Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə12/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   8   9   10   11   12   13   14   15   ...   49

36 
 
242). Fikrimizcə, «Riyazül-qüds»də verilən aşağıdakı şeir parçası 
da həmin qəzəlin ilk üç beytinin bir qədər dəyişdirilmiş, fərqli 
variantıdır: 
 
Dil dərd ilə biqərar olubdur, 
Ləb ah ilə pürşərar olubdur. 
Qan rəngi dutub üzari-zərdim, 
Həngami-xəzan bəhar olubdur. 
Dövrani-fələk cəfalər eylər, 
Can düşməni ruzigar olubdur. (77a) 
 
Müqayisə üçün şairin divanındakı həmin qəzəlin də ilk 
üç beytini veririk: 
Dil eşq yolunda zar olubdur, 
Bir gül həvəsində xar olubdur. 
Xunabə dönübdü rəngi-zərdim 
Bu gülşən üçün bəhar olubdur. 
Dövrani-fələk müxalif olmuş
Can düşməni-ruzigar olubdur. (15, 242) 
Göründüyü kimi, qəzəlin son iki beyti ilə «Riyazül-
qüds»dəki şeir parçasının müvafiq beytləri arasında açıq-aşkar bir 
yaxınlıq vardır. Bunlardan hansının birinci yazılmasını qəti 
söyləmək, təbii ki, çətindir və ayrıca araşdırma tələb edir. 
Yeri gəlmişkən bu məsələ ilə bağlı daha bir maraqlı faktı 
nəzərə çatdırmaq
 istəyirik. A.Bakıxanovun «Riyazül-qüds» və 
«Kitabi-Əsgəriyyə» əsərlərininin mətnləri üzərində apardığımız 
müqayisə nəticəsində məlum oldu ki, birincidə olan üç şeir 
parçası eynilə müəllifin ikinci əsərində də vardır. Həmin şeir 
parçasından ikisi «Riyazül-qüds»də imam Hüseyn (ə.) haqqındakı 
beşinci babdadır. Onlardan birincisi imamın (ə.) qızı Səkinənin 
dilindəndir: 
 
Yetim olan kəsə, əlbəttə, qəmgüsar olmaz,  
Zəlili-aləm olur, izzü etibar olmaz.  


37 
 
Bəlalər içrə qalur dərbədər, dəmi keçməz  
Ki, bağrı qanə dönüb didə əşkbar olmaz. (62b) 
 
Bu şeir nümunəsi «Kitabi-Əsgəriyyə»də tam eyni şəkildə 
Əsgərin müəlliminin dilindən verilmişdir (bax:15, 131). 
«Riyazül-qüds»dəki ikinci şeir nümunəsi imam Zeynəl-
abidinin (ə.) dilindəndir: 
 
Büibül necə gülzar ətəgindən əlin üzməz,  
Şivən dili-bimar ətəgindən əlin üzməz. 
Qanilə boyar səfheyi-rüxsarimi gül-gül, 
Dil dideyi-xunbar ətəgindən əlin üzməz. (69a) 
 
Bu nümunə «Kitabi-Əsgəriyyə»də Əsgərin dilindəndir və 
eynilə bu beytlərlə başlanır və daha üç beytlə davam etdirilir 
(bax: 15, 127). 
Üçüncü nümunə isə «Riyazül-qüds»ün «Xatimə» 
hissəsində olan aşağıdakı şeir parçasıdır: 
Əlhəmdü li vəhibül-ətiyyə, 
Vəşşükr li xaliqül-bəriyyə... 
Kim, xameyi-mişkbarim etmiş,   
İzhari-məratibi-əliyyə. 
Bir türfə kitab edüb mürəttəb, 
Əhbab içün etmişəm hədiyyə. 
Şayəd ki, vəsileyi-nicatım 
Olsun bu ümuri-mə'nəviyyə. (91 a) 
Bu misraların da hamısı eynilə «Kitabi-Əsgəriyyə»nin 
sonunda verilmişdir (15, 132). Sadəcə olaraq, «Kitabi-
Əsgəriyyə»də yuxarıdakı sonuncu beytdən əvvəl bu beyt də 
vardır: 
Tovfiqi-səadətilə olmuş, 
İtmam: «Kitabi-Əsgəriyyə». (15, 132) 
Bu fakt A.Bakıxanovun öz qələmininn məhsulu olan eyni li-
rik şeirlərindən müxtəlif əsərlərində istifadə etdiyini açıq-aşkar 


38 
 
şəkildə sübut edir. Qeyd edək ki, Yaxın Şərqin digər klassik 
sənətkarlarının əsərlərində də bu cür oxşar hallara rast gəlirik. 
Məsələn, məşhur İran şairi Sədi Şirazi (1209-1291) bir sıra lirik 
şeirlərini sonradan müəyyən düzəlişlərlə «Gülüstan» əsərinə 
daxil etmişdir (76, 18). Eləcə də M.Füzulinin «Hədiqətüs-
süəda» əsərində olan şeir parçalarının bəziləri azacıq fərqli 
şəkildə şairin divanında da vardır (26, 80). Dahi sənətkar 
həmçinin «Dər tərifi-Qazi Əlaəddin və viladəti-qaziyi-
məzkur» adlı nəsr əsərinə «Hədiqətüs-süəda» kitabında olan 
bəzi şeir parçalarını daxil etmişdir (43, 143). 
Beləliklə, «Riyazül-qüds»ün dibaçəsi ilə ümumi tanışlıq 
göstərir ki, A.Bakıxanov tarix etibarilə ilkin hesab edilən bu 
əsərini Qubada yaşayarkən özünün şəxsi istəyi ilə türk soyundan 
olan həmvətənlərinin istifadəsi üçün qələmə almışdır. 
A.Bakıxanov «Riyazül-qüds» üçün başlıca qaynaq olaraq 
Məclisinin fars dilində yazdığı «Cəlaül-üyun» kitabını seçmiş, 
daha doğrusu, irəlidə görəcəyimiz kimi ondan müəyyən hissələri 
sərbəst şəkildə 
tərcümə etmişdir. Bununla belə, «Riyazül-
qüds»ün mətni üzərindəki müşahidələr göstərir ki, müəllif 
kitabda digər qaynaqlardan da, o sıradan dahi sələfi Füzulinin 
«Hədiqətüs-süəda» əsərindən də yeri gəldikcə uğurla 
bəhrələnmişdir. Buna sübut olaraq elə təkcə belə bir faktı qeyd 
etmək kifayətdir ki, Məclisinin kitabı yalnız nəsrlə olduğu 
halda, Füzulinin sözügedən əsəri isə nəsrlə nəzmin növbələşməsi 
şəklində qurulmuşdur. Deməli, A.Bakıxanov «Riyazül-
qüds»dəki hadisələri və əsərin məzmununu əsasən «Cəlaül-
üyun»dan, onun quruluşunu, formasını isə «Hədiqətüs-
süəda»dan əxz etmiş - bir sözlə, yeri gəldikcə hər iki əsərdən 
yararlanmış və kitabına digər qaynaqlardan götürdüyü kiçik 
əlavələri də daxil etmişdir. 
A.Bakıxanov istifadə etdiyi qaynaqlardan birinin 
«Rövzətül-vaizin» («Vaizlərin cənnət bağçası») əsəri olduğunu 
da göstərir. O, həzrət Fatimə (ə.) haqqında olan ikinci babın 
əvvəlində yazır: «Rövzətül-vaizin»də və özgə kitablarda 


39 
 
məsturdur kim, həzrəti-Fatimə əleyhassəlamın zəmani-mərəzi qırq 
gün imtidad bulub...» (1 Ib). Əsərin beşinci babının əvvəlində də 
o, imam Hüseyn (ə.) haqqında yazılan əsərlərin adını çəkir və bu 
sırada «Rövzətül-vaizin»i də qeyd edir: «Ol cümlədəndir laleyi-
xunini-cigəri-«Hədiqətüs-süəda» və güli-canpərvəri-«Rövzətüş-
şühəda» və ətri-dilavizi-güli-reyhan və mənbəi-«Eynül-büka» və 
«Cəlaül-üyun»i-əhli-cəhan və pirayeyi-novbəhari-«Rövzətül-
vaizin» və sultani-diyari-«Məqatilüt-talibin»
F
*
F
...»  (24a).  A.Ba-
kıxanovun burada adını çəkdiyi «Rövzətül-vaizin» Əbu Əli 
Məhəmməd Fəttal Nəysəburi əl-Farisinin (V/XI əsr) ərəb dilində 
yazdığı əsəridir (88, I, 618-619). XVI yüzillikdə yaşamış Əli 
bin Həsən Zəvəri onu fars dilinə tərcümə etmişdir. 
A.Bakıxanovun burada adını çəkdiyi «Eynül-büka» («Ağlar 
göz») əsəri isə Məhəmməd Tağı Bürucərdi Kaşaninin 
qələmindən çıxmışdır. Mənbələrdə bu əsərin yazılma tarixi fərqli 
göstərilir: 999/1590-91, 1099/1687-88 və 1199/1784-85 (88,1, 
641-642). Bu sırada ən sonda adı çəkilən «Məqatilüt-talibin» 
əsərinin müəllifi isə yuxarıda qeyd etdiyimiz kimi, Əbül-Fərəc 
İsfahanidir. İxtisarla verdiyimiz bu nümunədə A.Bakıxanov 
Məclisinin ərəb dilində yazdığı «Həqqül-yəqin» əsərinin də 
adını çəkir. Bu fakt gənc A.Bakıxanovun «Riyazül-qüds»ü 
qələmə alarkən Kərbəla vaqiəsi mövzusunda müsəlman 
Şərqində geniş yazılmış üç dildə: ərəbcə, farsca və türkcə 
kifayət qədər əsər oxuduğunu və bu sahədə geniş məlumatı 
olduğunu göstərir. 
Onu da əlavə edək ki, A.Bakıxanov «Riyazül-qüds»ün 
dibaçəsində son olaraq əsərin on dörd babdan ibarət olmasını 
göstərir və bunun «
məsum
» (günahsız) şəxsiyyətlərin sayı ilə 
əlaqədar olduğunu vurğulayır: 
«Riyayəti-ə'dadi-əsamiyi-
mə'sumin sələvətullah əleyhim əcməin edüb, on dörd bab qərar 
verdim»  (5a). Məlum olduğu kimi, daha çox «çəhardəh 
məsum» (on dörd günahsız) adı ilə tanınan müqəddəs 
                                                           
*
 Əlyazmada: Məqatilüt-taibin (?). 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə