Azərbaycanın ictimai həyatında gənclərin iştirakı



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix06.05.2018
ölçüsü0,55 Mb.
#42080
1   2   3   4   5   6   7   8   9   ...   22

-

gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi; 

-

gənc ailə institutunun möhkəmləndirilməsi; 



-

gənclərin məlumatlılığının artırılması; 

-

gənclərin  vacib  ictimai  təşəbbüslərinin  dəstəklənməsi 



üçün  təşkilati,  maddi  və  məlumatlandırma  mexanizmlərinin 

inkişaf etdirilməsi; 

-

gənclərdə  müasir  düşüncə  tərzinin  formalaşdırılması, 



onların idarəetmə və tədqiqatyönlü fəaliyyətə cəlb edilməsi; 

-

gənclərin  özünüidarə  və  iqtisadi  baxımdan  təminetmə 



bacarıqlarının inkişaf etdirilməsi; 

-

gənclərin, o cümlədən gənc əlillərin sosial müdafiəsinin 



gücləndirilməsi; 

-

gənclər  arasında  zərərli  vərdişlərin  yayılmasına  qarşı 



yönəlmiş fəaliyyətlərin dəstəklənməsi və inkişaf etdirilməsi; 

-

gənclərin  inkişafında  yerli  icra  strukturlarının  və 



bələdiyyələrin iştirakının artırılması, yerlərdə gənclərə diqqətin 

gücləndirilməsi; 

-

gənclərlə  işləyən  mütəxəssislərin  əlavə  təhsilinin  təmin 



edilməsi; 

-

gənclərin  və  gənclər  təşkilatlarının  ictimai  həyatda 



təşəbbüskarlığının və iştirakının stimullaşdırılması; 

-

gənclərin  beynəlxalq  mübadilə  və  mədəniyyətlərarası 



dialoqda iştirakının dəstəklənməsi; 

-

gənclərin  inkişafına  yönəlmiş  infrastrukturun 



yaradılması.

Azərbaycan Respublikasının Prezidentininin 19 dekabr 2011-

ci il tarixli 542 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının 

Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu təsis edildi. 

12

Dövlət gənclər siyasəti




Fond, Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər 

sosial  sahələrə  yönəlmiş  fəaliyyətlərin  stimullaşdırılmasını 

təmin edən qurumdur. 

Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət sahələrində 

və  digər  sosial  sferalarda,  o  cümlədən  beynəlxalq  səviyyədə 

həyata  keçirilən,  həmçinin  maddi-texniki  bazanın 

modernləşdirilməsinə yardım daxil olmaqla müvafiq konfrans, 

seminar, festival, olimpiada və digər tədbirlərin, ictimai və sosial 

əhəmiyyətli  proqram  və  layihələrin  qrantlar  şəkildə  məqsədli 

maliyyələşdirilməsi Gənclər Fondunun əsas məqsədidir. 

Gənclər  fondu  idarəetmə  sahəsində  elmi  araşdırma,  sosial 

əhəmiyyətli  və  innovativ  ideyaları,    dövlət  gənclər  siyasətini 

həyata  keçirən  dövlət  və  yerli  özünüidarə  müəssisələrinin 

fəaliyyətini  dəstəkləyir,  o  cümlədən  dövlət  və  cəmiyyətin   

inkişafında  gənc  nəslin  iştirakını  və  təşəbbüslərini    yerlərdə 

stimullaşdırır.

Dövlət Proqramının 6.5.5 bəndinə əsasən yerlərdə gənclərlə 

işin daha da fəallaşdırılması məqsədi ilə proqramın əhatə etdiyi 

dövrdə  hər  il  ölkənin  bir  şəhər  və  ya  rayonunun  "Gənclər 

Paytaxtı"  elan  edilməsi  nəzərdə  tutulub.  Azərbaycan 

Resbuplikasının Gənclər və İdman nazirinin müavini İ. Babayev 

16  fevral  2012-ci  ildə  Bakıda  Gənclər  gününə  həsr  olunmuş 

təntənəli  mərasimdə  çıxış  edərək  internet  vasitəsilə  keçirilən 

respublikanın  1  mln.  700  min  gənc  nəslinin  nümayəndəsinin 

iştirak  etdiyi  “Azərbaycanın  Gənclər  Paytaxtı”  mövzusunda 

sorğu-səsvermə  nəticələri  üzrə  birinci  yeri  tutmuş  Gəncə 

şəhərini “Gənclər Paytaxtı-2012” elan etdi. 

8  sentyabr  2012-ci  ildə  Gəncə  şəhərində  Gənclər  və  İdman 

13

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




Nazirliyinin,  Azərbaycan  Respublikasının  gənclər  fondunun, 

Gəncə şəhəri icra hakimiyyətinin, “Gənclərin Dostluq Şəbəkəsi” 

və  “İRƏLİ”  İctimai  Birliklərinin  təşkilatçılığı  ilə  Azərbaycan 

Gənclərinin I Liderlik Forumunun açılış mərasimi keçirildi. 

8  –  11  sentyabrda  Forumun  “Gənclər  üçün  yeni  imkanlar” 

mövzusunda ilk paneli keçirildi. 

Bakıda  Gənclər  Mərkəzinin,  regionlarda  isə  “Gənclər 

Evləri”nin yaradılması istiqamətdə müvafiq addımlar atılmışdır. 

Bu  cür  evlər  artıq  13  rayonda  fəaliyyət  göstərir.  2011-2013-cü 

illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı 

üzrə  dövlət  proqramı  çərçivəsində  daha  10  gənclər  evinin 

tikilməsi üzrə layihələr təsdiq olunmuşdur. 

Hər  il  2  fevral  -  Gənclər  günündə  elm,  texnika,  təhsil, 

mədəniyyət  və  incəsənət  sferalarında  nailiyyətlərinə  görə,  o 

cümlədən  Azərbaycanı xarici ölkələrdə layiqli təmsil edən gənc 

nəslin  nümayəndələri    Gənclər  və  İdman  Nazirliyi  tərəfindən 

təsis  olunan  “Gənclər  mükafatı”  ilə  təltif  olunur.  Bu  mükafata 

gənc alimlər də daxil olmaqla 2009-cu ildə 20 nəfər, 2010 və 2011-

ci  illərdə  hər  il  22  nəfər,  2012-ci  ildə  isə  25  nəfər    layiq 

görülmüşdür.

Əgər  “Azərbaycan  Gəncliyi  (2005-2009-cu  illər)”  Dövlət 

Proqramının realizasiyasına  büdcədən 8 milyon 375 min manat 

ayrılmışdısa,    yeni  proqrama  80  milyon  manat,  daha  doğrusu 

təxminən   10 dəfə çox vəsait ayrılması nəzərdə tululur.   2012-ci 

ildə  proqramın  realizasiyasına  20,1  milyon  manat  xərclənməsi 

nəzərdə tutulur.

Beləliklə,  dövlət  tərəfindən  ardıcıl  həyata  keçirilən  ictimai-

sosial islahatların nəticələrinə əsasən Azərbaycanda gənclər kimi 

14

Dövlət gənclər siyasəti




bütün  əhalinin  də    hərtərəfli  istifadəsi  üçün  şəraitin 

yaradılmasını  nəzərdə  tutan  dövlət  gənclər  siyasətinin  yeni 

mərhələsi başlanmışdır.

1-ci  və  2-ci  şəkillərdə  2005-2009  və  2011-2015-ci  illər  dövlət 

proqramlarında  nəzərdə  tutulan  işlərin  həcmi  təqdim 

olunmuşdur. Əgər birinci proqramda (şəkil 1.) ümumilikdə 106 

istiqamət  üzrə  işlərin  icrası  nəzərdə  tutulurdusa,  ikinci 

proqramda  isə  (şəkil  2.)  67  istiqamətdə  fəaliyyət  təsvir 

olunmuşdur.  Lakin  istiqamətlərin  sayının  azalmasına 

baxmayaraq    onların realizasiyasına təxminən  10  dəfə  çox pul 

vəsaiti  ayrılmışdır  ki,  bu  da  gənclərlə  işin  dövlət  üçün 

əhəmiyyətli olmasına daha bir sübutdur. 

Əgər  2005-2009  və  2011-2015-ci  illər  (şəkil  3,  4)  dövlət 

proqramlarının realizasiyasında müxtəlif təşkilatların iştirakını 

təhlil etsək görərik ki, Azərbaycan Respublikasının Gənclər və 

İdman,  Təhsil  və  Mədəniyyət  və  Turizm  Nazirlikləri 

proqramlarda  nəzərdə  tutulan  işlərin  icrasına  daha  çox  cəlb 

olunmuşlar.  Azərbaycanda  uğurla  keçirilən  dövlət  gənclər 

siyasəti  sayəsində  ölkə  həyatının  bütün  sferalarında  gənclərin 

fəallığı  artmışdır.  Dövlət  səviyyəsində  müasir  gənclər 

hərəkatının  inkişafı  məqsədilə  böyük  iş  görülmüş  -  gənclərin 

fəaliyyətinin  təşkili,  uşaq  və  gənclər  qeyri-hökumət 

təşkilatlarının  yaradılması  üçün  şərait  yaradılmış,  müvafiq 

normativ-hüquqi baza təkmilləşdirilmişdir.

15

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə