Azərbaycanın ictimai həyatında gənclərin iştirakı



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix06.05.2018
ölçüsü0,55 Mb.
#42080
1   2   3   4   5   6   7   8   9   ...   22

xüsusi  təqaüdlərin  təsis  edilməsi  haqqında”  Azərbaycan 

Respublikası  Prezidentinin  Sərəncamı  (13  sentyabr  1997-ci  il), 

“Gənc ailə” (16 fevral 1999-cu il), “Gənclərdə vətənpərvərlik və 

vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında” (17 fevral 1999-

cu il) dövlət proqramları, “İstedadlı yeniyetmələrin və yaradıcı 

gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, 

onların  öz  qabiliyyətlərini  inkişaf  etdirmələrinə  kömək  edən 

dövlət proqramı” (4 avqust 2000-ci il), “Ordudan tərxis olunmuş 

gənclərin məşğulluğu” Proqramı (23 avqust 2000-ci il), "Bədən 

tərbiyəsi  və  idman  haqqında"  Azərbaycan  Respublikasının 

Qanunu  (30  iyun  2009-cu  il)  dövlət  gənclər  siyasətinin  həyata 

keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. 

Prezident İ. Əliyev tərəfindən 30 avqust 2005-ci ildə Gənclərin 

potensialından  ölkənin  mənafeyi  naminə  istifadə  və  gənclərin 

səmərəli məşğulluğunun təmin edilməsi məqsədi ilə imzalanmış 

“Azərbaycan  gəncliyi”  2005-2009-cu  illər  dövlət  proqramının 

təsdiqi  haqqında  sərəncam  həmçinin  mühüm  əhəmiyyət  kəsb 

edir.  Sərəncamda  dövlət  gənclər  siyasətinin  əsas  istiqamətləri 

müəyyən edilmiş, gənc nəslə diqqətin artırılması üçün konkret 

tədbirlərin  hazırlanması  və  maliyyələşdirilməsi  Nazirlər 

Kabinetinə  həvalə  olunmuşdur.  Bu  proqrama  uyğun  olaraq 

gənclərin  sosial  müdafiəsi,  onların  məşğulluğunun  təmin 

edilməsi,  hərbi-vətənpərvərlik  tərbiyəsinin  gücləndirilməsi, 

yaradıcılıq  axtarışlarının  stimullaşdırılması,  milli-ədəbi  irsin 

qorunmasının  təmin  edilməsi  və  digər  tədbirlər  həyata 

keçirilmişdir.

Dövlət başçısının fərmanı ilə 2006-cı ildə Gənclər, İdman və 

Turizm Nazirliyi yenidən Gənclər və İdman Nazirliyinə çevrildi. 

9

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




Əsas  icra  orqanı  qarşısında  gənclər  siyasəti  sferasında  yeni 

vəzifələr qoyuldu.

2007-ci ilin "Gənclər ili" elan edilməsi haqqında Azərbaycan   

Respublikası   Prezidentinin 9 fevral 2007-ci il tarixli Sərəncamı 

gənclərin  ölkə  həyatındakı  fəallığının  daha  da  artırılmasına 

səbəb oldu. 

2006-2010-cu  illər  xüsusi  istedada  malik  olan  uşaqların 

(gənclərin)  yaradıcılıq  potensialının  inkişafı  üzrə  Dövlət 

Proqramı, Azərbaycan  Respublikasında  texniki-peşə  təhsilinin 

inkişafı  üzrə  Dövlət  Proqramı  (2007-2012-ci  illər)  gənclər 

siyasətinin sonrakı təkmilləşdirilməsinə -   gənclərin yaradıcılıq 

potensialının aşkar edilməsi üçün əlavə əsasların yaradılmasına, 

yaradıcılıq potensialının reallaşdırılması və onun idarə olunması 

üçün  lazımi  şəraitin  yaradılmasına,  gənclərin  intellektual 

səviyyəsinin  yüksəldilməsinə  və  bu  məqsədlə  müvafiq 

tədbirlərin keçirilməsinə, gənclərin sosial problemlərinin həllinə 

yönəlmişdir.

2007-2015-ci  illərdə Azərbaycan  gənclərinin  xarici  ölkələrdə 

təhsili üzrə Dövlət Proqramı çərçivəsində 5000-dən çox gəncin 

təhsil alması üçün xarici ölkələrə göndərilməsi nəzərdə tutulur. 

2011-ci  ilin  məlumatına  görə  1204  azərbaycanlı  respublikada 

ehtiyac  duyulan  ixtisaslar  üzrə  dünyanın  aparıcı 

universitetlərində təhsil alırlar. 

Bu  gün  gənclər  dövlət  orqanlarında,  parlamentdə, 

bələdiyyələrdə, biznes strukturlarında, digər təşkilatlarda təmsil 

olunurlar  və  cəmiyyətin  inkişafına  öz  töhfələrini  vermək 

imkanına  malikdirlər.  Belə  ki,  2008-2011-ci  illərdə  dövlət 

orqanlarında  işə  qəbul  olunan  bütün  əməkdaşların  60  faizdən 

10

Dövlət gənclər siyasəti




çoxunu gənc kadrlar təşkil etmişlər; bələdiyyə üzvlərinin 28 faizi 

(4303 nəfər) gənclər, onlardan isə 326 nəfəri bələdiyyə sədridir. 

Son  illər  həyata  keçirilən  tədbirlər  gənclərin  hərtərəfli 

inkişafının  təmin  olunması,  onların  ictimai-siyasi  fəallığının 

artırılması  üçün  siyasi,  sosial-iqtisadi,  təşkilati  -  hüquqi 

şəraitlərin   yaradılmasını sürətləndirmişdir. 6 aprel 2011-ci ildə 

Prezident  İ.  Əliyev  “Azərbaycan  gəncliyi  2011-2015-ci  illər” 

Dövlət  Proqramının  layihəsinin  hazırlanması  haqqında 

Sərəncam  imzaladı, Prezidentin 7 iyul 2011-ci il tarixli Sərəncamı 

ilə  isə  Dövlət  Proqramı  təsdiq  edildi.  Azərbaycanda  gənclər 

siyasətinin gələcək inkişafı, gənclərin idarəetmə sferasında fəal 

iştirakı  üçün  şəraitin  yaradılması,  gənc  mütəxəssislərin  işlə 

təmin olunması və digər sosial-iqtisadi problemlərin həlli qeyd 

olunan  Proqramın əsas məqsədləridir. 

Dövlət  Proqramı  aşağıdakı  öhdəliklərin  yerinə  yetirilməsini 

nəzərdə tutur: 

-

gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması; 



-

gənclərin gələcəyin tələblərinə cavab verən təhsil almaları 

üçün bərabər imkanların təmin edilməsi; 

-

gənclərin  məşğulluğunun  artırılması,  mülkiyyət 



formasından  asılı  olmayaraq  müəssisə  və  təşkilatlara  işə 

düzəlmələri üçün əlverişli şəraitin yaradılması; 

-

əmək bazarının tələblərinə cavab verən rəqabətədavamlı 



gənc kadrların hazırlanması; 

-

dövlət  qulluğunda  və  idarəetmədə  peşəkar  və  bilikli 



gənclərin sayının artırılması; 

-

gənc  alim  və  tədqiqatçıların  sosial  təminatının 



gücləndirilməsi və məişət problemlərinin həll edilməsi; 

11

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə