Azərbaycan Təhsil Nazirliyi Bakı Slavyan Universiteti Azərbaycan Filologiyası Fakültəsi Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi am-202 qrup tələbəsi Arzu Kərimlinin Psixologiya fənnindən sərbəst işləri



Yüklə 81,48 Kb.
səhifə3/14
tarix23.05.2023
ölçüsü81,48 Kb.
#112351
1   2   3   4   5   6   7   8   9   ...   14
psixologiya

2. Diqqət.

Gündəlik həyatda insana yüzlərcə qıcıqlayıcı təsir edir. Lakin insan onların hamısını əks etdirmir, ən vaciblərini seçib ayırır. Ağlına çoxlu fıkirlər gələ bilər, lakin onların müəyyən qismindən əl çəkir, indiki anda fəaliyyətin icrasına kömək edənləri saxlayır. Ona müxtəlif informasiyalar gəlir, lakin onları da seçib ayırır, xalq ifadəsi ilə deyilsə, işə yarayanları saxlayır, qalanından imtina, edir. Bütün bunlar diqqətin fəaliyyətilə bağlıdır.


Diqqət idrak proseslərindən biridir. Lakin özünün ən başlıca xüsusiyyətinə görə diqqət idrak proseslərindən (məsələn, duyğu, qavrayış, hafızə, təfəkkür və s.) fərqlənir.
Diqqət şüurun müəyyən obyekt üzərinə yönəlməsi və məkəzləşməsinden ibarət psixi hadisədir. Bu halda fərdin həm sensor, həm intellektual, həm də hərəki feallığının səviyyesi yüksəlir; o, cisim və hadisələrə seçici münasibət bəsləməyə başlayır. Belə bir seçicilik olmasaydı, fərqləndirilməyən informasiyalar о qədər qeyri-mütəşəkkil və çox olardı ki, onda məqsədəuyğun fəaliyyət də mümkün ol­mazdı. Deməli, seçicilik təkcə müəyyən fəaliyyətin, təsirin ayırd edilməsində deyil, eyni zamanda onların hifz olunmasında təzahür edir.
Diqqətin əmələ gəlməsi üçün ilk növbədə obyekti ayırd etmək, onun üzərində mərkəzləşmək, başqalarından isə yayınmaq lazımdır.
Diqqət obyekti həm xarici aləm cisimləri, həm də insanın öz fikri, hissi rəftarı, davranışı ola bilər.
Diqqətin insanın bütün fəaliyyət sahəsində böyük əhəmiyyəti vardır. Diqqətin mahiyyəti, hər şeydən əvvəl, əhəmiyyətli, tələbatlarla bağlı, mövcud fəaliyyətə uyğun gələn təsirləri seçməkdə, digər ikinci dərəcəli, kənar təsirlərə isə əhəmiyyət verməməkdə təzahür edir.
Seçmə funksiyası ilə yanaşı olaraq idrak fəaliyyəti davranış aktı başa çatana qədər diqqətin onların üzərində saxlanılması funksiyası da vardır.
Diqqətin mühüm funksiyalarından biri də fəaliyyətin gedişini tənzim etmək və ona nəzarət etməkdir.
3. Diqqət və hafizənin növləri, onların təsnifl
Diqqətin növləri: qeyri-ixtiyari, ixtiyari diqqət, ixtiyari diqqətdən sonrakı diqqət.
Qeyri-ixtiyari diqqət heyvanlarda da vardır. Çünki о cisim və hadisələrin bilavasitə təsiri nəticəsində əmələ gəlir. Bu halda qıcıqlayıcının xassələrindən asılı olaraq diqqət müəyyən obyektlərə yönələ bilir. Deməli qabaqcadan qarşıya qoyulmuş məqsədlə, heç bir xüsusi niyyətlə bağlı olmayan və iradi cəhd tələb etməyən diqqətə qeyri-ixiyari diqqət deyilir.
Şagird maraqlı hekayə dinlədiyi, kinoya baxdığı zaman onda diqqətin həmin obyektə yönəlməsi, mərkəzləşməsi baş verir. Lakin bu zaman xüsusi iradi səy tələb olunmur. Bu qeyri-ixtiyari diqqətdir. Yəni qeyri-ixtiyari diqqət insanın qarşısındakı məqsədlə bilavasitə bağlı olmur. Məsələn, dərs zamanı sinfin qapısı açılarkən şagirdlər dərhal dönüb baxırlar; bu zaman içəri girən adam onların diqqətini özünə cəlb edir.
Qeyri-ixtiyari diqqət zamanı insanın psixi fəaliyyəti ətraf cisim və hadisələrdən asılı olaraq onlara yönəlir. Buna görə, qeyri-ixtiyari diqqət adamın hazırlığı olmadan, qıcıqlandırıcının bilavasitə təsirilə əmələ gəlir, yalnız qıcıqlandırıcı təsir etdiyi müddətdə mövcud olur. Onun gərginliyi qıcıqlandırıcının qüvvəsindən asılıdır.
Qeyri-ixtiyari diqqət cisim və hadisələrin bilavasitə təsirindən asılı olsa da, onu heç də ətrafda baş verən hər bir hadisə, hər bir qıcıqlandırıcı əmələ gətirmir. Qeyri-ixtiyari diqqətin əmələ gəlməsi üçün təsir edən qıcıqlandırıcılar bir sıra xüsusiyyətlərə malik olmalıdır.
1. Qıcıqlayıcının qüvvəsi və gözlənilmədən təsiri. Qüvvətli səs, güclü işıq, kəskin iy diqqəti cəlb edir.
2. Qıcıqlayıcının yeniliyi, qeyrı adiliуi, kontrastlığı. Yeni əyani vəsait, yeni maşın modeli, sinifdə yeni şagirdin olması və s. qeyri-ixtiyarı surətdə diqqəti cəlb edir. Məlumdur ki, ətraf aləmdə baş verən yeniliklər dərhal bələdləşmə refleksi əmələ gətirir. Adam həmin yeni hadisənin nədən ibarət olduğunu bilməyə can atır.
3. Obyektin hərəkətdə olması. Məlumdur ki, hərəkətsiz cisimlər, adətən, diqqəti ya cəlb etmir, ya da ancaq xüsusi məqsəd olduqda diqqəti həmin obyektin üzərinə yönəldirik. Lakin hərəkətin başlanması və ya kəsilməsi də diqqəti cəlb edir. Müəllim şagirdlərin diqqətini nəinki səsini qaldırmaqla, həm də izahatını dayan­dırmaqla da cəlb edə bilər. Bəzən sinif otağında uzun müddət hərəkətsiz dayanmış əyani vəsait götürüldükdən sonra onun yeri diqqəti cəlb edir. «Burada nə var idi?»
Qeyri-ixtiyari diqqət həm də insanın emosional vəziyyətindən asılı olaraq əmələ gəlir. Buraya insanın sağlamlıq dərəcəsi, əhvali-ruhiyyəsi, tələbatı, maraq­ları və s. aiddir. Məsələn, bir cismə maraq davamlı diqqət yaradır, onu uzun müddət müşahidə etməyə, öyrənməyə yönəldir. Bundan əlavə, təsir edən qıcıqlayı­cı­nın insanın tələbatlarına, daxili vəziyyətinə uyğun gəlməsi də vacibdir. Ac adamı xörəyin iyi tez cəlb edir.

Yüklə 81,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə