Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə74/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   70   71   72   73   74   75   76   77   ...   86

234 
 
madi  olaraq  üzləşirlər.  Proqnozlaşdırma  ilə  bağlı  fəaliyyətin 
təşkili prosesi bir-biri ilə qarşılıqlı əlaqəyə malik olan kompleks 
tədbirlərin  reallaşdırılmasını  özündə  əks  etdirir.  Müvafiq 
tədbirlər  operativ  strateji  qərarların  qəbul  edilməsi  üçün  zəruri 
olan  informasiya  bankının  yaradılması  üçün  məcmu  istehsal 
xərc  elementlərinin  və  mənfəətin  proqnozlaşdırılması  ilə  bağlı 
tələb olunan informasiya bazasının formalaşdırılmasını ön plana 
çəkir.  Proqnozlaşdırma  üzrə  fəaliyyətin  təşkili  ilə  bağlı  qarşıda 
duran vəzifələrə aşağıdakıları şamil etmək məqsədəuyğundur: 
-  proqnozlaşdırma  üçün  zəruri  informasiyaların  toplanması 
və sistemləşdirilməsi; 
-  proqnozlaşdırma  sahəsində  yüksək  ixtisaslı  və  peşəkar 
mütəxəssis heyətinin hazırlanması; 
- mövcud idarəetmə xidmətlərinə inteqrasiya olunmuş proq-
ramlaşdırmanın işçi orqanının formalaşdırılması. 
Proqnozlaşdırma ilə bağlı fəaliyyətin təşkili prinsipləri təd-
qiq  olunan  obyektin  keyfiyyət  xarakteristikasının  inkişaf  vari-
antlarının operativ şəkildə müəyyənləşdirilməsini ön plana çəkir. 
Proqnozlaşdırma  üzrə  fəaliyyətin  səmərəli  təşkili  istehsalçılarla 
istehlakçılar arasında dəqiq və aydın  əlaqə mühitinin formalaş-
dırılmasına, obyektin davamlı fəaliyyət tsiklinin mərhələləri üz-
rə xərc elementlərinin və səmərəliliyin dəyişmə meyllərinin mü-
əyyən edilməsinə və bu prosesdə müddətlərin və vəsait xərcləri-
nin  azaldılmasına  istiqamətlənmiş  tədbirlərin  təmin  edilməsinə 
əməli  şəkildə  təsir  göstərir.    Bütün  bu  prosesin  icrası  əsasən 
proqnozlaşdırma üzrə fəaliyyətin təşkilində aşağıdakı prinsiplərə 
əməl  olunmasını  zəruriləşdirir:  ünvanlılıq;  paralellik;  fasiləsiz-
lik;  dəqiqlik;  avtomatiklik;  adekvatlıq;  idarəetmə;  alternativlik; 
adoptasiya olunma. 
Ümumiyyətlə,  proqnozların  hazırlanması  prosesi  kompleks 
məqsədli proqramların mühüm və ayrılmaz tərkib hissəsi olmaq-
la, onları aşağıdakı mərhələlər üzrə sistemləşdirmək xüsusi zəru-
rətdən irəli gəlir: 


235 
 
-  proqnozlaşdırma  üzrə  materialların  toplanması,  təhlili  və 
təhlil olunmuş materiallar üzərində düzəlişlərin edilməsi
-  məhsulun  keyfiyyətinin  yüksəldilməsi  ilə  bağlı  mövcud 
inkişaf meyllərinin və problemlərin təhlili
-  təklif  olunan  kompleks  proqramlar  çərçivəsində  proqnoz-
ların işlənib hazırlanması.  
Müasir  inkişaf  şəraitində  təsərrüfat  fəaliyyətinin  planlaş-
dırılmasında  yüksək  ixtisaslı  və  peşəkar  işçi  heyətinin  nəzərə 
alınması elmi - texniki tərəqqinin nailiyyətlərindən istifadə məq-
sədləri ilə  uyğunluq  təşkil edir. Bu amil  müvafiq heyətin hazır-
lanması müddətinin müəyyənləşdirilməsini, onların bilik və pe-
şəkarlıq səviyyəsinin müasir tələblər baxımından təkmilləşdiril-
məsini şərtləndirir. Məhz bu məqsədlə, belə mütəxəssis və kadr-
ların  hazırlanmasının  planlaşdırılması  aşağıdakı  məsələlərin 
həllini təmin etməlidir: 
-  hər  hansı  peşə,  ixtisas  və  təsnifat  qrupu  üzrə  tələb  oluna-
caq  mütəxəssis  və  işçilərin  sayının  müəyyən  edilməsi,  onlara 
olan ehtiyacın planlaşdırılması; 
-  sosial aspektlər nəzərə alınmaqla, hansı formada yeni işçi 
və mütəxəssis heyətinin cəlb edilməsi
-  potensial  imkanlar  əsasında  belə  heyətdən  istifadə  edil-
məsinin əsaslandırılması; 
- müvafiq ixtisas növləri ilə bağlı işlərin icrası üçün ehtiyac 
olan  kadrların  inkişafında  sistemli  və  məqsədəuyğun  yanaşma-
nın təmin edilməsi
- yüksək ixtisaslı və peşəkar kadrların inkişafı ilə bağlı təd-
birlərin  planlaşdırılmasına  sərf  ediləcək  vəsaitin  həcminin  mü-
əyyənləşdirilməsi. 
Bütün bu prosesdə daxili əmək bazarının mövcud vəziyyə-
tinin qiymətləndirilməsinə, təsərrüfat subyektinin özünün poten-
sial imkanlarının təhlilinə, həmçinin, subyektin bu sahədə xarici 
mühitlə əlaqəsinə xüsusi diqqət yetirilməlidir. 
Təsərrüfat  subyektində  ehtiyac olan iş  yerlərinə  mütəxəssis 
və    kadrların  cəlb  edilməsinin  özünəməxsus  üstünlükləri  və  ça-


236 
 
tışmayan  cəhətləri  mövcuddur.  Təsərrüfat  subyektində  ehtiyac 
olan iş  yerlərinə mütəxəssis və  kadrların, işçilərin cəlb  edilmə-
sinin üstün cəhətlərinə aşağıdakıları aid etmək olar: 
-  inkişaf  üçün  şansların  artması  (təsərrüfat  subyektinə 
bağlılığın yüksəlməsi); 
-  təsərrüfat  subyektində  bu  sahəyə  yönəldilən  xərclərin 
yüksək olması; 
-  təsərrüfat  subyektində  tələb  olunan  iş  yerlərinə 
ehtiyacların müəyyən edilməsi
- təsərrüfat subyektinin rəhbərliyinin belə ehtiyacları xüsusi 
qiymətləndirməsi; 
-  mütəxəssis  və  kadr  axınının  qarşısının  alınması  üçün 
tədbirlər görülməsi. 
Ehtiyac  və  tələb  olunan  yerlərə  mütəxəssislərin,  kadrların 
və  işçilərin  cəlb  edilməsinin  çatışmazlıqlarına  aşağıdakıları 
şamil  etmək məqsədəuyğundur: 
- xarici mühitə zəif şəkildə uyğunlaşma
- seçim üçün imkanların məhdudlaşdırılması; 
-  mütəxəssis  və  kadrların  cəlb  edilməsi  ilə  bağlı  xərclərin 
yüksək olması; 
-  mütəxəssis  və  kadrların  cəlb  edilməsi  ilə  bağlı  ehtimal 
səviyyəsinin qeyri-müəyyənliyi
-  tələblərə  cavabvermə  səviyyəsinin  qaneedici  şəkildə 
olmaması. 
Ehtiyac  və  tələb  olunan  iş  yerlərinə  lazımi  işçi  heyətinin 
cəlb  edilməsi  ilə  bağlı  informasiyaların  yığılmasının  müxtəlif 
metodları mövcuddur ki, bunlara da görüş, sınaq, testləşdirmə və 
s. şamil edilir. Fəaliyyət göstərən işçilər üçün isə attestasiyaların 
təşkili  kadrların  planlaşdırılmasında  əhəmiyyətli  vasitə  hesab 
edilir. 
Tələb  olunan  mütəxəssis  və  işçi  heyətinin  sayının  müəy-
yənləşdirilməsi  ilə  bağlı  aşağıdakı  yanaşmaların  tətbiq  edilməsi 
məqsədəmüvafiqdir: 
- marjinalis yanaşma; 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə