Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети



Yüklə 375,3 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix06.02.2018
ölçüsü375,3 Kb.
#26424
1   2   3   4   5   6   7   8   9   10   ...   13

22 

 

 Məsələn, mikroskop altında sapın en kəsiyi bildiyimiz kimi ən çox çevrəyə və ya 



ellepsə yaxındır ( -pambıq, kətan).  

Yəni lifın en kəsiyini bir neçə dəfə ölçmekle tapırlar. Buna görə də parça liflərinin 

en kəsiyini şərti olaraq düz silindr kimi qəbul etmək olar. 

3.  Lifm miqdarı. 

İplikdə lifın miqdarını da düstur vasitəsilə hesablamaq olar. 



op

N

Nb

              (3) 

Burada:      n-ipliyin en kəsiyində olan lifın miqdarı;  

Nb-lifın orta nömrəsi;  

Nnp-ipliyin orta nömrəsini göstərir. 

4.   İpliyin burulması. 

İpliyin  burulma  dərəcəsinin  onun  möhkəmliyinə,  uzanma  xassəsinə,  codluğuna, 

xarici görünüşünə və s. çox böyük təsiri vardır. 

İpliyin burulması onun 1 m-də olan burğuların sayı ilə göstərilir. Burulmaların sayı 

liflərin növündən, ipliyin nazikliyindən və təyinatmdan asılıdır. 

Burulmaların miqdarını hesablamaq üçün aşağıdakı düsturdan istifadə etmək olar: 

R= A V

N

~



       

(4) 


Burada:      K-l m-də olan burğuların sayı;  

N-ipliyin metrik nömrəsi;  

A- əmsal. 

Cədvəl 7. 

Buruq əmsalı 

Əyilmə bucağı 

Buruq əmsalı 

Pambıq üçün 

4-17° 

90-200 


Kətan üçün 

2-6° 


75-115 

Yun üçün 

3-3° 

55-150 


Ipək üçün 

20-2° 


30-90 

 

5.   İpliklərin qınlma möhkəmliyi. 


23 

 

İpliklərin möhkəmliyi onların sapınm müəyyən yüklə qırılması ilə izah olunur. Bu 



əməliyyat  cihazda  aparılır.  Möhkəmlik  lifın  keyfıyyətindən,  əyirmə  üsulundan, 

burulmanın miqdarından və s. asılıdır. 



6. Qınlma uzunluğu. 

Qırılma  uzunluğu  iplik  və  sapları  qıran  zaman  əmələ  gəlir.  Qırılma  sapın  öz 

ağırlığı ilə bir də əlavə yük hesabına olur. 

Qırılma uzunluğu aşağıdakı düstur ilə hesablamaq olar və ya: 

A = N P       (5) 

Burada:      A-qınlma uzunluğu, m; 

N-sapın nömrəsi; 

P-sapın möhkəmliyi, qr ilə göstərilir. 

7.  İpliklərin hamarlılığı. 

İpliyin  xüsusiyyəti  onun  əsas  keyfıyyət  göstəricilərindən  biridir.  İpliyin  bu 

xassəsi onun nömrəsindən, qov verilmə dərəcəsindən və s. asılıdır. 

İplik  hamar  olmadıqda  toxunma  zamanı  yüksək  keyfıyyətli  məhsul  almağa 

mane  olur.  Buna  görə  də  hazırkı  əyirmə  sənayesinin  qarşısında  qoyulmuş 

məqsədlərdən biri də odur ki, hamar və bərabər lif istehsal edilsin. 

İpliklərin  bərabərliyin  tapmaq  üçün  mikroskop  altında  ölçüb  hesablayırlar. 

Eyni  zamanda  ipliyin  diametrini  ölçən  zaman  əldə  edilən  məlumat  onun 

bərabərliuyinin təyin edilməsinə imkan yaradır. 

Ümumiyyətlə,  sapın  və  ipliyin  keyfıyyəti  lifın  keyfıyyətindən,  lifın 

qatışdırılmasından, 

didilməsindən, 

yumşaldılmasından 

və 


düzgün 

emal 


edilməsindən asılıdır. 

 

 



 

 

 



 

 



24 

 

BÖLMƏ II.  TƏDQIQAT HİSSƏSİ. 



2.1.  TƏDQİQAT OBYEKTİNİN SEÇİLMƏSİ. 

 

Tədqiqat  üçün  prof.Q.N.Kukin  və  prof.A.N.Solovyovun  tədqiqatları  əsasında 



toxuculuqda  istifadə  edilən  müxtəlif  növ  və  quruluşa  malik  olan  iplik  və  saplar 

götürülmüşdür.  Lif  tərkibinə  görə  təbii,  həm  kimyəvi  liflərdən  alınan  iplik  və 

saplar  nəzərdən  keçirilir.  Çünki  iplik  və  sapların  lif  tərkibindən  və  quruluşundan 

asılı  olaraq  xassələri  dəyişir,  bu  da  bilavasitə  ondan  istehsal  olunan  parçanın 

istehlak xassəsinə təsir edir. Bizim də məqsədimiz həmin dəyişikləri öyrənməkdən 

ibarətdir.  Ona  görə  də  biz  əvvəlcə  pambıq,  kətan,  yun,  təbii  və  kimyəvi  ipəyin 

keyfiyyət  göstəricilərini  vermişik.  Ondan  sonra  həmin  iplik  və  saplardan  toxunan 

parçaların  istehlak  xassələrinə  bu  sapların  necə  təsir  etməsini  tədqiq  etmişik. 

Parçaların  hiqroskopliyini  təhlil etdikdə  tədqiqat  üçün bilavasitə ştapeL polotnosu 

(viskozdan,  kaprondan,  ipəkdən)  pambıq,  parça,  lavsan  iplikli  parça,  qarışıq 

iplikdən  polotno  (70%  kapron  30%  ipək;  50%o  kapron  və  50%>  ipək;  30%o 

kapron və 70%> ipək) istifadə edilmişdir. 

Parçanın  gigiyenik  xassələrini  təyin  etdikdə  zərif  yundan  olan  parça,  cod 

yundan  mahud  parça,  kostyumluq  pambıq  parça,  sıxlaşdırılmış  dəyişəklik  parça, 

qrebyun parça, orta sıxlıqlı dəyişək parça və tənzif götürülmüşdür. 

Parçanın  istilik  saxlamağı  yoxlanarkən  pambıq,  bez,  şüşə  parça,  pambıq 

flanel,  yun  parça,  pambıq  və  viskozdan,  odeyal,  qarışıq  yun  vaylok,  şüşə  vaylok, 

geyim  üçün  vatin,  süni  xəz,  iki  qat  pambıq  vatin,  ştapel  üçün  mahud,  flanel, 

moleskin, yun dioqanal, bez götürülmüşdür. 

Parçanın mexaniki xassələrini tədqiq etdikdə xam pambıq parça polotno, sarja 

və  sətin  toxunuşlu;  flanel  sətin  toxunuşlu  viskoz,  asetat  və  neylon  parçalar  sarja 

toxunuşlu götürülmüşdür. 

 

 

 



 


25 

 

2.2.   PARÇANIN İSTEHLAK XASSƏSİNİN 



FORMALAŞMASINDA İPLİK VƏ SAPLARIN LİF TƏRKİBİNİN VƏ 

QURULUŞUNUN ROLU. 

2.2.1. Pambıq lifinin tərkibi, quruluşu və xassəsi. 

 

Məlumdur  ki,  parçaların  istismar  və  gigiyenik  xassələri  onların  həmçinin, 



estetik  xassələri  həmin  parçanın  istehsalına  sərf  edilən  toxuculuq  liflərinin 

quruluşundan  və  xassələrindən  asılıdır.  Hər  bir  toxuculuq  lifınin  özünəməxsus 

quruluşu və xassəsi olmaqla yanaşı, onların həmçinin özünəməxsus xassələri vardır 

ki, parçanın xassələri də müvaflq olaraq həmin xassələrdən asılıdır. 

Ümumiyyətlə, toxuculuqda işlədilən liflər iki əsas qrupa ayrılır: 

1.  Təbii liflər; 

2.  Kimyəvi liflər. 

Bunlar  isə  hər  biri  özülüyündə  qrup  və  yarım  qruplara  ayrılır.  Məqsədimiz 

toxuculuqda ən çox istifadə edilən təbii və kimyəvi liflərinin xarakterizə etmək və 

bu  xassələrin  gələcəkdə  parçaların  istehlak  xassəsinə  necə  təsir  etməsini 

araşdırmaqdan ibarətdir. 

Pambıq  lifi  pambıq bitkisindən alınır  ki, bu  respublikamızın  isti rayonlarında 

yetişdirilir.  Pambıq  lifinin  uzunluğu  1  mm-dən  50  mm-ə  kimi  ola  bilər.  20  mm 

qədər  uzunluqda  olan  pambıq  lifindən  toxuculuqda  istifadə  olunur.  Buna  görə  də 

pambıq  lifinin  uzunluğuna  görə  3  qrupa  ayırırlar:  Bunlardan  əyiricilik  üçün 

yararsız  liflərin  uzunluğu  1-20  mm  arasında  dəyişir;  orta  uzunluqlu  liflərin 

uzunluğu isə 28-37 mm olur, uzun liflərinin isə uzunluğu 35-50 mm olur. 

Pambıq  lifinin  uzunluğu  parçanın  bir  çox  xassələrinin  formalaşmasında  çox 

böyük  əhəmiyyəti  vardır.  Belə  ki,  qısa  pambıq  lifındən  ancaq  yoğun  tiftikli  iplik 

almaq olar. Bu ipliklərdən ancaq tiftikli parç.alardan   flanel,    bayka,   sukno   və   

s.    parçalan   istehsal   etmək mümkündür. Lakin uzun lifli pambıqdan isə nazik 

və  hamar,  həmçinin  davamlı  ipliklər  almaq  olur  ki,  bunlardan  daha  yüksək 




Yüklə 375,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə