Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə18/32
tarix29.10.2017
ölçüsü0,75 Mb.
#7175
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

43

əsasında verildiyinin qeyd edilməsinə baxmayaraq, onlar son sözün yenə də ailə başçısı, yəni 

ata tərəfindən deyildiyini bildirdi. Buna görə də, belə aydın olur ki, atanın və ərin qoyduğu 

qaydalara əməl etmək Azərbaycan mədəniyyətinə xas olan cəhətlərdəndir. Tədqiqata cəlb 

edilmiş bütün yaş qrupları atanın ailə başçısı olduğunu və hər ailə üzvünün onun qoyduğu 

qaydalara əməl etməli olduğunu qəbul etdiklərini ifadə etmişdir. Gənc respondentlərdən 

olan Abbas (33 yaşlı, ali təhsilli, 1 oğlu var, Abşeron rayonundandır) qeyd etmişdir: “…Belə 

deyə bilərəm ki, kişi ailənin başçısıdır, hər şey onun dediyi kimi olmalıdır. Bizim üçün də bu, 

belə olmuşdur. Atamız dediyinin əksinə gedə bilməzdik. Atamız yatırdısa biz hətta televizoru 

da söndürürdük. Hər kəs sakitcə öz işi ilə məşğul olurdu, çünki atamız dincəlirdi.”

Oğlan uşaqlarına üstünlük verilməsinin ölkədə vüsət alması  qız uşaqlarının arzulanmadığına 

dəlalət  etməsə  də  bu,    hal  cəmiyyətdə  qadının  mövqeyini  əks  etdirir.  İntervyuların  və 

müzakirələrin  çoxunda  oğlan  və  qız  uşaqlarına  sahib  olmağın  üstünlükləri  və  çatışmaz 

tərəfləri haqqında danışarkən bütün iştirakçılar təbii qəbul olunan ənənəvi gender rollarını 

qeyd etdilər. Qız övladın olmağının vacibliyini izah edən iştirakçılar qızlarının əsasən onlar 

xəstə  olduğu  zaman  və  ya  ailədə  kiminsə  vəfat  etdiyi  zaman  onların  qayğısına  qalmaq 

üzrə rolunu  vurğuladılar. Onlar belə düşünür ki, qız övladları öz bioloji ailələrinə kifayət 

qədər bağlıdır və  daima öz ailələrinə kömək etməyə çalışırlar. Yaşlı kişi və qadınlar qızların 

vacibliyini xüsusilə vurğulamışdır. 

“İsmətli və qeyrətli qız övladı yüz oğuldan üstündür. Qız ata və ana üçün vacibdir, 

bizim  bəzən  kədərli  və  bəzən  xoşbəxt  günlərimiz  olur.  Kədərli  günün  olduqda 

görürsən ki, oğlun yanında deyil, o, əlləri cibində uzaqlardadır. Ancaq qızın sənin 

kədərini  paylaşır.  O,  ailə  üzvlərindən  hər-hansı  birini  itirəndə  onun  vəfatından 

yeddi gün, qırx gün keçənə qədər yemir, içmir. Sən bu dünyanı tərk edən zaman 

o,  dərhal  gəlir.  Qızların  həyat  yoldaşları  da  sənin  üçün  eynidir.”  (fokus  qrup 

müzakirələrinin iştirakçısı, yaşlı kişi, iki oğlu, dörd qızı  var,  Abşeron)

Digər tərəfdən, ümumiyyətlə, qız övladı böyütmək oğul övladı böyütmək qədər asan hesab 

edilmir və qız uşağını böyütməyin daha baha başa gəldiyi qeyd edilmişdir. Tovuz/Gəncə-

Qazax  regionundan  olan  analardan  biri  aşağıdakıları  söyləyərək  qızların  tələbatlarının 

oğlanların ehtiyaclarından daha yüksək olduğunu qeyd etmişdir:

“Oğlan uşağının əynində tək yay şortu olsa da o, onunla çimərlikdə qaça bilər. 

Ancaq qız uşağını bu cür çimərliyə apara bilməzsən. Onun üçün çimərlik paltarı, 

çətir,  şlyapa  almalısan.  Özünlə  yemək  götürməlisən.  Belə  bir  deyim  var  ki, 

oğlan uşağı çılpaq da qaça bilər, amma qız uşağı bunu edə bilməz.”(fokusqrup 

müzakirələrinin iştirakçısı, yaşlı şəxs, iki qızı, bir oğlu  var, Tovuz/Gəncə-Qazax) 

Qızları  böyütməyin  maddi  çətinliyindən  başqa  qız  övladını  ərə  verməyin  də  ailələr  üçün 

çətinlik  təşkil  etdiyi  qeyd  olunmuşdur.  Bakıda  yaşlı  kişilər  arasında  keçirilən  fokus  qrup 

müzakirələri zamanı qız uşağını böyütməyin çətinlikləri müzakirə olunmuşdur. İki oğlu və 

bir qızı olan bir nəfər kişi məşhur atalar sözünü - “qız yükü, duz yükü” qeyd edərək qızını 

Keyfiyyət əsaslı məlumatların təhlili



44

ərə  verməyin  çətinliklərini  izah  etmişdir.  Bu  atalar  sözü  cəmiyyətdə  qadınlara  qarşı  olan 

münasibəti əks etdirməklə yanaşı sorğu zamanı ən çox  səslənən atalar sözlərindən olmuşdur.

“… Çünki qızların, ümumiyyətlə, çox problemi olur, mən oğlanlarımı evləndirən 

zaman heç bir çətinlik çəkmədim. Ancaq qızımı ərə verən zaman… burada belə 

bir atalar sözü var: qız yükü, duz yükü.” Valideynlər qızlarına vermək üçün mebel, 

yataq  dəstləri  və  bir  çox  başqa  əşyalar  almalıdırlar”.  (Qrup  müzakirələrinin 

iştirakçısı, yaşlı kişi, Bakı)

Ailələr  həmçinin  qadınlar  üçün  iş  və  gəlir  mənbəyi  təmin  etmək  məqsədilə  onlara  daha 

çox təhsil vermək ehtiyacını da qeyd etdilər. Bazar iqtisadiyyatı strukturu kişilər üçün daha 

çox imkanlar təmin etməyə meylli olduğundan qadınlar üçün iş tapmaq asan deyil. Buna 

görə də müstəqil ola biləcək qız övladını böyütmək ailələrdən daha çox sərmayə tələb edir. 

Bakıda yaşayan yaşlı qadın ifadələrinin birində qadınların iş imkanlarının qarşısını alan bu 

vəziyyəti təkcə məhdud əmək /məşğulluq bazarı seçimləri ilə deyil, həm də valideynlərin 

idarəedici davranışı ilə də izah edir. 



  “Oğul  övladının  üstün  cəhətlərindən  biri  də  odur  ki,  o,  həmişə  dayaq  və 

ailənin  davamçısı  hesab  edilir.Buna  görə  də  bizim  ailələrimiz  oğlan  uşaqlarını 

qız  uşaqlarından  üstün  tuturlar.  Azərbaycanda  qızlara  adətən  işləməyə  icazə 

verilmir, lakin oğlanlar bütün işlərdə işləyə bilər. Bizim ailələrimiz qızlarına hər 

yerdə  işləməyə  icazə  vermirlər.  Bu,  sosial  vəziyyətdən  və  ailənin  yanaşma  və 

ənənələrindən asılıdır”. (Bəsti, 73 yaş, orta ümumi təhsilli, 2 qızı, 1 oğlu var, Bakı)

İştirakçılar həmçinin Azərbaycanda qadınların həm ailədə qız övladı kimi həm də məşğulluq 

bazarında  (işdə)  işçi  kimi  vəziyyətinə  bir  qədər  aydınlıq  gətirmiş  oldular.  Ənənəvi  ailə 

dəyərləri və gender rolları qadınları ailə qurmağa vadar edir və nikahdan sonra mümkün 

qədər tez uşaqların olması gözlənilir. Tədqiqata cəlb olunmuş ailələrin çoxunun ilk doğuşda 

oğlan uışağının olacağını gözləməsinə baxmayaraq, hər iki cinsdən uşaqların olması müsbət 

hal kimi qiymətləndirilir.

“İndi hər kəs ilk uşağın oğlan olmasını istəyir. Əgər birinci uşaq oğlandırsa ikinci 

uşağın hansı cinsdən olacağı fərq etmir. Lakin indi bütün yeni ailə quranlar oğul 

övladı  istədiyinə  görə  onların  bəziləri  hamiləliyi  dayandırmaq  üçün  süni  abort 

əməliyyatı  keçirirlər.  Oğlan  uşaqlarının  çoxluğu  Allahın  sevincidir.  Elə  qadınlar 

olur ki, 5 dəfə, 6 dəfə, 7 dəfə hamilə qalırlar və hər dəfə də döl qız uşağı olur. 

Elələri də olur ki, qızı olmağını arzulayır, lakin sonda oğlu olur.” (Abbas, 33 yaş, ali 

təhsilli, bir oğlu var, Abşeron)

İştirakçıların söylədiklərindən belə aydın olur ki, sosial normalar cütlükləri oğul övladının 

olmasına vadar edir, əks halda onlar ailələri və cəmiyyət tərəfindən tənqidə məruz qalır. 

Oğul övladının dünyaya gəlməsi ailə üçün, xüsusən də atalar üçün şərəf və nüfuz mənbəyi 

hesab edilir.

5-ci fəsil



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə