Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə85/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   78   79   80   81   82   83   84   85   86

269 
 
qəbul  edəcəklərindən  asılı  olmayıb,  həmin  şəxslərdə  işgüzar 
fəaliyyətə müsbət münasibət formalaşdırmaqdır. Bütün hallarda 
təlim  prosesində  əldə  edilmiş  bilik  və  vərdişlər  onlara  imkan 
verəcəkdir ki, özlərini daha inamlı hiss etsinlər və şüurlu şəkildə 
seçim  etsinlər.  Təlim  proqramı  iştirakçılarda  ümumi  icra  və 
təşkilatçılıq mədəniyyəti, ətraf mühitdə baş verən dəyişikliklərə 
ciddi  münasibət  bildirmək  instinkti  formalaşdırmalı,  habelə, 
zəruri  sahibkarlıq  keyfiyyətlərinin:  təşəbbüskarlığın,  məsuliy-
yətin,  qətiyyətin,  novatorluğun  və  müstəqilliyin  inkişafını  sti-
mullaşdırmalıdır. 
Müvafiq  qrupdan  olan  iştirakçıların  təlimi  müxtəlif  inter-
aktiv  metodlardan  -  qrup  halında  müzakirələrdən,  keys-stadlar-
dan (ayrı-ayrı  halların öyrənilməsindən), işgüzar oyunlardan və 
sairədən  istifadə  edilməklə,  sahibkarlıq  və  işgüzar  fəaliyyətin 
əsaslarının şərh edilməsi üzərində qurulmalıdır. Təlim keçən hər 
bir  şəxs  özünü  sahibkar,  işgüzar  insan  qismində  sınaqdan  ke-
çirməli və bu fəaliyyətin digər iştirakçılarının oynadığı rolda nə 
dərəcədə çıxış edə bilib-bilməyəcəyini müəyyənləşdirməlidir. 
Sahibkarlıq  fəaliyyətini  süni  yolla  modelləşdirməklə 
yanaşı,  təlim  keçənlərin  real  praktik  tapşırıqları  yerinə  yetir-
məsi  də  çox  səmərəlidir.  Təlim  keçənlərin  kontingentindən,  tə-
limin məqsədlərindən və davamiyyət müddətindən asılı olaraq - 
belə  praktik  tapşırıqlar  qismində  konkret  sahibkarlıq  struk-
turunun  sifarişi  üzrə  marketinq  araşdırmalarının  aparılması  və 
ya  şəxsi  biznes  -  ideyalarının  layihə    şəklində  işlənib  hazır-
lanması çıxış edə bilər. 
       Təlim  keçənlərin  ikinci  qrupuna  artıq  sahibkar,  işgüzar 
insan  olub-olmamasını  özü  üçün  qəti  şəkildə  müəyyənləşdirən, 
özünün  gələcək  fəaliyyət  istiqamətini  seçən  və  konkret  biznes-
ideyaya malik olan adamları aid etmək olar. Bu qrupa aid olan 
iştirakçıların  təlimində  onlara  özlərinin  biznes-ideyasını  müəy-
yənləşdirib,  onu  real  biznes-plan  şəklinə  salmaq,  öz  təsərrüfat 
subyektinin,  müəssisəsinin  təşkilati-hüquqi  formasını  seçmək, 
təsis  sənədlərini  hazırlamaq,  onu  qeydiyyata  aldırmaq,  işçi 


270 
 
heyətini  formalaşdırmaq,  işgüzar  əlaqələr  qurmaq,  kreditlər 
götürmək  üzrə  məsələlərdə  əməli  yardımın  göstərilməsi  xüsusi 
zərurətdən irəli gəlir.  
Müdavimlərin  təhsil  səviyyəsinə  görə  yekcinsliyini  təmin 
etmək üçün onların tədris materiallarını qavramaq qabiliyyətini, 
iqtisadi  biliklərinin  səviyyəsini  və  sahibkarlıq,  təsərrüfat 
fəaliyyətinə  yararlılığını  qiymətləndirən  test  yoxlamasının  ke-
çirilməsi  vacibdir.  Aydın  məsələdir  ki,  ölkədə  ali  təhsil  mü-
əssisələri  yüksək  ixtisaslı  və  peşəkar  kadr  heyəti  hazırlamaq 
proqramını  qaneedici  səviyyədə  yerinə  yetirə  bilmir.  İqtisa-
diyyat  sahələri  üzrə  təkmil  bilik  və  praktik  iş  təcrübəsinin  aşı-
lanmasında  xüsusi  məqsədli  təlim-tədris  mərkəzləri,  kurslar  
önəmli  rol  oynaya  bilərlər.  Müvafiq  tədris  prosesinin  təşkilinə, 
bu  xidmətlərin  göstərilməsinə  eyni  zamanda  nüfuzlu  və  təkmil 
fəaliyyəti  ilə  seçilən  bir  çox  təşkilatların,  o  cümlədən,  sığorta, 
auditor,  investisiya,  hüquq  və  lizinq  firmalarının,  bank,  kon-
saltinq  təşkilatlarının  yüksək  ixtisaslı  və  peşəkar  mütəxəssis-
lərinin cəlbi də xüsusi əhəmiyyət kəsb edər.  

 
Qeyd edilən təsnifata uyğun olaraq, müdavimlərin üçüncü 
qrupunun  təşkili  və  tədrisi  prosesinə  diqqət  yetirək.  Bu  qrupa 
ilkin  təşəkkül  mərhələsini  keçən  və  özünün  təsərrüfat,  biznes 
fəaliyyətini möhkəmləndirib inkişaf etdirmək istəyən şəxslər aid 
edilə  bilər.  Əvvəlki  iki  qrupdan  bu  qrup  bir  tərəfdən,  təhsildən 
nə  almaq  istədiklərini  (onların  özlərinin  və  ya  işçi  heyətinin) 
daha  dəqiq  başa  düşmələri  ilə,  digər  tərəfdən  isə,  göstərilən 
xidmətlərə, təhsilin keyfiyyətinə daha çox tələbkarlığı və bunun 
üçün kifayət qədər haqq ödəmək imkanlarına malik olmaları ilə 
fərqlənirlər.  Müdavimlərin  bu  qrupu  daha  nüfuzlu  qrupdur, 
onların  tələblərinə  uyğun  gəlmək  bacarığı  isə  yetkinlik  əlaməti 
və  göstərilən  xidmətlər  üçün  özünəməxsus  «keyfiyyət  nişa-
nı»dır. Belə tədris prosesi adətən o qədər də uzunmüddətli olma-
yıb  (bir  aya  qədər),  iştirakçılar  ixtisaslaşdırılmış  sahibkarlıq, 
təsərrüfat    fəaliyyətinin  ayrı-ayrı  məsələlərinə,  sahələrinə  dair 
daha  dərin  biliklər  (ən  yeni  informasiyalar),  yaxud  konkret 


271 
 
praktik  vərdişlər  əldə  etməyə  yönəlmiş  kurs  və  treninqlərə 
ehtiyac hiss edirlər.  
        Bütün  bu  xüsusiyyətlər,  amillər  əsasən  real  həyatdan,  mü-
asir inkişaf proseslərindən irəli gəlir. Tədris prosesi müəllim və 
təlimatçı  tərəfindən  təlim  keçənlərin  tədris  materiallarını  tam 
dərk  etməsi  və  bu  xüsusiyyətləri  nəzərə  alan  metodikalara  yi-
yələnməsi  üzrə  təşkil  olunmalı  və  həyata  keçirilməlidir.  Təsər-
rüfat  subyektlərinin  mütəxəssis  və  işçi  heyətinin  təlimində  təd-
ris  metodu  müvafiq  kursların  məzmunu  qədər  mühüm  əhə-
miyyət  kəsb  edir.  Zənnimizcə,  təsərrüfat  subyektlərinin  fəaliy-
yət  xüsusiyyətləri  nəzərə  alınmaqla,  burada  çalışan  müxtəlif 
vəzifəli  mütəxəssis  və  işçi  heyətinin  tədrisinin  peşə-ixtisas 
səviyyəsinin  təkmilləşdirilməsi  prosesində    aşağıdakı  metodiki 
vasitələrdən istifadə olunması daha çox səmərə verə bilər:  
      -  məşğələlərin  əvvəlində,  ilkin  sənədləşdirmə  mərhələsində 
hər  bir  təlim  iştirakçısının  malik  olmadığı  zəruri  istiqamətlərin, 
maraqların  aşkara  çıxarılması,  təlim  prosesini  fəallaşdırmaq 
vasitəsi  kimi  belə  maraqların  təzahür  etməsinin  stimullaş-
dırılması; 
      -  təlimin  başlanğıcında  tədris  iştirakçısına  peşə-ixtisasının 
artırılmasının  iki  istiqamətinə,  menecment  və  onun  spesifik  iş 
sahəsi  üzrə  bilik  və  praktik  iş  vərdişlərinin  birləşdirilməsinə 
diqqətin artırılması; 
       - təsərrüfat fəaliyyətinin inkişafına uyğun olan konkret peşə 
məsələsində müəllimin, təlimatçının kifayət qədər səriştəli olub-
olmaması  barədə  iştirakçıların  ilkin  təsəvvürlərinin  qiymətlən-
dirilməsi, bu üsulla təlimin nəticələrinə olan inamsızlığın aradan 
qaldırılması;  
       -  maksimum  dərəcədə  fərdiləşdirilmiş  mühazirələrin  (se-
minarların  və  s.)  konseptual  və  ümumi  nəzəri  əsasları  arasında 
əlaqəliliyi təmin etmək, təlim keçənlərin özlərinin bilik və peşə-
ixtisas  səviyyəsinin  genişləndirilməsinə  praktik  cəhətdən  vacib 
və  faydalı  bir  amil  kimi  baxmaları  üçün  maraqları  stimul-
laşdırmaq; 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə