Azərbaycanın ictimai həyatında gənclərin iştirakı



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix06.05.2018
ölçüsü0,55 Mb.
#42080
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

məqsədi  ilə  Prezident  İ.  Əliyevin  16  yanvar  2012-ci  il  tarixli 

Sərəncamı ilə  2012-ci il Azərbaycan Respublikasında “İdman ili” 

elan edildi. 

Bu  gün  Azərbaycanda  idman,  gələcək  qələbələrə 

ruhlandıraraq,  yüksək sürətlə kütləvi xarakter alır. Azərbaycan 

Respublikasının  Prezidenti    İ.  Əliyevin  İdman  və  olimpiya 

hərəkatının  problemlərinə  diqqəti  –  ölkənin  yeni  idman 

uğurlarının təminatıdır.

34

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




Gənclərin  sosial  problemlərinin  həlli  dövlətin  və  onun 

başçısının daim diqqət mərkəzində olmuşdur. 9 aprel 2002-ci ildə 

Ümummilli  lider  H.  Əliyev  tərəfindən  imzalanmış  “Gənclər 

siyasəti  haqqında”  Azərbaycan  Respublikası  qanununun  9-cu 

maddəsində deyilir: “Yaşayış evi tikmək və ya mənzil almaq, ev 

təsərrüfatı yaratmaq üçün gənc ailələrə həcmi və verilmə qaydası 

qanunvericiliklə müəyyən olunan güzəştli ipoteka kreditləri və 

ssudalar  verilə  bilər”.  Bu  müddəanın  yerinə  yetirilməsi  üçün 

Azərbaycan Respublikasının Prezidenti İ. Əliyev tərəfindən 16 

sentyabr  2005-ci  ildə  “Azərbaycan  Respublikasında  ipoteka 

kreditləri sisteminin yaradılması haqqında” Fərman imzalandı. 

Fərmanın  5.2  bəndində  Nazirlər  Kabinetinə  tapşırıldı  ki,   

əhalinin müxtəlif sosial təbəqələrinin, xüsusilə də gənc ailələrin 

güzəştli ipoteka kreditləri ilə təmin edilməsinə dair təkliflərini 

təqdim etsin. Daha sonra “Azərbaycan Respublikasında ipoteka 

kreditlərinin  verilməsi  mexanizminin  təkmilləşdirilməsi 

haqqında” Prezidentin 23 yanvar 2007-ci il 515 saylı   və həmin 

Fərmana  dəyişikliklərin  edilməsi  haqqında  Azərbaycan 

Respublikası Prezidentinin 18 may 2007-ci il 575 saylı   Fərmanı 

ilə  gənc  ailələrə  güzəştli  ipoteka  kreditlərinin  verilməsi 

mexanizmi təsdiqləndi. 

Azərbaycan  Respublikası  Prezidentinin  14  aprel  2009-cu  il 

tarixli  Fərmanı  ilə  təsdiq  edilmiş  Azərbaycan  Respublikası 

regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət 

proqramında  əhalinin,  xüsusilə  gənc  ailələrin  mənzilə  olan 

Gənclər – sosium

35



ehtiyaclarının  daha  dolğun  ödənilməsi  məqsədilə  ipoteka 

kreditləşmə  mexanizminin  təkmilləşdirilməsi,  gənclərin 

ümumbəşəri  dəyərlər  əsasında  layiqli  ali  təhsil  almaları, 

dünyanın  aparıcı  ölkələrində  təhsil  prosesi  imkanlarının 

genişləndirilməsi,  effektivliyinin  və  təşkilatlılığının  artırılması 

prioritet kimi göstərilmişdir. 

Azərbaycan  Respublikası  Mərkəzi  Bankı  Nəzdində 

Azərbaycan  İpoteka  fondunun  statistikasına  görə  banklar 

tərəfindən  vətəndaşlara  verilən  ipoteka  kreditlərinin  həcminin 

2006-cı ildən başlayaraq artdığını müşahidə edə bilərik. Son illər 

bütün  dünyada  müşahidə  edilən  dünya  maliyyə-iqtisadi 

böhranına  baxmayaraq  2010  və  2011-ci  illərdə  vətəndaşlara 

verilən  ipoteka  kreditlərinin  həcmində  əhəmiyyətli  fərq 

olmamışdır  (Şək.  7.).  2012-ci  ilin  ilk  yarısında  isə  tək  banklar 

tərəfindən  vətəndaşlara  39,27  mln.  AZN  həcmində  ipoteka 

verilmişdir. 

Şək.  8-də  borc  alanların  yaş  həddlərinin  faizlə  nisbəti  qeyd 

edilmişdir.  Buradan  görünür  ki,  gənclərə  (25  yaşadək)  verilən 

ipoteka  kreditlərinin  həcminin  payı  41  faiz  təşkil  edir.  Kifayət 

qədər  yüksək  olan  bu  göstərici  gənclərin  sosial  rifah  halını, 

onların ipoteka kreditini ödəmək qabiliyyətini təsdiqləmiş olur. 

36

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




37

-ci il

-cı il

-ci il

-ci il

-cu il

-cu il

-ci il

-ci il

birinci yarım il

Gənclər – sosium




Ş

ək. 7. Müxt

əlif m

ənb

əl

ər t

ər

əfind

ən 

ipoteka kreditl

əri üzr

ə maliyy

əl

əşm

ə h

əcmi

1 

– 

Az



ərbaycan 

ipoteka 


fondunun 

dövl


ət 

büdc


əsind

ən 


ayırdığı 

v

əsaitl



ər;

2 

– 

Banklar 



find



ən 

v

eril



ən 

ipoteka 


kreditl

əri;


3 

– 

Az



ərbaycan 

ipoteka 


fondu 



find

ən 


krar 


maliyy

əl

əşm



ə;

4 

– 

Az



ərbaycan 

ipoteka 


fondu 



find

ən 


y

erl


əşdirilmiş 

istiqrazlar

.

38

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




2008  -  2015-ci  illərdə  Azərbaycan  Respublikasında 

yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramının 

icrası  üzrə  2011-2015-ci  illərə  olan  Tədbirlər  Planının  3  saylı 

əlavəsində işin aşağıdakı istiqamətləri  nəzərdə tutulmuşdur: 

- gənclərin və əhalinin həssas qruplarının (qadınlar, əlillər və 

məcburi köçkünlər) sahibkarlıq fəaliyyətinin dəstəklənməsi;

- xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq 

potensialının inkişaf etdirilməsi;

-  əhalinin,  xüsusilə  gənclərin  reproduktiv  sağlamlıq  və  ailə 

planlaşdırılması sahəsində maarifləndirilməsi;

- yaşlı və gənc nəsil yazıçıların, rəssamların və bəstəkarların 

yaradıcılıq  fəaliyyətinin  təmin  edilməsi  üçün  Xüsusi  təqaüd 

fondunun maliyyələşdirilməsinin davam etdirilməsi;

-  gənclər  arasında  narkomanlığın  və  digər  neqativ  halların 

profilaktikası məqsədilə maarifləndirmənin genişləndirilməsi;

-  elm,  təhsil,  mədəniyyət,  incəsənət  və  idman  sahəsində 



Şək. 8. Borc alanların yaş həddi

1 – 18-29 yaş;

2 – 30-35 yaş;

3 – 36 yaş və yuxarı.

39

Gənclər – sosium




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə