Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə110/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   105   106   107   108   109   110   111   112   113

575

Qorxma, indən belə göz yaşlarımız

Təzə qəbirləri islatmayacaq.

Gələcək bizim də səadətimiz,

Nəğməmiz, sevgimiz aşıb­daşacaq.

Ellər Azadlıqla qucaqlaşacaq!

Sürgünə gedirəm, ana, sürgünə,

Ayrılıq ürəyi nə yaman sıxır.

Gedirəm... sürgünə tab etmək çətin.

Gedirəm... könlümdə təsəllim də var:

Xalqım, məmləkətim, bəşəriyyətim!

Ponta do Sol, Yaşıl Korfəz

adası, 1960, dekabr

QAYIDACAĞIQ!

Bir də gələcəyik Anqolaya biz,

Günəşlə birlikdə görüş yerinə.

Onun qızıl qumlu sahillərinə

Qayıdacağıq!

O gülşən vadilər bizimdi bir vaxt,

İnan ki, yenə də bizim olacaq,

Qayıdacağıq!

Pambığı ağappaq, nefti qapqara,

Qəhvəsi lalə tək qızıl­qırmızı,

Doğma təbiətə qayıdacağıq!

Altının, üstünün xəzinəsilə

Qızılı, almazı, duzu, misilə

Zəngin məmləkətə qayıdacağıq!

Dupduru, tərtəmiz ey mavi göllər,

Hökmlü nəhrlər, haraylı sellər,




576

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Yaşıl cəngəlliklər, əngin dərələr

Sizin qoynunuza qayıdacağıq!

Bizim odumuzun, ocağımızın

Üstündə burulan mavi tüstülər,

Ey doğma ritmlər, doğma bəstələr!

Qayıdacağıq!

Sərin kölgəsinə can atdığımız

Mulemba ağacı, başımın tacı!

Kissanje – sədası huşumdan getməz

Üç telli, dörd telli rübabım mənim!

Marimba rəqsinə, o qeylü­qala,

Gözəl musiqiyə, şən karnavala

Qayıdacağıq.

Bircə sevgilimiz, bircə anamız,

Əbədi yarımız Anqolamıza

Qayıdacağıq!

Ey işıq, ey böyük, ulu azadlıq!

Doğma ev­eşiyə gələcək şadlıq!

Biz dustaq olsaq da xoşbəxtik, sağıq,

Biz sənin qoynuna qayıdacağıq!



Lissabon, Alcube

dustaqxanası, 1960, dekabr


577

İŞGƏNCƏDƏN SONRA MONOLOQ

Susacam.


Heç bir pislik etmədim sizin yurdunuza mən,

Sizsə mənim yurdumu boyadınız al qana.

Susacam.

Nə göydə ulduzlarla, nə allahla danışdım.

Nə bir dilək dilədim, nə kiməsə əl açdım.

Susdum, dəniz dibinə düşən ağır daş kimi.

“Yox!” sözündən savayı itirdim hər şeyimi.

Susacam, qucaq­qucaq pul təklif etsələr də,

Qabırğamı sındırıb, gözümü didsələr də.

Susacam, verməsələr, versələr də azadlıq,

Gözlərimin içinə sıxsalar da gülləni,

Susacam, qorxutmayır ölüm məni, qan məni.

Ölüm! Bircə balamı əlimdən alan ölüm!

Bircəmi, yalqızımı,

Yoxsul, bomboş səmada yeganə ulduzumu

əlimdən alan ölüm!

Qar kimi ağ çələnglər axıb gedir sularda,

Yanında mənim balam, qaraca Ofeliyam.

Boğuldu köləliyin müdhiş burulğanında.

Ona kim ağlayacaq, kim duracaq yanında?

Tabutunu düzəldən, məzarını qazan kim?

Üstünə bircə ovuc torpaq atıb susan kim?

Kaş üzünü görəydim heç olmasa bir anlıq,

Bu nisgil ürəyimdə dönmüş atəşə, oda.




578

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Pəncərəsiz, şüasız dörd divar arasında.

Atın söndürülməmiş əhəng içinə məni!

Yanım orda, kül olum.

Alovlansın ciyərim, beynim, qanadım­qolum.

Qırılsın bu əllər ki,

Sizin daş divarları döyür, dağıda bilmir.

Ölüm dəzgahınıza baş vurur, bata bilmir.

Atın söndürülməmiş əhəng içinə məni.

Sovuşur məlun gecə. Sökülən dan yeri kor.

Atın söndürülməmiş əhəng içinə məni,

Yanım, çıxsın cızdağım.

Bəs qızım?

Bəs kim onun yanacaq əhvalına?

Bəs kimlər ağlayacaq zavallımın halına?

Gecə məzar başından rəqs sədası gəlir,

Odur, məşəllər yanır. Yanır dəfn tonqalı.

Mənim varlığımda yas,

Yerdə soxulcanların, əqrəblərin bayramı.

Atın söndürülməmiş əhəng içinə məni,

Yanım, nöqtə qoyulsun bəlkə bu ah­nalama.

Çatım bircə balama.

Qardaşlara, dostlara dönə­dönə deyirəm:

Günahkaram, suçluyam.

Ölümün caynağından ala bilmədim onu –

O camalı solğunu.

Atın söndürülməmiş əhəng içinə məni,

Yanım, kül olum... təki ayrılmayım qızımdan.



579

Atın, tullayın məni əsfələssafilinə

1

Odun tən ortasına, cəhənnəmin dibinə,



Bəlkə canım dincələ...

Luanda, Pide dustaqxanası,

iyun, 1960

TƏBİL DƏRİSİNDƏ

Tarıma çəkilmiş tamtam gönünü

Döyür təbilçinin güclü əlləri.

Uğuldayır... açıb buraxır dəri

Pəhləvan kürəkli mətin səsləri.

Günəş batıb gedir... qızaran qürub

Az qala yandıra isti göyləri.

Qırmızı tonqallar işığındaca

Səslər çulğalayır mavilikləri.

Elə bil torpağa sərələnmişəm

Dəyən zərbələrin leysanlarından.

Mən də titrəyirəm o təbil kimi

Qışqıran qanımın təkanlarından.

Bu axşam mən kiməm? Bir əlçim dəri.

Gərilmiş təbilin daz təpəsində!

Gör necə titrəyir ürək telləri

Vurulan zərbənin hər ləpəsindən.

Məni kimlər döyür? Özündən razı

Neçə kəlpeysərin ağaran dişi.

Avropa geyimli tox səyyahların

Kübar qəhqəhəsi, zəhər gülüşü.

1

Əsfələssafilinə – məcazi mənada cəhənnəmin ən dərin qatı.




580

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Məni kimlər döyür? Həyat şuası –

Afrika tərinin yekə damlası.

Cəhənnəm nəfəsli səhralarımda

O min­min damlanın yağış olması.

Məni kimlər döyür? Can günəşimin

Həbsi qeyri­mümkün ziyası, zəri.

Qara Afrikanın dərddən, möhnətdən

İsmətdən yaranmış hönkürtüləri.

Məni kimlər döyür? Ekvatorumun

Günəşdə cızdağı çıxan ürəyi.

Azca meh görəndə qalxıb oynayan

Yaşıl palmaların gülümsəməyi.

Döyür, döyür məni afrikalının

Şənlik röyaları, bayram baharı.

Qardaş nitqlərinin qara, qırmızı,

Mavi sədaları, ağ şüaları.

Döyür, döyür məni susdurulan səs,

Qəzəbdən titrəyən qalın dodaqlar.

Yüz­yüz incikliyi yaşadan nəfəs,

Üzə vurulmamış ahlar, acıqlar.

Qanımı sümürdü sümürgəçilər,

Tısbağalar kimi yaşamaq tərzi.

Mənasız həyata dözməyənlərin

Qara mafəsinin zülmət gecəsi.

Mənim afrikalı qaratel nənəm,

Təbiləm, sən məni öz əlinlə çal.

Silkələ ruhumu, akkordlar götür,

Bu yanar beynimə bir vəlvələ sal.

Vur məni, döy məni... oyansın təki

Mürgülü bahadır... bu qara qitə.




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə