Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə14/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   10   11   12   13   14   15   16   17   ...   49

43 
 
Fatimə (ə.), imam Əli (ə.) və imam Həsənin (ə.) müsibət və 
şəhadətdlərindən bəhs olunur. Füzulinin «Hədiqətüs-süəda»sı da 
bu baxımdan «Rövzətüş-şühəda» ilə 
tam
 üst-üstə düşür (bax: 29, 
22-64). Deməli, bu məsələ - imam Hüseynlə (ə.) yanaşı, digər 
müqəddəs  şəxsiyyətlərin  faciələri  ilə bağlı hadisələrin 
təsviri «Cəlaül-üyun» əsəri yazılmamışdan öncə də bir ənənə 
şəklini almışdır. Sadəcə olaraq, Məclisi, bizə məlum olan 
faktlara görə ilk dəfə olaraq məqtəl kitabındakı babların sayını 
«on dörd məsum»  şəxsə  görə  bu rəqəmə - on  dördə 
çatdırmışdır. A.Bakıxanov da «Riyazül-qüds»də, təbii ki
«Cəlaül-üyun»un quruluşuna toxunmamış, daha doğrusu, 
Məclisinin əsərindəki babların sayını və onların adlarını olduğu 
kimi saxlamışdır.  
«Riyazül-qüds»dəki bütün bablar ərəbcə xütbə ilə 
başlanır, ardınca farsca bir şeir parçası verilir, sonra isə 
bilavasitə mövzudan danışılır. 
Apardığımız hesablamaya görə, «Riyazül-qüds»də 294 şeir  
nümunəsi vardır ki, onlardan 255-i türkcə, 21-i ərəbcə, 18-i isə 
farscadır. Əsərdəki şeir parçalarının ümumi həcmi 845 beytə 
bərabərdir. «Nəzm», «şeir», «qitə», «məsnəvi», «mürəbbe», 
bəzən də «beyt» və «fərd» başlıqları altında verilən bu şeir 
parçılarının 711 beyti türkcə, 56 beyti ərəbcə, 78 beyti isə 
farscadır. Türkcə və farsca şeir praçalarının hamısı 
A.Bakıxanovun öz qələminin məhsuludur. Ərəb dilində olan 
şeir parçalarından bəzilərinin müəllifləri göstərilmiş, bir 
neçəsinin əvvəlində isə ənənəvi «la ədri» (“bilmirəm”) sözü 
yazılmışdır. Ərəbcə şeir parçalarından biri isə A.Bakıxanovun 
özünə məxsusdur. Maraqlıdır ki, üç beytlik həmin şeir 
parçasının əvvəlində   «li-mütarcimihi  (“mütərcimindir”) 
sözü yazılmışdır (13a). A.Bakıxanov «Riyazül-qüds»də daha 
bir yerdə özünü «mütərcim» adlandırır ki, bu barədə sonrakı 
fəsildə bir qədər geniş məlumat veriləcəkdir. 
Kitabdakı şeir parçalarının çoxu, təbii ki, əsərin 
beşinci babındadır: onların ümumi sayı 555 beytə bərabərdir 


44 
 
(504-ü türkcə, 34-ü ərəbcə, 17-i farscadır). Daha çox iki-üç 
beytdən ibarət olan şeir parçaları bilavasitə əsərdə baş verən 
hadisələrin məzmunu ilə bağlıdır, onların emosionallığını, təsir 
gücünü daha da artırmağa xidmət edir. Nəsr arasında verilən 
bu şeir parçalarının çoxu müəllifın əsərdə baş verən faciəli 
hadisələrə münasibətini bədii, obrazlı şəkildə ifadə edir
bəziləri isə kitabdakı surətlərin dilindən verilmişdir. Yeri 
gəlmişkən qeyd edək ki, əsərdəki türkcə şeir parçalarından 
bir neçəsini (cəmi 71 beyt) M.Sultanov A.Bakıxanovun
 
«Seçilmiş əsərləri»nin sonuna daxil etmişdir (15, 433-441). 
M.Sultanov həmçinin əsərdəki fars dilində olan şeir 
parçalarından  üçünü də (cəmi 13 beyt) sözügedən kitabın 
sonunda öz bədii tərcüməsində vermişdir. 
Əsər ənənəvi qaydada «dibaçə» adlanan giriş hissəsi ilə 
başlanır və «
Xatimə
» («Sonluq») ilə bitir. Dibaçədə yuxarıda 
qeyd edildiyi kimi, əsasən, əsərin yazılma səbəbi açıqlanır, 
«
Xatimə
»də isə ona yekun vurulur. 
«Riyazül-qüds»dəki bütün babların adları uzun və 
silsiləli izafət tərkibləri şəklində qurulmuşdur və «bəyan edər», 
bəzən də «bildirir»  sözləri ilə bitir. Məsələn, əsərin ilk babı 
belə adlanır: «Əvvəlinci bab: Həzrəti-
xatəmül
-nəbiyyin 
sənədül-əsfiyayi-seyyidül-mürsəlin Əbilqasim Məhəmməd 
həbibi-Rəbbül-aləmin sələvatullah əleyhi və alihüt-tahirin 
vəfatın bəyan edər» (6a). Əsərin başlıca babı olan beşinci 
babının adı isə bu şəkildədir: «Həzrəti-seyyidüş-şühəda və 
xamisi-alli-əba və imami-zümreyi-süəda və sultani-diyari-
Kərbü bəla və güli-bustani-risalət və sərvi-cuybari-imamatü 
xilafət və laleyi-gülgünkəfəni-çəməni-şəhadət və çiraği-
nurbəxşi-dudmani-seyyidüs-səqəleyn və guşvəreyi-ərşi-İlah - Əli 
Abdullah əl-Hüseyn əleyhissəlamın məratibi-rif'ət və vəqayei-
möhnət və keyfiyyəti-şəhadətin bəyan edər» (23a). 
Yeri gəlmişkən qeyd edək ki, «Kitabi-Dədə Qorqud» 
dastanlarında da hər boy «bəyan edər» sözləri ilə başlanır. 
Məsələn:  «Salur Qazanın evi yağmalandığı boyı bəyan 


45 
 
edər»  (35, 42).Füzulinin «Hədiqətüs-süəda» əsərindəki 
babların adları da bu şəkildədir. Məsələn, «Hədiqətüs-süəda» 
əsərindəki məzmunca «Riyazül-qüds»ün ilk babına oxşar olan 
üçüncü babı Füzuli belə adlandırmışdır: «Həzrəti-seyyidül-
mürsəlin keyfiyyəti-vəfatın bəyan edər». Göründüyü kimi, Füzuli 
də babın adını izafət tərkibi şəklində qurmuşdur, lakin 
A.Bakıxanovdan fərqli olaraq, onun adı daha qısa şəkildədir. 
Qeyd edək ki, bu adlardakı «bəyan» sözü ərəb mənşəlidir və «ifadə 
etmə»; «aşkar söz»; «şərh»; «yozum»; «açıqlama» mənalarını 
daşıyır (101, 219). Məclisinin «Cəlaül-üyun» əsərində də bütün 
babların adlarında «bəyan» sözü var, lakin o, əvvəldədir və 
«dər» önqoşması ilə işlənmişdir: «haqqında» mənasındadır. 
Məsələn, həmin əsərin birinci babı qısa şəkildə belə adlanır: 
«Dər bəyan-e veladət və vəfat-e əşrəf-e kaenat və məxdum-e 
əhl-e səməvat... Əbolqasem Mohəmməd-e Mostəfa...» 
(Kainatın əşrəfi və göy əhlinin ağası Əbülqasım Məhəmməd 
Mustafanın doğumu haqqında). 
A.Bakıxanovun «Riyazül-qüds» əsərinin janrına gəldikdə 
isə əsər indiyədək araşdırılmadığı üçün, təbii ki, bu məsələyə 
də, ümumiyyətlə, toxunulmamışdır. Bu məsələ ilə bağlı qeyd 
edək ki, Kərbəla faciəsinə həsr edilmiş ilk əsərlərdən sayılan 
Əbu Mixnəfin «Kitabi-məqtəlül-Hüseyn» kitabını Avropa 
alimləri «ərəb romanı» adlandırmışlar (94, XIV). Eyni mövzuda 
qələmə alınan və məzmun-mündəricə baxımından ona oxşar olan 
Füzulinin «Hədiqətüs-süəda» əsəri də, əsasən, roman janrına aid 
edilir (bax: 19, 53; 54, 65-67; 66, 49). Məlum olduğu kimi, 
«roman» anlayışı hər hansı bir əsərin şəkli xüsusiyyətlərinə, yəni 
nəsrlə və ya nəzmlə yazılmasına görə deyil, onun həcminə
həyat hadisələrinin geniş və əhatəli, qol-budaqlı və şaxəli 
olmasına, eləcə də əsərdə iştirak edən surətlərin sayına görə 
müəyyən edilir (44, 157-158). O da məlumdur ki, janr anlayışı, 
ümumiyyətlə bədii yaradıcılığın tarixən formalaşmış bir növü, 
daha doğrusu, şəkli sayılır. Məsələn, lirik növün yazılı 
ədəbiyyatda ən çox işlənən janrları qəzəl, qəsidə, rübai, qitə, 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə