Azərbaycanın ictimai həyatında gənclərin iştirakı



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix06.05.2018
ölçüsü0,55 Mb.
#42080
1   2   3   4   5   6   7   8   9   10   ...   22

keçirilməsinə yaxından köməklik göstərilməsi;

- Ümumi qəbul edilmiş beynəlxalq hüquq sənədlərinə müvafiq 

olaraq    uşaqların  hüquqlarının  müdafiəsinə  yönəldilmiş 

tədbirlərin həyata keçirilməsi;

- Bazar iqtisadiyyatı şəraitində gənclərin sahibkarlıq fəaliyyətinə 

cəlb  edilməsi  üzrə  digər  dövlət  orqanlarının  fəaliyyətinin 

əlaqələndirilməsi;

-  Gənclər  təşkilatlarının  formalaşmasında  Azərbaycan 

Respublikasının qanunvericiliyinə uyğun olaraq iştirak, onların 

fəaliyyətinin əlaqələndirilməsi; 

-  Gənclərin,  onların  problemlərinin  həllinə  istiqamətlənmiş   

beynəlxalq tədbirlərdə fəal iştirakına kömək göstərilməsi;

-  Bədən  tərbiyəsi  sahəsində  Azərbaycan  Respublikası  milli 

proqramının həyata keçirilməsi;

- Bədən tərbiyəsinin geniş təbliğinin təşkili, Azərbaycan xalqının 

milli-mənəvi dəyərlərinə əsaslanan sağlam həyat tərzinin əhali 

tərəfindən sürülməsi üçün şəraitin təmin edilməsi;

- Əhali, xüsusilə böyüməkdə olan gənc nəsil arasında idman və 

bədən  tərbiyəsinin  kütləviliyinin  təmin  edilməsi  məqsədilə 

dövlət orqanları və ictimai təşkilatlarla birlikdə onların maddi-

texniki bazasının inkişaf etdirilməsi;

- Azərbaycanın  beynəlxalq  idman  əlaqələrinin  genişlənməsinə 

köməklik göstərilməsi.

Nazirlik, gənclər və idman sahəsində dövlət siyasətini həyata 

keçirən  orqandır.  Nazirliyin  yaradıldığı  dövrdə  mövcud  olan 

iqtisadi  çətinliklərə,  o  cümlədən  Ermənistanla  olan  hərbi 

münaqişəyə  baxmayaraq    Prezidentin  göstərişi  ilə  idmanın 

inkişafına mümkün olan maksimum vəsait ayrılırdı. Buna əlavə 

26

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




olaraq Prezidentin 5 mart 1995-ci il tarixli fərmanı ilə Azərbaycan 

idman fondu yaradıldı.

Dövlətin  Gənclər  Siyasətində  idmanın  inkişafı  və  onun 

kütləviliyinin  artırılması  həmçinin  mühüm  yer  tutur.  Dövlət 

başçısının  ardıcıl  səyi  nəticəsində  Azərbaycan  dünyanın 

qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Azərbaycanın 

müxtəlif  bölgələrində  olimpiya  idman  komplekslərinin  açılışı, 

ölkədə  iri  beynəlxalq  idman  yarışlarının  təşkili,  Azərbaycan 

idmançılarının  olimpiada  və  dünya  çempionatlarında  uğurlu 

çıxışları buna əyani sübutdur. 

Azərbaycan  gəncliyi  (2011-2015-ci  illər)  Dövlət  proqramına 

gənclərlə  bağlı  müxtəlif  istiqamətli  layihələrə  dəstək  daxil 

edilmişdir  (proqramın  6.3.2,  6.7.3  bəndləri).  Dövlət  Gənclər 

siyasətinin  əsas  istiqamətləri  üzrə  hazırlanmış  layihələrin 

maliyyələşməsi üçün Gənclər və İdman Nazirliyi tərəfindən 16 

yanvardan 16 fevral 2012-ci ilədək gənclər təşkilatları arasında 

aşağıdakı mövzular üzrə müsabiqə keçirilmişdir: 

- gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi; 

-  gənclər  arasında  informasiya  texnologiyalarından  faydalı 

istifadənin təbliği; 

-  gənclərin  məşğulluğunun  təmin  edilməsi  və  gənc 

mütəxəssislərin karyera qurmalarında iştirak;

- gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi;

-  gənclərin  beynəlxalq  əməkdaşlığının  və  mübadiləsinin 

genişləndirilməsi;

- gənclər sahəsi üzrə qeyri-formal təhsil metodlarının tətbiq 

edilməsi; 

- gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı 

27

Gənclər və idman




gənclərlə iş;

- gənclər arasında sağlam həyat tərzinin təbliği;

- gənclər üçün sosial və psixoloji xidmətlərin göstərilməsi; 

-  özəl  sektorun  gənclərlə  bağlı  korporativ  sosial  məsuliyyət 

siyasətinin  formalaşmasında iştirak;

-  “Azərbaycan  Gəncliyi  2011-2015-ci  illərdə”  Dövlət 

Proqramının konkret maddələrinin icrası ilə bağlı təkliflər. 

Müsabiqəyə  gənclər  təşkilatlarının  115  layihəsi  təqdim 

edilmiş,  onlardan  22  müsabiqə  meyarlarına  uyğun  gəlmədiyi 

üçün  nəzərdən  keçirilməmişdir.  Nəticədə  müsabiqədə  iştirak 

edən  93  layihə  şərtlərə  uyğun  təhlil  olunmuş  və  gənclər 

təşkilatlarının  57  layihəsinin  qismən  maliyyələşdirilməsi 

haqqında qərar qəbul olunmuşdur. Maliyyələşdirilən layihələrin 

ümumi büdcəsi 851.589 manat təşkil etmişdir. 

Müsabiqə,  Gənclər  və  İdman  Nazirliyinin  kollegiyasının  31 

iyul  2006-cı  il  tarixli  Gənclərin  qeyri-hökumət  təşkilatları 

tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq 

h a z ı r l a n m ı ş   p r o q r a m l a r ı n   ( l a y i h ə l ə r i n )   q i s m ə n  

maliyyələşdirilməsi  haqqında  qərarı  və  Ekspert-Məsləhət 

Şurasının  Əsasnaməsini  və  Əsasnaməyə  əlavə  və  düzəlişlərin 

edilməsi  haqqında  Kollegiyanın  30  oktyabr  2008-ci  il  tarixli 

qərarı,  “Gənclər  siyasəti  haqqında”  Azərbaycan  Respublikası 

Qanununun 2-ci fəslinin 10-cu maddəsinə əsasən  gerçəkləşib.

Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 1994-cü il 

tarixli 199 saylı fərmanı və Bakı Şəhər İcra Hakimiyyəti başçısınn 

1433  №-li  sərəncamına  müvafiq  olaraq  Bakı  Şəhər  Gənclər  və 

İdman Baş İdarəsi (BŞGİBİ) yaradılmışdır. İdarə, Bakı şəhərində 

gənclərə  istiqamətlənmiş  müxtəlif  tədbirlərin  və  layihələrin 

28

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




həyata  keçirilməsini  əlaqələndirir.  Ölkənin  digər  rayon  və 

şəhərlərində də Gənclər və İdman İdarələri fəaliyyət göstərirlər.

1992-ci  ildə  Azərbaycan  Milli  Olimpiya  Komitəsinin 

yaradılmasını  müstəqil  Azərbaycan  tarixində  yeni  “idman 

səhifəsinin”  açılışı  kimi  qəbul  etmək  olar.  Elə  həmin  il  beş 

Azərbaycan  idmançısı  Müstəqil  Dövlətlər  Birliyinin  birləşmiş 

komandası tərkibində Barselonada keçirilmiş XXV Yay Olimpiya 

Oyunlarında  iştirak  etdi.  Barselona  Olimpiyadasından  sonra 

Milli Olimpiya Komitəsi yalnız Olimpiya   oyunlarında iştirakla 

kifayətlənməyərək  öz  fəaliyyətini  genişləndirməli    və 

beynəlxalq olimpiya hərəkatına qoşulmalı idi. Olimpiya hərəkatı 

ilə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi tələb olunurdu. 

1994-cü ildə Milli Olimpiya Komitəsinin fəaliyyəti ilə tanışlıq 

və Azərbaycanda olimpiya Hərəkatının inkişaf səviyyəsi ilə tanış 

olmaq üçün Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti X. A. 

Samaranç,  Milli  Olimpiya  Komitələri  Assosiasiyasının 

Prezidenti  M.  Vaskes  Rana,  Avropa  Olimpiya  Komitəsinin 

Prezidenti  J.  Roq  Bakıya  gəldilər.  Onları  Azərbaycan 

Respublikasının    Prezidenti  H.  Əliyev  qəbul  etdi.  Qəbulda 

Azərbaycan olimpiya hərəkatının real vəziyyəti və onun inkişaf 

perspektivləri barədə fikir mübadiləsi aparıldı. 

Ümumiyyətlə,  1992-1997-ci  illərdə  Azərbaycan  Milli 

Olimpiya  Komitəsinin  fəaliyyətində  Avropa  yeniyetmələrinin 

olimpiya  günlərində  iştirakını,  Bakıda  Beynəlxalq  Olimpiya 



Olimpiya hərəkatı

29

Gənclər və idman




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə