Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə13/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   9   10   11   12   13   14   15   16   ...   49

40 
 
şəxsiyyətlər sonuncu peyğəmbər (s.), həzrət Fatimə (ə.) və on 
iki imamdır (ə.). Əsərin dibaçəsində babların adları da bir-bir 
göstərilir. 
 
 
 
 
 
1.5. 
«Riyazül-qüds»ün 
mövzusu və məzmunu, quruluşu 
və janrı 
 
«Riyazül-qüds», yuxarıda qeyd edildiyi kimi, şəhidlik 
mövzusunda qələmə alınmış bir əsərdir, əsasən, imam 
Hüseynin (ə.) Kərbəlada şəhidlik zirvəsinə 
çatmasına
 həsr 
olunmuşdur. Bu mövzuda qələmə alınan digər məqtəl kitabları 
kimi, «Riyazül-qüds» əsərində də əsas mövzu ilə - Kərbəla 
müsibəti ilə yanaşı, əsərin baş qəhrəmanı imam Hüseynin (ə.) 
ən yaxın adamlarından - babası Məhəmməd peyğəmbər (s.), anası 
həzrət Fatimə (ə.), atası imam Əli (ə.), qardaşı imam Həsəndən 
(ə.) və digər imamlardan da bəhs olunur. Kitabın ilk babı 
Məhəmməd peyğəmbərin (s.) həyatı haqqındadır (6a-9a). 
Əsərdəki sonuncu bab istisna olmaqla, bu bab yeganə bölümdür 
ki, onun tərkibində heç bir fəsil yoxdur. Burada peyğəmbərin (s.) 
vəfatı ilə bağlı epizodlardan, yəni o həzrətin yaxın adamları 
ilə vidalaşması, Zülfəqar adı ilə tanınan məşhur qılıncını və 
Düldül adlı atını həzrət Əliyə (ə.) bağışlamasından və 
vəsiyyətlərindən danışılır. 
Həzrət Fatimə (ə.) haqqında olan ikinci bab (9a-13a)  
üç fəsilə bölünür: birinci fəsildə islamda xüsusi yer tutan 
bu müqəddəs qadının doğumu və böyüməsindən, ikinci 
fəsildə sevimli atasının vəfatı ilə bağlı qəmli-hüznlü 
günlərindən,üçüncü fəsildə isə vəfatından qısaca söz açılır. İki 
fəsildən ibarət olan üçüncü bab (13a-18a) imam Əli (ə.) 
haqqındadır: babın birinci fəsilində imamın doğumu və 


41 
 
əzəmətindən, ikinci fəsildə isə şəhadətindən bəhs olunur. İmam 
Həsən (ə.) haqqında olan dördüncü bab (18b-23a) quruluşuna 
görə ikinci baba oxşayır və bu da üç fəsildən ibarətdir. Burada 
sıra ilə imamın doğumu, müsibətli günləri və şəhadəti təsvir 
olunur. 
Əsərin həcmcə ən böyük babı bilavasitə imam Hüseynə 
(ə.) həsr olunmuş beşinci babdır  (23a-78b). Kitabın ümumi 
həcminin yarısından çoxunu təşkil edən bu bab doqquz fəslə 
bölünür ki, onun da həcmcə ən böyük fəsli Aşura gününə həsr 
olunmuş səkkizinci fəsildir (48a-67a). Kərbəla vaqiəsinin 
geniş təsviri verilən bu fəsildə əvvəlcə imamın (ə.) yaxın 
silahdaşlarının (Hürr, Abdullah Kəlbi, Bərir bin Həsin, Həbib 
Müzahir, Ömər bin Xalid, Yəhya ibn Müslim, Qasım bin 
Həsən, Abdullah ibn Əli və b.) şəhadətindən danışılır. 
Maraqlıdır ki, burada bir türk qulamının igidliyindən də bəhs 
olunur (56b). Yeri gəlmişkən qeyd edək ki, Füzulinin 
«Hədiqətüs-süəda»sının eyni hissəsində (təbii ki, həm də 
Kaşifinin «Rövzətüş-şühəda»sında) türk tayfasından olan 
həmin qulam  Muslim Azərbaycani kimi təqdim olunur və onun, 
eləcə də oğlunun Kərbəla vaqiəsində şəhid olmasından 
danışılır (29, 242-243). «Riyazül-qüds»ün bu fəslindəki ən 
təsirli səhnələrdən biri imamın (ə.) qardaşı - dəstənin 
ələmdarı (bayraqdarı) Abbas bin Əlinin və imamın böyük 
oğlu Əli Əkbərin igidliyi və şəhadətindən bəhs edilən 
hissələrdir. Burada, eləcə də bütün əsərdə başlıca diqqət isə, 
təbii ki, imam Hüseynin (ə.) islam və düzlük, haqq və ədalət 
uğrunda apardığı mübarizədə dönməzliyi və qətiyyətinin, bu 
yolda çəkdiyi müsibətlərin və nəhayət, şəhidlik zirvəsinə 
yüksəlməsinin-mənəvi qələbəsinin bədii şəkildə ifadəsinə 
yönəldilmişdir. Beşinci fəslin əvvəlki fəsillərində isə imam 
Hüseynin (ə.) doğumu, fəziləti və kəramətlərindən, imam üçün 
ağlamağın savabından, şəhadətinin öncədən bəzi peyğəmbərlərə 
məlum olmasından, imamın Mədinədən Məkkəyə, oradan da 
İraqa getməsi və əmisi oğlu Müslim bin Əqilin şəhid 


42 
 
olmasından bəhs olunur. Bu babın sonuncu fəslində Əhli-
beytin digər üzvlərinin başlarına gələn əhvalatlardan danışılır. 
Kitabın sonrakı bablarında digər imamların həyatı və 
vəfatları (eləcə də şəhadətləri) ilə bağlı hadisələrdən bəhs edilir. 
Sonuncu bab istisna olmaqla, bu bablar da bir neçə fəslə bölünür.  
Maraqlıdır ki, imam Musa Rza (ə.) haqqında olan onuncu bab 
əvvəlki bablardan həcminin nisbətən böyüklüyünə görə fərqlənir 
(83a-86a) və dörd fəslə bölünür. Görünür, bu məsələdə 
səkkizinci imamın (ə.) qürbətdə - Xorasanda şəhid olması və 
məqbərəsinin burada ziyarət yeri olması da müəyyən rol 
oynamışdır.  
«Riyazül-qüds»ün məzmunu və bölmələri ilə bağlı qısa 
məlumatdan göründüyü kimi, kitabda şəhidlik məsələsinə 
daha geniş yer verilmişdir  və onun mərkəzində Kərbəla 
faciəsinin bədii şəkildə təsviri dayanır. Əsərin bütün 
bölümlərində qəmli və hüznlü hadisələrin, faciəli və müsibətli 
anların təsvirinə daha geniş yer verilmişdir. Digər məqtəl 
kitablarında olduğu kimi, «Riyazül-qüds»də də imam Hüseynin 
(ə.) tutduğu yol haqq-ədalət uğrunda mübarizə kimi 
mənalandırılır və onun şəhadəti qəhrəmanın mənəvi qələbəsi 
kimi dəyərləndirilir. 
«Riyazül-qüds»ün məzmunu, eləcə də quruluşu ilə bağlı 
onu da qeyd edək ki, digər məşhur məqtəl kitablarında da 
imam Hüseynin (ə.) Kərbəla müsibəti ilə yanaşı, digər 
müqəddəs şəxsiyyətlərin müsibət və faciələri də 
müəyyən dərəcədə işıqlandırılmışdır. Məsələn, Əbülfərəc 
İsfahaninin «Məqatilüt-talibin» əsərində imam Hüseynin (ə.) 
Kərbəla faciəsindən əlavə, imam Əlinin (ə.) özünün və 
qardaşı Cəfər bin Əbu Talibin şəhadətindən də bəhs olunur. 
Eləcə də Hüseyn Vaiz Kaşifinin on babdan ibarət olan 
«Rövzətüş-şühəda» əsərində yalnız dörd bab imam Hüseynə (ə.) 
həsr olunmuşdur. Kitabdakı digər bablarda isə başları bəlalar 
çəkmiş peyğəmbərlərdən (Adəm, Nuh, İbrahim, Yəqub, Musa, 
Əyyub, Zəkəriyya, Yəhya), sonuncu peyğəmbərin (s.), həzrət 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə