Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети



Yüklə 375,3 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix06.02.2018
ölçüsü375,3 Kb.
#26424
1   2   3   4   5   6   7   8   9   ...   13

12 

 

Qorfon sapı mexaniki təzyiqlə (presləmə) sonra termofıkasiya üsulu ilə alınır: 

iki  kompleks  sap  büzməli  qurğudan  keçir  və  qıvrımlığını  fıksasiya  etmək  üçün 

preslənmiş  halda  termokameraya  verilir.  Qorfon  sapları  həcmli,  xovlu,  dartılan 

sapa  nisbətən  az  elastikdir,  onlarda  100%-ə  qədərdir.  Bu  üsulla  həmçinin,  ajilon 

sapı hazırlanır ki, bundan xalça istehsal edilir. 

Dartılan saplar meron (kapron), melan və belan (lavsan) da yüksək elastik sap 

kimi  alınır,  lakin  burada  əlavə  termo  emal  əməliyyatı  aparılır.  Bu  zaman  elastik 

üçün  xarakterik  olan  spirala  oxşar  qıvrımlıq  sinusoidala  keçir  və  bu  vəziyyətdə 

fıksirləşir. Bu saplar xovlu, yumşaqdır, onların elastikliyi 30-50%-dir. 

Bundan  başqa  saplar  almaq  üçün  əvvəldən  stabilizə  edilmiş  trikotaj  polotno 

sökülür. Bu effektli üsulu sapın elastikliyini və qıvrımlığını təmin edir. 

Kombinə  edilmiş  teksturalı  saplar  müxtəlif  yığılmağa  malik  olan  sapların 

birləşməsi  və  eşilməsi  yolu  ilə  alınır.  Bu  saplar  termiki  emaldan  sonra  teksturalı 

saplara məxsus olan tipik xassələri (qıvrımlıq, xovluluq, boş) alır. Ən geniş yayılan 

asetat-kapron sapları-akon, komelandır. 

Dartılmayan  saplara  ilgəkli  aeron  sapı  daxildir.  Bu  sap  Çexoslovakiyada 

mirlon,  ABŞ-da  qasman,  fıkotes,  ADR-də  nefafıl  adlanır.  O  aerodinamik  üsulla 

alınır;  kompleks  poliamid  sapına  hava  axını  təsir  edir.  Sapın  hərəkət  sürətindən 

asılı olaraq elementar sapın nömrəsi, sapın ilgək quruluşunun hava axınının təzyiqi 

müxtəlif  olur.  Sapın  quruluşu  isti  hava,  yaxud  buxarla  fiksirləşdirilir.  Aeron  tipli 

sapın  elastikliyi  normala  yaxınlaşdınhr,  10-20%-dir.  Kombinələşdirilmiş  ilgəkli 

sap  iki  sapdan  ibarətdir:  özək;  bu,  yüksək  həcmli  sapın  əsasıdır  və  geydirmə  sap 

həcmlilik  effektini  yaradandır.  Forsunkaya  geydirmə  və  əsas  sapların  verilmə 

sürətinin  dəyişməsindən  müxtəlif  ilgək  sapları  alınır.  Kombinələşdirilmiş  ilgəkli 

sapın istehsahnda növ və nömrəsinə görə fərqlənən əsas sap işlədilir. 

Teksturah (yüksək həcmli) iplik müxtəlif yığılmağa malik liflərin qarışığından 

adi əyilmə üsulu ilə alınır. Bir qayda olaraq müxtəlif yığılmağa malik paşakrilnitril, 

yaxud  sopolimer  lifləri  işlədilir.  Qarışıq  liflərdən  olan  iplik  mexaniki  dartılmadan 

rütubətli-isti  emaldan  keçirili.  Bu  zaman  lifin  bir  hissəsi  yığılır  və  sapın  ümumi 




13 

 

uzunluğu  qısalır,  nəticədə  lifin  o  biri  hissəsi  deformasiya  edir  və  ipliyin  səthinə 



burum və ilgək halında çıxan qıvrım əmələ gəlir və az elastikliyə malikdir. 

Armaturlaşmış iplik nüvə və xarici qabıqdan ibarətdir. Nüvə kimi kompleks 

kapron  sapı  tətbiq  edilir  ki,  əyirici  maşında  başqa  lif  (pambıq,  kətan,  süni  lif 

təbəqəsi ilə örtülür. 

Armaturlaşmış  iplik  yüksək  mexaniki  möhkəmliyi,  yumşaqlığı,  xovluğu  ilə 

xarakterizə olunur. 

Rezin və elastomer saplar. 

Rezin  saplar  yaxud  rezin  damarlar  təbii  kauçukdan  olan  rezin  vərəqələrin  nazik 

kəsilməsi  yolu  ilə  alınır.  O  trikotaj  (corab-noski,  əlcək  məmulatı  ayaqqabı  və 

xırdavat istehsahnda işlədilir. 

Hazırda  poliuretan  əsasında  alınan  spandeks  tipli  elastomer  sapı  çox  geniş  tətbiq 

edilir. Bu sapların  yüksək elastikliyinə polimerlərin  fıziki-kimyəvi quruluşu səbəb 

olur. Bunların elastikliyi 700-800%>-dir. Spandeks rezindən çox möhkəm, yüngül, 

suya və işığa, havaya davamhdır. Spandeks sapları müxtəlif nömrədə hörülmüş və 

hörülməmiş hazırlanır. Hörgü üçün təbii və süni liflər (iplik) işlədilir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



14 

 

1.3.    İPLİK VƏ SAPLARIN KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNİN 



TƏHLİLİ. 

 

Toxuculuq  saplarının  qurululu  dedikdə,  onların  yoğunluğu,  məsaməliliyi, 



burğusu, en kəsiyinin forması, üzünün xarakteris, amma burulmuş sapların bundan 

başqa  parçanı  təşkil  edən  saplarınyerləşmə  xarakteri  və  sayı  nəzərdə  tutulur. 

Bunlardan ən mühümləri birinci üç element sayılır. Bu haqda yuxarıdakı suallarda 

ətraflı  danışmışıq.  Aşağıda  toxuculuq  sənayesində  işlədilən  iplik  və  sapların 

keyfıyyət göstəricilərini verək. 

Cədvəl 2-yə baxdıqda aydın olur ki, iplik və sapların lif tərkibindən və istehsal 

üsulundan  (quruluşundan)  asılı  olaraq  onun  özünün  istehlak  xassələri  dəyişir.  Bu 

da öz növbəsində parçanın istehlak xassəsinə təsir gösrtərir. Lakin yadda saxlamaq 

lazımdır  ki,  parçanın  istehlak  xassəsini  təyin  etdikdə  onu  biz  kompleks  halda 

müəyyən edirik. Çünki ayrıca parçaya iplik və sapın quruluşunun təsirini öyrənmək 

mümkün  deyil.  Yəni,  parçanın  istehlak  xassələrini  əvvəlcədən  ayrımaq  sonra  ona 

təsir  edici  amilləri  kompleks  öyrənmək  lazımdır.  Elə  bunu  nəzərə  alaraq  aşağıda 

elmi axtarışlar nətixcəsində aparılmış müşahidələrdən bir neçəsini misal gətirək. 

Tədqiqat  üçün  götürülən  nümunələr  əsasən  tədqiqatçıların  elmi  işlərindən 

götürülərək  praktiki  surətdə  analiz  edilərək  əsaslandırılmışdır.  Bu  nümunələr 

müxtəlif parça nümunələrinin bəzi istehlak xassələrinin tədqiqi ilə əlaqədardır. 

Yəni,  cədvəl  1-də  və  cədvəl  2-də  göstəricilərini,  cədvəl  3-də  və  cədvəl  4-də 

müqayisə  etdikdə  görürürk  ki,  parçaların  istehlak  xassələrinə  iplik  və  sapların 

quruluşu bilavasitə çox böyük təsir edir. 

İ.A.Dmitreyevanın göstəricilərinə görə parçanın iplik və saplarının tyərkibinə 

və quruluşuna görə istehlak xassəsinə təsirini nəzərdən keçirək. 

 

 



 

 



Yüklə 375,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə