Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə83/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   78   79   80   81   82   83   84   85   86

263 
 
    - müvafiq konsepsiyaları həyata keçirməyə qadir olan və 
bunun üçün zəruri maddi-texniki, maliyyə, informasiya təmina-
tına malik təşkilati strukturun yaradılması; 
 -  təsərrüfat  subyektlərinin  mütəxəssis  və  kadr  heyəti  üçün 
təlimlərin keçirilməsində  stimulların artırılması; 
 -  yüksək  ixtisaslı  və  peşəkar  müəllimlərin,  təlimatçıların 
cəlb  edilməsi,  hazırlanması  və  yenidən  hazırlanması  üzrə  sti-
mulların müəyyən edilməsi
 -    təlim-tədris  və  metodik  təminatın  (proqramların,  tədris 
və-saitlərinin və s.) müasir tələblər baxımından tərtib edilməsi
   -  tədris  predmetinin  xüsusiyyətləri  və  təsərrüfat  sub-
yektlərinin  mütəxəssis  və  kadr  heyətinin  təlim  prosesinə  cəlb 
edilməsi metodikasının, qaydalarının hazırlanması; 
 -  təsərrüfat subyektlərinin mütəxəssis və kadr heyətinin tə-
liminə  nəzarət  və  onun  səmərəsinin  qiymətləndirilməsi  üsulla-
rının müəyyən edilməsi.  
Müvafiq tədris sistemi öz-özünə meydana gələ bilməz, təbii 
seçmə,  yaxud  sınaqlar  və  səhvlər  metodu  ilə  formalaşmaz. 
Təsərrüfat subyektlərinin ehtiyac hiss etdiyi işçilərin təlimi üzrə 
kifayət qədər təcrübəyə malik olan inkişaf etmiş ölkələrin prak-
tikası  sübut  edir  ki,  nəzərdən  keçirilən  sistemin  formalaş-dırıl-
masının  çoxlu  sınanmış  və  səmərəli  üsulları  vardır.  Lakin  bu 
imkanlardan istifadə zamanı məsələyə yeni baxımdan yanşılmalı 
və  hökmən  ölkə  üzrə  bu  sahədəki  problemlərin  həm  xüsusiy-
yətləri, həm də inkişaf meylləri nəzərə alınmaqla, tədris sistemi-
nin təşkili və icrasının əsas istiqamətləri müəyyən edilməlidir.   
Azərbaycan  Respublikası  iqtisadiyyatındakı  keçid  proses-
ləri  nəzərə  alınmaqla,  ölkədə  və  regionlarda  fəaliyyət  göstərən 
təsərrüfat  subyektlərinin  işçilərinin  təlimi  problemi  təkcə 
miqyasına  görə  deyil,  həm  də  məzmununa  və  həll  edilmə  me-
todlarına  görə  mürəkkəb  bir    məsələdir.  Bu  amilin  son  dərəcə 
dəqiq müəyyən edilməsi həmin subyektlərin işçi heyətinin təlim 
sisteminin  çox  mühüm  konseptual  komponentidir,  çünki  məhz 
xüsusiyyətçilik  barədə  təsəvvürlər  nəzərdən  keçirilən  tədris 


264 
 
prosesinə xüsusi tələbləri formalaşdırır, onun həlli üçün ənənəvi 
təlimin  artıq  mövcud  olan,  hazır  forma  və  metodlarından  tam 
dolğun şəkildə istifadə etməyə imkan verir.  
Ölkədə  təlim  keçəcək  kontingentin  özü  də  spesifikliyi  ilə 
fərqlənir.  Belə  ki  bu  şəxslər  eyni  yaşa  və  maraqlara,  peşə  və 
təhsil  səviyyəsinə  malik  insanlar  deyillər.  Müasir  dövrdə  və 
yaxın  perspektivdə  təsərrüfat  subyektlərinin  işçilərinin  təlim 
keçəcək  potensial  kontingentini  müxtəlif  təhsil  səviyyəsinə, 
həyat  və  peşə  təcrübəsinə  malik  şəxslər  təşkil  edəcəkdir.  Apa-
rılan  tədqiqatlar  göstərir  ki,  müxtəlif  ölkələrin  təcrübəsində  se-
minar  və  kurslar  üzrə  təlim  keçənlər  təlim  və  tədris  mərkəz-
lərinə  müxtəlif  səbəblər,  o  cümlədən,  məcburiyyət  üzündən  ge-
dirlər.  Onların  bir  çoxu  öz  sahəsində  kifayət  qədər  iş  təcrü-
bəsinə malik olmasalar da, gələcək təlimin səmərəsinə də şübhə 
ilə  yanaşırlar.  Hətta  kiçik  qruplar  şəklində  təlim  keçənlərin  də 
prinsipial  maraqları  bir  biri  ilə  daban-dabana  ziddiyyət  təşkil 
edir.  
Təlimin  predmeti  qeyri-ənənəviliyi  ilə  fərqlənib,  əslində 
daha çox  praktik cəhətdən spesifik sahələrdə səmərəli fəaliyyət 
barədə  biliklərin  məcmusunu  əhatə  etməlidir.  Bu  zaman  təlim 
keçənlərin  heç  də  hamısının  bütün  bu  biliklər  məcmusunun 
zəruriliyi  barədə  aydın  təsəvvürü  olmur  və  ya  əksinə,  hamı 
istəyir  ki,  hər  şeydən  əvvəl  konkret  məsləhət  yardımı  alsın. 
Onlar  kollektiv  və  ya  fərdi  məsləhət  istiqamətli  təlimə  təbii  və 
daha  anlayışlı  tədris  forması  kimi  baxırlar.  Spesifik  fərqlər  ilk 
növbədə  fəaliyyət  sahəsinə  görə  tədrisə  cəlb  ediləcək  mü-
təxəssis  və  işçi  heyətinin  təliminin  təşkilində  və  metodikasında 
nəzərə alınmalıdır.  
       Təsərrüfat  subyektlərinin  fəaliyyətinin  inkişafında  təlimin 
təşkili  ilə  bağlı  əsas  problemlərdən  biri,  zənnimizcə,  tələblə 
təklifin  uyğunsuzluğudur.  Belə  təcrübənin  təşəkkül  tapdığı  bir 
çox  ölkələrdə  ali  və  orta  təhsil  müəssisələrinin  əksəriyyəti  ən-
ənəvi  bazar  tələblərinə  uyğun  olaraq  iri  firmalar  üçün  mütə-
xəssislərin  hazırlanmasına  üstünlük  verirlər.  Başlıcası  isə,  mü-


265 
 
əllimin,  təlimatçının  özü  bir  qayda  olaraq  heç  vaxt  sahibkarlıq 
və  təsərrüfat  fəaliyyəti  ilə  məşğul  olmamışdır  və  buna  görə  də 
bu  sahə  barədə  onların  bilik  və  təcrübəsi  müxtəlif  nəzəri  və 
praktiki mənbələr üzrə formalaşır.  
            Beləliklə,  təsərrüfat  subyektlərinin  fəaliyyəti  ilə  bağlı  pe-
şəkar  mütəxəssis  və  işçi  heyətinin  hazırlanması  zamanı  tədrisə 
ənənəvi  yanaşma  çox  vaxt  səmərəsiz  olur.  Xüsusilə,  təsərrüfat 
subyektlərinin  fəaliyyətinin  müxtəlifliyi,  menecerlərin  bilik  və 
ixtisas  səviyyəsinə  görə  bir-birindən  fərqlənməsi,  təsərrüfat 
fəaliyyətinin  və  biznesin  təbiətən  fərqli  xarakteri  və  bunun  nə-
ticəsi  kimi  subyektin  inkişaf  xüsusiyyətindən  və  səviyyəsindən 
asılı  olaraq  təlimə  tələbatın  rəngarəngliyi  tədrisə  yanaşmanı 
əsaslı şəkildə təkmilləşdirməyi tələb edir.  
      Peşəkar  mütəxəssis  və  işçi  heyətinin  hazırlanmasının  təşkili 
prosesi.  Müvafiq  kontingentin  hazırlanması  prosesində  başlıca 
amil  ondan  ibarətdir  ki,  təlimin  nəticəsi  olaraq  hazırlanmış 
heyətin sayı  deyil, onların  yaradıcılıq  qabiliyyəti  və  uğurla fəa-
liyyət göstərməsi üzrə meyarlar önəmli götürülməlidir. Məhz bu 
amil ali və orta təhsil müəssisələrinin uğurunun meyarı və onun 
gələcəkdə davamlı şəkildə mövcud olmasının rəhni sayılmalıdır. 
Bu  məqsədə  nail  olmaq  üçün  həm  tədris  prosesinin  təşkilinə, 
həm də bütövlükdə təhsil müəssisələrinin vəzifələrinə yeni gözlə 
baxmaq  lazımdır.  Əslində,  müasir  bazar  mühitində  yüksək 
ixtisaslı  mütəxəssis  və  peşəkar  kadr  hazırlanması  proqramının 
həyata  keçirilmə  prinsipləri  bazar  prinsipləri  ilə  eyni  səpgidən 
çıxış  etməlidir.  Hər  şeydən  əvvəl,  bu  amil  göstərilən  xidmət-
lərin,  tədrisin,  istehlakçının  tələb  və  qavrama  imkanlarının 
yüksək səviyyədə təmin olunmasına istiqamətlənməlidir.  
Təsərrüfat  subyektlərinin  mütəxəssis  və  işçi  heyətinin  pe-
şə-ixtisas  səviyyəsinin  müasir  tələblər  baxımından  təkmil-
ləşdirilməsi  və  onların  yenidən  hazırlanması  (ixtisas  artırma) 
prosesinin təşkili, yalnız xüsusi olaraq işlənib hazırlanmış tədris 
proqramlarına  deyil,  həm  də  məqsədli  formada  tərtib  edilmiş 
tədris  metodikasına  əsaslanmalıdır.  Bu  məsələlərin  həlli 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə