Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hər bir uşağın əqli və fiziki



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə6/17
tarix15.10.2018
ölçüsü1,14 Mb.
#74295
1   2   3   4   5   6   7   8   9   ...   17

 

 

 



20  

 



 

Qaçay Köçərli. “Əmir Teymur və Aslanın nağılı” 

 

Məmməd Araz. “Azərbaycan dünyam mənim” (şeir) 



 

Məmməd Səid Ordubadi. “Serjant İvanov adına körpələr 



evi” 

 



Mustafa Çəmənli. “Şəmsəddin Eldəniz”, “Çahargah” 

 



Nizami Gəncəvi. “Fitnə” 

 



Solmaz Şirin. “Azərbaycanım” (şeir) 

 



Sevinc Nuruqızı.“Babək”, “Şah İsmayıl Xətai”, “Ağabəyim 

ağa” 


 

Zahid Xəlil. “Qartal qanadlı ölkə”, “Mavi küləklər şəhəri”, 



“Şuşa xonçalı şəhər”. 

 

Ana təbiət haqqında 



 

o

 



Abdulla Şaiq. “Daşqın”, “Şələquyruq”, “Kəndli və ilan”, 

“Tülkü həccə gedir”, “İgid uşaq” , “Bağça”  

o

 

Aslan Qəhrəmanlı. “Şahqulunun xoruzu”, “Alabaşın 



şikayəti” 

o

 



Camo Cəbrayılbəyli. “Meşə Nağaraçısı”, “Dostlarımız”,  

o

 



Əli Vəliyev. “Baldırğan suyu” 

o

 



Gülzar İbrahimova/ “Tülkü və çəpış”, “Əkinçi və canavar”,  

o

 



Qaçay Köçərli “Gül qızın nağılı”, “Qızıl inəyin nağılı” 

o

 



Mehdi Hüseyin. “Maral Əfsanəsi”, “Çinar” 

o

 



Mikayıl Rzaquluzadə. “Qu gölü”, “Yaralı göyərçin” 

o

 



“Ana ürəyi, dağ çiçəyi”, “Xan çinarın bir yarpağı”, 

“Gözəlliyin keşiyində” 

o

 

Mir Cəlal Paşayev. “Söyüd kölgəsi”, “Gülbəsləyən qız” 



o

 

Mirzə İbrahimov. “Göyərçinlərim”, “Murovdağın ətəyində”  



o

 

Reyhan Yusifqızı. “Hamıdan qəşəng”, “Xoşbəxt arı” 




 

 

 



21  

 

o



 

Rəşid bəy Əfəndiyev. ”Uşaqların meşədəki əhvalatı”, “Alma 

ağacının əhvalı” 

o

 



Teymur Elçin. “ Nar nağılı”, “Balaca qırmızı çiçək və Gilas 

qız” 


o

 

Sona Xəyal. “Xəzərin intizarı”, “Ala keçi niyə öldü”, 



“Qaşqa” 

o

 



Seyid Əzim Şirvani. “Qaz və durna” 

o

 



Sevinc Nuruqızı. “Ağ xoruzun hekayəti”,“Xortumlu dağ”,  

o

 



Musa Cəlil. “Quşcuğaz” 

o

 



Mir Cəlal. “Ərik ağacı” 

o

 



Zahid Xəlil. “Göy-gölün səhəri”, “Göydən düşən almalar”, 

“Yaşıl kərtənkələ” 

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



22  

 

Ağıllı adamlar, yaxşı adamlar! 



Bilik kitabdadır, axtarsan əgər 

Kitabı sevənlər tənhalıq bilməz, 

Elmə arxalanar, sınar, əyilməz. 

(Əbdürrəhman Cami) 

 

Yeniyetmə yaşlı məktəblilərin  

mütaliəsinə rəhbərlik 

 

V-IX  siniflərdə  dərketmənin  və  ictimai  fəallığın  oyanışı 

dövrü  başlayır  ki,  dərketmə  prosesinin  və  biliklərin  genişlən-

dirilməsinə  meylin  güclənməsi  ilə  əlaqədar  elmi  biliklərin  

mənbəyi  olan  kitaba  da  şagirdlərin  şüurlu  münasibəti  və 

maraqları yaranır.  

Bu  dövrdə  sinifdənxaric  oxu  sinif  oxusu  və  ona  verilən 

pedaqoji  tələblərlə  sıx  əlaqədardır.  Bundan  asılı  olaraq 

sinifdənxaric oxu iki istiqamətdə təşkil olunur:  

a)  proqramın  tələblərinə  və  dərsliklərdəki  materiallara 

uyğun əsərlərin oxusu; 

 b)  şagirdlərin  yaş  və  bilik  səviyyəsinə,  arzularına  görə 

əsərlərin müstəqil oxusu

Birinci istiqamət üzrə əsərlərin oxusu adından göründüyü 

kimi  məcburi  xarakter  daşıyır.  Həmin  materialların  oxusu  ilə 

şagirdlərin aldıqları biliklər daha da zənginləşir və inkişaf edir. 

Bu dövrdə şagirdlərin artıq mütaliə dairəsi genişlənir. Şagirdlər 

keçilən mövzularla bağlı ədəbiyyatla maraqlanırlar.  

İbtidai  siniflərdən  sonrakı  ədəbiyyat  dərsliklərində  də 

şifahi xalq ədəbiyyatı fənnin əsas mövzusunu təşkil edir. İstər 

epik,  istər  lirik,  istərsə  də  kiçik  həcmli  nümunələr  tədris 

materialları  sırasında  geniş  yer  tutur.  Onların  hamısının 

özünəxas  tərbiyəedici  imkanları  vardır  və  millilik  baxımından 

zəngindirlər.  




 

 

 



23  

 

Əgər  folklor  ən  qədim  yazılı  tariximizdən  gələn 



informasiya  mənbəyidirsə,  yazılı  ədəbiyyatda  da  müxtəlif 

sənətkarların  həyatı,  qələm  nümunələri,  tarixi  dövrlər  olduqca 

faydalıdır.  Bu  dövrdə  müəllimin  köməyi  ilə  təşkil  olunan 

sinifdənxaric  oxu  saatları  təlimin  məzmununu  daha  da 

zənginləşdirməklə,  nitqi,  zövqü,  mənəviyyatı,  həyata  baxışı, 

dünyagörüşünü  inkişaf  etdirir.  Elmi  mənbələrdə  bu  cür  oxu 

“məcburi  oxu”  adlandırılır.  Sinifdənxaric  oxunun  belə  təşkili 

şagirdlərin aldığı bilikləri genişləndirir və möhkəmləndirir. Bu 

zaman hər dərs üçün 2-3 kitab məsləhət görülə bilər. 

Şagirdlərin  mütaliəsində  ikinci  istiqamət  isə  şagirdlərin 

müstəqil  mütaliəsidir.  Bu  iş  də  xüsusi  əhəmiyyətə  malikdir. 

İkinci  istiqamətə  aid  olan  əsərlərin  çoxusu  şagirdlərin 

əksəriyətinin  istəyindən  asılıdır  və  “könüllü  oxu”  adlandırılır. 

Təcrübə göstərir ki, bu zaman şagirdlər kitab seçməkdə çətinlik 

çəkirlər.  Onların  çoxu  kitabı  cildinə,  şəkillərinə,  yoldaşlarının 

və yaşlıların sözünə görə seçirlər.  

Bəzən  də  könüllü  oxu  zamanı  meydana  gələn  sorğular 

keçilən  elmlərlə  bağlı    olur.  Şagirdlərin  oxuduqları  dərsliklər 

elmi  biliklər  xəzinəsinin  açarlarıdır.  Bu  açarların  köməyi  ilə 

həmin  xəzinənin  ayrı-ayrı  otaqlarına  daxil  olur,  müxtəlif 

biliklərə  yiyələnirlər.  Amma  hər  bir  elm  elə  bir  dəryadır  ki, 

onun  dərinliklərinə  nə  qədər  baş  vursan  da  dibi  görünmür, 

əksinə  yeni-yeni  suallar  meydana  çıxır  və  məktəblilər  daima 

onlara  cavab  axtarırlar.  Bu  baxımdan  V-IX  sinif  şagirdlərində 

elmi-texniki  kitablara  meyl  daha  güclüdür.  Ona  görə  də  bu 

dövrdə  şagirdlərin  şəxsi  təhsil  prosesində  mütaliə  axtarıcı 

xarakter daşıyır.  

Bu  zaman  məktəblilərə  Azərbaycan  Ensiklopediyası, 

Coğrafiya  Ensiklopediyası,  Riyaziyyat  Ensiklopediyası,  Ayna 

Uşaq  Ensiklopediyasının  müxtəlif  mövzularda  nəşr  etdirdiyi 

nəşrlər və s. tövsiyə oluna bilər. 



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə