Bakı İdarəetmə və Texnologiya Kolleci Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli İstifadə fənnindən mühazirələr


Ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə avtomobil hərəkətinin təşkili



Yüklə 137,16 Kb.
səhifə17/55
tarix06.06.2023
ölçüsü137,16 Kb.
#115700
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   55
muhazire.-etraf-muhitin-muhafizesi-ve-tebietden-semereli-istifade

Ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə avtomobil hərəkətinin təşkili. Atmosfer havasının çirklənmə səviyyəsini azaltmaq üçün şəhər küçələrində nəqliyyat yükünü nizamlayaraq onların bərabər paylanmasını təmin etmək lazımdır. Bu zaman hər şeydən əvvəl şəhərin strukturu – sənaye və yaşayış rayonlarının yerləşməsi, istirahət yerləri, mədəni-məişət xidməti obyektləri nəzərə alınmalıdır. Şəhərdə bütün küçələrin uzunluğunun təxminən 20-30 % -i magistral küçələrə düşür. Bu küçələrdə avtomobil hərəkətinin 60-80% -i cəmləşir, yəni magistral yollar orta hesabla digər yollara nisbətən 10-15 dəfə çox yüklənir. İri şəhərlərdə avtomobil «tıxacları» ciddi problem yaradır. Atmosferə ayrılan toksik maddələrin miqdarı yanacaq sərfindən, bu isə avtomobilin sürətindən asılıdır. Çox yüklənmiş küçələrdə nəqliyyat «çox ləng» hərəkət edərkən yanacaq 3-4 dəfə çox işlənir, bunun da nəticəsində atmosferə buraxılan zərərli maddələrin miqdarı çoxalır. İri sənaye şəhərlərində hərəkətin orta sürətini artırmaq məqsədilə yapon mühəndisləri hələ 1960-cı illərdə nəqliyyatın daha çox cəmləşdiyi yerlərdə çoxyaruslu avtomobil estakadlarının tikilməsini tövsiyyə etmişlər.
Rusiyada nəqliyyatın ən çox ağır ekoloji şərait vəziyyəti Moskva şəhərində yaranmışdır. Burada orta hərəkət sürəti 12km /saata enmiş, dayanmadan orta hərəkət uzunluğu 400-500 m – dir. Hər 4 – cü avtomobilin mühərriyi dövlət standartının tələbinə cavab vermir. Yaşayış evlərinin pəncərəsi altında havanı hər gün yüzlərlə maşın mühərriyi qızdırır. Yeraltı yollar çox avtomobil toplaşan yolayrıcılarının yükünü azaldır. Belə ki, svetoforun yanında avtomobillər daha çox qaz verir və boş – boşuna dayanır. Küçələrin və meydançaların altında piyadalar üçün düzəldilən şaxələnmiş yeraltı tonnellər avtonəqliyyatın şəhər mühitinə zərərli təsirini azaldır. Hazırda belə tonnnellər Moskvada 400 – dən artıqdar.Bakı şəhərində isə 10- a qədərdir . Şəhərin girəcəyində iri yük maşınları üçün tikilən xüsüsi terminallar da şəhər daxilində avtomobillərin sayını azaldır. Belə terminallarda gözətçi dayanacaqlar, mehmanxana, yeməkxana, kafe, duş, kömrük məntəqəsi, avtoservis və s. kompleksi fəaliyyət göstərir. Avtomobil nəqliyyatında ekoloji təhlükəsizliyin proqramında yol tikintilərinin həcminin artırılması və mövcud trasların rekonstruksiyası nəzərdə tutulur. Əsas məqsəd – avtomobillərin hərəkət sürətini 50 – 60 km / saata çatdırmaqdır. Avtomobil nəqliyyatının əhaliyə zərərli təsirini azaltmaq üçün effektiv tədbirlərdən biri də şəhərdə piyada zonaları təşkil etmək və ora nəqliyyat vasitələrinin getməsini qadağan etməkdir. Nəqliyyat tonnelləri intensiv nəqliyyat axını istiqamətində tikilməli, nəqliyyat və piyada hərəkətlərini müxtəlif səviyyələrdə bölüşdürməlidir. Xüsusi avtomobillər yaşayış evlərinin, xiyabanların, uşaq meydançalarının yanında yerləşdirilir, bu isə şəhər əhalisinin şəraitini pisləşdirir. Xüsusi avtonəqliyyatın saxlanması problemini həll etmək məqsədilə çoxmərtəbəli qarajlar, mehmanxanalar tikilir.



Yüklə 137,16 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə