Azərbaycan Təhsil Nazirliyi Bakı Slavyan Universiteti Azərbaycan Filologiyası Fakültəsi Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi am-202 qrup tələbəsi Arzu Kərimlinin Psixologiya fənnindən sərbəst işləri



Yüklə 81,48 Kb.
səhifə7/14
tarix23.05.2023
ölçüsü81,48 Kb.
#112351
1   2   3   4   5   6   7   8   9   10   ...   14
psixologiya

5. İradə.
İnsan öz həyat və fəaliyyəti zamanı müxtəlif hərəkət və işləri icra edir. Bunlardan bəziləri qeyri-ixtiyari, bəziləri isə ixtiyari şəkildə baş verir. Qeyri-ixtiyari hərəkətlər düşünülmüş, şüurlu şəkildə deyil, ya tamamilə dərk olunmayan və ya bir o qədər də dərk edilməyən təhriklərin təsiri altında baş verir. Bu cür hərəkətlər adətən impulsiv xarakter daşıyır. Onların dəqiq planı olmur. Psixologiyada qeyri-ixtiyari hərəkətlərə insanın qorxu, çaşqınlıq, heyrət, affekt halında olan və s. hərəkətləri aid edirlər. İxtiyari hərəkətlər isə məqsədlə bağlı, məqsədəyönəlmiş hərəkətlərdir. Bu cür hərəkətləri yerinə yetirərkən insan öz məqsədini həyata keçirmək üçün lazım olan əməliyyatları 358 əvvəlcədən təsəvvür edir. Bu cür hərəkətlər iradi xarakter daşıyır. Bu zaman insan qarşısına çıxan maneələri aradan qaldırmalı olur.
Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün subyektin öz fəaliyyəti və davranışı zamanı rast gəldiyi çətinlikləri, maneələri aradan qaldırma prosesinə iradə deyilir.
İradi iş zamanı insan iki cür maneələri aradan qaldırmalı olur: daxili (subyektiv) və xarici (obyektiv) maneələr.
Daxili maneə insanın qarşısına qoyduğu məqsədə nail olmasını çətinləşdirən istək və meyllərindən ibarət ola bilər. Məsələn, şagird sabah müəllimə cavab vermək üçün hazırlaşmağa başlayır. Elə bu vaxt televizorda onun çoxdan baxmaq arzusunda olduğu bir filmi nümayiş etdirəcəklərini eşidir. Bu zaman o, öz istəyini boğaraq qonşu otağa keçib dərsə hazırlaşırsa daxili maneəni aradan qaldırmış olur. Xarici maneə isə insanın qarşısına qoyduğu məqsədə nail olmasını çətinləşdirən obyektiv, onun istəyindən asılı olmayan maneədir. Məsələn, şagird sabahkı dərsə hazırlaşmaq məqsədini qarşısına qoyur. Bu zaman işıqlar sönür. Şagird öz məqsədinə çatmaq üçün yaxınlıqda yaşayan əmisigilə gedərək dərsi hazırlayırsa xarici maneəni aradan qaldıraraq öz məqsədinə nail olur. Mətin iradəli adamlar qarşılarına qoyduqları məqsədə nail olmaq üçün hər cür maneəni aradan qaldıra bilirlər. İradə – ali psixi funksiya kimi, insanın həyatı prosesində formalaşır. İnsan fəallığının xüsusi forması olan iradə mürəkkəb psixi proses kimi vasitəli xarakter daşıyır və ilk növbədə nitqin köməyi ilə təşəkkül tapır. İradənin fizioloji mexanizmi baş-beyin yarımkürələri qabığının fəaliyyəti ilə əlaqədardır.
İ.P.Pavlovun nəzəriyyəsinə görə, insanın iradəsi söz qıcıqlandırıcıları ilə bağlıdır. İnsanın iradi davranışının fizioloji əsası birinci siqnal sistemi ilə qarşılıqlı təsirdə olan ikinci siqnal sistemidir. İradə – psixikanın tənzimedici vəzifəsidir. Bu vəzifə insanın öz davranış və fəaliyyətini idarə etmək qabiliyyətində, qarşısına qoyduğu məqsədə nail olmaq işində rast gəldiyi maneə və çətinlikləri aradan qaldırmaqda ifadə edilir. İradə - xüsusi fəaliyyət forması kimi insandan öz davranışını qarşısına qoyduğu məqsədə müvafiq olaraq tənzim etməyi, onunla rəqabətə girən başqa arzu və istəkləri ləngitməyi, boğmağı tələb edir. İradi işi mahiyyətinə görə, həm də ixtiyari iş kimi də səciyyələndirmək olar. Çünki, hər bir iradi iş, başqa ixtiyari işlər kimi qarşıya məqsədin qoyulması ilə başlayır və onun yerinə yetirilməsi ilə nəticələnir. Məsələn: eyni otaqda qalan tələbədən A – çoxdan yatıb, B – isə yuxusu gəlsə də oturub sabahkı seminar məşğələsinə hazırlaşır. Bu misallarda hər iki tələbə müəyyən məqsəd əsasında hərəkət edir. Ona görə də, hər cür sadə işi iradi iş kimi səciyyələndirmək olmaz. Yerinə yetirilən iş o zaman, iradi iş adlandırıla bilər ki, orada müəyyən iradi səy tələb olunsun. Yuxarıdakı misalda, B-nin yuxusu gəlsə belə, oturub seminara hazırlaşması, iradi səy hesabına yerinə yetirilmişdir. Ona görə də, bu cür iş iradi iş kimi səciyyələndirilir və ikiqat ixtiyari adlandırılır. Beləliklə, işin həm motivasiya tərzinə, həm də icra mexanizminə görə ixtiyari olması onun psixoloji cəhətdən iradi olmasının göstəricisidir.
Beləliklə iradi iş mürəkkəb xarakter daşımaqla, ixtiyari işin xüsusi formasıdır. İradi işin motivi insanın bilavasitə aktual tələbatları ilə müəyyən olunmur. İradi işin funksiyaları. İradə şəxsiyyəti xarakterizə edən ən mühüm psixi keyfiyyət kimi 2 mühüm funksiyanı yerinə yetirir:
1) təhriketmə funksiyası;
2) ləngitmə funksiyası.
İnsanın qarşısına qoyduğu məqsədə nail olmaq üçün çalışması, bu yönümdə mübarizə aparması, qarşısına çıxan maneələri dəf etməsi, eyni zamanda özünün aktual tələbatı ilə bağlı olmayan işlər görməsi, dünyagörüşünə, əqidəsinə, inam və idealına uyğun gəlməyən fəaliyyətdən imtina etməsi təhriketmə və ləngitmə funksiyaları vasitəsilə gerçəkləşir. Bu funksiyalar bir-birilə qarşılıqlı surətdə əlaqədardır. İradə şəxsiyyətin motivləri ilə bağlıdır. Lakin, motivlərdən fərqli olaraq iradə insanı yalnız fəallığa təhrik etmir, həm də lazım gəldikdə onun fəallığını ləngidir. İradə başqa psixi hadisələr kimi, inikasın bir formasıdır. Belə bir inikas zamanı, fəaliyyətin obyektiv məqsədi psixikada əks olunur. İradə özündə şüurun 3 mühüm xassəsini birləşdirmişdir: idrak, münasibət və hiss. İnsan fəaliyyətinin məzmununa, onun səmərəliliyinə müxtəlif amillər təsir göstərir. Onlardan biri iradə ilə bağlıdır. Belə ki, insan iradə vasitəsilə öz fəaliyyətini həm tənzimləyir, həm də onun motivlərinin gücləndirilməsinə şərait yaradır. Fəaliyyət motivlərinin aktuallaşdırılması, şəxsiyyətin xəyali motivlərinin gücləndirilməsi hesabına əmələ gəlir. Xəyali motivlərin formalaşması, şəxsiyyətin inkişaf səviyyəsindən asılıdır. Bir halda tələbə gözünün qabağına gətirir ki, o beynəlxalq əhəmiyyətli konfransda, xarici qonaqların çıxışlarını səlist və düzgün qaydada iştirakçılara tərcümə edir, təşkilat komitəsi tərəfindən təşəkkürnamə alır. Tədbirdən sonra, məşhur bir şirkətin prezidenti ona yaxınlaşaraq onların şirkətində tərcüməçi işləməyi təklif edir. Başqa halda isə, o, gözlərinin qarşısında rəfiqələrinin məşhur estrada müğənnisinin konsertində iştirak etmələrini, ondan sonra şəhərə gəzməyə çıxmalarını, deyib-gülmələrini canlandırır. Bütün bunlar xəyali situasiya kimi fəaliyyətin gedişinə güclü surətdə təsir göstərir, onun səmərəsini birinci halda artırır, ikinci halda isə zəiflədir. Müsbət xəyali motivin köməyi ilə, insan gördüyü işə daha mühüm məna verməklə, özünün iradi səyini gücləndirmiş olur. Deməli, iradə həm də təxəyyüllə də bağlıdır. Belə ki, insan fəaliyyət göstərəcəyi şəraiti təxəyyüldə canlandırdıqda, görəcəyi işi daha yaxşı icra edir. Təlim prosesində, eləcə də, tərbiyə işində müəllimlər, tərbiyəçilər eləcə də valideynlər uşaqlarda görəcəkləri işlə bağlı 361 müsbət xəyali motivlər yaratmaqla onlara psixoloji cəhətdən kömək edə bilərlər.
İnsanın iradəsi məhz fəaliyyət prosesində təzahür edir. Psixoloji planda iradi iş fəaliyyətin strukturuna daxil edilir. Ümumi şəkildə iradi işi proses kimi təhlil etdikdə onun iki əsas mərhələdən ibarət olduğunu görə bilərik; 1. Zehni və yaxud intellektual mərhələ; 2. İcra və yaxud əsas iradi mərhələ. Zehni mərhələ tələbatın dərk olunması, həvəs və arzunun əmələ gəlməsi, məqsədin ayrılması, motivlər mübarizəsi, qərar qəbulu və işin planlaşdırması ilə xarakterizə olunur. Qərarın qəbulu yəni işin hansı şəkildə icra edilməsi, iradi işin quruluşunda mühüm mərhələdir. Həqiqi iradi başlanğıc işin məhz hansı şəkildə icra edilməsi haqqında qərarın qəbul edilməsində təzahür edir. Zehni mərhələ, xüsusən onun motivlər mübarizəsi və qərar qəbulu mərhələsində təfəkkür aktivləşdirilir. İradi işin bir elementi risk adlanır. Risk – o halda işə qoşulur ki, fəaliyyətin nəticələrini proqnozlaşdırmaq mümkün olmasın. Səmərəli risk, mahiyyətinə görə çox mühüm iradi keyfiyyət hesab olunur. İcra mərhələsi – iradi işin psixoloji məzmununu açıb göstərən mərhələ hesab olunur. Zehni mərhələ iradi işin icra mərhələsi ilə tamamlanır. Elə insanın iradi keyfiyyətləri, ounn nə dərəcədə iradəli olub-olmaması məhz ikinci mərhələdə aşkar olur.
Adətən öz strukturuna görə iradi işləri iki qrupa bölmək olar: sadə və mürəkkəb iradi işlər.
Sadə iradi iş qərar qəbulu və onun icrası ilə başa çatır. Məsələn, əgər dərsə hazırlaşmağı qərara alır və dərhal stolun arxasında əyləşərək hazırlaşmağa başlayırsansa, bu cür işi sadə iradi iş adlandırmaq olar. Mürəkkəb iradi işdə isə vəziyyət tamamilə dəyişir. Bu zaman qərarın qəbulu və icrası bir sıra mərhələlərdən keçir. Burada məqsəd, motivlər, qərar qəbulu, onun icrası üçün yol və vasitələrin axtarılması, qərarın icrası və s. mərhələlərdən keçmək zəruri olur. Belə bir misala nəzər salaq. Fərz edək ki, XI sinif şagirdi ali məktəbə daxil olmaq məqsədini qarşısına qoyur. Bu zaman hansı ixtisası, hansı universiteti seçmək məsələsi ortaya çıxır. Şagirdi ingilis dili ixtisası maraqlandırır. Valideynləri isə onun həkim olmasını istəyirlər. Keçən il həmin məktəbi bitirən yoldaşlarından Dillər Universitetinə daxil olanlar ona bu ixtisası seçməyi məsləhət bilirlər. Bütün bu motivlər arasında mübarizə gedir. Nəhayət o, ingilis dili üzrə mütəxəssis olmaq qərarına gəlir. Bundan sonra yeni mərhələ başlayır. Şagird bunun üçün yol və vasitələr arayır. Müəllimlərindən məsləhət alır. Xüsusi hazırlıq kurslarına gedir. Ciddi şəkildə sınaq imtahanlarında iştirak edir. Nəhayət qəbul haqqında elanlar çıxdıqdan sonra sənədlərini həmin ixtsas üzrə təqdim edir. Bundan sonra test imtahanlarına gedir. Son mərhələdə məqsədinə necə nail olduğunu qiymətləndirir.
Şəxsiyyətin iradi keyfiyyətləri elə iradi iş prosesində təzahür edir və formalaşır. İradi keyfiyyətlər – mürəkkəb psixi xüsusiyyətlər kimi insanın həyatı prosesində formalaşır, psixoloji səciyyəsinə görə vasitəli xarakter daşıyır. Tərbiyə şəraiti, sosial mühit eləcə də, sinir tipi iradi keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır. Şəxsiyyətin iradi keyfiyyətlərini 3 qrupda birləşdirmək olar:
1. İlkin iradi keyfiyyətlər – iradi güc, təkidlilik.
2. Törəmə iradi keyfiyyətlər – qətiyyətlilik, cəsarət, özünü ələ almaq, inam.
3. Üçüncü iradi keyfiyyətlər – məsuliyyətlilik, intizamlılıq, işgüzarlıq, təşəbbüskarlıq. İradi keyfiyyətləri mənfi və müsbət olmaqla iki qrupa bölmək olar. Müsbət iradi keyfiyyətlərə təkidlilik, qətiyyət, cəsarət, özünü ələ almaq, məsuliyyətlilik, intizamlılıq, müstəqillik, səbrlilik və s. aid edirlər. Bunların hər birinin əksini mənfi iradi keyfiyyətlər təşkil edir. Mənfi iradi keyfiyyətlərə iradi nöqsan kimi təqlidçilik, təlqinə qapılmaq, neqativizm, tərsliyi də aid etmək olar.

Yüklə 81,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə