Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə112/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   105   106   107   108   109   110   111   112   113

586

ölkənin  dərdlərini  və  istəklərini  var  səsi  ilə  hayqıran  dahiləri

yoxsa, o ölkə yalnız yaşayış məskəni olar, bu ölkə onun sakinləri

üçün sözün geniş mənasında Vətən torpağı ola bilməz.

Torpaq – öz tarixi, bu tarixi yaradan xalqı, dahiləri və igidləri

ilə yaşayış məskənindən çıxıb Vətən mənasını daşıyır. Şair çox

gözəl deyir:

Dahilər şəxsində elə bil Vətən

Sübuta yetirir ölməzliyini !

Xalqın  tarixində  bütöv  bir  əsr  bir  dahinin,  yaxud  bir

qəhrəmanın adı ilə şöhrətlənir. Dahi şəxsiyyət, yaxud qəhrəman

qaranlıqları yarmağa qadir mənəvi işığı ilə əsri aydınladır, diril­

dir, yaşadır. Tariximizdə VII əsr Babəkin, XII əsr Xaqani və Ni­

zaminin, XIV və XV əsrlər Nəsiminin adı ilə şöhrətlənməyibmi?

Nəsimi alnında qanlı bir qürur

Baxır kainata öz dan yerindən.

On dördüncü əsr yıxılır, durur,

Tutur o ustadın ətəklərindən.

Bu, böyük bədii ümumiləşdirmədir, yüksək poeziyadır, əsl

şeir  örnəyidir.  Xəlil  Rza  yaradıcılığında  mərdlik,  qəhrəmanlıq

pafosu,  cəngavərlik  əzmi  həmişə  güclü  olmuşdur.  Onun  lirik

qəhrəmanının  bu  cəhətləri  son  illərdə  həm  də  səbr,  dözüm,

daxili təmkin, özünəinam və fəlsəfi idrak kimi keyfiyyətlər  ilə

zənginləşmişdir.

Xalq  şairimiz  Süleyman  Rüstəm  Xəlil  Rzanın  “Krasnodon

qartalları”  poemasına  yazdığı  ön  sözdə  haqlı  olaraq  deyir  ki,

“Elə ilk addımlarından onun şeirləri məndə belə bir qənaət oya­



587

dıb  ki,  bu  şair  xalqımız,  vətənimiz  üçün  lazımlı  adam  olacaq,

gözəl şeirlər müəllifi kimi yetişəcəkdir”.

Bu  sözlərin  yazılmasından  on  il  keçir.  Bu  müddət  ərzində

Xəlil Rza və onun lirik qəhrəmanı mətinləşmiş, ustad şairin inam

və etimadını doğrultmuşdur desək, bizcə yanılmarıq.

Bu  məqaləni  yazmaq  ərəfəsində  mən  şairin  bütün  kitabları­

nı bir daha gözdən keçirməyi lazım bildim, “Bahar gəlir” (1957),

“Sevən gözlər” (1959), “Məhəbbət dastanı” (1961),”Mənim gü nə­

şim  “(1963),  “Qollarını  geniş  aç”  (1965),  “Krasnodon  qartalları”

(1967), “Yeni zirvələrə doğru (1971), Ucalıq” (1973) və Moskvada

rus ca buraxılmış “Bəhrəli gün” (1969), “Əsl məhəbbət” (1963).

Bu kitablardan hər biri şairin inadcıl axtarışlarından və tapıntı­

larından, yaradıcılığının və mövzu dairəsinin genişlənməsindən,

zənginləşməsindən xəbər verir. Öz yaradıcılığında nəyisə daim

qoruyub saxlamaq və nəyisə daim rədd edə­edə irəliləmək şair­

liyin mühüm amillərindəndir. Xəlil Rzanın bir çox şeirlərində və

xüsusilə “26­lar”, “Məhəbbət dastanı”, “Krasnodon qartalları”,

“Atalar – oğullar” kimi epik və lirik poemalarında mən həmin

ləyaqəti aydın gördüm.

Xəlil Rzanın tərcüməçilik fəaliyyətini ayrıca və yüksək qiy­

mət ləndirməliyik. İlya Selvinskinin “Babək” mənzum pyesi onun

alovlu və dürüst tərcüməsində bizim bədii sərvətimizə çevrilib.

Saib Təbrizi, Abdulla Tukay, Musa Cəlil, Şəhriyar, Qaysın Quli­

yev,  K.Simonov,  E.Mejelaytis,  Y.Yevtuşenko,  R.Roj dest venski,

Q.Qu lam,  M.Şeyxzadə    və  başqa  şairlərdən  etdiyi  tərcümələr

də öz dil aydınlığı, temperamenti, orijinala sədaqəti ilə seçilir.

Fars caya bələd olan, özbəkcəni, tatarcanı və ümumən türk dil­

lə rini  incəliklərinədək  mənimsəmək  uğrunda  ardıcıl  çalışan

şairin tərcümə etdiyi sənətkarı orijinalında öyrənməsi xüsusilə

diqqətəlayiqdir.



588

Xəlil Rza məramı və əqidəsi olan şairdir. Onun təbini, ilha­

mını dilləndirən də yalnız böyük idealı, yalnız məramıdır. Şair

haqlı olaraq şeirinə müraciətlə deyir:

Mən sənin üstündən qələm çəkərəm

Xalqa çörək kimi gərək olmasan!

Eşq olsun bu amalla qələm çalan söz sahiblərinə!

BƏXTİYAR VAHABZADƏ

Xalq şairi

1977



589

21 oktyabr 1933  –  Salyan  qəzasının  Pirəbbə  kəndində  anadan  ol­

muşdur (indi həmin kənd Neftçala rayonu əra zi sin­

də dir).

1948

–  ilk  mətbu  şeiri  “KİTAB”  “Azərbaycan  pioneri”

qəzetində dərc edilmişdir.

1949-1954

– ADU­nun filologiya fakültəsinin jurnalistika şö bə­

sin də təhsil almışdır.

1954

– SSRİ Yazıçılar Birliyinin üzvü olmuşdur.



1955-1957

–  “Azərbaycan  qadını”  dərgisi  redaksiyasında

əmək daşlıq etmişdir.

1957-1959

–  Moskva  M.Qorki  adına  Dünya  Ədəbiyyatı  İns­

titutu  nəzdində  yazıçılar  üçün  açılmış  ikiillik  Ali

Ədəbiyyat kurslarının dinləyicisi olmuşdur.



1963

– filologiya elmləri namizədi adını almışdır. Həmin

ildə N.Tusi adına Pedaqoji Universitetdə dosent və­

zi fəsində çalışmışdır.



1967

– Azərbaycan yazıçıları sırasında Türkiyədə olmuşdur.



1969-1994

–  Azərbaycan  Elmlər  Akademiyası  Nizami  adına

Ədəbiyyat İnstitutunda çalışmışdır.

1985

–  filologiya  elmləri  doktoru  alimlik  dərəcəsini  al­

mışdır.

1986

–  Azərbaycanın  Əməkdar  İncəsənət  Xadimi  adını

almışdır.

1990

– “Davam edir 37” şeirinə görə M.F.Axundov mü­

kafatı laureatı adına layiq görülmüşdür.

26 yanvar 1990

– Azərbaycan Milli Hərəkatının fəal iştirakçısı oldu­

ğuna görə Bakını işğal etmiş rus hərbçiləri tə rə fin­

Xəlil Rza Ulutürkün

bioqrafiyasının əsas məqamları



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə