eləcə də mirzənin adı məlum deyil. 239 səhifəlik dua kitabıdır. 1-10, 23-41, 66-78, 95-100, 170-175, 238–ci səhifələr erməni dilində, 11-22, 42-66, 78-95, 100-169, 175-237–ci səhifələr isə alban (qıpçaq –qarqar) dilindədir. Ətraflı məlumat üçün bax:

Deny J., Tryjarski E. La litterature armeno-kiptchak // Philologiae Turcicae Fundamenta.– Wiesbaden, 1964b. Bd. 2. S. 805-806. Dodatek Tygodniowy przy Gaziecie Lwуwskiej. 1857, N 44, Str. 182; N 45, Str. 186; N 46, Str. 190.


***

1270 №-li əlyazma. Gizli saxlanılır. Erməni “Bibliya”sı (?) olduğu iddia edilir.Bu barədə bəzi məlumatları aşağıdakı mənbədən almaq olar:

Deny J., Tryjarski E. La litterature armeno-kiptchak // Philologiae Turcicae Fundamenta.– Wiesbaden, 1964b. Bd. 2. S. 805-806. Dodatek Tygodniowy przy Gaziecie Lwуwskiej. 1857, N 44, Str. 182; N 45, Str. 186; N 46, Str. 190.


***

1700 №-li əlyazma. 1610-1652–ci illər. Kamenets – Podolsk. Əlyazmanın 1 – 88–ci səhifələri gizli saxlanılır. 7-73–cü səhifələrin erməni dilində olduğu iddia edilir. Fəqət Q. Alişan əlyazmanın 68 – 110–cu səhifələrini nəşr etdirib. Onlar alban (qıpçaq – qarqar) dilindədirlər. 89–169–ci səhifələr yerli albanların tərəfindən yaradılmış original əsərdir. XVII əsrdə Avropada baş vermiş tarixi hadisələrin salnaməsidir (Kamenets salnaməsi). Hansısa başqa bir salnamənin davamı kimi qələmə alınıb. Məlumat üçün bax:

Schütz E. An Armeno-Kipchak Chronicle on the Polish- Turkish Wars in 1620 1621. Budapest, 1968.

Vasary S. Armeno-Kipchak Parts from the Kamenets Chronicle // Acta Orientalia Hungarica. 1969. T. 22, fasc. 2. 139-189 pp.
***

1750 №-li əlyazma. 1630–cu ildə tərtib edilib. Mirzə məlum deyil. 149 vərəqdən ibarətdir. Alban və qismən də erməni dilində dualar toplanıb. 35-40, 45-48, 57-58, 65-78, 113-114, 144-148–ci vərəqlər boşdur. 1-29 və 41-112–ci vərəqlərin hər iki üzü alban (qıpçaq – qarqar), 51-54–cü vərəqlər isə erməni dilindədir. Alban dilində tərtib edilmiş imanın əsaslarına aid bilgilər və dini hekayələr böyük maraq kəsb edir. Bu əlyazmanın dəyəri həm də ondadır ki, orada müəllifin adı çəkilməsə də, Kirakos Gəncəlinin “Tarix” kitabının II fəslinin alban variantı da yer almaqdadır. Ətraflı məlumat üçün bax:

Deny J., Tryjarski E. La litterature armeno-kiptchak // Philologiae Turcicae Fundamenta.– Wiesbaden, 1964b. Bd. 2. S. 805-806. Dodatek Tygodniowy przy Gaziecie Lwуwskiej. 1857, N 44, Str. 182; N 45, Str. 186; N 46, Str. 190.


***

1788 №-li əlyazma. Lvovdakı erməni – alban məhkəməsinə aid sənədlər. Alban və polyak dillərində. 180 səhifədir.
***

1817 №-li əlyazma. 1581–ci il. Lusiq trəfindən daha qədim əlyazmalardan üzü köçüülmüş “Zəbur”un surətlərindən biri.
Ermənistan
Ermənistanda albandilli əlyazmalar Matedaranda – Mesrop Maştots adına Qədim Əlyazmalar İnstitutunda saxlanılır. Sayları məlum deyil. Qazaxıstanla Ermənistanın xarici işlər nazirlikləri arasında əldə edilmiş razılğa görə onların bir qisminin surəti Qazaxıstana verilib. Ulaşa bildiyimiz əlyazmalar aşağıdakılardr:

ед. хр. 1232” şifrəli əlyazma. 263 səhifədən ibarət və erməni dilində olan bu əlyazmada alban dilində 12 illik türk dövri təqviminə daxil olan illərin adı verilib. Əlyazmanın 1620–ci ildə Qüdsdə (Yerusəlimdə) tərtib edildiyi bildirilir.

Mirzənin adı: İskəndər.
***

ед. хр. 1763” şifrəsi altında saxlanılan əlyazmanın 1611 – 1613–cü ildə Kamenetsk – Podolskda tərtib edildiyi bildirilir. Əlyazma erməni dilindədir (252 vərəq), fəqət 144–cü səhifədə alban dilində kiçik bir qeyd var:

Bu yılnınq okosdos ayınınq 15-inə orus vankınınq yuxövininq bir yanın da taslarnı da dardağan etti yuxöv içinə kecə 3 sahatta kiçaynakün, xaysı ki Biy Tenqri hayufsunsun. Tvakannınq 1062 julis 18 yıxkün kecəgi alğış zamanında ulu hrad keldi yağmur bilə birgə çetlevüktən ulu, bar edi özgəsi xoz kibik”
***

“ед. хр. 2267” şifrəsi altında saxlanılan, 189 səhifədən ibarət əlyazmanın alban və erməni dillərində olduğu söylənilir. Burada erməni – alban lüğəti, Lusiqin “Zəbur”undan bir parça, Matta “İncil”indən kiçik bir fraqment, xristian məzmunlu digər mətnlər, ən əsası isə Mxitar Qoşun şagirdi, tanınmış alban ilahiyyatçısı vardapet Vanağanın (Vanakanın) alban dilində əsərindən bir neçə cümlə və s. yer alır. Əlyazmann 1580 – 1581–ci ildə Lvovda tərtib edildiyi söylənir. 42–ci səhifədə erməni dilində belə bir qeyd var:

Badmutiun haji ew xıpçax lezui megneal Lusiq...” (Lusiqin erməni və qıpçaq dillərində nəql etdiyi hekayə).

Bu qeydin ardınca alban (qıpçaq – qaqar) dilində belə bir qeyd edilib:

Sanlıdır er, xaysı ki barmadı kengəşinə xırsızlarnınq da yoluna yazıxlılarnınq ol olturmadı”(Şanldr o adam ki, oğruların toplantısına getmədi və günahkarların yolu ilə addımlamadı).

Növbəti, 43–cü vərəqdə alban dilində belə bir kolofon var:

Tvağannınq 1030 abril 12 ceramp Lusiq sarğavaki xolu aşıra” (1581–ci ilin 12 aprelində dyakon Lusiqin əli ilə yazılıb.)

Bu cümlənin ardınca ermənilər tərəfindən sonradan erməni hərfləri ilə latın dilində (?!) bu sözlər əlavə edilib:

Lusiq dyakonus armenus”. (Lusiq – dyakon, erməni)

Qoşun şagirdi Vanağanın mozəsindən bir neçə cümlə isə 131– ci səhifədədir.

Nedir manisi xıtım kecəsi ki, saruyağ yeyirbiz bolsun Bayramnınq, alay Cnuntnunq? Yazıyır bunun üçün künü Gureğ Ağeksantraçin Teotos padşahğa bayram xıtımu üçün da aytıyır ki, ne üçün kecədən çeziliyirbiz: anınq üçün ki, Krisdos kecədən turdu...”
***

ед. хр. 2403” şifrəli əlyazma. Üzərində 8 iyun 1626–cı il tarixi qeyd edilmiş bu “Alğış bitiki” (dua kitabı) Murad oğlu Misko tərəfindən Lvovda baron Aqopşann qızı Zofiya üçün Vartanın sifarişi ilə qələmə alınmışdır. 211 vərəqdən ibarətdir. Kitab Alban miniatürləri stilində bəzədilmişdir. Əlyazmanı bizim üçün önəmli edən burada, müəllifinin adı çəkilməsə də və “Havadov xosdovanim tatarca” başlığı altında verilsə də, alban katalikosu Nersesin 24 bəndlik əsərinin, eləcə də, yenə də müəlliflərinin adı çəkilməsə də, Mxitar Qoş və şagirdi Vanağanın tərtib etdiklri duaların yer almasıdır.


***

ед. хр. 3521” şifrəli əlyazma. 1609 – 1079–cu illər. Müəllif Ceriq Niqola oğlu. 240 səhifə. Əlyazma erməni dilindədir. Alban (qıpçaq – qarqar) dilində Xalkidon hadisəsi və təriqəti barədə kiçik bir mətn də yer almaqdadır.


***

ед. хр. 3522” şifrəli əlyazma. 1634–cü il. Lvov. Qriqori Hamamanın “Alban dilinin qrammatikası” əsərindən bir parça.

***

ед. хр. 3883” şifrəli əlyazma. 1630–cu il. Erməni – alban lüğəti.


***

ед. хр. 5985” şifrəli əlyazma. Erməni dilində. 152 vərəq. Alban dilində qısa kolofon var.


Fransa
Fransa Milli Kitabxanası, Paris:

Arm 5” şifrəli əlyazma. 202 vərəq. Əvvəli yoxdur. Mirzə Zəkəriyyə oğlu Qaspar. Həzrət Davudun (ə) “Zəbur”u.


***

Arm. 176.” 1568–ci il. Kamenets – Podolsk. 113 vərəq. Mxitar Qoşun “Törə bitiki”. Mirzə: Steçko Holub oğlu.


***

Arm. 194.” 67 vərəq. Xristian məzmunlu hekayələr, Kaments və Polşa salnamələri.


Rusiya
M.E. Saltıkov – Şedrin adına Dövlət Kütləvi Kitabxanası, Sankt – Peterburq, Əlyazmalar Şöbəsi:

Arm 2.” şifrəli, 610 səhifəlik ermənidilli əlyazma. Albanca yazılmış kiçik bir kolofon var.


***

Arm 8.” Şifrəli əlyazma. 280 səhifə. Erməni – alban lüğəti.


***

Dorn 636.” Şifrəli əlyazma. 306 vərəq. Erməni dilindədir. Alban dilindən erməni dilinə tərcümədir. Bir neçə yerdə albanca qeydlər var.


***

QAYNAQÇA
Azərbaycan dilinin izahlı lüğəti. 4 cilddə, l c. Bakı, Şərq-Qərb, 2006.

Azərbaycan dilinin izahlı lüğəti. 4 cilddə, ll c. Bakı, Şərq-Qərb, 2006.

Azərbaycan dilinin izahlı lüğəti. 4 cilddə, lll c. Bakı, Şərq-Qərb, 2006.

Azərbaycan dilinin izahlı lüğəti. 4 cilddə, lV c. Bakı, Şərq-Qərb, 2006.

Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, “Lider nəşriyyatı”, 2004.

Rusca-Azərbaycanca Lüğət. Русско-Азербайджанский Словарь. l c., A-K, Bakı, 1984.

Rusca-Azərbaycanca Lüğət. Русско-Азербайджанский Словарь. ll c., L-P, Bakı, 1986.

Rusca-Azərbaycanca Lüğət. Русско-Азербайджанский Словарь. lll c., R-Ya, Bakı, 1991.

Tuncay B. Qafqaz albanlarının dili və ədəbiyyatı. Bakı, “Qanun”, 2010.

Гаркавец A. H. Кыпчакское письменное наследие.Том I. Каталог и тексты памятников армянским письмом. Алматы. Дешт-и-Кыпчак. 2002.

Гаркавец A. H. Кыпчакское письменное наследие.Том II. Памятники духовной культуры караимов, куманов-половцев и армяно-кыпчаков. Алматы. КАСЕАН. Баур, 2007.

Гаркавец A. H. Кыпчакское письменное наследие.Том IIl. Кыпчакский словарь по армянописьменным памятникам XVl-XVll веков. Алматы. КАСЕАН. Баур, 2010.

Тунджай Б. Письменное наследие Кавказских албан. Б., 1912.
***

SÖZLÜK
a l əvz. (anınq, anqar, anı, anda, andan; alar, alarnınq, alarğa, alarnı, alarda, alardan ) o, üçüncü şəxs əvəzliyinin təki; haqqında danışlan və ya göstərilən şəxsi bildirir: Ayax xoluna Eyəmizninq, çağir tolu, buzulmağan, zadasız tolturğan da aşaxlatır bundan bunqar. Həlbət, çöprəsi, açiliki anınq heç tügənməs da içkəylər anı barça yazıxlıları yerdəgi (Пс74/75: 9). Rəbbimiz əlində bir cam tutub, onu turşməzə, köpüklənən şərabla doldurub. Şərabından töküb yer üzünün bütün günahkarlarna paylayacaq, onlar da şərabı dibinə qədər içib-qurtaracaq. Açxtılar da unuttular işlərin anınq da fikir etmədilər sağışına anınq (Məz. 105/106: 3). Onlar acıdılar və Onun (Tanrının) işlərini (buyuruqlarını) unutdular və Onun iradəsi barədə (fikir etmədilər) fikirləşmədilər. Açıxtılar da susadılar da canları alarnın alarda əskildilər (Məz. 106/107: 5). Acıdılar və susadılar və onların canları (taqətləri) əskildi (azaldı).

“A” şəxs əvəzliyinin adlıq haldakı vəziyyətinə digər əski türk abidələrində olduğu kimi, alban əlyazmalarında da rastlanmır. Bu əvəzliyin yerinə daha çox “ol” şəxs əvəzliyi işlənir. Onun digər hallardakı şəkillərinə başqa qaynaqlarda da rastlanmaqdadır. Məsələn; anı: Ol anı kişidən abıdı (DTL 555: 3). O onu digərlərindən gizlətdi.



a ll bğl.(slv) – amma, ancaq, lakin, fəqət, isə... Cümlələri, eləcə də cümlə üzvlərini (əsasən həmcins üzvləri birləşdirərək qarşılq bildirir. Mühacir albanların dilində işlənib: Bularnı barın manqa xaytarsin, menimkin, a xaytarğandan sonqra men də klərmen kensinə bunu xaytarmağa. Qoy, o buların hamsını mənə qaytarsn, ancaq qaytardıqdan sonra bunu ona qaytarmaq istəyirəm. Xızımnınq altunların tusnaxlıyır, a men xorxıyırmen. O, qızımın qızıllarını girgv qoyur, mən isə qorxuram.

aba bağ. – həm, həm də, həmçinin, eləcə də, üstəlik: Egər ki oqullarıdırlar, aba, ceciçləri də dirlar. Əgər oğullarıdırlarsa, deməli, həm də varisləridirlər.

abaş ism. həbəş. Həbəşistanın (Efiopiyann) əhalisinin əsas hissəsini təşkil edən xalq və bu xalqa mənsub şəxs: Abaş, saptı ya bulardı. Həbəş ya sapdı, ya da yolunu azdı.

abaşxarank f. i. (ort. frs) – tövbə, günahların yuyulması, bağışlanma: Sen, Tenqri, xoymadinq abaşxarank artarlar üçün Aprahamğa, Sahağğa, Jağopqa, xaysilari ki yazıx etmədilər samqa. Sən, ey Tanrı, qarşında günüh işlətməmiş İbrahimə, İshaqa və Yaquba əməlisalehlər naminə tövbə yükü yükləmə.

Bu kəlməyə mühacir albanların XVl-XVll əsrlərdə erməni dilindən alban (qarqar-qıpçaq) dilinə tərcümə etdikləri dini mətnlərdə rast gəlinir.

Bu kəlməyə mühacir albanların XVl-XVll əsrlərdə erməni dilindən alban (qarqar-qıpçaq) dilinə tərcümə etdikləri dini mətnlərdə rast gəlinir.

abaşxaroq (-larnınq) ism. (ort. frs) – tövbə edən, günahlardan təmizlənmək istəyən şəxs, bağışlanmasını diləyən: Xoltxası da yalbarmaxı abaşxaroqlarnınq. Tövbə edəərək bağışlanmaq istəyənlərin dua və yalvarşı.

Bu kəlməyə mühacir albanların XVl-XVll əsrlərdə erməni dilindən alban (qarqar-qıpçaq) dilinə tərcümə etdikləri dini mətnlərdə rast gəlinir.



abaşxarel bolmax (erm. abaşxarel < ort. frs. abaşxar-) – tövbə etmək, günahlardan təmizlənmək, bağışlanmaq: Xoltxa Biy Tenqridən abaşxarel bolğan kimsələr üçün. Tövbə edənlərin Bəy Tanrıya duası.

Bu kəlməyə mühacir albanların XVl-XVll əsrlərdə erməni dilindən alban (qarqar-qıpçaq) dilinə tərcümə etdikləri dini mətnlərdə rast gəlinir.



abaşxaraцiun (-nunq, -ğa, -nu, -da, -u) f. i. (erm. abaşxaraцiun < ort. frs. abaşxar-) – tövbə, günahların yuyulması, bağışlanma:

Bu kəlməyə mühacir albanların XVl-XVll əsrlərdə erməni dilindən alban (qarqar-qıpçaq) dilinə tərcümə etdikləri dini mətnlərdə rast gəlinir.



Abolos x. ism. (yun. Apollos) – Apollos. “Bibliya” personajlarından olan tarixi şəxsiyyət. Əslən İskəndəriyyədən olan bu yəhudi Efesdəki sinaqoqda dini təlim verməklə məşğul olmuş, sonradan xristian missionerləri Akil və Priskilin davamçısına çevrilmişdir. Bu şəxs yeni dini, yəni Həzrət İsanın (ə) təlimini elə ürəkdən təbliğ etməyə başlamşdı ki, öncə Axayda, daha sonra isə Korinfdə xristianların bir qismi özünü onun tərəfdarı elan etmişdilər və bu da həvvari Pavelin məzəmmətinə səbəb olmuşdu: Xaçan ki aytsa xaysı sizdən, ki: “Men Bolostanmen”, – da birsi, ki: “Men Abolostan”, – dügülmi ki, adamlarsiz? Xaytip kimdir Bolos? Ya kimdir Abolos? Xuluxçılar, xaysılarından ötlə ki inandınqız, da har birina neçik Tenqri beriptir. Men tiktim, Abolos suv berdi, yoxsa Tenqri östürdü... (1 Kor. 3: 4-6). Çünki əgər biri «Mən Pavelinəm», digəri isə «Mən Apollosunam» deyirsə, siz cismani deyilsinizmi? Pavel kimdir? Apollos kimdir? Yalnız vasitələri ilə iman etdiyiniz xidmətkarlardır. Rəbb hər birimizə bir vəzifə vermişdir: Mən əkdim, Apollos suvardı, amma Tanrı (can) üflədi… Bundan sonqra maxtanmasın kimesə adamlardan, zera barça nemə sizinqdir: egər Bolos, egər Abolos, egər Gepas, egər dunya, egər tirlik, egər ölüm, egər ki hali bar, egər ki bolmalıdır, – barça nemə sizinqdir; siz – Krisdosnunq, Krisdos – Tenqrininq (1 Kor. 3: 21-23). Buna görə, heç kim insanlarla öyünməsin, çünki hər şey sizindir: Pavelmi, Apollosmu, Kefamı, dünyamı, həyatmı, ölümmü, indimi, yaxud gələcəkmi – hamısı sizindir; Siz isə Məsihinsiniz, Məsih də Tanrındır.

Abolemos x. ism. (yun. Apolemos) – Apolem.

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə