Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə22/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   18   19   20   21   22   23   24   25   ...   49

69 
 
üyun»dakı bu fəsli ikiyə bölərək Aşura günü (məhərrəm ayının 
10-cu günü) baş verən hadisələr üçün ayrıca bir fəsil ayırmışdır. 
A.Bakıxanovun bu qərarını əsərdə başlıca yer tutan 
sözügedən hadisəni daha da qabarıq şəkildə vermək istəyi ilə 
izah etmək olar. Yeri gəlmişkən onu da əlavə edək ki, 
«Hədiqətüs-süəda»da bu hadisəyə iki fəsildən ibarət olan 
ayrıca bir bab həsr olunmuşdur (29,227-260). Maraqlıdır ki, 
A.Bakıxanov «Riyazül-qüds»dəki bu fəslin adını xüsusi bir 
biçimdə, qafiyəli nəsr şəklində qurmuşdur: 
«Səkkizinci fəsl kim, sərgüzəşti-əhzani-gülşəni-Əhli-beytə 
bir fəsldür və 
Ələmxizi-möhnəti-istima'i-firqeyi-əhbab içün müsibəti-
əhzanə baisi-vəsldür; 
Bəlaəngiz və cümleyi-təmhidati-məsaibə bu dastani-
rahətsitan, filhəqiqə, əsldür; 
Dəhşətamizi-səvanihi-şəbü  ruzi-Aşuranı və vəqayeyi-
hüzni-istimali-şühədanı və keyfiyyəti-şəhadəti-sultani-Kərbə-
lanı bəyan edər». (48a) 
A.Bakıxanovun bu fəslə verdiyi ad istər-istəməz Füzulinin 
«Leyli və Məcnun» poemasındakı nəzm şəklində olan başlıqları 
yada salır: «Bu, bünyadi-binayi bəladır və müqəddimeyi-ələmi-
ibtiladır»  (31,17). Aydındır ki, A.Bakıxanov bu əsərini qələmə 
alarkən, ümumiyyətlə, Füzuli yaradıcılığının güclü təsiri altında 
olmuşdur və bu təsir yuxarıdakı fəslin adında da özünü 
göstərmişdir. 
«Cəlaül-üyun» üzərindəki müşahidələr göstərir ki, Məclisi 
bir ilahiyyatçı alim olaraq, digər əsərlərində olduğu kimi, bu 
kitabında da şiəliklə bağlı məsələlərə daha çox yer vermiş, 
onları xüsusi olaraq vurğulamağa, qabartmağa meyilli olmuş 
və oxucularını bu ruhda tərbiyə etməyə, maarifləndirməyə can 
atmışdır. Bu da təbii haldır, çünki o, böyük bir ölkənin 
şeyxülislamı kimi Səfəvilər dövründə hakim məzhəb olan 
şiəliyi təbliğ etməyi, geniş yaymağı qarşısına başlıca bir 
məram və məqsəd olaraq qoymuş və bunu bütün əsərlərinin ana 


70 
 
xəttinə çevirmişdir.  «Riyazül-qüds» üzərindəki müşahidələr isə 
göstərir ki, A.Bakıxanov burada daha çox hüznlü və müsibətli, 
qəmli və kədərli hadisələri işıqlandırmağa meyilli olmuş və 
onları əsərin baş mövzusu olan Kərbəla faciəsi ilə, hər bir 
müsəlman üçün ağrılı olan bu qanlı hadisə ilə əlaqələndirməyə, 
bununla da əsərdə bir ahəngdarlıq yaratmağa çalışmışdır. Məhz 
buna görə də o, «Cəlaül-üyun»da təsvir edilən çoxçalarlı və 
əhatəli hadisələr içərisindən ən qəmli, kədərli səciyyə daşıyan 
məqamları və əhvalatları seçərək ana dilinə sərbəst şəkildə 
tərcümə etmişdir. Belə bir əməliyyatın nəticəsində, təbii ki
«Riyazül-qüds» bütövlükdə götürdükdə «Cəlaül-üyun»la müqa-
yisədə həcminə görə çox kiçik görünür. Onun ümumi həcmi  
«Cəlaül-üyun»un təqribən üçdə birinə, bəlkə də dörddə birinə 
ancaq bərabər olar. Bu iki əsər arasındakı həcm baxımından 
mövcud fərqlə bağlı müəyyən bir təsəvvür əldə etmək üçün 
qeyd edək ki, «Cəlaül-üyun»un Azərbaycan MEA M.Füzuli adına 
Əlyazmalar İnstitutunda saxlanılan əlyazmaları orta hesabla 290-
300 vərəq həcmindədir (bax:  80,  244-254).  «Riyazül-
qüds»ün yeganə əlyazması isə cəmi 91 vərəqdən ibarətdir. 
Deməli, onun həcmi «Cəlaül-üyun»un həcmindən azı üç dəfə 
kiçikdir. Əlbəttə, belə bir müqayisə mütəxəssislər üçün bir 
qədər bəsit və qeyri-dəqiq görünə bilər, çünki əlyazma çap kitabı 
deyil, buna görə də onlar ölçülərinə, xətt növlərinə, vərəqlərdəki 
sətir saylarına və s. kimi paleoqrafık əlamətlərinə görə bir-
birlərindən fərqlənirlər. Bununla bağlı onu da qeyd edək ki, 
istər «Riyazül-qüds»ün əlyazması, istərsə də «Cəlaül-üyun»un 
araşdırmamızda istifadə etdiyimiz əlyazmaları ölçü, xətt 
növləri, sətir sayı və s. baxımdan bir-birlərinə çox yaxındır. 
Hər halda bu iki əsərin əlyazmaları arasında həcm 
baxımından mövcud fərq göz qabağındadır və bu fərq onların 
məzmunlarındakı mövcud ayrıntı haqqında müəyyən təsəvvür 
yaratmağa imkan verir. Bundan əlavə nəzərə alsaq ki, «Riyazül-
qüds»ün ümumi həcminin təxminən onda birinə qədəri, 
əsasən, A.Bakıxanovun özünə məxsus şeirlərindən 


71 
 
ibarətdir, onda bu iki əsərin həcmləri arasındakı fərqlərdə 
olan nisbət bir qədər də artmış olar. 
«Cəlaül-üyun»la «Riyazül-qüds»ün mətnləri  arasında-
kı uyğunluq hər iki əsər boyu açıq-aşkar şəkildə özünü göstərir. 
Bu uyğunluğun necə səciyyə daşımasını və hansı səviyyədə 
olmasını əyani şəkildə göstərmək üçün hər iki əsərdəki imam 
Hüseyn (ə.) haqqında olan beşinci babdakı bir epizodun 
farscasını və türkcəsini nümunə olaraq veririk. 
«Cəlaül-üyun»da: «Əz həzrət-e emam Reza rəvayət 
kərde əst ke, çun Həğğ-təala əmr kərd həzrət-e Ebrahimra ke, 
fərzənd-e xod Esməilra ğorban konəd və bəray-e u fədai 
ferestad və əmr kərd ke, qusfəndra be-əvəz-e u ğorban konəd. 
Pəs Ebrahim arzu kərd ke, kaş mə'mur nemişodəm be-koştən-e 
qusfənd və fərzənd-e xodra be-dəst-e xod əz bəray-e Xoda 
ğorbani mikərdəm, ta anke del-e mən be-koştən-e əziztərin 
fərzəndan-e mən be-dərd miaməd və 
mostəhəğ
 mişodəm be-
səbəb-e an ərfə'-e dərəcat-e əhl-e məsaebra. Pəs Həğğ-təala 
be-su-ye u vəhy kərd ke, ey Ebrahim, kist məhbubtərin-e xəlğ-
e mən be-su-ye to? Ebrahim qoft: Xodəvənda, xəlği 
nəyafəridei ke, məhbubtər başəd be-su-ye mən əz-həbib-e to 
Mohəmməd... Pəs Həğğ-təala fərmud ke, ey Ebrahim, qoruhi 
ke, də'vi xahənd kərd ke, əz-ommət-e Mohəmmədənd, 
Hoseyn - fərzənd-e ura xahənd koşt be-zolm-o-
odvan
, çenanke 
qusfəndra koşənd və be-səbəb-e in mostouceb-e ğəzəb-e mən 
xahənd şod. Pəs Ebrahim be cəzə' aməd və deləş be-dərd aməd 
və geryan şod. Pəs Həğğ-təala neda kərd ke, fəda kərdəm 
cəzə'-e tora bər fərzənd-e xod Esməil...» (178a) 
«Riyazül-qüds»də: «İmam Rzadan nəqldir kim, 
həzrəti-hakimi-ələliltaq cənabi-mə'budi-bilistihqaq İbrahim 
Xəlilə əmr etdi kim, kəndü fərzəndi İsmayılı qurban etsün. 
Sonra onun içün fəda nazil olub zibhi-qusfəndə hökm etdi. Pəs 
cənabi-Xəlilullah arzu etdi kim, ey kaş, təfdiyə ğənəm 
olmayub, kəndü fərzəndimi qurban kəsüb əəzzi-övladımın qətli 
səbəbilə ərfə'i-dərəcati-əhli-məsaibə faiz olaydım. Pəs 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə