Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr



Yüklə 137,16 Kb.
səhifə20/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Freonsuz yeni soyuducu qurğülar. 1996-cı ildə Ümumrusiya yüngül əridicilər institutunda sınaqdan keçirilmişdir. Ekoloji təmiz soyuğun istehsalına fransız alimi Pelte effektindən istifadə olunması sayəsində nail olunmuşdur. Pelte müəyyən etmişdir ki, elektrik cərəyanını yarımkeçiricilərdən buraxdıqda kristalın dövrə döşəməsinin birində isti, digərində isə soyuq alınır. Bu zaman istilik nə qədər intensiv ayrılırsa, bir o qədər də soyuq artır. Bu effekt ilk dəfə hərbi texnikada raketlərin atılması sistemində və kosmonavtikada (Lazerin istifadəsində qurğunun soyudulmasında), sonralar isə böyük soyuducularda istifadə olunmuşdur


Mövzu-13. Ozon qatının mühaqfizəsi üzrə AR nın strategiyası.

Plan:
1. Azərbaycanda yaradılan “Azərbaycan Ozon Mərkəzi”
2. Ozon Mərkəzinin layihələrinin müxtəlif zavod və fabriklərdə həyata keçirilməsi.

Azərbaycan Respublikası 1996-cı ildə ODM-in istifadəsindən mərhələlər üzrə ç ıxarılmasına dair Vyana Konvensiyasını, Monreal pratokolunu və müvafiq düzəlişləri ratifikasiya etmişdir.Respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində yaranmış işçi qrupunun və BMT ekspertlərinin 1997 – ci ildə apardıqları xüsusi araşdırmalarına görə, Respublikamız ODM – in istifadəsinə görə Cənubi Qafqaz respublikaları arasında 1 – ci yerdə olmuşdur. Respublikamızda ODM ümumi miqdarı 965.7 tondur.Bundan 459.4 XFK; 501.1 ton halon; 0.1 ton metilbromid; 5.1 ton HXFK; 0.05 ton metilxlorbromun payına düşmüşdür. BMT – nin Ətraf mühit və inkişaf proqramları Azərbaycan Respublikasında 6 layihə həyata keçirir. Bu layihələrə əsasən Azərbaycana Qlobal Ekologiya Fondu tərəfindən 7 milyon ABŞ dolları dəyərində qrant ayrılmışdır.Bu vəsaitin 95% - ni Respublikaya BMT – nin İnkişaf Proqramı xətti ilə göndərilən avadanlıqlar təşkil edir.Layihənin həyata keçirilməsinə nəzarət etmək üçün Azərbaycan Ozon Mərkəzi yaradılmışdır. Azərbaycan hökümətinin strategiyası aşağıdakı kimi müəyyən edilmişdir: - 2001 – ci ildən 2006 – cı ilə kimi XFK soyuducu agent kimi müstəsna hallarda istifadə olunmasına yol verilməklə 2002 – ci ilə kimi XFK və halonların idxalının dayandırılması; - Monreal protokolunun 2 – ci maddəsinə görə ölkələrə təyin olunmuş HXFK və metal – bromidin istifadəsinin tədricən dayandırılması qrafikinə riayət etmək; - ODM olmayan texnologiyanın tətbiq edilməsi üçün Azərbaycan Respublikasının sanayesinə QEF və başqa beynəlxalq təşkilatlar (UNDP, UNEP, Dünya bankı və s.) tərəfindən yardım edilməsi; - ODM istifadəsinin dayandırılma prosesinin effektivliyinin və əhəmiyyətinin hazırlanması; - ODM idxalına nəzarət etmək üçün lazım olan lisenziyalaşdırma prosesinin işlənib hazırlanması. Azərbaycan Ozon Mərkəzinin fəaliyyəti BMT – nin Azərb. Respublikasında 2000 – ci il insan inkişafı haqqında hesabatında da öz əksini tapmışdır. BMT – nin Ətraf Mühit Proqramının Paris bürosunda Azərbaycan Respublikasının guşəsi açılmışdır və əldə olunan nailiyyətlər mütamadi olaraq orada nümayiş etdirilir. Çinar soyuducular zavodunda ODM istifadə edən sexlərin yenidən qurulması, kamera və şkafların izolyasiyasının hazırlanması zamanı istifadə olunan XFK – 11 – in əvəzinə yeni ODM olmayan tsiklopentanın istifadə üçün müasir avadanlıqların quraşdırılması, ODM olmayan HFK – 134a və HK – 600 ilə işləyəcək soyuducuların istehsalı nəzərdə tutulmuşdur.Layihəyə əsasən İtaliyanın «Cannon» və «Galileo» firmaları lazım olan müasir avadanlıqları «Çinar» istehsalat Birliyində quraşdırmışlar, qurğular artıq istifadə üçün tam hazırdır. Soyuducu agentlərin bərpası və yenidən istifadəsi üçün Milli Proqramın həyata keçirilməsi (ABŞ – ın RTİ firması tərəfindən) layihəsinə əsasən 2000 – ci ilin fevral ayından başlayaraq Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Əli Bayramlı, Lənkəran, Şəki, Xaçmaz, Şamaxı, Masallı, Göyçay, Qazax, Bərdə şəhərlərində 32 bərpa və yenidənistifadə Mərkəzləri yaradılmış və avadanlıqlarla təmin edilmişdir. Ozon Mərkəzi tərəfindən bu avadanlıqların bütün təlimatları azərbaycan dilinə çevrilmişdir.Layihə müddətində 31 tondan artıq XFK – 12 bərpa ediləcək, təmizlənmiş və yenidən istifadə edilmişdir. Layihəyə əsasən Respublikamızın yanğınsöndürmə idarələrində istifadə olunan halonların bərpası və yenidənistifadəsinin yerinə yetirilməsi üçün Avstraliyanın Chubb – Fire firması tərəfindən gətirilmiş avadanlıqlar Azərb.Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə Baş İdarəsinin proqramında yaradılmış Bərpa – Yenidən istifadə mərkəzində quraşdırılmışdır. Azərbaycan Respublikasının Halon Bankı yaradılmışdır.Bu layihə 2001 – ci ilin iyun ayında BMT – nin ekspertləri tərəfindən Azərb. Hökümətinə təhvil verilmişdir.
Sumqayıtın kompressorlar zavodunun istehsal sexlərinin HFC – 134 A və HC – 600 A kompressorların istehsal məqsədilə konvensiyası layihəsinə əsasən Sumqayıt kompressorlar zavodunun ODM istifadə etməyən kompressorlar istehsal üçün yenidən qurulması nəzərdə tutulmuşdur. İtaliyanın Sicplant firması tərəfindən Sumqayıt kompressorlar zavoduna müasir avadanlıqlar gətirilmişdir. Artıq Azərbaycan Respublikasında ozondağıdıcı olmayan soyuducu agentlə işləyəcək kompressorlar hazırlamaq üçün zavod tam hazırdır.Bu kompressorlar eyni zamanda «Çinar» İstnhsal Birliyində müasir soyuducuların hazırlanmasında istifadə ediləcəkdir.


Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə