Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə9/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   5   6   7   8   9   10   11   12   ...   49

27 
 
B.   ب
 -
م 
  
Bu hərf əvəzlənməsi əlyazmada yalnız birinci şəxsin 
təkini bildirən şəxs əvəzliyinin nümunəsində müşahidə olunur: 
 منب
 -
منم 
 bənəm/mənəm (59b, 72b). Qeyd edək ki, əlyazmada bu 
əvəzlik əksər hallarda 
نب bən şəklində yazılmış, yalnız bircə 
yerdə şeir parçasında 
منم  mənəm  şəklində işlənmişdir. Bununla 
belə, Azərbaycanda XIX yüzillikdə, çox güman ki, «bən»lə 
müqayisədə «mən» variantı daha işlək olmuşdur. Bunu nəzərə 
alaraq, «Riyazül-qüds»də bu əvəzliyin «bən»  şəklinə üstünlük 
verilməsini A.Bakıxanov yaradıcılığında klassik üslubun təsi-
rinin nəticəsi kimi qəbul etmək lazım gəlir. Bu məsələdə katibin 
də rolunu inkar etmək olmaz, yəni, bəlkə də, o, əski yazı 
ənənəsinin (üzünü köçürdüyü daha qədim mətnlərin) təsiri ilə bu 
sözü daha çox «bən» şəklində yazmışdır. Orta yüzilliklərə aid bir 
sıra mətnlərdə də bu söz iki qrafik variantda yazılmışdır (40, 22; 
78a, 36; 92, II, 409-410). XVI əsr əlyazması «Şühədanamə»də 
isə birinci şəxsin təkini bildirən əvəzlik yalnız 
م
ن  mən şəklində 
yazılmışdır. Yeri gəlmişkən qeyd edək ki,  «Riyazül-
qüds»də  çağdaş  ədəbi dilimizdəki «min» sayı yalnız 
كنب
   
biŋ

şəklində yazılmışdır. Onu da əlavə edək ki, əlyazmada üçüncü 
şəxsin təkini bildirən əvəzlik əsasən «ol», nadir hallarda isə «o» 
şəklində işlənmişdir. Məlum olduğu kimi, qədim dilimizdə bu 
əvəzlik hallandıqda 
آ
ىن   aŋı,  آ
اكن  
aŋa
,
 آ
 كنن anıŋ  və s. şəkillərdə 
işlənmişdir. «Riyazül-qüds»də isə bu əvəzlik müvafiq olaraq 
ىنوا  onı  (32b),  اكنوا  oŋa  (32a),  كننوا  onıŋ  (31a) kimi 
yazılmışdır. Birinci şəxsin təkini bildirən əvəzlik isə 
əlyazmada yönlük halda yalnız  
اكنب  baŋa (l1b, 30b və s.) 
şəklində yazılmışdır. İkinci şəxsin təkini bildirən əvəzlik də 
yönlük halda oxşar şəkildədir: 
اكنس saŋa (64a). 
C. 
  ت
-
د 
 Bu hərf əvəzlənməsi də əlyazmada yalnız bir 
sözdə müşahidə olunur: 
ترود
 
 -
 
ىجندرود
 dört/dördünci (5a, 5b). 
Nümunədən göründüyü kimi, burada «dört» sayının 
kökündəki «te» hərfindən sonra sait səs işləndiyi üçün [t] səsi 
özünün cingiltili qarşılığına çevrilmiş və bu, yazıda da öz 
ifadəsini tapmışdır. Bu xüsusiyyət konkret olaraq 
 ت
 -
د 
  hərf 


28 
 
əvəzlənməsi şəklində «Kitabi-Dədə   Qorqud»da (20, 54-55) 
və «Şühədanamə»də də (56,79) qeydə alınmışdır. Maraqlıdır 
ki, «Şühədanamə»də bu hərf əvəzlənməsi bəzi ərəb 
mənşəli sözlərdə də özünü göstərir (56, 79). 
Ç. 
و
 -
 
ی
  Bu hərf əvəzlənməsini əlyazmada iki sözün 
nümunəsində müşahidə etmişik: 
ولغوا
 
 -
ىلغوا 
   oğlu/oğlı (26a, 
72b), 
 نوراي
 -
اي 
ر
ني
    yarun/yarın  (72b). Məlum olduğu kimi, bu 
sözlərdən birincisi türk mətnlərində daha çox 
ىلغوا oğlı 
qrafik variantında, ikincisi isə, əksinə 
اي
ر
ني  yarın (sabah) 
şəklində işlənir. Əlyazmada «gördüm» sözündəki şühudi keçmiş 
zaman şəkilçisində də bu hərf əvəzlənməsi özünü göstərir: 
 مودروك
 -
ميدروك 
 gördüm/gördim (71 b).  Eyni vərəqdə (71 b) 
müxtəlif qrafik variantda olan bu sözü katib yenə də həmin 
vərəqdə 
مدروك
 
 gördüm şəklində yazmışdır. Bu hərf əvəzlənməsi 
«Şühədanamə»də də cəmi bir neçə sözün sonunda qeydə 
alınmışdır (56, 80). 
3. Əlyazmada çağdaş ədəbi dilimizlə müqayisədə 
bəzi sözlərdə dodaqlanan saitləri ifadə edən hərflərə 
üstünlük verilməsi halları da diqqəti cəlb edir. Bu hal daha 
çox feillərdə, həm də əsasən müxtəlif feil şəkillərinin morfoloji 
göstəricilərinin qrafık ifadəsində özünü göstərir: 
رولاق  qalur 
(62b), 
آ
روليري   ayrılur (60a),  بوروا
 
 urub (61a),  
بوتود  dutub 
(62b), 
كا
بودل   əglədüb  (21a),  نوسليسك  kəsilsün  (57b), 
ك
و
نوسمر  
görməsün  (58a), 
 هلوب
ج
رودق
  bulacaqdur  (32b), 
رودقج هلوكوت 
töküləcəqdür
  (32b), 
أ
زوروراپ  aparuruz (72b),  زوشيمريو 
vermişüz (74b) və s. Bu hal bəzi feil köklərində, eləcə də digər 
nitq hissələrinə aid sözlərdə də müşahidə olunur. 
مارونات  tanuram 
(65a), 
تا
دروشپ
رلاي
 tapşurdılar (67b), 
ميدمروتك gətürmədim (39a), 
اي
شوپ
  د
مو
 yapuşdum (75a), 
هدنوسوشراق  qarşusunda  (74a), 
آ
رودقوتر  artuqdur (74a), ىكنولد 
dilüŋi
 (75b), 
زيق
كنو  qızuŋ (68b), 
آ
قوچ  açuq (66b), ولغاب bağlu (69b), ولناق qanlu (76a), ودنك  kəndü 
(58b) və s. 
4. Orta əsrlərə aid bir sıra türk mətnlərində, o 
sıradan Azərbaycan ərazisində köçürülən əlyazmalarda ayrı-


29 
 
ayrı eyni sözlərdə [s] səsinin ifadəsi üçün iki hərfdən 
س sin və 
ص sad  hərflərindən istifadə olunmuşdur (20, 46; 40, 34). Bu 
xüsusiyyət «Riyazül-qüds»də yalnız «su» sözündə özünü 
göstərir. Katib bu sözü hətta eyni vərəqdə iki şəkildə 
yazmışdır:
 وس 

وص 
 
(40a). «Sormaq» («soruşmaq» mənasında), 
«sonra», «sol», «sanmaq» sözləri isə əlyazmada yalnız 
ص sad 
hərfi ilə yazılmışdır (70a, 70b, 71a  və  s.). Bu xüsusiyyət də 
əski yazı ənənəsinin «qalığı»  kimi dəyərləndirilə bilər 
(bax: 56, 81-83). Qeyd edək ki, görkəmli dilçi alimlərdən prof. 
Əbdüləzəl Dəmirçizadə «Kitabi-Dədə Qorqud»da türk mənşəli 
sözlərin bəzən 
س ilə, bəzən də ص ilə yazılmasının heç bir elmi 
əsası olmadığını göstərmişdir (20, 46). Prof. Hadı 
Mirzəzadə də bu məsələni katiblərin «şüursuz münasibəti» ilə 
izah etmişdir (45, 15). Prof. 
Samət
 Əlizadə isə hesab edir ki, 
orta əsr katibləri ərəb yazı qaydalarına əsasən bəzi türk 
sözlərini şüurlu surətdə sad hərfi ilə yazmışlar. Alim bu fıkrini 
onunla əsaslandırır ki, ərəb dilində söz kökləri 
ص ، ط ، ق ، خ 
hərfləri ilə başlanarsa, onlardan sonra yalnız qalın sait 
işlənməlidir (27, 16). Bu fikirlə müəyyən mənada razılaşmaq 
olar, belə ki, orta əsr katiblərinin sad  hərfi ilə yazdıqları türk 
mənşəli sözlərin çoxu qalın saitlidir. Məsələn: su, sol, sonra, 
sandı, sordı və s. Maraqlıdır ki, XVI əsr Azərbaycan şairi-
mütərcimi Həzininin ərəbcədən etdiyi «Hədisi-ərbəin» 
tərcüməsinin əlyazmasında katib qafiyə yerində işlənən 
«sorıla» və «sürilə» sözlərindən birincisini sad, ikincisini isə 
sin  hərfilə yazmış və fikrimizcə bununla onların fərqli 
tələffüzünü, yəni birincidə qalın saitlərin, ikincidə isə incə 
saitlərin işləndiyini nəzərə çatdırmaq istəmişdir (bax: 55, 68). 
Bununla belə, orta əsr katiblərinin çoxu, o sıradan 
«Şühədanamə»nin mütərcimi-katibi Məhəmməd Hüseyn Katib 
Nişati bu məsələdə tam sərbəstliyə yol vermiş, eyni sözləri gah 
sin, gah da sad hərfi ilə yazmışdır (bax: 56, 81-83). Nişati hətta 
hanğı  sözünü də həm 
ح  he,  həm də ه ha hərfi ilə yazmışdır: 
 ىغناح
 -
ىغناھ 
 (17b, 25b). Deməli, bu hal ötəri səciyyə daşımış və 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə