Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети



Yüklə 375,3 Kb.
Pdf görüntüsü
səhifə9/13
tarix06.02.2018
ölçüsü375,3 Kb.
#26424
1   ...   5   6   7   8   9   10   11   12   13

29 

 

Yuxarıda  göstərilditi  kimi  pambıq  lifinə  nisbətən  kətan  lifinin  mexaniki 



möhkəmliyi  3  dəfədən  çox  artıqdır.  Bu  hər  şeydən  əvvəl  həmin  liflərin  yüksək 

dərəcədə  polimerləşməsi  ilə  əlaqədardır.  Kətan  lifınin  də  elstikliyi  aşağıdır.  Ona 

görə  də  ondan  istehsal  edilən  parçaloarın  üzəri  daha  tez  əzildiyindən  paltarların 

xarici  görünüşü  çox  aşağı  səviyyədə  olur.  Hiqroskopikliyinə  görə  kətan  lifı 

pambıqdan  daha  üstün  sayılır.  Belə  ki,  havanın  nisvi  rütubəti  65%  temperatura 

20°C  olduqda  lifın  hiqroskopikliyi  12%-ə  qədər  çatır.  Bu  xüsusiyyətini  nəzərə 

alaraq,  kətan  lifındən  istehsal  edilən  geyim  qrupuna  daxil  olan  parçalara  əhali 

tələbi böyükdür. 

Kətan  lifınin  hiqroskopiklik  xassələrindən  istifadə  edərək,  onlardan  dəsmallıq 

parçalar istehsalında da istifadə edilir. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


30 

 

2.2.3. Yun lifi tərkibi, quruluşu və xassələri. 

 

Yun lifi və onun xassəsi: yun lifı toxuculuq sənayesi üçün ən qiymətli xammal 



sayılır.  Bu  lifin  çox  gözəl  əyricilik  xassələri,  həmçinin  qeyri-xassələri  onlardan 

daha geniş istifadə olunmasına səbəb olur. Bu lifdən istehsal olunan parçalar xarici 

görünüşünə,  mexaniki  və  gigiyenik  xassələrinə  əsasən  bütün  qeyri-liflərdən 

istehsal edilən parçalardan üstün sayılır. 

Ölkəmizdə  qoyunçuluğun  inkişafı  daha  çoxlu  növlərdə  yun  lifı  istehsal 

edilməsinə şərait yaratmışdır. 

Yunlifınin  uzunluğu  onlardan  istehsal  edilən  parçanın  xassələrinə  təsir 

göstərən  əsas  amillərdən  biridir.  Belə  ki,  yun  lifi  nə  qədər  uzun  olursa,  onun 

əyiricilik qabiliyyəti də üstün olur. Pambıq lifindən fərqli olaraq yun lifınin ən qısa 

uzunluğa  malik  olan  50-90  mm  təşkil  edir.  Ən  uzun  lifı  zərif  cinsli  qoyunlardan 

istehsal  edilir.  Yun  lifınin  uzunluğunun  texnoloji  cəhətdən  də  əhəmiyyəti 

böyükdür.  Belə  ki,  uzunluğundan  asılı  olaraq  onlara  məhdudluq  və  komvol  (şal 

parçalar) yuna ayırırlar. Mahud yun lifınin uzunluğu 50  mm olur. Bunlar qısa yun 

lifləridir ki, mahid parça istehsalında tətbiq edilir. 

Şal  parçaların  istehsalında  tətbiq  edilən  yunların  uzunluğu  isə  60-120  mm 

olur. Bu liflər əsasən kavirkot, baston, qabardin və s. parçaların istehsalında tətbiq 

edilir. 

Yunli  fınin  nazikliyinin  də  çox  böyük  əhəmiyyəti  vardır.  Belə  ki,  yun  lifı  nə 

qədər  nazik  olsa,  ondan  istehsal  edilən  məhsulun  keyfıyyəti  də  bir  o  qədər  yaxşı 

olar. 


Daxili  quruluşca  yun  lifi  qeyri-təbii  liflərdən  fərqlənirlər.  Belə  ki,  bunlar 

dalğavari quruluşa malik olub, əsasən spiral şəkilli olurlar. Yun lifı nə qədər nazik 

olursa,  o  qədər  də  qıvrım  olur  ki,  bu  onun  əyiricilik  xassələrinin  yüksəldilməsinə 

səbəb  olur.  Məlum  olduğu  kimi,  yun  lifınin  üzəri  xırda  pulcuqlarla  örtülmüşdür. 

Yunl  ifınin  pulcuqlara  malşik  olması  yun  lifındən  istehsal  edilən  parçaların  daha 

yaxşı  istilik  saxlamasına  imkan  verir.  Belə  ki,  əyiricilikdən  keçirilmiş  yun  lifı 




31 

 

toxuculuq  prosesində  bir-birini  yaxşı  yapışır  və  eyni  zamanda  pulcuqlar  arasında 



müəyyən  miqdar  hərəkət  etməyən  hava  kütləsi  qalır  ki,  bu  onların  istilik 

saxlanılmasının  artımasına  səbəb  olur.  Ədəbiyyat  mənbələrindən  məlumdur  ki, 

hava istiliyi ən az keçirən təbəqə hesab edilir. 

Yun  lifınin  forması  bir  neçə  cür  olur  ki,  bunlar  parça  istehsalında  istifadə 

edildikdən müəyyən qarşıqlar halında tətbiq edilir. 

Yun lifınin tərkibinin bir çox qeyri-üzvi maddələrlə xüsusi ilə keratin maddəsi 

ilə  zəngin  olması  onların  turşuya  qarşı  davamlılığını  artırır.  Bu  xassəsi  yun  lifin 

materiallardan texniki məqsədlərdə istifadə edilməsinə səbəb olur. 

Başqa  liflərdən  fərqli  olaraq  yun  lifı  qələvilərin  təsirinə  davamsızdırlar.  Bu 

yenə  də  onların  tərkibindəki  maddələrin  qələvi  təsirindən  tez  parçalanması  ilə 

əlaqədardır. 

Yun  lifınin  işıq təsirinə qarşı davamlılığı onun ən  yaxşı xassələrindən biridir.  

Belə  ki,  yun  lifındən  istehsal  edilən  paltarların  əksəriyyəti  gün  altında 

geyildiyindən (palto, kostyum və s.) gün işığının daimi təsiri altında olur. 

Yun  lifınin  gün  işığına  qarşı  davamlılığı  heyvanların  cinsindən,  onların 

sağlamlığından və yemlənmə şəraitindən də çox asılıdır. 

Yun  lifınin  dartılmağa  qarşı  orta  davamlılığı  15-18  qs/mm

2

  götürülür. 



Göründüyü kimi bu qeyri-təbii liflərə qarşı daha az göstəricidir. Buna baxmayaraq, 

yun  parçalardan  başqa  liflərə  nisbətən  daha  çox  istifadə  olunur.  Bu  hər  şeydən 

əvvəl onunla izah edilir ki, yun lifınin pulcuq qatı elastik və plastik uzanmaya qarşı 

daha davamlıdır, həmçinin sürtünmə təsirindən öz xassələrini az dəyişir. 

Dartınma  zamanı  uzanma  qeyri-liflərə  nisbətən  yun  lifındə  daha  çoxdur. 

Müxtəlif  növ  uzanma  yun  lifındə  25-35%  təşkil  edir.  Yunlifı  isti  şəraitdə  özünün 

elastikliyə  qarşı  uzanması  ilə  də  fərqlənir.  Bu  hər  şeydən  əvvəl  yun  lifınin 

qıvrılması ilə əlaqədardır. Məhz bu xassələri yun lifındən istehsal edilən parçaların 

mexaniki,  fiziki  xassələrinin  yaxşılaşmasına  və  bu  məmulatların  başqaları  ilə 

müqyisədə daha keyfıyyətli olmasına səbəb olur. 

Bu  xassələri  ilə  yanaşı,  yun  lifı  yüksək  hiqroskopiklik  xassələrə  də  malikdir. 

Havanın  nisbi  eütubətinin  normal,  temperaturasının  20°C  olarkən  yun  lifındə  40-




Yüklə 375,3 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə