Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə84/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   78   79   80   81   82   83   84   85   86

266 
 
mahiyyət  baxımından  aşağıdakı  əsas  istiqamətləri  əhatə 
etməlidir:  

 
 Təsərrüfat  subyektlərinin  təşkilati-hüquqi  formaları  (təş-
kilati  formaların  prinsipial  cəhətdən  rəngarəngliyini,  təlimin 
təşkilinin  kollektiv  və  fərdi  formalarını,  təlimin  təşkilinin  kom-
binəedilmiş formalarını, təşkilati variantlarını); 

 
 Təlim  prosesinin  maliyyə  təminatını,  maliyyə  mexa-
nizminin    xüsusiyyətlərini,  maliyyə  təminatının  çoxşaxəli  ol-
masını,  maliyyə  təminatı  mexanizminə  tələbatı  və  onun  nor-
mativlərini,  maliyyə  vəsaitlərindən məqsədli istifadəni,  maliyyə 
mexanizminin  variantlı  və  müsabiqə  əsasında  həyata  keçi-
rilməsini, vəsaitlərdən istifadənin faydalı və səmərəli olmasını;  

 
Tədrisdə  iştirak  edəcək  müdavimlərin,  iştirakçıların  təli-
minin  səmərəliliyinin  və  ona  nəzarət  mexanizminin  müəyyən 
edilməsi  (təlim  keçmənin  təsdiqlənməsini,  belə  təsdiqləmənin 
formalarını, təlim keçmənin nəticələrinin təsbit edilməsini); 

 
Təlim  predmetinin  xüsusiyyətini  və  təlim  keçənlərin 
kontingentini  nəzərə  alan  xüsusi  təlim  metodikalarının  һazır-
lanması (təlimin xüsusi metodikasından istifadənin zəruriliyi və 
konkret  əsaslandırmalar  barədə  aydın  təsəvvürlərin  forma-
laşdırılmasını,  təlim  zamanı  istifadə  edilməsi  zəruri  olan  me-
todika  və  üsulları,  təlim  predmetinə  marağın  stimullaşdırılması 
metodlarını,  təlim  keçənlərin  fərqli  peşə  maraqlarını  nəzərə 
almaqla,  menecment  və  marketinq  fənlərinin  müasir  praktiki 
tədrisindən,  konsaltinq-tövsiyə  təlimi  metodlarından,  nəzəri 
əsasların  şərһ  edilməsinin  spesifikasından,  təlim  keçənlərin 
tədris  prosesinə  fəal  cəlb  edilməsinin  təkmil  metodlarından 
istifadə edilməsi); 

 
Təsərrüfat  subyektlərinin  təşkilində  regional  fərqlərin, 
kiçik  və  orta  təsərrüfat  subyektlərinin  işçilərinin  təlimi  pro-
sesinin əlavə vəzifələrinin nəzərə alınması; 

 
Təsərrüfat subyektlərinin işçilərinin təlimi ilə bağlı müasir 
tədris-metodiki  təminatın  hazırlanması  (tədris  proqramları, 
vəsaitləri,  informasiya  təminatı,  konkret  nümunələr  bankının 


267 
 
yaradılması,  mövcud  tədris-metodiki  bazadan  konkret  şəkildə 
istifadə  olunması,  xarici  təcrübə  materiallarından  istifadənin 
spesifikası,  tədris-metodiki  materialların  hazırlanmasının  və 
seçilməsinin  müsabiqə  prinsipləri,  təlimin  ən  müasir  texniki 
vasitələrindən istifadə imkanları); 

 
Tədrisi  aparacaq  müəllim  kadrlarının  və  təlimatçıların 
seçilməsi prosesinin xüsusiyyətləri. 
     Təsərrüfat subyektlərinin mütəxəssis və işçi heyətinin tədrisi 
üzrə  müəllim  və  təlimatçıların  xüsusi  hazırlığı.    Belə  bir  ha-
zırlığı  əslində  ali  məktəblərin  əksər  ixtisasları  üzrə  müəllim 
heyəti  tam  və  dolğun  şəkildə  yerinə  yetirmək  iqtidarında  deyil-
dir.  Müvafiq  müəllimlər,  təlimatçılar,  seçmə  mühazirələr  oxu-
mağa,  seminarlar  keçirməyə  meyilli  olan  və  bu  saһədə  yüksək 
peşəkarlıq  qabiliyyətini  büruzə  verənlər  mütəxəssislər  ara-
sından  seçilməlidir.  Digər  tərəfdən,  bu  sahə  üzrə  müəllimlərin, 
təlimatçıların  hazırlanmasına  da  xüsusi  diqqət  yetirilməlidir. 
Bunun üçün zəruri əsaslar vardır.  
Təsərrüfat  subyektlərinin  mütəxəssis  və  işçi  heyəti  ilə 
məşğələ  aparan  müəllimlərin  ənənəvi  və  ya  beynəlxalq  tələb-
lərə  uyğun  olaraq  təsdiq  olunmuş  metodikaya  arxalanaraq  təd-
risi  təşkil  etmək  imkanları  da  azdır.  Digər  tərəfdən,  belə  məş-
ğələlər aparan müəllimlər hiss edirlər ki, prinsipial şəkildə fərqli 
olan  auditoriya  ilə  işləyirlər,  bu  auditoriya  isə  materialın 
şərhinin  son  dərəcə  özünəməxsus    metodikasından  istifadə 
etməyi,  başlıcası  da  təlim  keçənlərlə  müasir  pedaqoji  ünsiyyət 
qurmağı  tələb  edir.  Burada  ənənəvi  mühazirə  və  ya  seminarlar 
az  səmərə  verir.  Yalnız  öyrədənlə  təlim  keçənin  tədris  pro-
sesində  qarşılıqlı  ünsiyyətinə  əsaslanan  xüsusi  metodika  üzrə 
təşkil olunan məşğələlər daha çox əhəmiyyət kəsb edir.  
      Zənnimizcə,  bu  prosesdə  təlim  keçən  kontingentin  fəaliyyət 
xüsusiyyətləri  barədə  təsəvvürləri  sistemləşdirmək  və  ge-
nişləndirmək məqsədəuyğundur, çünki məhz bu cür təsəvvürlər 
bütün  təlim  metodikasını  əsaslandırmaq  üçün  konseptual  əsas 
kimi  çıxış  edir.  Auditoriyanın  sosial  və  peşə  tərkibinə,  baza 


268 
 
hazırlığına,  fəaliyyət  və  bizneslə  məşğul  olma  səbəblərinə 
diqqəti  artırmaqla    təlim  keçənlərin  məşğələlərə  şübhə  ilə  ya-
naşmasını,  dərhal  praktiki  səmərə  əldə  etmək  həvəsini,  özlə-
rinin  praktiki  fəaliyyətində  olan  mənfi  təcrübəyə  dair  baxış-
larını  əməli  şəkildə  dəyişmək  mümkündür.  Təlim  keçənlərin 
əksəriyyəti əslində iqtisadiyyatın və hüquqi gerçəkliyin mənfi və 
müsbət  cəhətlərinə    bələddirlər,  həm  də  onların  bu  sahədə 
müəyyən  təcürbəsi  də  vardır.  Ümumilikdə,  ilkin  dövrdə  məş-
ğələlərin  nəticəsinə  şübhə  ilə  ynaşılsa  da,  təlim  iştirakçılarının 
əksəriyyəti  konkret  köməyə,  təsirli  əməli  məsləhətə,  yeni  bilik 
və təcürbə əldə etməyə ümid bəsləyirlər.  
        Təlim  prosesində  iştirak  edəcək  şəxslərin  qruplaşdırılma 
xüsusiyyətləri.  Müvafiq  prosesdə  təlim  keçmək  üçün  daxil 
olacaq  tələbnamələrin,  müraciətlərin  müxtəlifliyinə  baxmaya-
raq,  iştirakçıları  şərti  olaraq  üç  qrupa  bölmək  məqsədəuyğun-
dur. Birinci qrupa sahibkarlıq və ya təsərrüfat fəaliyyəti barədə 
ümumi  təsəvvürlər  əldə  etmək  və  özlərinin  daxilində  yüksək 
peşəkarlıq  və  sahibkarlıq  hissinin  olub-olmadığını  bilmək 
istəyənlər aid edilə bilər. Geniş anlamda bu qrupa ölkənin işlək 
qabiliyyətli əksər əhalisini aid etmək mümkündür, çünki burada 
məsələ hər şeydən  əvvəl yüksək peşəkar kadr və sahibkar kimi 
fəaliyyətin əsasları üzrə «savadsızlığın» ləğvindən kedir, bu isə 
müasir  dövrdə  mühüm  amildir.  Bu,  əlbəttə  ki,  ilk  növbədə 
gənclərə,  sabah  sərt  bazar  münasibətləri  aləminə  qədəm 
qoyanlara  və  bu  aləmdə  özünütəsdiqə  cəhd  göstərən  şəxslərə 
gərəkdir. Bu qrupa, həmçinin, əhalinin sosial cəhətdən müdafiə 
olunmayan  başqa  təbəqələrini  -  işsizləri,  dövlət  müəssisə-
lərindən  ixtisara  salınmış  işçiləri,  ehtiyata  buraxılmış  hərbi 
qulluqçuları,  evdar qadınları,  qaçqınları və məcburi köçkünləri 
də aid etmək olar. 
Müdavimlərin bu qrupu ilə iş zamanı təlim təşkilatçılarının 
qarşısında  duran  əsas  vəzifə  onların  özlərinə  hansı  rolu 
seçəcəklərindən  -  təsərrüfat  fəaliyyətinin,    biznesin  təşkilatçısı 
olmaq və ya bu sferada muzdlu işçi kimi çalışmaq barədə qərar 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə