Азярбайъан елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/44
tarix01.02.2018
ölçüsü2,8 Kb.
#23401
1   ...   24   25   26   27   28   29   30   31   ...   44

 
 
 
73 
qanunauyğun olaraq fars və tat dillərində silsül şəklinə düşmüşdür. 
Təsadüfi  deyildir  ki,  tatdilli  əhalinin  yaşadığı  Abşeron,  Quba  və 
İsmayıllı  şivələrində  sil,  sülüm  fonetik  variantları  Lənkəran  və 
Masallı  rayonu  şivələrində  sırd  forması  qeydə  alınmışdır.  -Bacım 
dam üstə çıxanda sülümdən yıxıldı (Ab.); Ay uşağ, sırdi gəti görək 
(M.); Silimi gətir, dama çıxacam (İ.). 
Alınma prosesi yalnız dildə yeni anlayışları ifadə etmək üçün 
sözlərin  meydana  çıxmasına  deyil,  eyni  zamanda  müxtəlif  məna 
çalarlarının və ifadə rəngarəngliyinin artmasına da şərait yaradır. Bu 
mənada  dialekt  və  şivələrin  lüğət  tərkibində  İran  mənşəli  alınma 
sözlər  omonim,  sinonim  və  antonimlərin  yaranmasında  fəal  iştirak 
edir. Onlar əsl Azərbaycan sözləri ilə olduğu kimi öz aralarında da 
sinonim, omonim və antonim münasibətlərə daxil olurlar. 
 
3.1.   Sinonimlər 
 
Dilin lüğət tərkibini zənginləşdirən söz qruplarından biri kimi 
fonetik  tərkibcə  müxtəlif,  məzmunca  bir-birinə  yaxın  məna 
çalarlarını  ifadə  edən  sözlər  –  sinonimlər  dildə  eyni  sözlərin 
təkrarına yol vermir və xoşa gəlməyən hər bir ifadəni başqa biri ilə 
əvəzləməyə şərait yaradır. 
Şərq  qrupu  dialekt  və  şivələrində  İran  mənşəli  alınma 
sözlərdən sinonimlər müxtəlif səbəb və ehtiyaclardan yaranır. Belə 
səbəblərdən  biri  də  həmin  ərazidə  yaşayan  konkret  dialekt 
nümayəndələrinin  müxtəlif  etnik  qruplarla  gündəlik  ünsiyyətdə 
olmalarıdır.  Nəticədə  həmin  dialekt  nümayəndələri  ünsiyyətdə 
olduqları  qeyri-türkdilli  qrupların  dilindən  xeyli  leksik  material 
mənimsəyirlər.  «Müxtəlif  etnik  qruplarla  ünsiyyətdə  olan  yerli 
dialekt  sahibləri  onlarla  daha  intensiv  anlaşmaya  nail  olmaq  üçün 
müəyyən  məfhumu  onların  dilindəki  sinonimlə  işlətməyi  etik-
linqvistik zərurət sayır. Təkrar-təkrar baş verən bu proses, nəhayət, 
dialektin  sinonim  cərgəsində  əcnəbi  sözü  fəallaşdırır  və  sabit-
ləşdirir»
219

                                                 
219
 Vəliyeva G.Q. Şərqi Abşeron şivələrində sinonimlər // Türk dillərinin leksik-
morfoloji  quruluşu  (Elmi  əsərlərin  tematik  məcmuəsi).  ADU-nun  nəşri,  Bakı, 
1981, s.106 


 
 
 
74 
Şərq  qrupu  dialekt  və  şivələrində  sinonim  cərgələrini  təşkil 
edən  sözləri  dil  mənsubiyyəti  baxımından  aşağıdakı  kimi 
qruplaşdırmaq olar: 
 
3.1.1. Azərbaycan və Ġran sözlərinin sinonimliyi 
 
a) Sinonim cərgəsini əmələ gətirən sözlərin biri dialekt, o birisi 
ədəbi dildə işlənir. 
bəndəm (dial.) ~ saplaq (ədəbi dil) ~ miçə//müçə (dial.) 
sədəf (dial.) ~ düymə (ədəbi dil) ~ pilək (dial.) 
tənə  ~ sərki (dial.) ~ qaxınc (ədəbi dil) 
dəsbəcə (dial.) ~ dərhal (ədəbi dil) 
səryan (dial.) ~ mətbəx (ədəbi dil) 
b) Komponentlərin hamısı dialektlərdə işlənir 
ücə dümüskil ~ dümbə 
çuxur ~ düşbərəxur ~ dəngənə ~ dəmərdə 
yovannıq ~ noxarış ~ qafun 
gərdə//gərde ~ pin 
 
3.1.2. Ġran və rus dillərindən alınma sözlərin sinonimliyi 
 
siyəzi//sigezi ~ bardon ~ meşok 
bələt ~ dəricə ~ vorota 
sərdig krişka 
 
3.1.3.  Ġran dillərindən alınma sözlərin sinonimliyi 
 
1. Fars dilindən 
peydəri ~ peşdapeşt ~ peydərpey «fasiləsiz, dalbadal» 
sərcam ~ sərpuş ~ sərdik «qapaq» 
2. Fars və tat dillərindən 
gavahin (f.) ~ gosun (t.) «xışın ucuna keçirilən iti dəmir» 
beybut (f.) ~ gərde//gorda (t.) «bıçaq növü adı» 
lebəleb (f.) ~ sərə (t.) «dolu» 
sələ (f.) ~ tasma (t.) 
şəbpələ//şəppərə (f.) ~ şögərd (t.) «gecəquşu» 


 
 
 
75 
3. Fars və talış dillərindən 
balaxana (f.) ~ ləm (tal.) 
dəsgirə (f.) ~ şıp (tal.) «səbət» 
xışım (f.) ~ mor (tal.) «hirs, qəzəb, acıq» 
xanaxarab (f.) ~ kəxərob (tal.) «evi yıxılan» 
təkər (f.) ~ tağırsağ (tal.) «dolu» 
4. Tat və talış dillərindən 
bəğələ (t.) ~ hındıl (tal.) «böyürtkən» 
sülüm//silim (t.) ~ sırd (tal.) «nərdivan» 
lağ (t.) ~ hiyə (tal.) «kürək, bel» 
tou//tov (t.) ~ bıxı (tal.) «ocaq, buxarı» 
oulə (t.) ~ ovələ (tal.) «çiçək xəstəliyi» 
 
3.2. Omonimlər 
 
Azərbaycan  dilinin  dialekt  və  şivələrin  lüğət  tərkibini 
zənginləşdirən  leksik  kateqoriyalardan  biri  də  omonimlərdir.  Şərq 
qrupu  dialekt  və  şivələrində  omonimlərin  yaranmasında  İran 
mənşəli  alınma  sözlər  də  iştirak  edir.  Qeyd  edilən  dialekt  və 
şivələrdə İran mənşəli alınma sözlər iki və daha çox mənaya malik 
omonimlər  yaradır.  Belə  sözlərin  içərisində  fonetik  cəhətdən 
dəyişikliyə  uğramadan  Azərbaycan  sözləri  ilə  uyğun  gələn  leksik 
vahidlərə  rast  gəlindiyi  kimi,  eyni  zamanda  təsadüfi  olaraq, 
tələffüzcə  Azərbaycan  sözləri  ilə  səsləşən  alınmalar  da  müşahidə 
olunur. Aşağıda omonimlərə aid bir neçə misal verilir. 
 
baca, nəfəslik (Sal.) 
ban                 
dam 
                        arabanın korpusu (C., M., Sal., Y.) 
                         
xışın bir hissəsi (B., Q., Ln., Ş.) 
bazı//bazu   
təpə, dik, hündür yer (Br., Sal.) 
                        bilərzik, qolbaq (İ.) 
                         
qaramal saxlanan yer 
binə                 bünövrə, başlanğıc (Ln., Y.) 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə