Azərbaycanın ictimai həyatında gənclərin iştirakı



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix06.05.2018
ölçüsü0,55 Mb.
#42080
1   2   3   4   5   6   7   8   9   ...   22

qüvvə kimi görürdü.

Ümumilikdə,  Azərbaycanın  Ümummilli  lideri  H.  Əliyev 

tərəfindən müəyyən olunan və həyata keçirilən gənclər siyasəti 

özündə beş mühüm istiqaməti ehtiva edirdi:

-  milli-mənəvi  dəyərlərin  qorunmasında  gənclərin  rolunun 

artırılması, gənc nəslin tarixi köklərə bağlı olan vətənpərvərlik 

ruhunda tərbiyəsinin təmin edilməsi;

- gənclərin elmi və intellektual potensialının artırılması üçün 

ciddi təhsil və mədəni islahatların həyata keçirilməsi;

-  gənclərin  təşkilatlanmasının  təmin  edilməsi,  dövlətin 

müstəqilliyinin müdafiəsi üçün  onların aparıcı qüvvə qismində 

birləşməsinin gücləndirilməsi;

-  dövlət  idarəçiliyində  gənclərin  rolunun  əhəmiyyətli 

dərəcədə  artırılması  və  onlarda  məsuliyyət  hissinin 

formalaşdırılması;

-  gənclərin  Azərbaycan  dövlətinin  beynəlxalq  aləmə 

inteqrasiyası ilə təmin olunan imkanlardan maksimum istifadə 

etmələri üçün möhkəm əsasın yaradılması.

Dünyada, o cümlədən Azərbaycanda ictimai-siyasi hadisələr 

baş  verdikcə,  gənclər  qarşısında  duran  problemlər  və  onların 

həlli  yolları  da  dəyişirdi.  Azərbaycan  xalqının  problemlərinin 

müasir  dünya  kontekstində  həlli  üçün  Azərbaycan  gənclər 

hərəkatının  yenidən  qurulması  vacib  idi.  Bununla  əlaqədar 

olaraq  müstəqil  Azərbaycan  Respublikasında  gənclər 

hərəkatının əlaqələndirilməsi məqsədilə 1994-cü il iyulun 26-da 

Azərbaycan  Prezidentinin  Fərmanı  ilə  Gənclər  və  İdman 

Nazirliyi  yaradıldı  (2001-2006-cı  illərdə  Gənclər,  İdman  və 

Turizm  Nazirliyi).  Bu  nazirliyin  meydana  gəlməsi  ilə  dövlət 

6

Dövlət gənclər siyasəti




gənclər  siyasəti  sahəsində  mühüm  işlər  həyata  keçirildi, 

nazirliyin  yerli  strukturları  formalaşdı,  gənc  nəslin  mənəvi 

tərbiyəsi  və  fiziki  inkişafı,  onların  hüquqlarının  müdafiəsi, 

beynəlxalq  strukturlarda  iştirakı  və  gənclər  təşkilatlarının 

fəaliyyətinin  əlaqələndirilməsi  sahəsində  lazımi  tədbirlər 

görüldü, bir sıra dövlət proqramları hazırlandı.

Gənclərin  cəmiyyətin  inkişafı  və  onun  problemlərinin 

həllində  rolunun,  ölkənin  gələcəyi  naminə  onların 

məsuliyyətinin  artırılması,  paytaxt  və  regionlarda  yaşayan 

gənclərin nümayəndələri arasında fikir mübadiləsi üçün şəraitin 

yaradılması, gənclər təşkilatları ilə dövlət qurumları və hökümət 

strukturları  arasında  qarşılıqlı  fəaliyyətin  asanlaşdırılması 

məqsədilə  2  fevral  1996-cı  ildə  Azərbaycan  gənclərinin  ilk 

forumu keçirildi. Forum müstəqil Azərbaycan Respublikasının 

qarşısında  duran  mühüm  vəzifələrin  həllində  gənclərin  fəal 

iştiraka  hazır  olduğunu  nümayiş  etdirdi  və  gənclərlə  işin 

nəzərəçarpacaq  dərəcədə  fəallaşmasına  səbəb  oldu.  1997-ci  il 

fevralın  1-də  Azərbaycan  Respublikası  Prezidentinin  forum 

nümayəndələrinin bir qrupu ilə görüşündə forumdan keçən bir 

il  ərzində  görülmüş  işlər  təhlil  olundu  və  gənclərlə  bağlı  əsas 

problemlərin  həlli  yolları  müəyyən  edildi.  Azərbaycan 

Respublikası Prezidentinin elə həmin gün imzaladığı sərəncamı 

ilə fevralın 2-si Azərbaycan gənclər günü elan edildi.

1999-cu  ilin  başlanğıcı  da  Azərbaycan  gəncləri  üçün 

əlamətdar  oldu  -  mart  ayının  2-3-də  Azərbaycan  gənclərinin 

ikinci  forumu  keçirildi.  Forumda,  birinci  forumdan  ötən  vaxt 

ərzində görülmüş işlərə yekun vurmaqla yanaşı, müstəqil dövlət 

quruculuğu  yolunda  gənclərin  üzərinə  düşən  böyük  vəzifələr 

7

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




müəyyən  edildi,  respublikanın  ictimai-siyasi  həyatında 

gənclərin  daha  fəal  iştirakı  üçün  şəraitin  yaradılması  ilə  bağlı 

tövsiyələr  verildi,  dövlət  orqanlarının  diqqəti  gənclərin 

problemlərinin həllinə yönəldildi*.

Bu  forumlar  çərçivəsində  qeyri-hökumət  gənclər 

təşkilatlarının  vəzifə  və  öhdəlikləri,  gənclərin  ictimai  və  siyasi 

fəallığı,  tələbələrin  sosial  problemləri,  təhsilin  keyfiyyəti,  gənc 

alimlərin perspektivləri, yaradıcı gənclərin problemləri və yeni 

layihələri, gənclərin idarəetmə sferasına cəlb edilməsi, gənclərin 

xaricdə təhsil layihələrinin dəstəklənməsi və həyata keçirilməsi, 

beynəlxalq  əməkdaşlıq  və  digər  mühüm  məsələlər  müzakirə 

olunur,  müvafiq  qərarlar  qəbul  edilir.  Bütün  bunlar  gənclərin 

problemlərinin bilavasitə həlli üçün böyük əhəmiyyət kəsb edir. 

Azərbaycan  xalqının  mənafeyinə  əsaslanan  gənclər  siyasəti 

Prezident İ. Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ 1997-

ci  ildə  Azərbaycan  Milli  Olimpiya  Komitəsinin  (MOK) 

Prezidenti  vəzifəsinə  İ.  Əliyevin  seçilməsi  idman  və  gənclər 

siyasəti  sahəsində  həyata  keçirilən  dövlət  siyasətinin  yeni 

şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. MOK Prezidenti 

kimi  İ.  Əliyev  ölkədə  Olimpiya  hərəkatının  genişlənməsinə, 

idman  və  bədən  tərbiyəsinin  inkişafına,  Azərbaycanın  dünya 

idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsinə yönəlmiş 

bir sıra tədbirlər həyata keçirdi.

1996-2009-cu  illərdə  qəbul  olunmuş  “Azərbaycanda  gənc 

istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası 

Prezidentinin Fərmanı (22 iyun 1996-cı il), “Gənc istedadlar üçün 

* Bu günə qədər Azərbaycan gənclərinin 6 forumu keçirilmişdir: üçüncü forum – 

2003-cü ildə, dördüncü – 2005-ci ildə, beşinci – 2008-ci ildə və altıncı forum  2011-ci ildə.

8

Dövlət gənclər siyasəti




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə