Azərbaycanın böyük şairi Xəlil Rzanın bizim xalqın mədəniyyətinin inkişafında böyük



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə106/113
tarix21.06.2018
ölçüsü2,49 Mb.
#50116
1   ...   102   103   104   105   106   107   108   109   ...   113

553

Fərruxi eşqdən dəli, divanə,

Bizimçün nə yazmış gör tale yazan:

Bütün zəncirləri əritmək üçün

Dəmirçi kürəsi, od olmalısan!

AZƏRBAYCAN

Yadına salsaydı qardaş ölkəni,

İnsafı olsaydı azca Tehranın,

Məgər qalxardımı yeddinci qata

Naləsi, fəryadı Azərbaycanın?

Rey mülkü xudpəsənd, dikbaş, abırsız.

Abırsız, daş üzlər! Barı utanın!

Kəsib başdan­başa yelə verdiniz

Bütün köklərini Azərbaycanın.

Dəhşətdir Tehranın biganəliyi,

Hanı göbək ətri o şux ceyranın?

Deyin, heç insafmı qüruba varsın

Tanrısal şəfəqi Azərbaycanın?

Daxildən, xaricdən min bəla gəlir,

Ey bütün dərdlərə qucaq açanım!

Həmişə qəm yemiş, şadlıq görməmiş

Anası, övladı Azərbaycanın!

Mokri, Salmas, Sulduz, Xoy, Soyuqbulaq

Növ­növ çələngiydi bir gülüstanın.

Döndü cəhənnəmə namərd əlilə

Cənnət guşələri Azərbaycanın.

Səs yox, nalə qalxır Urmidən bu gün:

­ Namərd! Qalmayıbmı bir damla qanın?

Bəs kimlər dərdinə əlac edəcək,

Qolundan tutacaq Azərbaycanın?!



554

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Qorxudan saralıb valinin rəngi,

Qarışıb heyrətə hiss­həyəcanı:

Möhnət dağlarını daş­daş qoparır

Yaralı əlləri Azərbaycanın!

Bəs kimlər ovacaq burunlarını

Bunca qansoranın, şahın, sultanın?

Kar edib fələyin qulaqlarını

Tufan bağırtısı Azərbaycanın!

Rəvamı həmişə zəncirdə qalsın

Bahadır qolları ər pəhləvanın?

Sökək zindanları, dinc nəfəs alsın

Qeyrətli milləti Azərbaycanın!



RÜBAİ

(Ölümü ərəfəsində öz qanı ilə

zindan divarına yazdığı son şeir)

Bizim ürəklərimiz – cəsur qartal qanadı,

Heç bir rütbə önündə enmədi, alçalmadı!

Qurbanam o şəxsə ki, düşmənlər qarşısında

Cismi təslim olsa da, özü təslim olmadı!



555

JALƏ

MƏN YABANI DAĞ OTUYAM

Mən güldan laləsi deyiləm, ey dost,

Bax, tanı... yabanı dağ otuyam mən.

İşrət məclisinə dartıb aparma,

Çox da xoşlanmıram eyşi­işrətdən.

Məni dağlar doğub. Anam – dağlardır,

Ayrıla bilmirəm o daş xilqətdən.

Fikir ver, göz yaşım daşlar boydadır,

Üzümdə, gözümdə sayrışır dən­dən.

Daşdan baş qaldırdım... təki daş içrə

Bir gün lələ dönsün bu can, bu bədən.

Məndən ətir, boya, təravət umma,

Varlığım yoğrulub qəmdən, həsrətdən.

Diyarımdan uzaq, yarımdan uzaq

Saralan bir otam dərddən, firqətdən.

Baharı gözlərəm, yalnız baharı,

Yalnız o, qurtarar məni möhnətdən.

Nəvaziş göstərmə, ağlaram, ey dost,

Ağlatma, ölərəm, inan, riqqətdən.



556

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ



MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYAR

ƏZİZ AZƏRBAYCANIMA

Can qurban etməyin vaxtı çatıbsa,

Səndən hansı namərd əsirgəyər can?

Qoyuram başımı ayaqlarına,

Ey ana torpağım! Ey Azərbaycan!

Gücü dağlar qədər, səadəti kəm,

Qüdrətli, yaralı, bağrı qan ölkəm!

Amandı, heç kəsə boyun əymə sən,

Özüməm yolunda birinci qurban.

Ey İran qəsrini əlilə tikən,

İrandan həmişə bəlalar çəkən,

Bulaq gözlərinə dumanlar çökən,

Pərişan məmləkət, dərdli aşiyan!

Yenə bəla gəlir buludlar kimi.

Səni nişan alır yadlar, eləmi?

Bəxtini tufana tapşıran gəmi,

Udmaqmı istəyir səni bu tufan?

Sən hüma quşusan bütün ölkənin,

İpək qanadların bir cüt yelkənin:

Eşq ilə azadlıq canındır sənin!

Görüm titrəməsin əlində sükan.

Bəla gürşad kimi yağsa səmadan,

Sənsən o gürşadın altında novdan.

Başına döndüyüm dərdli Savalan,

Mətin ol, qalib çıx qanlı qovğadan.

Üstünə atəşlər yağan torpağım,

Məhəbbət ocağım, ülfət ocağım.



557

A mənim hamıya bar verən bağım,

Ah çəkmə, buludlar yanar ahından.

Ey çörək yerinə yaralar yeyən,

Al­əlvan yerinə qaralar geyən,

Anam, mehribanım,

 

söylə bəs haçan



Qandal açılacaq əl­ayağından?

Şölə çək, qızınım ocaq istinə,

Yolum saçlarımı, verim tüstünə.

Ağlaya­ağlaya gəlim üstünə,

Gəlim ayaqyalın, pəjmürdə, nalan!

Mən qanadı sınıq bir quşam sənsiz,

Sən isti yuvamsan, əzizdən­əziz.

Quruyar ürəyim, quruyar dəniz,

Əlim ətəyindən üzülsə bir an.

Ellər var: qisməti sevinc, səadət.

Bəs səni qarğadı de hansı namərd?

Nədir bu fəlakət, nədir bu möhnət,

Ey bütün dərdlərə könlünü açan!

Səadət müjdəsi alan nə çoxdur,

Sənə başsağlığı verən də yoxdur.

Bu dərdlər sinəmdə güllədir, oxdur,

Baxıram yollara, gözüm nigaran.

Dostluqdan dəm vuran, vəfadan deyən

Yalançı “dostlardan” nələr çəkdin sən.

Zərbə ki, almısan “dost” əllərindən,

Onu düşmən belə qıymazdı, inan.

Ayıra bildinmi yaxını yaddan?

Qoruya bildinmi özünü oddan?

Sən bir körpə kimi saf olduğundan

Fikrinə gəlmədi özgə bir güman.



558

XƏLİL RZA ULUTÜRK  

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Qayda belədir ki, çöldə qoyunlar

Çobanı özünə gözətçi sanar.

Quzu nə bilsin ki, enər canavar

Çoban paltarında çomaqla... dağdan.

Ayıl, aldatmasın səni həriflər,

Buğdanı alırlar, arpa verirlər.

Səni öz günündə görməkmi istər

Bir vaxt qoza yeyən, ot­ələf tıxan?

Sən saxsı deyilsən, ey parlaq almaz,

Min bulud gəlsə də, nurun azalmaz.

Xalqın şərəfilə oynamaq olmaz,

Qansın bu hikməti qoy hər hökmran.

Tarix az görməyib qudurğanları,

Qanlını qan tutar, qandır onları.

Ey mənim xalqımın qartal vüqarı,

Enmə öz zirvənin ucalığından!

Gün gələr açılar bağlı qapılar,

Əsrin arxivindən nələr tapılar.

Sənin Qır atına arıq yabılar

Arxadan baxarlar həsrətlə, heyran.

Hanı bu dünyada elə oğul ki,

Sındırsın yolunu kəsən tilsimi?

Ey milyon ürəyi bir məşəl kimi

Qaldırıb əlində, ovcunda tutan!

Düşmən bağlarını qoysa da viran,

Səni dayaq bilir özünə İran.

Sən onun qəlbisən, qanadlarısan,

Həmişə özünsən birinci qalxan.

Amandır, ayırd et dostu düşməndən,

Dostunu düşmənə qurban vermə sən.




Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə