Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə75/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   71   72   73   74   75   76   77   78   ...   86

237 
 
- ekspert-statistik yanaşma; 
- analitik-normativ yanaşma. 
Marjinalis  yanaşma  əsasən istehsal amillərinin son məhsul-
darlıq  hədd  səviyyəsinin  təhlilinə  əsaslanır.  Belə  yanaşma  əsa-
sında tələb olunan mütəxəssis və işçi heyətinin sayının planlaş-
dırılması, istehsal resurslarının bütün növlərinə çəkilən xərclərin 
optimallaşdırılmasının  ümumi  imkanları  çərçivəsində  avadanlıq 
və  material  xərclərinin  fiksasiya  edilməsi  yolu  ilə  həyata  ke-
çirilir.  
Ekspert-statistik  yanaşma  mütəxəssis  və  işçi  heyətinin  sayı 
ilə ona təsir edən amillər arasındakı statik asılılığın müəyyənləş-
dirilməsinə əsaslanır. Bu yanaşmanı tətbiq etmək üçün bir qayda 
olaraq fəaliyyət, sahə, subyekt və onun ayrı-ayrı bölmələri üzrə 
hesabat  məlumatlarından  istifadə  edilir.  Ekspert-statistik  yanaş-
madan istifadə edilməsi şəraitində hər şeydən əvvəl hansı statis-
tik  asılılığın  təhlil  olunan obyekt  üçün  yetərli olma prinsipi  nə-
zərə alınmalıdır.  
Mütəxəssis  və  işçi  heyətinin  sayının  müəyyənləşdirilmə-
sində  istifadə  olunan  analitik-normativ  yanaşma  konkret  olaraq 
əmək prosesinin təhlil edilməsini, əməyin təşkilinin səmərəli la-
yihələndirilməsini,  heyətin  hər  bir  qrupu  üzrə  işlərin  əmək 
tutumu  səviyyəsinin  normallaşdırılmasını  və  işçilərin  say  nor-
masının dəqiqləşdirilməsini özündə əks etdirir. Belə yanaşmanın 
tətbiqi zamanı bütövlükdə istehsal şəraiti, işçi heyətinin müxtəlif 
qrupları üzrə əməyin təşkilinin xüsusiyyətləri nəzərə alınmalıdır. 
 
4.2. Təsərrüfat subyektlərində idarəetmə sisteminin 
təkmilləĢdirilməsi 
 
Müasir şəraitdə hər bir təsərrüfat subyektinin  idarəetmə sis-
temində  yaranan    problemlər  yüksək  ixtisaslı  və  peşəkar  mütə-
xəssislər  tərəfindən  aradan  qaldırılır.    Məhz  buna  görə  rəhbər 
kadrlar,  menecerlər  idarəetmə  subyektində  mövcud  vəziyyəti 
təhlil etməli, inkişaf strategiyasını proqnozlaşdırıb, onun həyata 


238 
 
keçməsi  ilə  bağlı  operativ-təşkilati  tədbirləri  müəyyən  etməli-
dirlər.  İcraçı  heyət  isə  idarəetmə  obyekti  olmaqla,  idarəetmə 
subyektinin, yəni rəhbərliyin müəyyən etdiyi  qərarların icrasını 
təmin etməlidir. Təbii ki, belə bir şəraitdə təsərrüfat subyektinin 
rəhbərliyi və icraçılar qarşısında tamamilə müxtəlif vəzifələr qo-
yulmalıdır. Odur ki, metodiki baxımdan idarəetmə subyektinə və 
idarəetmə obyektinə eyni prinsip və  yanaşmanın  şamil edilməsi 
məqsədəuyğun hesab edilmir.  
İdarəetmənin  məqsədinə  nail  olunma  dərəcəsini  müəyyən-
ləşdirən  ən  mühüm  şərtlərdən  biri  peşəkarlıq,  təşkilatçılıq  və 
rəhbərin düzgün mövqeyə malik olmasıdır. Qeyd etmək lazımdır 
ki,  idarəetmənin  struktur  səviyyəsi  nə  qədər  çoxşaxəli  olarsa, 
son  nəticədə  problemlərin  mürəkkəblilik  səviyyəsi  də  bir  o  qə-
dər  artar.  Mövcud  problemlərin  həlli  ilə  bağlı  məsuliyyətin 
artması, eyni zamanda idarəetmə orqanının rəhbərinin, menecer-
lərin  əmək  haqqının  həcmi  və  digər  bu  kimi  amillərlə  də  bağlı 
olmalıdır.   
İdarəetmə sistemində aşağı səviyyədə olan menecerlər yük-
sək səviyyədəki menecerlərlə müqayisədə öz funksional vəzifə-
lərini  daha  çevik  yerinə  yetirməyə  meylli  və  stimullu  olurlar. 
Təsərrüfat  subyektinin  rəhbəri,  yüksək  səviyyəli  menecerlər  öz 
fəaliyyətində  bu  və  ya  digər  sahənin  konkret  problemlərini,  o 
cümlədən, texniki, texnoloji, istehsalın təşkili, iqtisadi, psixoloji, 
ekoloji  problemlərin həllini təmin edir. Bu baxımdan təsərrüfat 
subyektinin rəhbərliyinin, ali menecerlərin fəaliyyətinin məqsəd 
və  qaydaları  idarəetmənin    prinsipləri  ilə,  yəni  məhsulun 
keyfiyyətinin  yüksəldilməsi,  əmək  kollektivinin  formalaşdırıl-
ması, təsərrüfat fəaliyyətinin planlaşdırılması və operativ idarə-
etmə  prinsipləri  ilə  sıx  əlaqələndirilməlidir.  Orta  idarəetmə  sə-
viyyəsində fəaliyyət göstərən menecerlərin riayət etməli olduğu 
çoxsaylı  prinsiplər  mövcuddur  ki,  bu  da  bütövlükdə  sistemin 
məqsədlərində öz əksini tapır.  


239 
 
İşçi  heyətin  idarə  olunmasının  məqsəd  və  əsaslarının  for-
malaşdırılması  zamanı  aşağıdakı  tədbirlərin  həlli  təmin  edil-
məlidir: 
- əsas  istiqamətlər üzrə  subyektin  fəaliyyətinin  prinsip-ləri-
nin kompleks şəkildə əhatə olunması; 
-  idarəetmə  strukturunun  səviyyəsi  üzrə  menecerlərin  və 
icraçıların fəaliyyətinin müəyyən edilməsi
-  idarəetmə  qərarlarının  yerinə  yetirilməsi  ilə  bağlı  mürək-
kəblilik səviyyəsindən asılı olaraq tətbiq edilən iş prinsiplərinin 
differensiallaşdırılması. 
Təsərrüfat  subyektinin  rəhbərliyinin  fəaliyyəti  ilə  bağlı 
tətbiqi  məqsədəuyğun  hesab  edilən  əsas  prinsiplər  aşağıdakı 
cədvəldə öz əksini tapmışdır.  
 
Cədvəl  28. 
Təsərrüfat subyektinin rəhbərliyinin fəaliyyəti ilə bağlı tətbiqi 
zəruri prinsiplər  
Rəhbərliyin iş 
prinsipləri 
Prinsiplərin məzmunu 
1.
 
Maliyyə-təsərrüfat 
fəaliyyətinin idarə et-
mə prinsiplərinə əməl 
edilməsi 
Maliyyə-təsərrüfat fəaliyyətinin idarəetmə 
prinsiplərinə aşağıdakıları aid etmək 
məqsədəuyğundur: 

 
işçilərin yaşayış təminatı sisteminin geniş 
təkrar istehsalı; 

 
idarəetmə sisteminin hüquqi baxımdan 
reqlamentləşdirilməsi; 

 
təsərrüfat fəaliyyətinin inkişafında sosial 
amillərin nəzərə alınması; 

 
idarəetmə sisteminin nəzəri-metodoloji 
baxımdan əsaslandırılması; 

 
idarəetmədə sistemliliyin təmini; 

 
təsərrüfat fəaliyyətində innovasiyalı 
inkişafa üstünlük verilməsi

 
daxili xammal-material resurslarının 
qorunub saxlanılması; 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə