Azərbaycan Təhsil Nazirliyi Bakı Slavyan Universiteti Azərbaycan Filologiyası Fakültəsi Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi am-202 qrup tələbəsi Arzu Kərimlinin Psixologiya fənnindən sərbəst işləri


Təxəyyül Keçmiş qavrayış materiallarının yenidən işlənməsi əsasında yeni surətlərin yara­dıl­masın­dan ibarət olan psixi prosesə təxəууül



Yüklə 81,48 Kb.
səhifə5/14
tarix23.05.2023
ölçüsü81,48 Kb.
#112351
1   2   3   4   5   6   7   8   9   ...   14
psixologiya

3. Təxəyyül
Keçmiş qavrayış materiallarının yenidən işlənməsi əsasında yeni surətlərin yara­dıl­masın­dan ibarət olan psixi prosesə təxəууül deyilir. Təxəyyül surətləri necə for­malaşır? İnsan onları özündən yaradır, yoxsa həyatdan götürür?
Əlbəttə, təxəyyül də bütün psixi hadisələr kimi xarici aləmin inikasıdır.
Bununla birlikdə, təxəyyülün özünə aid xüsusiyyətləri vardır. Qavrayış, hafizə kimi psixi proseslər cisim və hadisələrdə gerçək mövcud olan xüsusiyyət, münasibət və qanunauyğunluqları əks etdirir. Təxəyyül prosesində isə insan xarici aləmdə bilavasitə olmayan yeni surətlər yaradır. Lakin insan təxəyyül prosesində nə qədər yeni surətlər yaratsa da, heç bir şeyi özündən uydurmur, yeni surətin ayrı-ayrı əlamət və ünsürlərini ancaq həyatdan götürür. Hətta ən fantastik surətlər belə insanların adam, balıq, şir və s. haqqındakı təsəvvürləri əsasında formalaşmışdır.
Bizim hər birimiz yaşımızdan asılı olmayaraq özümüzün gündəlik həyatımızda onlarla təxəyyül surətləri yaradırıq. Bəzən xəyala dalıb gözümüzün qarşısında qəlbimizi riqqətə gətirən xoş mənzərələr canlandırırıq: institutu qurtarırıq, məşhur insan oluruq və s. Evimizi bəzəyəndə də, paltar tikəndə də, bədii əsər oxuyanda da rəngarəng təxəyyül surətləri yaradırıq.
Təxəyyül bədii əsərin qavranılması, fikri məsələnin həll edilməsi, fəaliyyətin planlaşdırılması prosesində bilavasitə iştirak edir və onların məhsuldarlığını şərtləndirən əsas amillərdən birinə çevrilir.
Təxəyyülün növləri. İnsan bir çox hallarda müxtəlif təxəyyül surətləri yaradır, lakin onları həyata keçirmir və yaxud elə şeylər fikirləşir ki, onlan həyata keçirmək əslində mümkün olmur. Belə təxəyyülə passiv təxəyyül deyilir. Passiv təxəyyül həm niуyətli, həm də niууətsiz xarakter daşıya bilər.
Niyyətli passiv təxəyyülə misal olaraq xülyanı göstərmək olar. Xülya zamanı insan əsrarəngiz surətlər yaradır, onları gözünün qarşısında canlandırıb xoşhallanır, sadəcə olaraq bu prosesin özündən həzz alır; lakin onları həyata keçirmir. Passiv təxəyyül surətləri hər hansı bir təəssüratın, söz və hissin təsiri ilə niyyətsiz surətdə də əmələ gələ bilər. Əgər insanın həyat fəaliyyətində xülya surətləri üstünlük təşkil edirsə, bu, onun bir şəxsiyyət kimi inkişafında ciddi nöqsanlar olduğunu göstərir.
Xülyanı xəуаlla eyniləşdirmək olmaz. Xəyal arzu edilən gələcəyin surətlərini yaratmaqdan ibarət olan təxəyyül prosesidir. İnsanın həyatında xəyal mühüm rol oynayır. Əgər xəyal edən şəxs öz xəyalına ciddi inanırsa, həyata diqqətlə nəzər yetirib öz müşahidələrini öz xəyali planları ilə müqayisə edirsə və ümumiyyətlə öz xəyalını həyata keçirmək üzərində vicdanla çalışırsa, onda xəyalla gerçəklik arasında ziddiyyətin heç bir zərəri olmur. Xəyal ilə həyat arasında bir təmas olduqda hər şey yerində olur.
Aktiv təxəyyül müxtəlif formalarda özünü göstərir. Bərpaediciyaradıcı təxəyyül onun əsas növləri hesab olunur.
Obyektin təsvir, çertyoj, sxem, not, xəritə və s. əsasında yaradılan surətinə bərpaedici təxəyyül deyilir. Вərpaedici təxəyyül surətlərini xarakterizə edərkən iki cəhəti xüsusilə fərqləndirmək lazımdır. Onlar ilk baxışda müəyyən təsvir (sxem, xəritə və s.) əsasında yarandıqları üçün hafizə təsəvvürlərini xatırladırlar, lakin mahiyyət etibarilə hafızə təsəvvürlərindən fərqlənirlər. Bərpaedici təxəyyül surətləri qavranılan təsvirin sonra sadəcə olaraq yada salınması deyildir. Bərpaedici təxəyyül prosesində insan qavradığı təsviri, məsələn, Cəlil Məmmədquluzadənin «Poçt qutusu» hekayəsində təsvir olunan əhvalatları özünün həyat təcrübəsinə və biliyinə uyğun olaraq gözlərinin qarşısında canlandırır. Hekayədə yazıçı bütün detalları təfərrüatı ilə təsvir etmir. Məsələn, «Poçt qutusu»nda Novruzəlinin köynəyinin necə olması göstərilmir. Biz onun surətini gözlərimizin qarşısında canlandırarkən bu cəhətə diqqət yetiririk, onu ya yamaqlı, ya cırıq, ya da köhnə, nimdaş köynəkdə təsəvvür edirik. Bu hekayənin nəinki ideyasını təhrif etmir, əksinə, onu daha yaxşı başa düşməyə kömək edir. Deməli, insan hər hansı bir təsviri gözləri qarşısında kor- koranə, mexaniki şəkildə canlandırmır, ona yaradıcılıqla yanaşır, təsvir əsasında öz başa düşdüyü surəti yaradır. Buna görə də eyni bir təsvir (məsələn, hekayə) əsasında ayrı-ayrı adamlarda bir- birindən fərqlənən təxəyyül surətləri əmələ gəlir.
Yaradıcı təxəyyül fəaliyyətin orijinal və dəyərli məhsullarında reallaşdırılan yeni surətlərin müstəqil yaradılmasını nəzərdə tutur.
Bərpaedici təxəyyül surətləri müstəqil yaradılmır. Biz bu zaman surəti kiminsə yaratdığı təsvir, sxem, çertyoj, xəritə, not və s. əsasında yaradırıq. Yaradıcı texeyyül surəti isə müstəqil yaradılan surətdir. Misal göstərək: «Poçt qutusu» C.Məmməd- quluzadənin yaradıcı təxəyyülünün məhsuludur. Bizim bu hekayə əsasında yaratdığımız surətlər isə bərpaedici təxəyyül surəti olacaqdır.
Yaradıcı təxəyyül, bərpaedici təxəyyüldən fərqli olaraq, insanı sözün əsl mənasında yaradıcı şəxsiyyət kimi xarakterizə edir. Yaradıcı təxəyyül surətlərində insanın şəxsiyyəti, varlığa münasibəti, həyatı dərk və izahetmə bacarığı, sənətkarlığı və s. bütün aydınlığı ilə əks olunur. Yeni orijinal surətlərin yaradılması prosesi, bərpaedici təxəyyülə nisbətən, mürəkkəb və ziddiyyətlidir. Onlar gərgin yaradıcı əməyin məhsuludur. Bu baxımdan uşaqların yaradıcı fəaliyyəti diqqəti xüsusilə cəlb edir.
Təxəyyül surətləri fəaliyyətin müxtəlif sahələrində xüsusi üsul və tərzlərlə yaradılır. Bədii, elmi və ya texniki fəaliyyətin özünəməxsus vəzifəsi və xüsusiyyətləri olduğu üçün alimin yeni təxəyyül surəti yaratmaq üsulu, yazıçı və ya rəssamın, konstruktor və ya memarın təxəyyül tərzindən fərqlənir. Lakin buna baxmayaraq, bütün fəaliyyət sahələrində təxəyyül surətləri eyni qanunauyğunluq əsasında yaradılır.
Təxəyyülün fəaliyyəti həmişə qavrayışın verdiyi məlumatı yenidən işləmək, dəyişdirmək yolu ilə yeni surətlər yaratmaqdan ibarətdir. Burada iki proses - təhlil və tərkib ayırd edilir. Təxəyyül fəaliyyətində təhlil və tərkib proseslərindən necə istifadə olunur? Bu prosesə psixologiyada təhlil deyilir. Sonra isə o, götürdüyü «zahiri» və «daxili» əlamətləri yaradıcılıqla uzlaşdırsa, əlaqələndirsə, birləşdirərək surət yaradırsa bu prosesə psixologiyada t ə r k i b deyilir.


Yüklə 81,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə