Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə77/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   73   74   75   76   77   78   79   80   ...   86

244 
 

 
məhsulun keyfiyyətinin davamlı olaraq 
yüksəldilməsi üçün ali idarəetmə orqanının  
məsuliyyət səviyyəsi aydın
 şəkildə 
müəyyənləşdirilməlidir. 
15.
 
Əmək 
kollektivində normal 
mənəvi atmosferin 
təmin edilməsi 
Kollektivdə normal atmosferin təmin 
edilməsində aşağıdakı amillərə xüsusi üstünlük 
verilməlidir: 

 
kollektiv üzvlərinin bir-birinə inamı və 
yüksək tələbkarlığı; 

 
xoşməramlı və işgüzar tənqid; 

 
şəxsi fikrin sərbəst şəkildə ifadə edilməsi; 

 
rəhbərlərin tabeçiliyində olanlara təzyiqin 
aradan qaldırılması; 

 
kollektiv üzvlərinə vəzifələri və işləri üzrə 
informasiyaların verilməsi; 

 
kollektivdə sosial rifahın yaxşılaşdırılması; 

 
məsuliyyətin səviyyəsinin artırılması. 
16.
 
İdarəetmənin 
keyfiyyəti, məsrəfləri, 
müddəti və funksiyaları 
üzrə fəaliyyətin  
əlaqələndirilməsi 
Fəaliyyətin yerinə yetirilməsinin 
əlaqələndirilməsində həm  keyfiyyət, xərclər 
və müddət amilləri, həm də idarəetmənin 
funksiyaları diqqət mərkəzində olmalıdır. 
17.
 
Əmək və istirahət 
rejiminə əməl olunması 
Rəhbərliyin və işçi heyətin əmək və istirahət 
rejiminin təşkili: 

 
yaradıcı fəaliyyət üçün iş gününün birinci 
yarısı, müşavirə və görüşlərə iş gününün 
ikinci yarısı ayrılır; 

 
təxminən 60 dəqiqədən bir 5-7 dəqiqəlik 
fasilə verilir; 

 
işin başlanmasından 3-4 saat sonra 30-60 
dəqiqəlik nahar fasiləsi müəyyənləşdirilir; 

 
iş vaxtının qurtarmasına 1-1,5 saat qalmış 
15-20 dəqiqə ərzində yüngül qidalanma 
təmin edilir. 
18.
 
Münaqişələrin və 
əsəb gərginliyinin 
aradan qaldırılması 
Rəhbərlik münaqişələrin yaranma səbəbini  
müəyyənləşdirməli, onların qarşısının alınması 
və əsəb gərginliyinin aradan qaldırılması 
metodlarına yiyələnməlidir. 


245 
 
Təsərrüfat  subyektinin  rəhbəri  yuxarı  orqan,  ondan  yuxarı 
qurumlar qarşısında idarəetmə obyekti qismində çıxış edirsə, on-
da  icraçının  fəaliyyət  prinsiplərini  rəhbər  tutmalıdır.  İdarəetmə 
subyekti olaraq orta və aşağı sahə rəhbərləri, menecerlər yüksək 
sahə  rəhbərlərindən  fərqli  olaraq  ilk  növbədə  problemin  səbəb-
lərinin  aradan  qaldırılması  üzrə  situasiyaları  öyrənib,  bununla 
bağlı zəruri tədbirləri həyata keçirməlidir.  
İdarəetmə subyekti olaraq, təsərrüfat subyektinin rəhbəri öz 
üzərinə  qəbul  edilmiş  qərarların  reallaşdırılması  ilə  bağlı  uçot, 
nəzarət  və  motivləşdirmə  funksiyalarını  götürməlidir.  Prosesin 
təşkili,  əlaqələndirilməsi  və  operativ  şəkildə  tənzimlənməsində 
ali  idarəetmə  rəhbəri  icraçılarla  sıx  təmasda  olmalıdır.  Bu  ba-
xımdan  planların  keyfiyyətlə  yerinə  yetirilməsi  və  onların  son 
nəticələri  əslində  təsərrüfat  subyektinin  rəhbərinin  məsuliyyəti 
ilə  şərtlənməlidir.  İdarəetmə  obyekti  kimi  icraçıların  fəaliy-
yətinin əsas prinsiplərinə aşağıdakıları aid etmək olar: 
-  icra  intizamı  (konkret  müddət  ərzində  plana  müvafiq 
olaraq yüksək keyfiyyətli işin yerinə yetirilməsi ); 
-  əməyin  təşkili  və  texnologiyaların  təkmilləşdirilməsində 
təşəbbüskarlıq.  Eyni  zamanda,  məhsulun  keyfiyyətinin  yüksəl-
dilməsi,  xərclərin  aşağı  salınması  sahəsində  icraçının  təşəbbüs-
karlığı mühüm amillərdən biri hesab edilməlidir: 
-  təsərrüfat  subyektinin  fəaliyyətinin  normal  şəkildə  həyata 
keçirilməsi üçün onların dəqiqliyi və peşəkarlığı; 
- işçi heyətin harmonik inkişafı. 
Təsərrüfat  subyektlərində  idarəetmə  sistemi  idarəetmənin 
metod  və  funksiyalarının,  nəzəri-metodoloji  əsaslarının  məc-
musunu özündə əks etdirməklə, idarə edən və idarə olunan   ya-
rımsistemlərin məqsədinə uyğun olaraq  reallaşdırılır.  İdarəetmə 
sisteminin  əsas  məqsədi  təsərrüfat  subyektinin  istehsal  etdiyi 
məhsulların  rəqabət  qabiliyyətinin  yüksəldilməsinə  və  onların 
daxili və xarici bazarlarda satılmasına istiqamətlənməlidir. 
İdarəetmə  subyektinin  son  məqsədinə  nail  olunması  üçün 
idarəetmə  sisteminin  bütün  funksiyalarının  yüksək  keyfiyyətlə 


246 
 
yerinə  yetirilməsi  vacib  şərtlərdən  biridir.  Bunun  üçün  strateji 
təhlil  və  tənzimləmə  mexanizmindən  istifadə  olunması  mühüm 
amildir.  Müvafiq  funksiyalar  bir  qayda  olaraq,  idarəetmə  me-
todlarının mövcud situasiyaları üçün istifadə olunan nəzəri-me-
todoloji əsasların  tətbiqi vasitəsilə yerinə yetirilə bilər. 
Müasir  şəraitdə  idarəetmədə  üç  metodun  tətbiqinə  xüsusi 
diqqət  yetirilir:    inzibati,  iqtisadi  və  sosial-psixoloji.  İdarəetmə 
metodlarının  növləri  bir  qayda  olaraq  bir-birini  tamamlayır. 
İdarəetmənin metodları heç də bütün hallarda öz mahiyyəti üzrə 
çıxış etmir. Belə ki, hər hansı normativ akt idarəetmənin inzibati 
metodunun tərkibinə daxil olsa da, o həm də idarəetmənin inzi-
bati  hüquqi  məsələləri  ilə  yanaşı,  eyni  zamanda  sosial  iqtisadi 
məsələlərini  də  özündə  əks  etdirir.  Normativ  aktların  icrası  isə 
ilk  növbədə  psixologiya  sahəsində  zəruri  biliklərin  tətbiq  edil-
məsini tələb edir. Bundan başqa, idarəetmənin nəticələri ilk öncə 
normativ  sənədlərlə  bağlı  olsa  da,  lakin  o  iqtisadi  metodlarla, 
amillərlə sıx bağlı olur. İqtisadi metodlar, amillər eyni zamanda 
sosial və digər metodlarla, amillərlə də təmasda çıxış edir. Həm-
çinin, idarəetmənin sosial-psixoloji metodları  özündə iqtisadi və 
hüquqi amilləri də birləşdirir.  
İdarəetmə  metodlarının  təsnifləşdirilməsinin  əsasında  kon-
kret  prinsip  olaraq,  idarəetmə  obyektinin  müstəqilliyi  səviyyəsi 
dayanmalıdır. Təbii ki, bu zaman idarəetmə subyektinin təsirin-
dən  asılı  olaraq  idarəetmə  obyektinin  müəyyən  müstəqillik  sə-
viyyəsi nəzərdə tutulmalıdır. İdarəetmənin obyekti olaraq hər bir 
fərd  özünəməxsus  səviyyədə  sərbəstlik  səviyyəsinə  malik  ol-
malıdır: 
*  sərbəstliyin  məhdudlaşdırılması  -  bu  ilk  növbədə  plan  və 
tapşırıqların yerinə yetirilməsi ilə bağlı obyektin idarəetmə sub-
yekti qarşısında asılılığını məcburiyyətə çevirir; 
*  sərbəstliyin  motivləşdirilməsi  -  idarəetmə  subyekti  bu  və 
ya digər plan və tapşırıqların yerinə yetirilməsi məqsədilə idarə-
etmə  obyektinə  məcburi  şəkildə  əsaslandırılmış  motivlərdən 
istifadə edir; 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə