Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənnindən sərbəst işlər: Qrup: 212b



Yüklə 133,08 Kb.
səhifə1/4
tarix22.12.2023
ölçüsü133,08 Kb.
#153927
  1   2   3   4
ANA DİLİ


AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ

Azərbaycan Texniki Universiteti nəzdində


Bakı Dövlət Rabitə və Nəqliyyat kolleci





Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənnindən sərbəst işlər:

Qrup: 212b


Tələbə: Mayılzadə Fatimə

Müəllim: Əzizova Svetlana



BAKI-2023
1-Mədəni nitqə verilən tələblər
Nitq mədəniyyəti insanlara məxsus ümumi mədəniyyətin ən vacib və aparıcı tərkib hissələrindən biridir. Bu anlayışa danışıq mədəniyyəti ilə yanaşı, yazı mədəniyyəti də daxildir. Belə yüksək keyfiyyətə yiyələnən şəxs cəmiyyətin ictimai həyatında, onun hər hansı bir sahəsində fəal və məhsuldar iştirak etmək imkanına malik olur. Xüsusən, ziyalıların nitq mədəniyyətinə yiyələnməsi vacib sayılır. Yazıçılar, müəllimlər, aktyorlar, radio və televiziya işçiləri, jurnalistlər, bədii söz ustaları nitqinin təsirliliyi, obrazlılığı, ifadəliliyi, məntiqliyi, zənginliyi ilə fərqlənməli, başqaları onların danışığından, oxusundan, yazdıqlarından nümunə götürməlidirlər.

  1. Nitqin aydınlığı. Aydınlıq dinləyici və oxucunun nitqi asanlıqla anlaması, başa düşməsidir. Aristotel nitqin aydınlığını ünsiyyət üçün başlıca şərt sayır və göstərirdi ki, nitq aydın deyilsə, demək, o öz məqsədinə çata bilməmişdir. Nitqin aydınlığı üçün əsas amil danışanın (eləcə də oxuyanın və yazanın) nitq obyekti haqqında mükəmməl məlumata malik olmasıdır. Natiq haqqında danışacağı materiala dərindən və yaxşı bələd olsa, həmin materialı ifadə etmək üçün müvafiq dil vasitələri də tapa bilər.

  2. Nitqin yığcamlığı. Nitqin yığcamlığı geniş anlayışdır. Burada yığcamlıq dedikdə müxtəsərlik, fikrin qısa və aydın, lakonik şəkildə ifadə olunması nəzərdə tutulur. Böyük sənətkarlar yığcamlığın istedadla bağlı olduğunu göstərirlər. Kamil adamlar həmişə deyəcəklərini ölçüb-biçmiş, geniş mətləbləri yığcam şəkildə ifadə etməyə, başqalarının vaxtını almamağa, onları yormamağa 39 çalışmışlar. Klassiklərimiz nitqin yığcamlığına yüksək səviyyədə yanaşmışlar. Hələ vaxtilə böyük Nizami yazırdı:

Sözün çoxsa əgər çalış az olsun,
Yüz sözün yerində bir kəlmə qalsın

  1. Nitqin təmizliyi. Mədəni nitqə verilən əsas tələblərdən biri də onun təmizliyidir. Bu o deməkdir ki, ədəbi dilin normalarına uyğun gəlməyən dil vahidləri (sözlər, ifadələr, frazeologizmlər, cümlələr və s.) nitqdə işlədilməməlidir. Nitqin təmizliyi digər mədəni keyfiyyətlər kimi, danışanın təhsili, mədəniyyəti və tərbiyəsi ilə bilavasitə əlaqədardır. Dilin təmizliyini qoruyub saxlamaq üçün aşağıdakılara əməl olunmalıdır:

  1. Nitqdə məhəlli dialektlərə, yerli şivələrə məxsus danışıq tərzinə yol verilməməlidir.

  2. Əcnəbi sözlər lüzumsuz işlədilməməlidir.

  3. Tüfeyli sözlərlə bağlı qüsurlar aradan qaldırılmalıdır.

  4. Jarqon sözlərin və ifadələrin işlədilməsi (məsələn; znaçit, voobşe, tem bolli, mejdu proçim, niçeqo sebe, kakraz, toçno və s. kimi) nitqin təmizliyinə xələl gətirir, onun keyfiyyətini aşağı salır.

  5. Mədəni danışıqda başqasını təhqir etmək, heysiyyətinə toxunmaq məqsədini daşıyan söyüş və qarğışlara, ədəbsiz, təhqiramiz, qeyri-etik sözlərə, ifadələrə (anqırmaq, bağırmaq, soxuşdurmaq, xosunlaşmaq, donqullanmaq, və s.) yer verilməməlidir.

  1. Nitqin düzgünlüyü. Nitqin bu keyfiyyətindən bəhs olunarkən çox zaman göstərilir ki, düzgünlük həm yazılı, həm də şifahi nitqdə qrammatik qaydalara əməl etməkdir. Lakin nitqin düzgünlüyü üçün təkcə qrammatik qaydaları gözləmək kifayət deyildir. Qrammatikanı yaxşı bilən adamlardan elələrinə təsadüf edilir ki, onların nə yazdıqlarını oxumaq, nə də danışığını dinləmək, anlamaq mümkündür. Belələrinin nitqi cansız, təsirsiz və qüsurlu olur. Düzgün nitqə yiyələnmək üçün qrammatikanın qaydalarını bilməkdən əlavə, ədəbi dilin digər normalarına da riayət etmək lazımdır.

  2. Nitqin zənginliyi. Bu, nitqdə işlənən dil ünsürlərinin müxtəlifliyi, rəngarəngliyi və çoxluğudur. Nitqin zənginliyi üçün başlıca meyar danışanın (yazanın) geniş söz ehtiyatına malik olmasıdır. İnsan təfəkkürünün hüdudu sonsuzdur, dildə sözlərin miqdarı bununla nisbətdə məhduddur. Natiq bu cəhəti nəzərə almalı, hər hansı bir mətləbi aşkarlayarkən daha münasib sözlərdən – sinonimlərdən, antonimlərdən, frazeoloji birləşmələr və ibarələrdən, digər məcazlardan, intonasiya, üslubi vasitələr və sairədən məharətlə istifadə etməyi bacarmalıdır.

  3. Nitqin sadəliyi, təbiiliyi. “Dil nə qədər asan, sadə olsa, bir o qədər gözəl, göyçək və məqbul olar” (F.Köçərli). Nitqin sadəliyi onun aydınlığı, anlaşıqlı olması, asan qavranılmasıdır. Sadəliyi heç də fikrin məzmununun, mahiyyətinin bəsitləşməsi, ibtidailəşməsi kimi başa düşmək olmaz. Nitqin sadəliyi 52 mürəkkəb cümlələrdən qaçmaq, məzmunun mümkün qədər sadə cümlələrlə vermək mənasında da anlaşılmamalıdır.

  4. Nitqin orijinallığı. Nitqin məziyyətlərindən biri onun orijinallığıdır. Bu, nitqdə özünəməxsusluqdur, bir şəxsin başqalarından fərqli danışması və yazmasıdır. Nitqin orijinallığı bir neçə cəhətdən özünü göstərir ki, bunlardan birincisi fərdi tələffüz tərzidir.

  5. Nitqin münasibliyi. Dil ünsiyyəti müxtəlif şəraitdə, müxtəlif tərzdə və məzmunda olur. Nitq məqamına, yerinə, danışan və dinləyənin xarakterinə, şəxsiyyətinə, təhsilinə, sənətinə, savadına, məqsədinə və s. görə müxtəlif şəkildə təzahür edir.

Nitqin münasibliyi deyəndə aşağıdakılar nəzərə alınmalıdır: Ünsiyyət neçə şəxs arasındadır?, Danışan kimdir?, Kimə müraciət olunur?, Dinləyən kimdir? Nitqin məzmunu, məqsədi, istiqaməti necədir?, Danışan nə haqda məlumat verir?

  1. Nitqin rabitəliliyi. Natiq fikrini sərbəst, aydın, ardıcıl, yığcam və təsirli ifadə edə bilmək üçün ədəbi tələffüz qaydalarını gözləmək, cümlələri düzgün qurmaq, sözləri yerli-yerində işlətməklə yanaşı, nəzərdə tutduğu məzmunu özünəmüvafiq forma ilə ifadə etməyi də bacarmalıdır.

2-Nitqin təmizliyi və düzgünlüyü. Nitqin zənginliyi, sadəliyi.


Nitqin təmizliyi. Dilin təmizliyini qoruyub saxlamaq üçün aşağıdakılara əməl olunmalıdır:

  1. Nitqdə məhəlli dialektlərə, yerli şivələrə məxsus danışıq tərzinə yol verilməməlidir: Məlumdur ki, əhalinin böyük hissəsi ədəbi dildən, müəyyən qismi isə dialekt və şivələrdən istifadə edir, ayrı-ayrı dialekt şəraitində yaşayanlar sözləri həmin yerin danışıq tərzinə uyğun işlədirlər. Çox halda bu danışıq savadlı təbəqənin – ziyalıların da nitqində özünü büruzə verir. Məsələn; basarıq (bacarıq), nöş (nə üçün), olacoux (olacağıq), qərdeş (qardaş), oxarta (o qədər), cıqqan (lap az), mını (bunu), yanı (yəni), deməginən, yumurtda, incəvara, qalxızmaq və s. Bu cür dialektizmlərin, şivə sözlərinin işlənməsi nitqi korlayır, danışığa xələl gətirir.

  2. Əcnəbi sözlər lüzumsuz işlədilməməlidir. Son zamanlar kütləvi informasiya vasitələrinin – radio və televiziya verilişlərinin, eləcə də müxtəlif sahələr üzrə yazılmış dərsliklərin, məqalələrin, elmi mətnlərin dilində ağırlaşma müşahidə olunur. Məsələn, “Azərbaycan qloballaşan dünyada” adlı bir jurnal məqaləsində belə sözlər, terminlər, ifadələr işlənmişdir: praktik rassionalizm, paternalist icma, obsolyut universal dəyərlər, difurkasiya (haçalanma), restepizasiya, developmentarizm, abbeviatur təfəkkür, respondentlərin dispozisiyası, sinerqizm, sosial akkumilyasiya və s. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan əsərin, 43 məqalənin və sairin dilini akademizm xatirinə həm mənası, həm də tələffüzü çətin olan belə ifadələrlə, terminlərlə “zənginləşdirmək” fikrin ifadəsi, informasiyanın ötürülməsi baxımından məqbul sayılmır.

  3. Tüfeyli sözlərlə bağlı qüsurlar aradan qaldırılmalıdır. Əsas etibarilə, deməli, məsələn, türkün məsəli, zaddı, ən azı, ona görə ki, Ģeydi, beləliklə, adı nədir, adını sən de, hansı ki, haradasa, canım sənə desin, baxanda baxıb görürük ki və s. Belə sözlər nitqi zibilləyir, onda qırıqlıq, uyğunsuzluq, rabitəsizlik əmələ gətirir, dinləyicilərdə xoşagəlməz bir duyğu və təəssürat yaradır.

  4. Jarqon sözlərin və ifadələrin işlədilməsi (məsələn; znaçit, voobşe, tem bolli, mejdu proçim, niçeqo sebe, kakraz, toçno və s. kimi) nitqin təmizliyinə xələl gətirir, onun keyfiyyətini aşağı salır.

  5. Mədəni danışıqda başqasını təhqir etmək, heysiyyətinə toxunmaq məqsədini daşıyan söyüş və qarğışlara, ədəbsiz, təhqiramiz, qeyri-etik sözlərə, ifadələrə (anqırmaq, bağırmaq, soxuşdurmaq, xosunlaşmaq, donqullanmaq, burcutmaq, qatıqlamaq, qanmaq, tülkü, ayı, eşşək, qoduq, heyvərə, alçaq, tupoy, qanmaz, gəbərtmək, qırıldamaq, burnunu söxmaq, kəllən haqqı, çərənləmək, başı girməyən yerə bədənini soxmaq, hırıllamaq, hürkmək, xoruzlaşmaq və s.) yer verilməməlidir. Belə sözlərlə ifadə olunan alçaldıcı ekspressiyanı ünvanlanan adamlar təhqir kimi qəbul edirlər.


Nitqin düzgünlüyü. Qrammatikanı yaxşı bilən adamlardan elələrinə təsadüf edilir ki, onların nə yazdıqlarını oxumaq, nə də danışığını dinləmək, anlamaq mümkündür. Belələrinin nitqi cansız, təsirsiz və qüsurlu olur. Düzgün nitqə yiyələnmək üçün qrammatikanın qaydalarını bilməkdən əlavə, ədəbi dilin digər normalarına da riayət etmək lazımdır. Bunun üçün cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, oradakı fikirlər aydın olmalı, münasib sözlər seçilməli, həmin sözlər düzgün tələffüz edilməli, canlı sözün təsir gücünü artıran vasitələrdən yerində və məqsədəuyğun istifadə olunmalıdır.
Nitqin zənginliyi. İnsan təfəkkürünün hüdudu sonsuzdur, dildə sözlərin miqdarı bununla nisbətdə məhduddur. Natiq bu cəhəti nəzərə almalı, hər hansı bir mətləbi aşkarlayarkən daha münasib sözlərdən – sinonimlərdən, antonimlərdən, frazeoloji birləşmələr və ibarələrdən, digər məcazlardan, intonasiya, üslubi vasitələr və sairədən məharətlə istifadə etməyi bacarmalıdır. Müəyyən rabitəli mətndə nə qədər çox müxtəlif və təkrarlanmayan söz, ifadə və cümlə işlədilərsə, həmin nitq o qədər də zəngin olar, maraqla dinlənilər, yaxşı təsir bağışlayar, asan dərk olunar. Söz ehtiyatı zəngin olan, işlətdiyi hər söz və ifadənin mənasını yaxşı anlayan adam həmişə öz fikirlərini çətinlik çəkmədən sərbəst şəkildə ifadə edə bilir.
Nitqin sadəliyi. Sadəliyi heç də fikrin məzmununun, mahiyyətinin bəsitləşməsi, ibtidailəşməsi kimi başa düşmək olmaz. Nitqin sadəliyi 52 mürəkkəb cümlələrdən qaçmaq, məzmunun mümkün qədər sadə cümlələrlə vermək mənasında da anlaşılmamalıdır. Natiq danışarkən, əşya və hadisələri təsvir edərkən onların mahiyyətini daha aydın və dəqiq vermək üçün həm sadə, həm də mürəkkəb konstruksiyalardan istifadə etməlidir. Nitqin sadəliyi tələb edir ki, orada işlədilən bütün sözlər dinləyicilərin (auditoriyanın) ümumi səviyyəsinə və xüsusiyyətlərinə uyğun gəlsin, hamı üçün aydın və anlaşıqlı olsun. Sadə nitq hər cür yabançı pafosdan, qondarma, süni ifadələrdən, müqayisələrdən uzaqdır.

3-Nitqin orjinallığı. Nitqin münasibliyi.


Nitqin orijinallığı. Nitqin tələffüz baxımından fərqlənməsi, nəzərə çarpması aşağıdakı amillərlə daha çox bağlı olur:

    1. Səslərin, sözlərin aydın diksiya ilə tələffüzü.

    2. Söz və qrammatik formaların orfoepik qaydalar əsasında tələffüzü.

    3. Bir qədər ucadan, aramla danışmaq və oxumaq.

    4. Bir qədər astadan danışmaq, nitq fasilələrində daha münasib sözlər fikirləşib tapmaq və nitqini davam etdirmək.

    5. Danışıq və xüsusən oxu prosesində intonasiya çalarlarından daha bacarıqla, məzmuna uyğun şəkildə istifadə edə bilmək.

    6. Danışanın səciyyəvi söz, ifadə, sitat, sintaktik konstruksiyalar, frazeoloji ifadələr, aforizmlər, atalar sözü, zərb-məsəllər və s. işlətməsi, nitqin xüsusi tərzdə qurulması.

İctimai yerdə çıxış edən öz məqsədini aşkarlamaq, fikirlərini dinləyicilərə asan, aydın, ifadəli, həm də maraqlı bir şəkildə çatdıra bilmək üçün daha münasib, işlədilməmiş sözlərdən, ifadələrdən istifadə etməyə, cümlələr qurmağa çalışır. Bu orijinallıq nitqin qurulmasında daha çox nəzərə çarpır.
Nitqdə müəyyən bir ənənəvi forma vardır ki, natiqlər öz çıxışlarını ona uyğun qururlar: məsələnin vacibliyi və aktuallığı izah olunur, sonra mövzunun əsas məzmunu dinləyicilərə çatdırılır, daha sonra isə deyilənlərə yekun vurulur, bəzən ümumi nəticələr çıxarılır. Lakin natiqlərin çoxu bu ənənəni gözləməklə dinləyicilərin diqqətini 55 cəlb etmək, nitqin effektliyini yüksəltmək məqsədilə yeni-yeni formalar axtarıb tapırlar.
Bəziləri nitqinə atalar sözü, zərbi-məsəl, ibrətamiz bir əhvalatla başlayır. Bir başqası nitqinin əvvəlində şərh ediləcək mövzu ilə bağlı bir parça şeir söyləyir. Digər natiqlər məşhur adamların, görkəmli yazıçı və şairlərin əsərlərindən, dövlət xadimlərinin çıxışlarındakı sərrast və parlaq ifadələrdən sitatlar gətirdikdən sonra məsələnin mahiyyətini şərh etməyə başlayırlar. Nitqə başlamağın digər formalarından da (məsələn, ritorik suallar qoymaq, mövzu ilə bağlı gözlənilməz və qəribə bir məzhəkə, lətifə danışmaqla əsl mətləbə keçmək və s.) natiqlik təcrübəsində səmərəli priyom kimi tətbiq edilir.
Təkcə nitqin başlanğıcı deyil, məzmununun şərhi, söhbətin yekunlaşdırılması, nəticə və tövsiyələrin verilməsi zamanı da natiqlər özünəməxsus orijinal üsullar işlədirlər. Lakin nitqin ənənəvi formalarından uzaqlaşıb orijinallıq xatirinə novatorluğa meyl etmək heç də bütün hallarda lazımi effekt verə bilmir. Bu, natiqlik sənətində daha geniş təcrübəsi olan mühazirəçilər – müəllimlər üçün xarakterikdirsə, natiqlik sənətinə hələlik yiyələnməmiş adamlar, xüsusən gənc natiqlər, müəllimlər üçün məsləhət deyildir. Nitqin orijinallığını təmin edən vasitələrdən biri də bədii təsvir vasitələridir. Bədii təsvir vasitələrindən (bura daxildir: məcazi mənada işlədilən söz və ifadələr, təşbeh, metafora, mübaliğə və s. müxtəlif üslubi priyomlar – sözlərin təkrarı və ya buraxılması, inversiya, ritorik-natiqanə suallar və s.) yerində, həm də uyarlı bir şəkildə istifadə nitqi təsirli, parlaq, obrazlı etməklə bərabər, ona orijinallıq da gətirir.
Nitqin münasibliyi. Nitq məqamına, yerinə, danışan və dinləyənin xarakterinə, şəxsiyyətinə, təhsilinə, sənətinə, savadına, məqsədinə və s. görə müxtəlif şəkildə təzahür edir. Şəraitə uyğunluq gözlənilməzsə, nitq fikri ifadə edə, ona adekvat ola bilməz. “Uyğunluq nitqin ünsiyyət məqsədinə və şəraitinə cavab verilməsini təmin edən dil vahidlərinin seçilməsidir. Uyğun nitq məlumatın mövzusuna, onun məntiqi və emosional məzmununa, dinləyicilərin tərkibinə, informasiyanın tərbiyəvi estetik məqsədlərinə münasibliyidir”.
Nitqin münasibliyi deyəndə aşağıdakılar nəzərə alınmalıdır: Ünsiyyət neçə şəxs arasındadır?; Natiq (müəllim və başqaları) yığıncaqdamı, auditoriyadamı danışır, mühazirə oxuyur, yaxud radio və ya televiziya vasitəsilə çıxış edir?; Danışan kimdir?; Kimə müraciət olunur?; Dinləyən kimdir?: uşaqdırmı?, ağsaqqaldırmı?, məktəblidirmi?, tələbədirmi?, alimdirmi?; Savadı, təhsili necədir?; İxtisası nədir?; Nitqin məzmunu, məqsədi, istiqaməti necədir?; Danışan nə haqda məlumat verir?; Nəyi sübut etmək istəyir?; Dinləyiciləri nəyə sövq edir və ya nədən çəkindirmək fikrindədir? və s. Qarşıya qoyulan məqsəddən, dinləyicilərin tərkibindən və səviyyəsindən və s. asılı olaraq nitqdəki sözlər, ifadələr, sintaktik konstruksiyalar müxtəlif olur.
Natiqlik praktikasında nitqin şəraiti, münasibliyi həmişə nəzərə alınmalıdır. Televiziya verilişlərində çıxış edənlər bəzən vaxtın azlığından gileylənir və təəssüflənirlər ki, çox şeyi deyə bilmədilər. Burada, şübhəsiz, günah natiqin özündədir. O, müəyyən edilmiş vaxt ərzində nəzərdə tutduğu məzmunu aydın, dəqiq, yığcam, eyni zamanda, vaxta qənaət etməklə dinləyicilərə çatdırmağı bacarmalıdır.
Nitq şəraitinin müəyyənləşdirilməsi, ona müvafiq mühazirə oxumaq və digər praktik işləri həyata keçirmək hamıdan çox müəllimə lazımdır. Bəzən ali, həm də orta məktəb həyatında tələbələrin (şagirdlərin) məşğələlərdə passivliyindən, etinasızlığından, laqeydliyindən, intizamsızlığından şikayətlənirlər. Belə 58 neqativ hallar tələbələrin (şagirdlərin) bilik səviyyəsini, marağını, istəyini bilməyən, öz üzərində işləməyən, məşğələlərə zəif hazırlaşan müəllimlərin dərs dediyi auditoriyalarda daha çox müşahidə olunur. Müasir tələbə (şagird) geniş informasiya tutumuna malikdir. Köhnə, saralmış konspektlərdəki məlumatlar auditoriyanı təmin edə bilmir. İnformasiya vulkanının püskürdüyü indiki zamanda müəllimin nəzəri və praktik hazırlığı elə bir səviyyədə olmalıdır ki, tələbələrin (şagirdlərin) marağını, diqqətini cəlb edə bilsin. Bu baxımdan alimin, müəllimin, mühəndisin, həkimin, yazıçının, siyasi xadimin və başqalarının auditoriyada söylədikləri nitq bir-birindən fərqlidir
4-Nitqin intonasiyası. Məntiqi vurğu. Nitqin ifadəliliyi. Nitq fasiləsi.
Nitqin intonasiyası. Natiq fikrini düzgün, aydın, məqsədəuyğun ifadə etməklə yanaşı, onu cazibəli, təsirli, emosional bir formada verməyi, dinləyicinin qəlbinə, zehninə nüfuz edə biləcək inandırıcı dil vasitələrindən istifadə etməyi də bacarmalıdır. Parlaq, kəskin, orijinal, ifadəli nitq dinləyicilərin hisslərinə təsir edir, marağını artırır, diqqətini cəlb edir, fikrin məzmununu yaxşı dərk etməyə kömək göstərir. Dinləyicilər natiqin mühazirələrindən ona görə razılıq edirlər ki, onun danışığı aydın, məzmunludur. Bu nitq güclü məntiq, tutarlı söz, ifadə, cümlələrdən ibarətdir, həm də ifadəlidir, təsirlidir, emosionaldır.
Nitqdə ifadəlilik, emosionallıq müxtəlif vasitələrin köməyi ilə yaranır. Bura daxildir: intonasiya(melodiya, temp, tembr, vurğu, pauza, ritm, səsin gücü, səsin diapazonu), leksik vahidlər: sinonim və antonimlər, frazeoloji birləşmələr, atalar sözü, zərbi-məsəllər, məcazi mənalı sözlər, birləşmələr, təkrarlar, ritorik fiqurlar, emosional nidalar və s. Sözlərin əsas mənasına əlavə rəng, çalarlıq verən bu ifadəlilik vasitələrinin köməyi ilə natiq (müəllim) ən incə mətləbləri dinləyicilərə çatdırır.
Məntiqi vurğu. Cümlənin ayrı-ayrı hissələri, cümlə üzvləri kommunikativ yüklənmə əsasında düzülür. Cümləni təşkil edən sözlərin hecaları vurğuya görə fərqləndiyi kimi, cümlədəki müəyyən bir söz – kommunikativ yüklü söz də başqalarına nisbətən fərqli deyilir. Həmin söz danışanın məqsədini dinləyən və ya oxuyanın diqqətinə çatdıran bir fonetik vahid kimi çıxış edir. Bu cür kəlmə və ya 70 söz birləşmələrinin digərlərinə nisbətən güclü deyilişi, nəzərə çarpdırılması məntiqi vurğunun vasitəsilə olur. Məntiqi vurğu cümlədə hər dəfə yeni söz üzərində düşəndə xüsusi məna çaları əmələ gəlir. Məntiqi vurğuya riayət etməyin natiqin ifadəli oxusu, danışığı, mühazirə və söhbətlərində praktik əhəmiyyəti böyükdür. Natiq bu vurğu vasitəsilə oxuduğu hər hansı bir mətndə, eləcə də ifadə etdiyi fikirdə müəyyən sferanı, bir tərəfi - fikrin ən əhəmiyyətli komponentini ayırıb xüsusi tonla dinləyiciyə çatdırmağa çalışır. Məsələn; S.Rüstəmin “Təbrizim” şeirinin bir bəndinə nəzər salaq.
Sənin çiçəyinə, gülünə qurban,
Mənə qardaş deyən dilinə qurban.
Vətəninə qurban, elinə qurban,
Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim.
Bu şeir parçasının bütün sözlərini eyni tonla, eyni vurğu ilə oxumaq ifadəliliyi təhrif etmək, şeirin bədiiliyini söndürməkdir. Çünki qurban ifadəsi təkrar olunduğuna görə ondan əvvəlki kəlmə xüsusi vurğu ilə deyiləndə misranın bədiiliyi artır, məna dinləyiciyə daha dəqiq çatır, eşidənin hissi coşur, ürəyi riqqətə gəlir. Buna görə də həmin şeirdə fərqləndirilən sözləri nəzərə çarpacaq bir şəkildə tələffüz etmək və mənanı dinləyiciyə dəqiq çatdırmaq lazımdır ki, bu da məntiqi vurğu vasitəsilə mümkün olur. Əgər birinci sətirdəki sənin, qurban, ikinci sətirdəki mənə, deyən və s. sözləri növbə ilə məntiqi vurğu altında desək, onda şeir əvvəlki təbiiliyini, gözəlliyini tam itirər, bu bədii parça adi söz yığımı səviyyəsinə enər.
Nitq fasiləsi. İntonasiyanın digər ünsürü fasilədir. Nitq müəyyən dayanacağa malikdir. Tənəffüs məqsədilə danışıq və oxu prosesində edilən bu dayanacaq fasilə (pauza) adlanır. Nitq zamanı zəruri fizioloji tələbatın nəticəsi kimi baş verən tənəffüs – fasilə həm danışanın, həm də dinləyənin nitq orqanlarının müəyyən sakitliyi, rahatlığıdır.
Tələffüz prosesində nəfəs və səsin düzgün tənzim edilməsi mühüm şərtlərdəndir. Xüsusən, nəfəsalmaya düzgün əməl olunmaması nitq zamanı darıxmaya, təngnəfəsliyə, diksiyanın pozulmasına və s. kimi hallara gətirib çıxarır. Buna yol verməmək üçün, birinci növbədə, nitqdə normal fasiləyə əməl olunmalıdır. Nitq fasiləsinin təkcə söyləyən və ya oxuyan üçün deyil, dinləyici üçün də böyük əhəmiyyəti vardır. Dinləyici öz növbəsində danışan və oxuyanın etdiyi fasilə zamanı eşitdiklərini mənimsəyir, “həzm” edir, sonrakı fikri tutmaq üçün diqqətini səfərbərliyə alır.
Nitq prosesində normal tənəffüsün rolu böyükdür. Tənəffüs iki funksiyanı yerinə yetirir: o həm insan həyatı üçün zəruri şərt, həm də nitqi yaradan başlıca vasitədir. Həyat üçün lazım olan tənəffüs aşağıdakı ardıcıllığa malikdir, nəfəsalma, nəfəsvermə və fasilə. Nəfəsalma (ciyərlərin oksigenlə doldurulması) tənəffüsdə ən aktiv, şüurdan asılı olmayan prosesdir. Bu prosesdən sonra hərəkətverici əzələlərin gərginliyi azalır, onlar sakit vəziyyət alaraq, növbəti nəfəsalmaya qədər bu vəziyyətdə qalırlar. Həm nəfəsalmaya, həm də nəfəsverməyə sərf olunan vaxt, təxminən, eynidir. Nəfəsvermədə ciyərlər heç bir 79 vaxt havadan tam azad olmur, orada ehtiyat hava qalır. Həyat üçün zəruri olan tənəffüsün ritmik hərəkəti qeyri-şüuri, reflektiv formada icra edilir. Nitq tənəffüsünün isə tamam fərqli xüsusiyyətləri vardır. Bu tənəffüs nitq prosesi ilə bağlıdır və ona xidmət edir. Danışanın məqsədindən, daha doğrusu, nitqin məzmunundan asılı olaraq tənəffüsün, xüsusən nəfəsvermənin adi ritmi pozulur, nəfəsvermə nəfəsalmadan xeyli uzun sürür. Nəfəsvermə və nəfəsalma arasındakı dövretmənin nəticəsində nitqdə uzun və qısa fasilələr əmələ gəlir.

5-Nitqin növləri və formaları. Nitqin üslubları.


NİTQİN NÖVLƏRİ VƏ FORMALARI
Dil və nitq “Nitq – müəyyən kollektivin digər üzvləri ilə əlaqə saxlamaq məqsədilə dildən istifadə edən şəxsin fəaliyyəti, danışıq; mürəkkəb məzmunun – həm informasiya, həm çağırış – müraciət, həm dinləyicini təhriketmə və s. ifadəsi üçün dilin müxtəlif vasitələrinin işlədilməsi”dir. Dil və nitq eyni bir hadisənin nitq fəaliyyətinin bir-biri ilə qarşılıqlı əlaqədə olan iki cəhətidir. Nitqin aydınlığı və təsirli ola bilməsi üçün dil, öz növbəsində dilin mövcudluğu üçün – nitq zəruridir. Hər hansı dilin sistemini yalnız nitqdəki təzahürünə görə müəyyənləşdirmək olur. Nitq nəinki dili təzahür etdirir, həm də onu inkişaf etdirir, formalaşdırır. Nitq fəaliyyətdə, yəni öz funksiyasını yerinə yetirməkdə olan dildir, nitq aktıdır. Nitq dilin konkret ünsiyyət şəraitində realizə olunması, informasiyanın ötürülməsi və əldə edilməsidir. Dil ünsiyyət vasitəsidirsə, nitq ünsiyyətin özüdür.
İsveçrə dilçisi məşhur F.de Sössürün “Ümumi dilçilik kursu” adlı əsərində dil və nitqin oxşar və fərqli cəhətləri ilk dəfə ətraflı şəkildə şərh olunmuşdur. O, dil və nitqi iki müxtəlif hadisə hesab etmiş, göstərmişdir ki, dil qrammatik sistem və lüğət tərkibindən, yəni dil vahidlərindən, nitq həmin vahidlərdən ünsiyyət məqsədilə istifadədir. Nitq fərdi danışıq və eşitmə faktorlarından ibarətdir. Sonralar bu tezislə bağlı müxtəlif nəzəriyyələr meydana gəlmiş, fikirlər söylənilmişdir. Bu fikirlər nəticə etibarilə belə ümumiləşdirilmişdir ki, dil və nitq fərqli kateqoriyalar olsa da, bu iki anlayış bir-birinə bağlıdır, bir-biri ilə dialektik vəhdətdədir. Dilin funksiyaları (məlumatvermə, ünsiyyət, təsirgöstərmə) nitqin də funksiyalarıdır. Dil nitqin hesabına, nitq də dilin hesabına zənginləşər. Dil nitqdə fəaliyyət göstərir. Nitqdən təcrid olunanda o mücərrəd bir mahiyyət daşıyır, ünsiyyət, anlama üçün yararsız olur. Nitq ünsiyyət prosesi olduğundan nitq və dil arasındakı qarşılıqlı əlaqələr bu prosesdə baş verir.
NİTQİN ÜSLUBLARI
Mədəni nitqə yiyələnmək üçün dilin yalnız leksik-qrammatik normalarını gözləmək kifayət etmir. Bunun üçün nitq üslubi cəhətdən də düzgün qurulmalıdır. Yəni danışarkən elə sözlər seçilməli, cümlələr elə qurulmalıdır ki, fikir dəqiq və aydın ifadə oluna bilsin. Danışan və ya yazan işlətdiyi hər bir sözün əhəmiyyətini, onun nəzərdə tutulan fikrin ifadəsi üçün nə dərəcədə yararlı, dəqiq olmasını nəzərə almalıdır. Həm danışıq, həm də yazıda hər hansı bir söz öz həqiqi mənasından başqa, digər mənalarda da işlənilir. Mənadan doğan forma rəngarəngliyi dilin üslubi imkanları əsasında yaranır ki, bütün bunlar dilin üslubiyyat bəhsində öyrənilir.
Natiq Azərbaycan dilinin fonetik, leksik və qrammatik imkanlarını həm nəzəri, həm də praktik cəhətdən öyrənməli, nitqin dəqiqliyi, yığcamlığı, ahəngdarlığı, bədiiliyi üçün üslubi imkanlardan yerində, ünsiyyətin tələblərinə uyğun istifadə etməyi, ədəbi dilimizin ifadə vasitələrindən konkret şəraitlə bağlı yararlanmağı bacarmalıdır.
Nitq üslubu danışanın (eləcə də yazanın) dil vasitələrindən, onun fonetik, leksik və qrammatik imkanlarından məqsəd və məqama uyğun istifadə edə bilmə tərzidir, sistemidir. Bu istifadə bir sıra amillərlə, şərtlərlə (ünsiyyətin şəraiti, məqsədi, müsahibin marağı, anlama səviyyəsi və s.) bağlı olur və müxtəlif formalar kəsb edir. Bir halda danışan qarşısına müsahibindən nəyisə öyrənmək və ya ona hər hansı əşya, hadisə barədəsə məlumat vermək, başqa bir halda təbiət və cəmiyyətdəki hadisələr, qanunauyğunluqlarla bağlı biliklərini şərh etmək, digər bir məqamda əşya və hadisənin təsvirində müsahibin hisslərinə, duyğularına təsir göstərmək və sair məqsədlər qoyur. Üslub fərdidir, danışanların hər birinin özünəməxsus nitq üslubu vardır.
Dil vahidlərinin üslubi keyfiyyətləri müxtəlifdir. Bu keyfiyyətlər dilin fonetikası, leksikası və qrammatikasının imkanları sayəsində yaranır, nitqə üslubi 165 çalarlıq gətirir, onu səlis, çevik, mənalı və kəsərli edir, estetik təsir gücünü artırır. Dil vahidlərinin üslubi imkanlarından danışarkən prof.Ə.Dəmirçizadə yazır: “Üslub dedikdə biz sözlərin, ifadələrin, qrammatik vasitələrin və fonetik imkanların məqsədəuyğunluq əsasında seçilmiş vahidlər sistemini başa düşürük”. “Nitq mədəniyyəti və üslubiyyatın əsasları” kitabında dil vahidlərinin üslubi imkanları eyni mövqedən qiymətləndirilir.

6-İctimai siyasi natiqlik. Məhkəmə və akademik natiqlik.


İctimai-siyasi nitq. İctimai-siyasi nitq digərlərinə nisbətən daha çox inkişaf etmişdir. İctimai-siyasi hadisələrlə bağlı kütlə qarşısında, eləcə də radio və televiziya vasitəsilə edilən çıxışlara tez-tez qulaq asırıq. Respublikamızın prezidenti möhtərəm İ.Əliyev cənablarının ölkənin daxili və xarici vəziyyəti, ölkə daxilində gedən ictimai-siyasi hadisələrə həsr olunan çıxışları siyasi natiqliyin dəyərli nümunələridir. İstər respublikamızda, istərsə də xarici ölkələrdə, ən mötəbər məclislərdə onun yığcam və olduqca mənalı çıxışları, nitqləri çox böyük razılıqla dinlənilir. Bu nitqlər dövlətimizin apardığı xarici və daxili siyasətə qiymət verir, onu düzgün yola istiqamətləndirir.
Ulu öndərimiz H.Əliyevin nitqləri natiqlik sənəti baxımından xüsusilə səciyyəvidir. O, ölkəmizdə siyasi natiqliyin əsasını qoymuşdur. Dövrün bu görkəmli dövlət xadiminin natiqlik məharəti həm elmlik, həm linqvistik, həm də publisistik cəhətdən təhlil olunmalı, öyrənilməlidir. Ali məktəblərdə tədris olunan “Nitq mədəniyyətinin əsasları” fənninə bu barədə ayrıca bölmə daxil edilməlidir. Qoy bizim gənclər Heydər Əliyev natiqliyinin sirlərinə bələd olsunlar, onun məziyyətlərini əxz etsinlər, öz ixtisasları ilə yanaşı, həm də gözəl natiq, söz ustası kimi yetişsinlər.
Məhkəmə natiqliyi. Bu nitq dilin bütün funksiyalarını (ünsiyyət, xəbər, təsir funksiyalarını) yerinə yetirir. Ona görə natiqliyin bu növündə bütün dil üslublarından, xüsusən elmi və rəsmi üslublardan – elmi terminlər, hüquqi kateqoriyalar, standart formulalar işlədilir ki, bu da təbiidir. Ona görə ki, məhkəmə prosesində hüquqi təhsili və müəyyən hüquqi savadı olanlar danışır, fikir və mülahizələrini söyləyirlər. Məhkəmə natiqliyində ehtiyac duyulduqda digər nitq üslublarından – istimai-siyasi məlumat vermək, təbliğat və təşviqat məqsədilə publisistik, nitqin təsirini artırmaq, onun mahiyyətini uğurlu bir tərzdə verə bilmək üçün bədii üslublardan da istifadə etmək olar. Bu nitqə prokuror, vəkil, müttəhim, şahid, hakim və xalq iclasçılarının nitqi daxildir. Həmin nitq formalarından bir qismi (prokuror və məhkəmənin nitqi) ittihamedici, digər isə (vəkil və müttəhimin nitqi) müdafiəedici xarakterdə olur.
İttihamçının nitqi yüksək səviyyədə olmalıdır. O, səlis və aydın danışmağı bacarmalıdır. Bu nitq dərin təhlilə, sübutlara, faktlara, obyektivliyə, əda-lətə, qanun aliliyinə əsaslandığı təqdirdə təsirli və inandırıcı olur.
Müdafiəçinin (vəkilin) çıxışları da sübutlu, dəlilli olmalıdır. Məhkəmə prosesində qaldırılan vəsadət hadisələrin dərin təhlilindən alınan məntiqi nəticələrə əsaslanmalıdır. Vəkil dəqiqliyə, səmimiliyə, qanunun aliliyinə riayət etməlidir.
Məhkəmə natiqliyi tarixi etibarilə daha qədimdir. Hələ eradan əvvəl qədim quldarlıq dövləti olan Yunanıstanda natiqlik sənətinin bu növünə böyük əhəmiyyət verilmişdi. Məşhur Solon qanunlarının müəyyən maddəsi öz şəxsi mənafeyini müdafiə edə bilmək üçün məhkəmədə nitq söyləməyi hər bir afinalının borcu hesab edirdi. Bu qanun qədim Yunanıstanda, eləcə də Roma respublikasında məhkəmə natiqliyinin inkişafına böyük təkan vermişdir. Lisi, İsey, Siseron Afinada məhkəmə natiqi kimi şöhrət qazanmışdılar.
XIX əsrin ikinci yarısında nitqin bu növünün gözəl nümunələrinə Qərbi Avropanın bir sıra ölkələrində, həm də Rusiyada rast gəlinir.
Akademik natiqlik. Akademiya və elmi müəssisələr sistemində, beynəlxalq konfrans, simpozium, treninq və sairədə edilən məruzələr, çıxışlar, verilən elmi məlumatlar və s. akademik natiqliyə aid edilir. Bu, elm adamlarının, alimlərin, yüksək hazırlıqlı ziyalıların, müəllimlərin elmi-praktik konfranslarda, ali məktəb auditoriyalarında, radio və televiziya verilişlərində, müdafiə sovetlərində və s. yerlərdəki nitqidir. Elmi nitq öz məntiqliyi, fikirlərin ardıcıllığı, söylənilənlərin sübutla, dəlillərlə əsaslandırılması, ümumiləşdirmələri, nəticələri və s. ilə digər nitq növlərindən fərqlənir. Nitqin bu növü vasitəsilə yaradıcı insanlar, alimlər və b. öz tədqiqatlarından, araşdırmalarından alınmış nəticələri həm yazılı (məqalələr, əsərlər, monoqrafiyalar şəklində), həm də şifahi yolla başqalarına çatdırırlar. Bu nitq o zaman yararlı sayıla bilir ki, insanlar onu başa düşsünlər, orada şərh olunanlara inansınlar. Mühazirəçinin söylədikləri reallığa əsaslanmalı, dinləyicilər tərəfindən qəbul olunmalıdır. Akademik natiqliyin yaranmasında ali məktəblərin rolu xüsusilə böyükdür. Belə müəssisələrdən biri Azərbaycan Dövlət Pedaqoji Universitetidir. Universiteti müxtəlif illərdə bitirib respublikanın məktəblərində, digər tədris müəssisələrində işləyənlərin çoxu eyni zamanda natiq kimi də fəaliyyət göstərirlər. Şübhə yoxdur ki, bu keyfiyyətə yiyələnənlər elmi natiqliyi, bəlağətli nitqi ali məktəb auditoriyalarında mühazirələr oxuyan müəllimlərindən (professor və dosentlərdən) öyrənir, bu söz ustalarının danışığını, natiqlik məharətini – aydın 115 tələffüzünü, parlaq, qəti, kəsərli nitqini, güclü məntiqini, gözəl avazını, fikrin ifadə tərzini və sairəni əxz edirlər. Belə müəllimlər mükəmməl elmi hazırlığı ilə yanaşı, söz ustası, natiq kimi də yadda qalır.

7-Müraciət formalarından düzgün istifadə olunma.



Yüklə 133,08 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə