Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети



Yüklə 375,3 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix06.02.2018
ölçüsü375,3 Kb.
#26424
1   2   3   4   5   6   7   8   9   ...   13

 

P.İ.Kıçkov;  İ.Y.Kittarı;  P.M.Yerçenko;  F.F.Bobrov;  A.Y.Arxangelski;  V.V.Linde; 



prof.Q.N.Kukin; A.H.Solovyov və s. misal göstərmək olar. 

Buraxıhş  işi  «Üzvi  və  qeyri-üzvi  liflərdən  olan  parçaların  keyfıyyətinin 

ekspertizası»  nin  həsr  edilmişdir.  İşin  I  bölməsində  nəzəri  cəhətdən  iplik  və 

sapların keyfıyyət göstəriciləri və keyfiyyətin qiymətləndirilməsi verilmişdir. 

II bölmələr tədqiqat  hissəyə aid edilir. Bu  bölmələrdə  geniş tədqiqat  işlərinin 

analizi  və  əsaslandırmaları  faktlarla  izah  edilir.  Sonra  iplik  və  sapların  parçanın 

istehlak xassəsinə təsirindən bəhs edilərək göstərilir ki, müasir dövrdə hansı çeşidli 

parçaların istehsah məqsədəuyğundur. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

BÖLMƏ I.  NƏZƏRİ HİSSƏ 



1.1.    İPLİK VƏ SAP HAQQINDA MƏLUMAT, ONLARIN ALINMASI VƏ 

STRUKTURASI 

Parça  polotnosunun  əsasını  iplik  və  saplar  təşkil  edir.  Çünki  parça  iki  sistem 

sapdan,  yəni  əriş  və  arğac  sapının  bir-birilə  çarpaz  toxunmasından  əmələ  gəlir. 

Toxunan  parçanın  gələcəkdə  istismar  zamanı  meydana  çıxan  bütün  istehlak 

xassələri  deməkolar ki,  onun toxunduğu  iplik  və sapın tərkibindən, quruluşundan, 

parçada toxunma qaydasından bilavasitə asılıdır. 

Əyilmə  üsulundan  asılı  olaraq  bütün  toxuculuq  sapları  ipliyə  (müəyyən 

uzunluğa  malik  liflərdən alınTr), sapa (sonsuz kimyəvi  liflərdən alınır), kompleks 

saplara  və  mono saplara ayrılır. Müəyyən  uzunluğa  malik olan  liflər təbii  liflərdir 

ki, buna pambıq, kətan, yun, kimyəvi liflərdən alınan ştapel lifləridir. 

İpliklərdə  olan  qısa  liflər  əyrilmə  prosesində  bir-biri  ilə  sürtünmə  gücü  ilə 

bağlanır. İpliyin  xassəsi  onun  lif tərkibi  ilə birlikdə, həmçinin onun əyrilmə  üsulu 

ilə də 

STX 


əlaqədardır. İpliyin əyrilməsi aşağıdakı proseslərdən ibarətdir: 

1.  Xammalın seçilməsi və lif kütləsinin təmizlənməsi; 

2.  Lifın didilməsi və lif kütləsinin təmizlənməsi; 

3.  Lifin daranması; 

4.  Lif lentinin bərabərləşdirilməsi; 

5.  Lif lentinin nazildilməsi; 

6.  Nəhayət ipliyin əyrilməsi. 

Əyirmə  axırıncı  proses  olub,  burulmuş  ipliyin  kağız-karton  patronlara 

sarınmasıdır.  Burulma  hər  bir  lif  üçün  müxtəlif  olub,  müəyyən  sərhəddə  qədər 

alınan ipin  möhkəmliyini artırır, ipliyin sıxlaşdırır, codlaşdırır və onun en kəsiyini 

azaldır. 

Pambıq, ipək iplikləri darama, qreb və aparat, yun ipliyi aparat və qrep, kətan 

ipliyi quru və yaş halda əyrilir. 

Kimyəvi  liflərdən  olan  ipliklər  istənilən  əyirmə  sistemi  ilə  alına  bilər. 

Yuxarıda  göstərdiyimiz  kimi  bütün  əyirmə  növləri  əyirici  maşınlarda  yerinə 

yetirilir.  




 

Bu  üsulla  əyirilən  ipliklər  çox  əmək  tələb  etdiyindən  axır  zamanlar  iplik  və 



sapların əyirilməsində aşağıdakı üsullardan istifadə edilir. 

Pnevmatik üsulla ipliyin əyrilməsi; 

Pnevmomexaniki üsulla ipliyin əyirilməsi. 

Hər  iki  üsul  aerodinamik  qanuna  əsaslanır.  Yəni,  ipliyi  əyirmək  üçün  müəyyən 

edilmiş  kameradan  ona  hava  axını  təsir  göstərir  və  bu  zaman  mərkəzdənqaçma 

qüvvənin təsiri nəticəsində lif və saplar bir-birinə dövrü olaraq dolaşır. 

Pnevmomexaniki  üsulla  ən  çox  qısa  liflər,  yəni  pambıq  lifındən  iplik  əyrilir. 

Pnevmatik üsulla isə sonsuz liflərdən saplar alınır. 

Parça istehsalında həm bircinsli, həm də çoxcinsli iplik və saplardan istifadə edilir. 

Ümumiyyətlə,  parça  toxunuşunda  müxtəlif  növ  iplik  və  saplardan  geniş  istifadə 

edilir.  Bu  çoxluğu  bir  çox  sənətşünasdlar  qələmə  alaraq  təsnifləşdirmiılər. 

Bunlardan biz S.S.Kolyadenko, V.T. Mesyaçenkonun təsnifləşdirməsindən istifadə 

edirik. Onların verdiyi təsnifatda iplik və saplar xammal tərkibinə, alınma üsuluna, 

quruluşuna, bəzək növünə və təyinatına görə təsnifləşdirilir.   £ 



0

 

Toxuculuq sapları quruluşuna görə bir sapdan, iki və daha çox saplardan ibarət ola 



bilər.  Çoxsaplı  saplar  eşilmə  yolu  ilə  emal  edilir.  Eşilmiş  saplar  iki  və  daha  çox 

uzununa  mürəkkəb  burulmamış  kompleks  saplardan,  yaxud  ipliklərdən  ibarətdir. 

Yadda  saxlamaq  lazımdırki,  toxuculuq  sənayesində  işlədilən  sapların  çox  hissəsi 

burulmuş saplardır. 

Toxuculuq        malları        üçün        oJan        iplik        və        saplann        bəzilərinin 

strukturasını (quruluşunu) xarakterizə edək. 

 



 

 



 

Şəkil 1. Fasonlu saplar 

İplik  və  sapın  strukturası  əhəmiyyətli  dərəcədə  parçanın  təyinatını, 

gigiyenikliyini,  etibarlılığını,  xarici  görünşünü  və  ondan  hansı  məmumat  ala 

biJməsinin təyininə imkan yaradır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

1.2.  TOXUCULUQDA İSTİFADƏ EDİLƏN İPLİK VƏ SAPLARIN 



NÖVLƏRİ VƏ XASSƏLƏRİ 

 

Parçaların  istehlak  xassələrinə,  yəni  onun  funksionalhğına,  gigiyenikliyinə, 



etibarlılığma,  xarici  görünşünə  və  ondan  ahnan  məmulatlann  istehlak  xassələrinə 

belə onun toxunduğu iplik və saplar əsaslı dərəcədə təsir edir. 

Toxuculuq üçün olan iplik və sapların bəzilərinə qısa xarakteristika verək. 

Pambıq ipliyi. 

Pambıq ipliyi hazırda toxuculuq sənayesinin xammal bazasında əsas yer tutur. 

O  təyinatma  görə  toxuculuq,  trikotaj,  corab,  toxuculuq-xırdavat,  sap  ipliyinə  və 

texniki  təyinath  ipliyinə,  əyirilməsinə  görə,  kard  və  apparat;  burulmasma  görə 

birsaplı, sağa, yaxud sola burulmuş; bəzəyinə görə ağardılmış, boyanmış melanj və 

mulin ipliyinə; təmizliyinə görə siniflərə bölünür. 

Qarışıq  pambıq  ipliyi  pambığın  süni  və  sintetik  liflərinin  qarışığından 

hazırlanır.  O  başlıca  olaraq  toxuculuq  və  trikotaj  istehsahnda  aşağıdakı  qarışıq 

ipliklər  hahnda  pambıq-viskoz,  pambıq-polinos,  pambıq-lavsan  halında  istifadə 

edilir. 


Xalisyun iphyi. 

Bu  ən  qiymətli  xammal  növüdür.  O  kostyumluq,  donluq,  paltoluq  və  başqa 

parçalann, üst trikotaj, əlcəyin, yayahq-şərfin, dəyişək və corab məmulatlann, xalça 

və  toxunmamış  materiallann  istehsalında  işlədilir.  Daranmış  və  apparat  üsulu  ilə 

əyrilmiş  18-30  və  60-330  teksli  təksap  və  burulmuş  iplik  hahnda  istehsal  edilir. 

Bəzəyinə görə təbii rəngli, melanj və müxtəlif rənglərə boyanıriış olur. 

Qarışıq  yun  ipliyi  iki  və  daha  çox  komponentdən  hazırlanır.  Ən  çox  yayılmış 

yunun  viskoz,  yun-lavsan,  yun-kapron  və  yun-nitron  lif  qarşığından  olan 

iplikləridir. Qarışıqda kimyəvi liflərin faiz miqdarı müxtəlif ola bilər. 

Kətan ipliyi. 

Kətan  ipliyi  xalis  və  qarışıq  olur.  Ahnmasına  görə  quru  və  yaş  əyrilmiş 

alımrnş ipliklərə bölünür. Quruluşuna görə birsaplı və əyrilmiş olur. 



Yüklə 375,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə