Azərbaycanın ictimai həyatında gənclərin iştirakı



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix06.05.2018
ölçüsü0,55 Mb.
#42080
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

qaçış gününün keçirilməsini, həmçinin ən mühüm hadisə kimi 

1996-cı ildə Azərbaycan Respublikasının ilk dəfə müstəqil dövlət 

kimi  Olimpiya  oyunlarına  qoşulmasını  qeyd  etmək  olar. 

Azərbaycan Prezidenti H. Əliyev bu tarixi hadisədə böyük rol 

oynadı. Milli olimpiya komitəsinin 31 iyul 1997-ci ildə keçirilmiş 

növbəti  Baş  Məclisində  komitənin  yeni  idarə  heyəti 

müəyyənləşdirildi, İ. Əliyev MOK prezidenti seçildi, həmçinin 

komitənin fəaliyyət istiqamətləri müəyyənləşdirildi. 

İ. Əliyevin Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən 

sonra  Azərbaycanda  olimpiya  hərəkatı  fəallaşdı.  Beynəlxalq 

olimpiya komitəsinin Prezidenti J. Roq MOK fəaliyyətinə yüksək 

qiymət  verərək  qeyd  etmişdir  ki,  Azərbaycan  Milli  olimpiya 

komitəsi  digər  Olimpiya  komitələrinə  örnək  olmalıdır. 

İdmandakı  nailiyyətlər  göz  qabağındadır.  Onlar  rəsmi 

statistikada öz əksini tapır, azərbaycan idmançılarının iştirakı ilə 

keçirilən yarışlar kütləvi informasiya vasitələrində geniş yer alır. 

Azərbaycanda  idmanla  məşğulluq  böyük  amilə  çevrilibdir. 

Gənclər,  uşaqlar  idmanla  məşğul  olmaq  istəyirlər.  Hər  şeydən 

öncə    ona  görə  ki,  idmançı  peşəsi  kifayət  qədər  şərəfli  peşəyə 

çevrilmişdir.  Bu  bir  tərəfdən  gənclərin  vətənpərvərlik 

tərbiyəsinin,  digər  tərəfdən  isə  Milli  Olimpiya  Komitəsi 

tərəfindən  Beynəlxalq  yarışlarda  qələbə  qazanmış  gənc 

idmançıların  layiqli  mükafatlandırılması,  onlara  qayğı 

göstərilməsinin nəticəsidir. 

1998-ci  ildə Azərbaycan  Respublikası  ilk  dəfə  Qış  Olimpiya 

oyunlarına  qatıldı.  Yaponiyanın  Naqano  şəhərində  keçirilən 

XVIII Qış Olimpiya oyunlarında 5 Azərbaycan idmançısı iştirak 

etmişdir. 

30

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




2000-ci ildə Sidney Olimpiadasında Azərbaycan Respublikası 

idmançıları 2 qızıl və 1 bürünc medal qazandılar. Azərbaycan, 

komanda  hesabında  199  ölkə  arasında  34,  Avropa  ölkələri 

arasında  23-cü  oldu.  Bu  ölkənin  olimpiya  hərəkatı  tarixində 

böyük uğuru idi. 

2002-ci ildə Azərbaycan ikinci dəfə Qış Olimpiya oyunlarının 

iştirakçısı  oldu.  Solt  Leyk  Siti  (ABŞ)  oyunlarında  Azərbaycan 

idmançıları 3 yarışda iştirak etdilər. 

2004-cü  ildə  Afinada  keçirilən  yay  Olimpiya  oyunlarında 

Azərbaycan idmançıları beş medal qazandılar.

2008-ci  ildə  keçirilmiş  Pekin  Yay  Olimpiya  oyunlarında 

Azərbaycanın 44 idmançısı 10 idman növü üzrə yarışlarda iştirak 

etmiş, bir qızıl, iki gümüş və dörd bürünc medal qazanmışlar. 

2012-ci ildə Londonda keçirilmiş Yay Olimpiya oyunlarında 

ölkə tarixində ən yüksək göstərici - 10 medal (iki qızıl, iki gümüş, 

altı  bürünc)  əldə  edildi.  Şəkil  5-də  müxtəlif  illərdə  Olimpiya 

oyunlarında qazanılmış medalların sayı göstərilmişdir.

2012-ci  ilin  avqustunda  Londonda  təşkil  olunmuş  XIV 

Paralimpiya  oyunlarında  azərbaycan  idmançıları  12  medal  – 

dörd qızıl, beş gümüş, üç bürünc qazanmışlar. Bu göstəricilərlə 

azərbaycan  yığması  iştirakçı  komandalar  arasında  27-ci  yeri 

tutdu.  Şək.  6-da  azərbaycan  idmançılarının  son  12  ildə 

qazandıqları medalların dinamikası göstərilmişdir.

31

Gənclər və idman




-ci il

-cü il

-ci il

-ci il

Diaqramdan görünür ki, Azərbaycanın Paralimpiya  uğurları 

daim artır. Belə ki, 2000-ci il Paralimpiya oyunlarında azərbaycan 

idmançıları  2  (bir  qızıl,  bir  bürünc),  2012-ci  ildə  isə  12  medal 

(dörd qızıl, beş gümüş, üç bürünc) qazanmışlar.

Qeyd  olunan  bütün  idman  nailiyyətləri  bu  sahədə    uğurlu 

dövlət  fəaliyyətinin  nəticəsidir.  Uşaq  və  gənclərin 

problemlərinin ardıcıl həlli, o cümlədən Milli olimpiya komitəsi 

xətti ilə onların imkan və bacarıqlarının hərtərəfli realizasiyası 

üçün  şəraitin  yaradılması    dövlətin  əsas  fəaliyyət 

istiqamətlərindən birinə çevrildi. 

İdman sahəsində dövlət siyasəti, olimpiya ideallarının təbliği, 

idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir 

Olimpiya komplekslərinin tikilməsi və digər tədbirlər sayəsində 



Şək. 5. Olimpiya oyunlarında Azərbaycan idmançılarının

 qazandıqları medalların sayı

32

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




Azərbaycan  mötəbər  beynəlxalq  idman  yarışlarının  keçirildiyi 

məkana  çevrilmişdir.  Bakı  şəhərində  bədii  gimnastika  üzrə 

Avropa, güləş və boks üzrə, qadınlar arasında futbol üzrə dünya 

çempionatlarının keçirilməsi, həmçinin Azərbaycan paytaxtının 

2020-ci ilin Yay Olimpiya Oyunları üçün ev sahibliyi qismində 

namizədliyini irəli sürməsi bunun təsdiqidir.

Ö l k ə d ə   i d m a n ı n   i n k i ş a f ı ,   o l i m p i ya   h ə r ə k a t ı n ı n  

genişləndirilməsi,  gənclərin  müntəzəm  şəkildə  idmana  cəlb 

olunması,  əhalinin  bütün  təbəqələri  arasında  sağlam  həyat 

tərzinin  formalaşdırılması,  həmçinin  yeni  idman  və  olimpiya 

komplekslərinin  tikilməsi,  London  olimpiadasında,  dünya  və 

Avropa  çempionatlarında  və  digər  beynəlxalq  yarışlarda 

azərbaycan  idmançılarının  yüksək  göstəricilər  əldə  etmələri 

Şək. 6. Paralimpiya oyunlarında Azərbaycan idmançılarının

 qazandıqları medalların sayı

33

-ci il



-cü il

-ci il

-ci il

Gənclər və idman




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə