Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə35/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   ...   31   32   33   34   35   36   37   38   ...   47

 
 
118 
çilərin  fikrini  yayındırmaq istəyən  şair  həm  də  ürəyindən 
keçənləri deməkdən də qorxmur.  
Bütövlükdə «Göy göl» şeiri Azərbaycan  poeziyasında 
istiqlal həsrətinin təbiət vasitəsilə, peyzajla simvolik tərən-
nümünün ən yaxşı örnəyidir. Bu fikri şeirin romantik pafo-
suna,  poetik    vüsətinə  və  məna  tutumuna  da  aid  etmək 
olar. Görün şairin həsrətdən yorulmuş Göy gölü  (simvolik 
mənada Azərbaycanı) «bir yorğun pəri»yə, «dağların  ma-
ralı»na    uykusunu  (yuxusunu)  səbrə,  təmkinə,  üzünü  aya, 
ulduza bənzətməsi, bunun poetik ifadəsi  necə də həzin və 
yanıqlı səslənir:  
 
Kəsin eyşi-nuşi, gələnlər, susun,  
Dumandan yorğanı, döşəyi yosun.  
Bir yorğun pəri var, bir az uyusun,  
Uyusun dağların maralı Göy göl! (42, 231) 
 
 
Bu  yanğının  içində    üçrəngli  bayrağımızın  simvolları 
da  gizlənmişdir.  «Dumandan  yorğan»  –  bayrağımızın  
üstündəki  millətimizin,  türklüyümüzün  rəmzi  olan  mavi 
rəngi,  «döşəyi  yosun»  –  dinimizin,  islamın  rəmzi  olan 
yaşıl rəngi bildirir. Bu yorğan-döşəyin içində  uyuyan Göy 
göl  isə  üzərinə  göydəki  ay-ulduzun  əksi  düşmüş  istiqlala 
qovuşacaq Azərbaycanımızın  rəmzidir. 
Ruhu, ideyası və gözəlliyi bir-birini tamamlayan «Göy 
göl» 
bolşevik 
tənqidçilərin 
yuxusunu 
qaçırırdı. 
M.Quliyevə  görə,  «daxili  mühacir»  olan   Ə.Cavadın  suçu 
ondadır  ki,  «bir  dağ  gölü»nün  kənarında  oturaraq  keçmiş 
günləri, 
«o 
Azərbaycanı» 
(Xalq 
Cümhuriyyəti  
Azərbaycanını  –  A.M)  düşünmüş,  iflas  etmiş  müsavat 
ziyalılarının  keçmiş  «əzəmət»  xülyası  ilə  yaşayaraq  ömür 
keçirdikləri  «uzaq  ölkələrə»  (Türkiyəyə  –  A.M.)  salam 
göndərmişdi» (43, 93). Guya Ə.Cavad  «Göy göl»ü siyasi 


 
 
119 
ideallarının,  ruhi  yaşantısının  simvolu  kimi»  verir  (57), 
«Göy göl»ün füsnkar və simvolik mənzərəsindən ruhlanır, 
yeni  həyatı  görmür  (56).  C.Əfəndizadə  isə    öz  qəzəbini 
uydurma  sözlərlə  bildirirdi:  «Göy  göl»  mənzuməsində 
Cavad… 
bir 
mistisizm, 
bir 
zövqpərəstlik, 
bir 
bədiəpərvərlik  göstərir.  Bugünkü  həyatdan  o  qədər 
uzaqlaşır  ki,  oxuyanlar  «Göy  göl»də  simvolizm  və  ya 
alleqoriya    görmək  istəyirlər»  (51;  43,  95).  Halbuki  
professor  Y.Qarayevin  yazdığı  kimi,  «…  cəsarətlə  demək 
olar ki, poeziyanın qədəhini Göy göldən doldurub içən ilk 
təbiət  aşiqi  və  nəğməkarı  Əhməd  Cavaddır».  Hətta 
Ə.Cavadın  yazdığı  «Göy  göl»ün  «kamillikdə,  bədiilikdə 
də  birinciliyini»  sonrakı  bütün  Göy  göl  vurğunları  – 
Səməd Vurğun da etiraf edib» (79, 7). 
 
3.2. 
Şairin  irsi  Azərbaycan  mühacirlərinin 
araşdırmalarında    
 
Məlum olduğu kimi, Ə.Cavad Azərbaycan Xalq Cüm-
huriyyətinin  fəallarından  biri  kimi  dövrün  ictimai-ədəbi 
mühitinin  də  diqqət  mərkəzində  idi.  Odur  ki,  onun  haq-
qında    həm  milli  müstəqillik  dövründə,  həm  də  1920-ci 
ilin 
aprel 
çevrilişindən 
sonra 
M.Ə.Rəsulzadə, 
M.B.Məmmədzadə,  H.Baykara,  Ə.Cəfəroğlu  və  başqaları 
qiymətli  fikirlər  söyləmişlər.  Aprel  işğalından  az  sonra 
M.Ə.Rəsulzadənin  qələmə  aldığı  «Əsrimizin  Səyavuşu» 
əsərində  Ə.Cavada  da  yer  ayrılması  bu  diqqətin  nəticəsi 
idi.  Ancaq  qeyd  etmək  lazımdır  ki,  M.Ə.Rəsulzadənin 
«Əsrimizin  Səyavuşu»  əsərində  Azərbaycan  və  Türkiyə 
şairlərinin  ədəbi-mədəni  yaradıcılıq  ənənələri  haqqında 
söylədiyi    məşhur  fikri  bəzi  alimlərimiz  hərfi  mənada 
qəbul  edərək qeyri-elmi  və tamamilə  səhv   nəticəyə gəlib 


 
 
120 
bildirmişlər  ki,  guya  Azərbaycan  şairlərindən  H.Cavid, 
M.Hadi, Ə.Cavad türk şairlərindən Ə.Hamid, N.Kamal  və 
M.Ə.Yurdaqulun tamamilə təsiri altında  olmuş,  onları hər 
hansı  şəkildə  təqlid  və  təkrar  etmişlər.  Həmin  yanlış 
fikirlərə  filologiya  elmləri  doktoru,  professor  Vaqif 
Sultanlı və filologiya elmləri namizədi Tural Hüseynli çox 
aydın  və  dəqiq  cavab  vermişlər.  V.Sultanlı  Ə.Cavad 
haqqında  ədəbiyyatşünaslıqda  özünə  yer  alan  bəzi  başqa 
fikirlərdən danışıb,  onlara  elmi aydınlıq  gətirdikdən  sonra 
yazır:    «Əhməd  Cavad  və  Məhəmməd  Əmin  Rəsulzadə 
mövzusu  ilə  bağlı  digər  yanlış  bir  faktın  da  aydın-
laşdırılmasına  ehtiyac  vardır.  Əhməd  Cavad  irsinin 
tədqiqatçılarından  biri,  filologiya  elmləri  doktoru  Əli 
Saləddin  guya  Məhəmməd  Əmin  Rəsulzədənin  Əhməd 
Cavadı  oğulluğa  götürmüş  olduğunu  qeyd  edir.  Əslində 
bu,  tarixi  həqiqətə  uyğun  deyildir.  Məhəmməd  Əmin 
Rəsulzadənin  «Əsrimizin  Səyavuşu»  əsərində  türk 
münəvvərlərinin  Azərbaycan  yazıçılarını  oğulluğa  götür-
məsi ilə bağlı məqamlar vardır. Burada Əbdülhəq Hamidin 
Hüseyn  Cavidi,  Namiq  Kamalın  Məhəmməd  Hadini, 
Məhəmməd Əminin isə Əhməd Cavadı oğulluğa götürməsi 
qeyd  olunur.  Aydın  məsələdir  ki,  Türkiyə-Azərbaycan 
mənəvi  əlaqələrindən  söhbət  gedirsə,  burada  Əhməd 
Cavadın  mənəvi  atası  kimi  Məhəmməd  Əmin  Rəsulzadə 
deyil,  türk  şairi  Məhəmməd  Əmin  Yurdaqul  nəzərdə 
tutulmuşdur» (115, 86-87).  
Həmin  məsələ  haqqında  danışarkən  T.Hüseynli  daha 
ətraflı və müfəssəl fikir söyləməyi lazım  bilmişdir. O, bir 
qədər  də  üsyankarlıqla  və  sərt  şəkildə  yazır: 
«…M.Ə.Rəsulzadənin  sözlərini  müstəqim  mənada  qəbul 
etmək  olmaz.  M.Ə.Rəsulzadə  haqqında  söz  gedən  məsələ 
ilə  əlaqədar  fikrin  ifadəsində  qeyri-dəqiqliyə  yol 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə