Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə79/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   75   76   77   78   79   80   81   82   ...   86

251 
 
lükdə dövlət orqanları tərəfindən regionların idarə edilməsinə is-
tiqamətlənmiş  fəaliyyətin  tərkib  hissəsi  kimi  çıxış  edir,  lakin 
istər regionların, istərsə də təsərrüfat subyektlərinin fəaliyyətinin 
tənzimlənməsində  digər  tədbirlər  də  həyata  keçirilə  bilər  ki, 
bunlar da dolayı, ikitərəfli əlaqələr kimi xarakterizə olunmalıdır. 
Təsərrüfat  subyektinin  fəaliyyətinə  birbaşa  təsir  göstərən 
xarici mühit amillərinə vergi sistemini, mal göndərənlərin və is-
tehlakçıların  təsirlərini  şamil  etmək  olar.  Təsərrüfat  subyektlə-
rinin fəaliyyətinə dolayı təsir göstərən amillərə isə siyasi, iqtisa-
di  və  digərlərini  aid  etmək  mümkündür.  Təsərrüfat  subyektinin  
fəaliyyətinə  təsir  göstərən  xarici  mühit  amillərinin  tərkibində 
makro mühit amilləri  mühüm rola malikdir. Qeyd etmək lazım-
dır ki, təsərrüfat subyektinin makro mühit amilləri onun fəaliy-
yətinə  birbaşa  deyil,  dolayı  yolla  təsir  göstərir.  Təsərrüfat  sub-
yektinin  fəaliyyətinin  səmərəliliyinə  və  stabilliyinə  təsir  göstə-
rən  makro  mühit  amillərini  və  sahələrini  aşağıdakı  kimi  təsnif-
ləşdirmək məqsədəuyğundur.  
 
Cədvəl 30. 
Təsərrüfat subyektinin makro mühit sahəsi və amilləri 
Makro mühit sahəsi 
Makro mühit amilləri 
1. Beynəlxalq sahə 
1.1.Müasir şəraitdə beynəlxalq və ölkə səviyyəsində 
keçirilən   aidiyyəti tədbirlər, konfranslar, sərgilər, 
tenderlər və s.; 
1.2.Bütövlükdə dünyada və ölkədə əhalinin ömür 
uzunluğunun dəyişmə meylləri; 
1.3. Beynəlxalq səviyyədə iqtisadi inkişaf meylləri. 
2. Siyasi sahə 
2.1.Ölkədə demokratik dəyişikliklərin stabilliyi; 
2.2.Ölkədə sabitliyin təmin olunması;  
2.4.Ölkədə kriminogen vəziyyət; 
2.5.Qanunvericilik və icra hakimiyyətində mövcud 
durum 


252 
 
3.İqtisadi sahə 
3.1.Ölkənin təsərrüfat subyektlərinin istehsal etdiyi 
məhsulların xarici bazarlarda rəqabət 
qabiliyyətliliyi;  
3.2.Ölkənin təsərrüfat subyektlərinin istehsal etdiyi  
məhsulların daxili bazarda rəqabət qabiliyyətliliyi 
səviyyəsi;  
3.3.Xarici iqtisadi əlaqələrdəki dəyişiklik  meylləri; 
3.4.Ölkə büdcəsində kəsir (faizlə); 
3.5.Orta illik inflyasiya tempi; 
3.6.Ölkənin mülkiyyət strukturunda xüsusi 
mülkiyyətin səviyyəsi (faizlə); 
3.7.Bazar münasibətlərinə keçid şəraiti və bu sahədə 
inkişaf strategiyasının mövcudluğu; 
3.8.İdarəetmə qərarlarının qəbul edilmə və icra 
prosesi, hüquqi-normativ sənədlərin mövcudluq 
səviyyəsi (dəyərin formalaşması və təhlili, 
proqnozlaşdırma, normallaşdırma, optimallaşdırma, 
iqtisadi əsaslandırma və s.); 
3.9. Ölkənin  ixrac strukturunda xammal 
resurslarının xüsusi çəkisi; 
3.10. Vergi sistemi və xarici iqtisadi fəaliyyətin 
göstəriciləri 
3.11.Əhalinin gəlirlərinin bölüşdürülməsi strukturu; 
3.12.Ölkənin maliyyə sisteminin inkişaf səviyyəsi 
və s. 
4.Sosial-demoqrafik 
sahə 
4.1. Ömür müddətinin uzunluğu üzrə dünyada 
ölkənin yeri;  
4.2. Əhalinin həyat səviyyəsi üzrə dünyada ölkənin 
yeri; 
4.3. Ömür uzunluğu (kişi, qadın); 
4.4. Yaş və cins üzrə ölkə əhalisinin strukturu, 
ailələrin orta tərkibi, məşğulluq, təhsil almış 
şəxslərin səviyyəsi;  
4.5. Əhalinin miqrasiyası; 
4.6. Regionların, şəhərlərin perspektivləri; 
4.7. Gəlirlərin bölgüsündə əhalinin strukturu 
5. Hüquqi sahə 
5.1. Standartlaşdırma, metrologiya, patent və 
istehlakçıların hüquqlarının müdafiəsi, antiinhisar 
siyasəti, məhsul və xidmətlərin 


253 
 
sertifikatlaşdırılması, məhsulların keyfiyyəti və 
rəqabət qabiliyyətinin təmin edilməsi, ətraf mühitin 
mühafizəsi, sahibkarlıq fəaliyyəti, qiymətli kağızlar, 
maliyyə və digər müvafiq istiqamətlərdə hüquqi 
aktların mövcudluğu (Prezident fərmanı, hökumətin 
qərarları, dövlət standartları və s.); 
5.2. Ölkədə iqtisadi münasibətlərin tənzimlənməsi 
üzrə  hüquqi əsasların mövcudluğu; 
5.3. Ölkənin və təsərrüfat subyektlərinin xarici 
iqtisadi əlaqələrini tənzimləyən hüquqi aktların 
mövcudluğu və onların keyfiyyət səviyyəsi; 
5.4. Hüquqi aktlara əməl edilməsi sahəsində 
vəziyyət. 
6.Ekologiya sahəsi 
6.1. Ölkədə ekoloji institutların inkişafı;  
6.2. Ekoloji tələblərə cavab verməyən fəaliyyətin, 
məhsulların  xüsusi çəkisi; 
6.3.Ölkə büdcəsindən ekoloji vəziyyətin qorunması, 
bu istiqamətdə inkişafın təmin edilməsi ilə bağlı 
ayrılan vəsaitlərin həcmi, faizi. 
7.Təbii-iqlim 
7.1.Ölkənin təbii resurslarının qiymətləndirilməsi və 
onun dünya birliyində tutduğu mövqeyi; 
7.2.Təbii resursların hasilatının genişləndirilməsi 
(hasilatın ümumi ehtiyatlarda xüsusi çəkisi); 
7.3. Ölkənin iqlim şəraitinin xarakteristikası; 
7.4. Ölkənin regionları üzrə ayrı-ayrı resurs 
növlərinin mövcudluq səviyyəsi; 
7.5. Resurslardan istifadə imkanları, dərəcəsi. 
8.Elmi-texniki sahə 
8.1. Ölkədəki ixtira və patentlərin dünyada xüsusi 
çəkisi; 
8.2. Ölkədə işləyənlərin strukturunda alimlərin və 
yüksək ixtisaslı mütəxəssislərin səviyyəsi; 
8.3. Bir alimə düşən əsas istehsal fondlarının dəyəri 
(alim əməyinin fondla silahlanması);  
8.4. Ölkənin sənaye və istehsal sahəsində 
avtomatlaşdırmanın səviyyəsi; 
8.5. Ölkənin təsərrüfat subyektlərində əsas istehsal 
fondlarının köhnəlmə səviyyəsi; 
8.6. Ölkənin informasiyalaşdırılma sisteminin 
xarakteristikası; 
8.7. Ölkənin kompyuterləşdirilmə səviyyəsi və s. 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə