Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr


Ozon qatının mühafizəsi yolları. Konvensiya



Yüklə 137,16 Kb.
səhifə19/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Ozon qatının mühafizəsi yolları. Konvensiya 1982 –ci ilin yanvarında UNEP (BMT – nin Ətraf mühit proqramı) ozon qatının qorunması haqqında Qlobal Konvensiyanın layihəsinin hazırlanması üçün xüsusi hüquqi və texniki ekspertlər qrupunun ilk müşavirəsini çağırdı.Bu müşavirə Konvensiya üçün prinsipal əsasları müəyyən etdi.UNEP – in himayəsi altında keçirilən üç il aktiv danışıqlardan sonra Konvensiya 1985 – ci ilin martında Vyana şəhərində (Avstriyanın raytaxtı) qəbul edildi.Konvensiyanın 21 – ci maddəsinə görə, tərəflər insan sağlamlığını və ətraf mühiti ozon qatının yeyilməsi ilə əlaqədar təsirlərdən qorumağa borcludur. 1987-ci ildə 56 ölkənin hökümətləri Monreal (Kanada) protokolunu imzaladılar. Bu protokola əsasən yaxın onillikdə ozon qatını dağıdan flor üzvi birləşmələrin və digər ozon dağıdıcı maddələrin(ODM) istehsalını 2 dəfə azaltmağı öhdələrinə götürdülər. Sonrakı razılaşmalar, yəni 1990-cı ildə Londonda, 1992-ci ildə Kopenhagendə ODM-in istehsalının tədricən və 1997 – ci ildə Manrealda dayandırılması irəli sürüldü. 1996-cı ildə sənaye cəhətdən inkişaf etmiş ölkələr freonların istehsalını tamamilə dayandırdı (həmçinin hallonları, tetraxlorid - karbonu). İnkişaf etməkdə olan ölkələrə, o cümlədən Rusiyaya bu addımı 2010-cu ildə atmağı xahiş etdilər.
1997-ci ildə Rusiya Federasiyası (RF) hökümətinin qərarı ilə ozon qatının mühafizəsi üzrə İdarələrarası komissiya təşkil olundu. Bu komissiya aşağıdakı qəbul edilən proqramın yerinə yetirilməsində cavabdeh sayılır: - İnsanın təsərrüfat fəaliyyəti və digər proseslərin təsirilə ozon qatının vəziyyətinin dəyişilməsinin uçotu və nəzarəti üzrə müşahidələrin aparılması; - Ozon qatının vəziyyətinə təsir göstərən maddələrin atılmasının norma həddini müəyyənləşdirmək və ona riayət etmək; - Ozon qatını dağıdan maddələrin istehsalı və istifadəsini nizama salmaq; - Göstərilən tələbləri pozmağa cavabdeh şəxslərə qarşı tədbirlər görmək. Atmosferin ozon qatının vəziyyətinə zərərli təsir göstərən kimyəvi maddələrin və istehsal tullantılarının siyahısı RF-nın ətraf mühitin mühafizəsi sahəsində xüsusi təyin olunmuş dövlət təşkilatları tərəfindən təsdiq edilir. Sənayedə dövlət proqramının yerinə yetirilməsi üzrə kifayət qədər effektiv tədbirlər görülür. Məsələn, soyuducu texnika istehsalçıları freonların ozon üçün zərərsiz maddələrlə əvəz olunmasına artıq başlanmışdır: propan – butan qarışığı, tsiklopentanlı köpükləndirici, soyuducu agent – QFU-134a 1996-cı ildən etibarən Rusiyanın «Biryusa» soyuducuları ozon qatına dağıdıcı təsir göstərməyən yeni soyuducu agentlərdən istifadə edərək buraxılır.

Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə