Azərbaycan Təhsil Nazirliyi Bakı Slavyan Universiteti Azərbaycan Filologiyası Fakültəsi Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi am-202 qrup tələbəsi Arzu Kərimlinin Psixologiya fənnindən sərbəst işləri



Yüklə 81,48 Kb.
səhifə6/14
tarix23.05.2023
ölçüsü81,48 Kb.
#112351
1   2   3   4   5   6   7   8   9   ...   14
psixologiya

4. Təfəkkür.
Təfəkkür varlığın inikasının ali səviyyəsidir. Bu səviyyədə obyektiv reallığın cisim və hadisələri arasındakı mühüm əlaqə və münasibətlər əks olunur.
Təfəkkür sosial cəhətdən şərtlənən psixi prosesdir. Hər bir fərdin təfəkkürü insanların ictimai-tarixi təcrübəsinə istinad edir, onun nəticələrindən istifadə edir: təfəkkür sayəsində fərdi təcrübə bəşəriyyətin əldə etdiyi zəngin bilik ehtiyatına qoşulur. Çünki əqli əməliyyatlar, proseslər, fəndlər və s. cəmiyyətin tarixi inkişafında, ictimai-tarixi təcrübədə təşəkkül edir. Odur ki, təfəkkür ali idrak prosesi kimi hadisənin gələcək mənzərəsini verə bilir. Təfəkkür sayəsində insanın fıkri prosesi bu gündən gələcəyə və ya əksinə, gələcəkdən bu günə (eləcə də keçmişə qayıtmaq) istiqamətində cərəyan edə bilər, fəaliyyətin başlanğıc anından sonuna və ya əksinə, sonundan başlanğıc anına doğru cərəyan edə bilər. Zaman və məkanca təfəkkürün belə bir sərbəst cərəyanı həmin proseslərin yüksək səmərəliliyi və «qüdrəti» ilə şərtlənir. Təsadüfı deyildir ki, ali idrak prosesi olan təfəkkür bir sıra elmlər tərəfındən araşdırılır.
Təfəkkürlə materiyanın qarşılıqlı əlaqəsi, təfəkkürün köməyilə varlığın dərk edilməsi yolları və imkanları fəlsəfə elmi tərəfındən araşdırılır.
Təfəkkür, cisim və hadisələrin mahiyyətinin, onlar arasındakı əlaqə və asılılıqların insan şüurunda ümumiləşmiş və vasitəli inikasından ibarət olan idrak prosesidir.
Psixologiya fərdin təfəkkür prosesini öyrənir, yəni müəyyən edir ki, hər hansı fıkir necə və nə üçün əmələ gəlir, inkişaf edir. Ona görə də təfəkkür proseslərinin cərəyan etməsinin qanunauyğunluqları psixologiyada xüsusi olaraq tədqiq edilir. Deməli, təfəkkürün formaları həm də psixologiyanın öyrənmə obyektidir. Həmin formalar isə üçdür: məfhum, hökm, əqli nəticə və ya istidlal.
Cisim və hadisələrin ümumi və mühüm əlamətlərinin inikasından ibarət olan təfəkkür formasına məfhum deyilir.
Məfhum həmişə sözlərdə ifadə olunur. Onlar müxtəlifdir. Ümumi, fərdi, konkret, mücərrəd məfhumlar vardır.
Ümumi məfhumlar müəyyən cisim və hadisələr qrupunun mühüm və ümumi əlamətlərini əks etdirir. Məsələn, şagird, müəllim, bitki, şəhər və s.
Fərdi məfhumlar ayrı-ayrı cisim və hadisələrin ümdə xüsusiyyətlərini əks etdirir. Bakı, dahi şair Nizami, Mars fərdi məfhumlardır.
Konkret məfhumlar gerçək cisimlərin mühüm əlamətlərinin inikasından ibarətdir. Məsələn, qələm, maşın, kitab və s.
İnsan təfəkkürünün obyekti konkret cisim və hadisələr deyil, onların keyfıy­yət­ləri, xassələri də olur. Bu halda həmin keyfiyyət və xassələr fikrən cismin özündən təc­rid edilib, müstəqil surətdə düşünülə bilər. Bu cür yaranan məfhumlara mücərrəd məf­humlar deyilir. Məsələn, xoşbəxtlik, sürət, qüvvə, yaxşılıq, pislik, aclıq, qaralıq və s.
Hökm, varlığın cisim və hadisələri arasında müəyyən əlaqə və münasibətin olub-olmadığını iqrar və ya inkar etməkdən ibarətdir. Hökm cismin, hadisənin bu və ya digər cəhətini əks etdirir. «Azərbaycan təbii sərvətlərlə zəngindir.» Burada təbii sərvətlərin zənginliyi ilə Azərbaycan arasında müəyyən əlaqə olduğu əks etdirilir.
Hökm dil materialları əsasında ifadə olunur. Onun əsas ifadə vasitəsi qrammatik cümlədir. Hər hansı hökmü ifadə edən cümlədə üç əsas ünsür vardır: 1) subуekt, yaxud mübtəda - haqqında müəyyən fıkir yürüdülən gerçək cisim; 2) predikat, yaxud xəbər - cisim haqqında söylənən fikir; 3) məfhumlar arasında işlədilən iqrari və ya inkari bağlауıcı. Məsələn, «Nizami Gəncəvi dahi Azərbaycan şairidir». Вu hökmdə, «Nizami Gəncəvi» subyekt, dahi Azərbaycan şairi ifadəsi predikat, «dır» isə sub­yektlə predikatı əlaqələndirən bağlayıcıdır.
Ümumi, xüsusi və fərdi hökmlər vardır. «Bütün quşlar uçur» ümumi, «Bəzi quşlar suda üzür» xüsusi, «Вu quş gözəldir» isə fərdi hökmdür.
Hökmlər iqrari və inkari olur. «Təxəyyül insana məxsusdur» iqrari, «heyvan­larda şüur yoxdur» inkari hökmdür.
Cisimdə hər hansı bir sifətin iqrar və ya inkar edilməsinin səciyyəsinə görə şərti, təqsimi və qəti hökmlər vardır.
Hər hansı bir fıkrin həqiqiliyi hökmdə söylənilmiş şərtlərdən asılıdırsa, bu, şərti hökm adlanır. Məsələn, «Əgər şagird müntəzəm surətdə çalışarsa, dərslərindən geri qalmaz».
Təqsimi hökmlərdə hər hansı cismə aid olan bir neçə xüsusiyyət iqrar və ya inkar edilir. Məsələn, «Akif ya birinci, ya ikinci, ya da üçüncü sinifdə oxuyur».
Hökm cisimdə bu və ya başqa bir əlamətin olduğunu şərtsiz, danışıqsız iqrar və ya inkar edirsə, о qəti hökm hesab olunur. Məsələn, «Bakı Xəzər dənizinin sahilində yerləşir».
İnsanlar həmişə öz hökmlərinin doğru olub-olmamasını yoxlamağa çalışırlar. Bu cəhətdən hökmlərin üç növünü xüsusilə qeyd etmək lazımdır. Buraya mümkünlük, gerçəklik və zərurət hökmləri daxildir.
Mümkünlük hökmündə, cisimlə onun əlamət və ya keyfiyyəti arasındakı əlaqə ehtimal kimi başa düşülür. «Bəlkə bu gün hava tutuldu, yağış yağdı», «Ola bilsin ki, başqa planetlərdə həyat vardır». Bu hökmlərdə deyilən əlamət cisimdə ola da bilər, olmaya da. Belə hökmlərin həqiqiliyi təcrübə ilə yoxlanılır.
Gerçəklik hökmü cisimlə, onun xassəsi, sifəti arasındakı əlaqəni əks etdirir. Məsələn, «Bu gün hava tutqundur», «Üzeyir Hacıbəyov milli operamızın banisidir».
Zərurət hökmü cisim və hadisələrlə onların əlamətləri arasında mövcud olan zəruri əlaqələri əks etdirir. Bu, hökmün ən yüksək forması hesab olunur. Çünki zərurət hökmləri təbiət və cəmiyyət qanunları haqqında elmin son sözünü qeyd edir. Məsələn, «Yer günəş ətrafında fırlanır», «Ayda həyat yoxdur».
Təfəkkürün formalarından biri də istidlal və ya əqli nətiсədir. Artıq, qeyd edildi ki, cisim və hadisələr arasındakı əlaqələri ifadə edən hökmlər ya doğru, ya da yanlış ola bilər. Bir sıra hallarda hökmün doğru və ya yanlış olması bilavasitə qavrayış nəticəsində müəyyənləşdirilir. Məsələn, «Bu gün hava çox istidir», «Bu parça qırmızıdır», - kimi hökmlər bilavasitə aşkar olur. Lakin bir çox hallarda hökmün doğru və ya yanlışlığını bilavasitə müşahidə ilə müəyyənləşdirmək mümkün olmur, müəyyən hökmün doğruluğunu əqli əməliyyat vasitəsilə sübut etmək lazım gəlir. Hər hansı hökmün doğruluğu başqa hökmlərin düzgünlüyündən nəşət edirsə, belə təfəkkür formasına istidlal və ya əqli nəticə deyilir. İstidlal obyektiv aləm hadisələrinin məlum əlaqələri əsasında naməlum əlaqələrini bilməkdən ibarət olan təfəkkür formasıdır.
Əqli nəticənin üç növü var: induksiya, deduksiya, təşbih.
İnduksiya, ayrı-ayrı faktllar, hallar üzərində aparılan müşahidələr əsasında ümumi nəticə çıxarmaqdan ibarət olan, xüsusidən ümumiyə gedən əqli nəticədir.
Deduksiya, məlum olan ümumi müddəaya əsasən müəyyən xüsusi hallar haqqında nəticə çıxarmaqdan ibarət olan, ümumidən xüsusiyə gedən əqli nəticədir.
Təşbih zamanı hadisələr arasındakı qismən oxşarlıq əsasında nəticə çıxarılır. Deməli, təşbih iki cismin, iki hadisənin bu və ya başqa cəhətdən bir-birinə oxşamasına əsaslanaraq, həmin cisim və ya hadisənin başqa cəhətlərdən bir-birinə oxşaması hökmünün çıxarılmasından ibarət əqli nəticədir. Təşbih çox da etibarlı əqli nəticə hesab edilə bilməz. Onun nəticəsi bəzən doğru, bəzən də yanlış olur.
Fikri əməliyyata və ya təfəkkür proseslərinə təhlil və tərkib, müqayisə, ümumi­ləş­dirmə, konkretləşdirmə və təsnifat daxildir.
Təhlil cismi, hadisəni fıkrən hissələrinə ayırmağa, yəni tamın ayrı-ayrı əlamət­lə­rinin, keyfiyyətlərinin, cəhətlərinin müəyyənləşdirilməsinə deyilir.
Təhlil cismi, hadisəni fikrən hissələrinə ayırmaqdırsa, tərkib həmin hissələri fikrən birləşdirməkdən ibarətdir.
Müqауisə cisim və hadisələr arasında oxşar və fərqli cəhətləri fikrən müəyyən­ləş­dirməkdən ibarət olan əməliyyata deyilir.
Ümumiləşdirmə cisim və hadisələri mühüm əlamət və xassələrinə görə birləş­dir­məkdən ibarət olan fıkri əməliyyatdır.
Konkretləşdirmə müəyyən ümumi müddəaya aid olan xüsusi halları fikrən müəyyənləşdirməkdən ibarətdir.
İnsanlar həyat təcrübəsində bir sıra cisim və hadisələrin ümumi, oxşar cəhətlərini müəyyən edirlər, nəticədə, bu və ya digər əlaməti əsas tutaraq oxşar və fərqli cəhətlərinə görə onları fikrən qruplara, dəstəyə, növə ayırırlar. Belə fıkri əməliyyat sistemləşdirmə və ya təsnifat adlanır.
Təfəkkürün növləri: Psixologiya təfəkkürü mühüm idrak fəaliyyəti kimi öyrənərkən müxtəlif əsaslara görə onu növlərə ayırır.
Əyani-əməli təfəkkür ən çox bilavasitə təsir edən cisim və hadisələrin dərk edilməsi ilə əlaqədardır, yəni əşyalar üzərində praktik fəaliyyətlə bağlı təfəkkür növüdür. Təfəkkürün bu növü 3 yaşına qədər uşaqlarda üstün mövqe tutur. Əyani-əməli təfəkkür daha çox hərəkətlərin köməyi ilə həyata keçirilir. Məsələn, kiçik uşaqdan: «Bu körpünü neçə qurmusan?» deyə soruşduqda, «Bax, belə» deyə quraşdırdığı körpünü uçurub, yenidən qurmağa başlayır. Bu zaman uşaq öz fikrini hərəkətlərin köməyi ilə ifadə edir. Yalnız ontogenetik inkişafda deyil, fılogenezdə də əvvəlcə əşyavi təfəkkür olmuş, insan bilavasitə əşyalarla əməliyyat aparmışdır, fikri məsələ fəaliyyət prosesinin özündə həll edilmişdir. İnsanda təfəkkürün inkişafı məhz bu növdən başlamışdır. Onun ilk əmək fəaliyyəti prosesində fikri fəaliyyət əşyavi-praktik fəaliyyətdən ayrılmamışdı. Ontogenezdə də uşaq təfəkkürünün inkişafı bundan başlayır.
Əyani-obrazlı təfəkkür prosesində fikri fəaliyyət qavrayış və təsəvvür materiallarına, başqa sözlə, obrazlı materiala istinad edir. Yəni bu halda cisim və hadisənin qavrayış və təsəvvür surətləri təhlil edilir, müqayisədən keçirilir və s.
Ontogenetik inkişafda əyani-obrazlı təfəkkür daha çox məktəbəqədər yaşlı uşaqlarda özünü göstərir; həm də, demək olar ki, bu yaş mərhələsində hələ məfhumi və ya mücərrəd təfəkkür kifayət qədər aydın nəzərə çarpmır.
Mücərrəd təfəkkür zamanı fikri fəaliyyət əsasən ümumi və mücərrəd məfhum­lara istinad edir. Dəyər, ədalət, xoşbəxtlik, kəmiyyət, keyfıyyət və s. haqqında fıkir­ləşmək mücərrəd təfəkkürə misal ola bilər.
Məhz sözlü-məntiqi və ya mücərrəd təfəkkür sayəsində təbiətin, cəmiyyətin, insanın özünün inkişafının ümumi qanunauyğunluqlarını müəyyənləşdirmək müm­kün­dür. Həmin təfəkkür sayəsində fıkri məsələlərin ümumiləşdirilmiş şəkildə həlli mümkün olur.
Əməli məsələlərin həlli ilə əlaqədar olan təfəkkür əməli və ya praktik təfəkkür adlanır. Onun köməyi ilə şagirdlər laboratoriyalarda, tədris-təcrübə sahəsində, texniki dərnəklərdə və s. müxtəlif fənlərdən öyrəndikləri nəzəri bilikləri təcrübəyə tətbiq edir, müxtəlif bacarıq və vərdişlərə yiyələnirlər. Model, alət və cihazlar düzəltmək, onlardan bacarıqla istifadə etmək əməli təfəkkürün fəaliyyəti ilə əlaqədardır.
Əgər təfəkkür texniki məsələlərin həllinə yönəlir və bu sahədə yüksək göstəricilərə nail olmağa imkan yaradırsa, bu, texniki təfəkkür adlanır.
Varlığı obrazlı surətdə əks etdirməklə əlaqədar olan təfəkkürə bədii təfəkkür deyilir.
Obyektiv gerçəkliyin qanunauyğun əlaqələrinin düzgün inikas etdirilməsi ilə əlaqədar olan təfəkkürə məntiqi təfəkkür deyilir. Məntiqi təfəkkür əsasən hökmlərin müəyyənliyi, ardıcıllığı, sübutluluğu, əsaslılıqı ilə əlaqədardır. Bu keyfiyyətlər isə təfəkkürün varlığı düzgün əks etdirməsi ilə şərtlənir.
Təbiət və ictimai həyat hadisələrini donmuş, dəyişməz deyil, daim inkişaf edərək dəyişmə prosesində əks etdirən təfəkkür dialektik təfəkkür adlanır.


Yüklə 81,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə